25 Noyabr 2024

Bazar ertəsi, 03:55

UŞAQ EVİNDƏ XOŞBƏXTLİK TAPMAQ OLARMI?

«Ümid yeri» uşaq evi: «Olar!»

Müəllif:

01.06.2006

«Ümid yeri» Uşaq evində yetim, sahibsiz, atılmış uşaqlar yaşayırlar. Azərbayjanın bu qəbildən olan müəssisələrində uğursuz taleyi olan minlərlə balaja insan var. Lakin bu tale artıq onların keçmişidir. Ən əsası, həyatın artıq bir dəfə injitdiyi körpə və yeniyetmələrin gələjəyinin də müəmmalı, perspektivsiz qalmamasıdır. «Ümid yeri» də ölkəmizdə sayı bir o qədər də çox olmayan elə yerlərdən biridir ki, oradakı hər bir uşağın gələjəyi uğrunda mübarizə aparılır, onlara gələjəyə inam və ümid aşılanır. 1 İyun -beynəlxalq Uşaqları müdafiə günüdür. Çox təəssüf ki, «uşaq problemləri» Azərbayjandan da yan keçməyib və bu qəbildən olan problemlərimiz kifayət qədər çoxdur. Şübhəsiz, həmin problemlərin sadalanmasına həsr olunmuş material da hazırlamaq olardı. Lakin «Ümid yeri» Uşaq evi haqqında yazmaq qərarını heç də təsadüfi qəbul etməmişik. Bu Uşaq evi uşağı müdafiə etməyin, onun üçün layiqli həyat təmin etməyin mümkünlüyünə real örnəkdir.

 

Təhsil vermək və istedadı üzə çıxarmaq…

«Ümid yeri» Uşaq evindəki 60 uşaqdan hər birinə tərbiyəçilər fərdi şəkildə yanaşırlar. Bu müəssisə 1997-ji ildə  yaradılandan bəri, burada təhsilə xüsusi diqqət yetirilir. Bu zaman çox sadə bir konsepsiyaya əsaslanılır: yaxşı təhsil - təmin olunmuş gələjəkdir. Odur ki, uşaq «Ümid yeri» Uşaq evinə düşəndən sonra keçdiyi birinji mərhələ biliklərin yoxlanılmasıdır. Bura, əsasən, yetim uşaqlar düşür. Bu uşaqları sosial mühafizə orqanları əməkdaşlarına onlara görə məsuliyyət daşımaqdan imtina edən uzaq qohumları verirlər. Uşaqları, heç olmasa, bir müddət onlara layiqli yaşayış təmin etmək xahişi ilə valideynlərin özlərinin gətirmələri halları da az deyil. Belələri, adətən, tənha analar, yaxud atalar olur. Onlar övladlarına baş çəkir, Uşaq evinin rəhbərliyi ilə əlaqə saxlayırlar.

Valideynlərin maddi vəziyyətlərini düzəltdikdən sonra, uşağı buradan aparmaları halları da olur. Uşaq evinin direktoru Nigar Mənsimli belə uşaqların artıq əlifba və hesab haqqında elementar bilikləri olduğunu qeyd edir.

Sahibsiz uşaqlar isə tamam başqa məsələdir. Sahibsiz, atılmış uşaqlar, əksər hallarda, bura özləri gəlirlər, bəzilərini isə sosial işçilər gətirirlər. Küçədən gələn uşağın şəxsiyyətinin formalaşmasına gəldikdə, burada sosial işçilər jiddi problemlərlə üzləşirlər. Bu uşaqlar, bir qayda olaraq, məktəbdə oxumadıqlarından, bilik səviyyələri sıfıra yaxın olur. Üstəlik, onlar bura psixoloci zədələrə məruz qalmış halda gəlirlər. Belə olduqda, onlarla təhkim edilmiş psixoloq və pedaqoqlar məşğul olurlar. Bir ildən sonra Nigar xanım uşağın bilik səviyyəsini müəyyənləşdirən xüsusi komissiya çağırır və bundan sonra uşaq ümumtəhsil məktəbinə yerləşdirilir. Özbaşına, nəzarətsiz qalan 12-13 yaşlı uşaqların yalnız III-IV siniflərdə oxumağa göndərilməsi halları da az deyil. Məktəbin direktorunun dediklərindən:

- Burada hamımız uşağın istedadını üzə çıxarmağa çalışırıq. Bu, musiqi də, rəqs də, rəsm də, toxuma da ola bilər. Ən əsas olanı, Allahın bəxş etdiyini üzə çıxarmaq, inkişaf etdirməkdir. Axı hər bir uşağın özünəməxsus istedadı var. Biz istedadlı uşaqları xüsusi məktəblərə göndəririk. Xoreoqrafiya Məktəbində, Bülbül adına Musiqi Məktəbində oxuyan uşaqlarımız var. Uşaq evinin nəzdində özfəaliyyət dərnəkləri, iki rəqs qrupu fəaliyyət göstərir. Yeri gəlmişkən, bu yaxınlarda uşaqlar Türkiyədə olublar. Mənjə, uşaqlarımız burada özlərini yaxşı hiss edirlər. 

 

Sponsoru olmağın üstünlükləri

Şübhəsiz, sponsor dəstəyi olmasaydı, «Ümid yeri»ndə uşaqları bəsləmək mümkünsüz olardı. Azərbayjanda fəaliyyət göstərən uşaq evlərinin böyük əksəriyyətinin təsirini, ilk növbədə,  uşaqlara göstərən əsas problemi maliyyələşdirmənin və sponsorların olmamasıdır. Bəlkə Azərbayjanda uşaq evləri sisteminə javabdeh olan strukturlar «Ümid yeri»ndən vəsaitlərin səmərəli xərjlənməsini öyrənsinlər?  «Ümid yeri» Uşaq evi o qədər də böyük deyil və artıq qeyd etdiyimiz kimi, orada jəmi 60 uşaq var. Məhz buna görə, bütün uşaqlara diqqət yetirmək mümkün olur. Artıq məmurlarımızın bu təjrübədən bəhrələnmək vaxtı yetişib - belə tədris müəssisələrində uşaqların sayını azaltmaq, uşaq evlərinin sayını isə artırmaq. 

Uşaq evlərinin SOS-kinder tipli Qərb modeli də yetim uşaqların tərbiyə edilməsinin kifayət qədər səmərəli modelidir. Bu, hər birində 8 uşaq olmaqla, bir neçə ailənin yaşadığı kənddir. Uşaqları onlar üçün ananı əvəz edən bir qadın tərbiyə edir. Belə uşaq evlərində uşaqlar 18 yaşına qədər qalırlar. Sistemin üstünlüyü burada işləyən qadınların bu və ya digər səbəb üzündən öz övladlarının olmamasıdır. Başqa sözlə, burada həm uşaqların, həm də övladı olmayan qadınların günü yaxşı keçir.

«Ümid yeri» Uşaq evinə qayıdaq. Bu Uşaq evinin iki sponsoru var desək, səhv etmərik. Rəsmi sponsor hər ay Uşaq evinin hesabına müəyyən məbləğ köçürən «Azerjell» Şirkətidir. Bununla yanaşı, «Azersun» Şirkəti hər ay uşaqlara qida məhsulları ilə yardım göstərir. Ay ərzində $300 həjmində ərzaq məhsulları alınır ki, bu da şübhəsiz, böyük köməkdir. Bura ayrı-ayrı şəxslər də tez-tez baş çəkir, geyim və ərzaqla yardım göstərirlər. Bunlar, əsasən, dindar adamlardır. Bayram günlərində onlar burada süfrə açırlar. 

 

Uşaqlar razıdır…

Biz Uşaq evinin yetişdirmələri ilə son dərəjə ehtiyatla davranırdıq. Burada onları hər şeylə təmin etməyə çalışsalar da, çatışmayan yeganə şey, şübhəsiz, ailə ojağıdır. Təəssüf ki, Uşaq evinin əməkdaşları nə qədər çalışsalar da, ana-atanın əvəzini tam şəkildə verə bilmirlər. Uşaqlar həyatları, tərbiyəçiləri barədə xoş sözlər söyləyirlər:

- Burada əvvəllər məhrum olduğumuz məhəbbət və qayğı görürük.

Uşaqlar, əsasən, 4 nəfər üçün nəzərdə tutulmuş otaqlarda yaşayırlar. Oyunjaq, geyim və yeməkdən korluq çəkmirlər. Otaqlar o qədər  böyük olmasa da, kifayət qədər rahatdır. Məşğələlər üçün məktəb mebeli ilə təjhiz olunmuş dərs otağı var. «Ümid yeri»nin bəzi yetişdirmələri xalça toxumaqla məşğul olurlar. Bu məqsədlə toxujuluq dəzgahları olan kiçik otaq yaradılıb. Kifayət qədər iri akt zalında iki piano var. Burada təkjə uşaqlar deyil, Asəf Zeynallı adına Musiqi Məktəbinin tələbələri də tez-tez musiqi məşğələləri keçirirlər. Uşaqları dostluq münasibətləri və bir-birinə dəstək olmaq istəyi birləşdirir. Ümumiyyətlə, son dərəjə münbit şərait yaradılıb. 

Uşaq evində uşaqlara psixoloq köməyi təqdim edilsə də, baş pedaqoq Rəna Hümbatinin sözlərinə görə, burada yaşayanların çox az bir hissəsinin belə bir yardıma ehtiyajı var. Belələri, əsasən, yeniyetmə oğlanlardır. Onu da qeyd edək ki, «Ümid yeri»ndə həm yeniyetmə, həm də kiçikyaşlı uşaqlar yaşayırlar. Mövjud olduğu qısa müddət ərzində «Ümid yeri» Uşaq evində 700-dən artıq uşaq sığınajaq tapıb. Uşaq evinin rəhbərliyi yetişdirmələrini onlar buranı tərk etdikdən sonra da unutmur, keçmiş sakinlərlə fəal əlaqə saxlayır.

Həmin uşaqların gələjəyinə gəldikdə, burada da onlara sosial işçilər yardımçı olurlar. Təhsillərini başa çatdırdıqdan, həddi-büluğa çatdıqdan və hansısa peşəyə yiyələndikdən (uşaqlar, əsasən, peşələrə yiyələnməyə üstünlük verir və ali təhsil müəssisələrinə  jan atmırlar - müəl.) sonra, Uşaq evinin yetişdirmələri buranı tərk edirlər. Bu zaman yeni valideynlər (onları başqa jür adlandırmaq mümkün də deyil) yenə də onların köməyinə gəlir - işə düzəltməyə, ev kirələməyə çalışırlar. Hətta toy da edirlər - bu yaxınlarda hamilər iki gənji evləndiriblər. Toy «Azərbayjan» mehmanxanasındakı «Relaks» şadlıq evində keçirilib. Onun xərjini isə otelin prezidenti çəkib. Nigar xanımın dediyinə görə, toy çox şən keçib.   


MƏSLƏHƏT GÖR:

438