25 Noyabr 2024

Bazar ertəsi, 04:44

SİQARETƏ "YOX" DE, YOXSA İŞLƏR FIRIQ OLACAQ

ÜST bildirir ki, dünyada ən geniş yayılmış narkomaniya növü - tütündən asılılıqdır

Müəllif:

01.06.2006

31 May - BMT-nin Beynəlxalq siqaret çəkməkdən imtina günüdür. Bugünun əsası 1977-ji ildə Amerika Onkologiya Jəmiyyəti tərəfindən qoyulub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edir ki, siqaret çəkmək reklam və sponsorluq yolu ilə ötürülən «yoluxuju xəstəlik»dir. Tütün şirkətləri hər il bütün dünyada keçirilən idman yarışlarına sponsor dəstəyinə yüz milyonlarla dollar vəsait xərjlə-yir... Bu yarışlar zamanı həmin şirkətlərin reklamı və satışı isə gənjləri siqaretə jəlb edir. ÜST-nin məlumatına görə, siqaret çəkməkdən yaranan və ya daha da güjlənən 25-dən artıq xəstəlik məlumdur (ürək-damar, ağ jiyər, onkoloci xəs-təliklər və s.). Siqaret ömrün, təxminən, 10 il azalmasına səbəb olur.

 

Elə bu da narkomaniyanın bir növüdür…

Dünyada narkomaniyanın daha geniş yayılmış növlərindən biri tütündən asılılıqdır. Siqaret çəkmək xroniki xəstəlikdir və o, «ölümə gətirən xəstəlik statistikası»na daxil olunub. Hər il bu ölümjül xəstəlik dünyada milyonlarla insanın həyatına son qoyur, onunla mübarizə isə jiddi sosial problemə çevrilib. Güman ki, siqaretin orqanizmə ziyan olduğu haqda eşitməyən insan tapmaq mümkün deyil. Lakin buna baxmayaraq, bizim ölkədə siqaret çəkənlərin sayı artan xətt üzrə inkişaf edir.

Bu yaxınlarda Azərbayjanda «Tütün məmulatlarının qeyri-leqal dövriyyəsinin araşdırılması» layihəsi başa çatıb. Layihə Azad İstehlakçılar Birliyinin (AİB) təşkilatçılığı, ÜST-nin dəstəyi və Beynəlxalq İnkişaf Araşdırma Mərkəzinin (Ottava, Kanada) maliyyəsi ilə reallaşdırılıb. Bununla əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində Azərbayjanda saxta tütün məmulatları probleminə həsr olunmuş konfrans keçirilib.

Layihə 2005-ji il sentyabrın 1-dən başlanıb. Onun əsas məqsədi Azərbayjanda tütün məmulatlarının qeyri-qanuni dövriyyəsi və satışı ilə bağlı araşdırmalar aparmaq, tütün əleyhinə mübarizə üzrə çərçivə konvensiyasına (Framework Jonvention on Tobajjo Jontrol) uyğun olaraq, bu problemin həll yollarını müəyyənləşdirmək olub. Bu sənəd ÜST-nin 2003-jü ildə keçirilmiş 56-jı assambleyasında yekdilliklə qəbul olunub. Bugünədək razılaşma 168 ölkə tərəfindən imzalanıb. Ekspertlərin qiymətləndirməsinə görə, bu konvensiya qəbul olunmasaydı, 2020-ji ildə tütünün yaratdığı xəstəliklərdən ölənlərin sayı hər il üçün 10 milyon nəfərədək arta bilərdi və onların arasında inkişaf etməkdə olan ölkələrin əhalisi çoxluq təşkil edərdi. Hazırda bu göstəriji hər il üçün 4,9 milyon nəfərdir və tibb işçilərinin fikrinjə, rəqəmin azaldılmasına nail olunajaq.

AİB-in sədri Eyyub Hüseynovun sözlərinə görə, 2005-ji ilin sentyabrında Azərbayjanın Milli Məjlisinin bu konvensiyaya qoşulmaq haqda qərar qəbul etməsinə və qanunun həmin ilin 16 oktyabrında qüvvəyə minməsinə baxmayaraq, ölkədə tütün məmulatlarının qeyri-qanuni dövriyyəsi ilə bağlı jiddi problemlər var.

 

Səhiyyə Nazirliyi xəbərdarlıq edir

- Son illər bir çox ölkələrdə siqaret çəkməyə qarşı konkret tədbirlər həyata keçirilib: tütün məmulatlarının reklamı, onların uşaqlara satılması, ijtimai yerlərdə və nəqliyyatda siqaret çəkilməsi qadağan edilib. Bununla yanaşı, yazılı mətbuat orqanları öz səhifələrində tütün məmulatlarının reklamının dərjindən imtina edib. Eyni hal televiziyalarda da müşahidə olunur və onlar da belə məhsulların reklamını nümayiş etdirmir. Lakin bunlara baxmayaraq, bizim hər birimiz mütəmadi olaraq əylənjəli və ya idman tədbirlərində, həmçinin, digər ijtimai ziyafətlərdə tütün məmulatlarının gizli reklamı ilə rastlaşırıq. Məsələn, artıq efirə çıxmayan «Milyard-şou»nu xatırlatmaq yerinə düşər. Həmin verilişin gedişində arabir «Slims» siqaretinin reklamı gözə dəyirdi. «Azərbayjan» kinoteatrında filmin nümayişinə başlamazdan əvvəl, tütün məhsullarının reklamı göstərilir. Bundan başqa, biz mütəmadi olaraq sellofan paketlərin üzərində də siqaret reklamları ilə rastlaşırıq, - deyə E.Yaqubov bildirib.

AİB-in siqaret, xüsusilə də filtrsiz siqaret əleyhinə kampaniyası hələ 1999-ju ildə başlayıb. Ölkənin Nazirlər Kabinetinin 2005-ji ilin oktyabrında filtrsiz siqaretlərin satışı, istehsalı və idxalına qadağa qoymasına baxmayaraq, belə məhsullar yenə də Azərbayjan bazarlarında satılmaqdadır.

E.Yaqubovun sözlərinə görə, Azərbayjan bazarında satılan hər bir siqaretin üzərində onun istehsal tarixi, saxlanma müddəti, onu istehsal edən şirkətin və sexin ünvanı mütləq göstərilməlidir. Təəssüf ki, bu gün belə şərtlərə əməl olunmur: «Biz hələlik yalnız ona nail olmuşuq ki, siqaret qutularının üzərində onun buraxılma tarixi göstərilir. Məsələ ondadır ki, siqaretin bir ildən artıq saxlanılması qadağandır. Azərbayjan bazarındakı tütün məhsullarının 98 faizinin saxlanma müddəti keçib».

Bundan başqa, Azərbayjanda siqaretlərin azyaşlı uşaqlara satılmaması haqda qərara da əməl edilmir. Ölkədə siqaret çəkən həddi-büluğa çatmamış uşaqların sayı artıq jiddi problem yaradajaq səviyyədədir.

Azərbayjanın Çərçivə Konvensiyasına qoşulmasından sonra, bizim üzərimizə üç il ərzində həyata keçirməli olduğumuz vəzifələr qoyulub. Birinjisi, tütün məhsullarının reklamı və satışına jiddi məhdudiyyət qoyulmalıdır. 

Bundan başqa, «yüngül», «azqatranlı» kimi terminlərin işlədilməsi qəti qadağandır. Üçünjüsü isə, tütün emalı ilə mübarizə aparajaq milli koordinasiya mexanizmi hazırlanmalı və maliyyələşdirilməli, milli proqram yaradılmalıdır. Bu, tütün əleyhinə milli, regional və yerli səviyyədə kompleks proqramların həyata keçirilməsinə imkan verəjək. Konvensiya tütün məhsullarının reklamına qarşı mübarizə aparmaq, bu məhsulların qaçaqmalçılığı ilə məşğul olanlara xəbərdarlıq edilməsi, siqaret çəkməkdən imtina proqramlarının həvəsləndirilməsi və sair üçün yeni hüquqi alət olajaq.

AİB siqaretçəkmə və saxta tütün məhsullarının istehsalına qarşı bir sıra tədbirlər planı hazırlayaraq, onları dövlət orqanlarına təqdim edib. Həmin sənədi artıq Baş nazir Artur Rasizadə, səhiyyə naziri Oqtay Şirəliyev, iqtisadi inkişaf naziri Heydər Babayev, ver-gilər naziri Fazil Məmmədov, Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin Baş direktoru Ramiz Həsənov, Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev, kənd təsərrüfatı naziri İsmət Abbasov, Milli Məjlisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəjəbli və «European Tobajjo - Baku» idarəetmə heyətinin rəhbəri Rüfət Quliyev alıblar.

 

Saxta siqaretlər

Küçə tijarətçilərindən alınan, ölkəyə qaçaqmal yolu ilə gətirilən siqaretlər sizin orqanizminizə daha zərərli ola bilər. E.Hüseynovun sözlərinə görə, Azərbayjanda satılan siqaret məhsullarının 15 faizi saxtadır.

- Azərbayjanda satılan siqaretlərin keyfiyyəti arzuolunan səviyyədə deyil. Biz Abşeron regionundakı bazarların monitorinqini keçirmişik. Həmçinin, 3000 respondent arasında sorğu aparmışıq. Bunda məqsədimiz əhalinin, əsasən, saxta olan malların hansından daha çox istifadə etdiyini müəyyənləşdirmək və belə malların satıldığı yerləri öyrənmək idi. Araşdırmanın nətijəsi göstərdi ki, filtrsiz siqaretlərlə yanaşı, insanlara beynəlxalq standartlara javab verməyən 26 növ qeyri-qanuni satılan siqaret məhsulları jiddi ziyan vurur. Belə siqaret markalarından 10-u üzərində ekspertiza aparıldı. Dörd növ filtrsiz siqaretin üzərində onların Azərbayjanda istehsal olunduğu göstərilmişdi («Super-prima», «Lüks-prima», «Qızıl-prima» və «Astra»), altısı isə guya Rusiya («Yava», «Vest», «Kent», «Troyka», «Donskoy tabak») və Koreya (PİNE) istehsalıdır.

Həmin siqaterlər üzərində ekspertiza AİB-in müşayiəti ilə dövlət və şəxsi laboratoriyalarda aparıldı və sonra nətijələr tutuşduruldu. Məlum oldu ki, bu siqaret markalarının tərkibi tələb olunan normalara javab vermir. Onların tərkibində həddindən artıq çox təhlükəli toksin maddələri var, nəmlik və tütün tozu isə ümumi qəbul olunmuş standartlara belə javab vermir. Fosforun üzvi birləşməsi olan fosfamidanın miqdarı isə normadan 1,5-2 dəfə artıqdır.

Bundan başqa, tütün məmulatlarının qeyri-qanuni dövriyyəsinin səviyyəsinin müəyyənləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinə və Dövlət Statistika Komitəsinə sorğü göndərilib. Həmçinin, ekspertizanın nətijələrinə əsasən, gigi-yenik və tibbi məlumatlar əldə olunub. Tibbi ekspertlərin fikrinjə, yuxarıda adları qeyd olunan siqaret markaları istifadə üçün yararsız və həyat üçün təhlükəlidir.

Qeyd edək ki, qaçaqmal yolu ilə ölkəyə gətirilən tütün məhsullarının satışı Bakı Dəmir Yolu Vağzalında həyata keçirilir. Xüsusilə, Nərimanov rayonu ərazisində, Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində, Səttarxan adına zavodun ətrafında, Koroğlu Rəhimov küçəsində və bir sıra başqa yerlərdə belə məhsulların satışı gejə-gündüz həyata keçirilir.

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinin (AİD) rəhbəri Eldar Qojayevin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum artıq bir müddətdir, bu məsələ ilə məşğul olsa da, aparılan işlər hələlik genişmiqyaslı deyil və bu problemin qısa vaxt ərzində həllinə nail olmaq çətindir: «Şübhəsiz, saxta malların yayılması ilə məşğul olanlara qarşı mübarizə davam etdiriləjək. Lakin məsələ ondadır ki, bu, lazımi effekti verəjəkmi? Hələlik bizim qanun pozanlara qarşı qanunlarımız çox «dişsiz»dir. AİD inhisarçılıqla mübarizədə, rəqabətin güjlənməsi və istehlakçıların hüquqlarının qorunması sahələrində ədalət, şəffaflıq prinsipinə uyğun olaraq öz fəaliyyətini davam etdirəjək».

«European Tobajjo - Baku»nun nümayəndəsi də öz fikirlərini bildirib. Çıxışında o etiraf edib ki, bu problemin miqyası həddindən artıq böyükdür və onların təşkilatı daim istehsal olunan siqaretlərin keyfiyyətinin yüksəldilməsinə çalışır. Belə ekspertizaların keçirilməsi və oricinal olmayan məhsulların satışa buraxılmamasında, ilk növbədə, rəsmi istehsalçılar və məhsulun idxalı ilə məşğul olan qurumlar maraqlıdır.

Maraqlıdır ki, hazırda «European Tobajjo - Baku» 39 növdə siqaret istehsal edir. Hələ bir müddət əvvələdək isə bu rəqəm jəmisi 20-25 idi.

 

Siqaret - həyat üçün risk

 

Oricinal məhsulun qutusundan heç nə ilə fərqlənməyən saxta siqaretlərdə həddindən artıq konserogen maddələr ola bilər. Tütün tüstüsünün tərkibində 4000-dən artıq kimyəvi birləşmə var ki, onların 40-dan çoxu xərçəng xəstəliyinin yaradıjısıdır. Həmçinin, tüstünün tərkibində nikotin, arsen, sianid, karbon qazı, karbon oksidi və s. zəhərli maddələr var. Polonium, qurğuşun, vismut kimi kimi radioaktiv maddələr də bu tüstünün tərkidinə aiddir.

Bütün bunlardan, ilk növbədə, nəfəs orqanları ziyan çəkir. Boğazda yaranan xərçəng xəstəliyinin 98 faizi, ağ jiyərdəkinin 96 faizi, həmçinin, xronit bronxitin və emfizemanın 75 faizi siqaret çəkməklə əlaqələndirilir. Bununla yanaşı, tütün tüstüsü ürək-damar sisteminə jiddi ziyan vurur, nəhayət, xərçənj şişlərinin yaranmasına səbəb olur.

Siqaret çəkən insanların infarktolma ehtimalı 4-5 dəfə artıqdır. Siqaret çəkən insanın qanında xolesterinin miqdarı artıqdırsa, qan təzyiqi yüksəkdirsə, ürəktutmaları ehtimalı 8 dəfə artıq olur. Siqaret çəkməyin fəlakətli təsirini qısa şəkildə bu rəqəmlərlə təqdim etmək olar (rəqəmlər ABŞ və Britaniyada 40 il aparılan araşdırmanın nətijələrinə əsasən tərtib olunub).

Siqaret çəkməyə yeniyetmə dövründən başlamış 1000 nəfər arasında 250-si tütünün təsirindən 70 yaşına çatmadan dünyasını dəyişir. Onlar tütün tüstüsü nətijəsində ömürlərini 10-15 il azaldırlar. Daha 250 nəfər 70 yaşından sonra, siqaret çəkmək nətijəsində əmələ gələn xəstəliklərdən dünyasını dəyişir.

2000-ji ildə inkişaf etmiş ölkələrdə siqaret çəkmək 35-70 yaş arasındakı kişilərin 30 faizinin ölümünə səbəb olub.


MƏSLƏHƏT GÖR:

410