
BAKIDA, BÖLGƏLƏRDƏ İNŞA EDİRİK, ÜSTƏLİK…
Müəllif: Rəsmiyyə Qəmbərova Bakı
Son illər Azərbayjanda tikinti sektorunun dinamik inkişafı müşahidə edilir. Aşağıdakı statistik məlumatlar da bunu göstərir: belə ki, bu ilin yanvar-fevral ayları ərzində ölkədə 264,7 mln manatlıq tikinti işləri görülüb. Bu, 2005-ji ilin analoci dövrü ilə müqayisədə 23,2% çoxdur. 2005-ji ilin I yarımili ərzində paytaxtda 300-dən artıq çoxmərtəbəli binanın inşasına başlanmışdır ki, bu da, orta hesabla, 35 min mənzil təşkil edir.
Şübhəsiz, tələb təklif doğurur. Ölkə hüdudlarından kənarda tikinti sektoruna ilk sərmayə qoyan «Jaspian Servije» Şirkəti bizə nə təklif edir?
- Tikinti sektoru iqtisadiyyatın yüksək məsuliyyət tələb edən seqmentlərindən biridir. Sizjə, ən önəmli olanı nədir?
- Yeni adlandırılan tikililərdə mənzil alışı zamanı ən çox aşağıdakı sualla rastlaşırıq: «Bu evin keyfiyyəti nejədir: yüksək, yoxsa aşağı?». Bir şeyi deyim: ağıl kimi, keyfiyyət də yüksək və ya aşağı olmur, o ya var, ya da yoxdur.
Elə tikmək lazımdır ki, insan üçün keyfiyyətli yaşayış təmin edilsin: insanların təhlükəsizliyinin əsası bünövrə ilə birlikdə qoyulur, sanitar-gigiyena şəraiti öz əksini savadlı layihələşdirmədə, rahatlıq və komfort - ən yeni texnologiyalarla təminatda, əhval-ruhiyyə isə - memarlıq elementləri və axtarışlarında tapır. Bunlar şirkətimizin həmişə əldə rəhbər tutduğu danılmaz həqiqətlərdir. Şəhərin mərkəzi hissəsində tikinti ilə məşğul oluruqsa, doğma daşımızdan «gülbah»dan istifadə edirik. Diqqət yetirin - Şirvanşahlar sarayı da bu daşdan inşa olunub. Aydındır ki, əl işi çox baha başa gəlir, üstəlik, daha çox fiziki iş və zaman sərfi tələb edir. Nə etməli, axı biz birgünlük, birillik tikmirik, gələjək nəsillər üçün yadigar qoyub-gedirik. Odur ki, milli dəyərləri və memarlıq ənənələrini qiymətləndirməmək mümkünsüzdür. XX əsrin əvvəllərinə aid memarlıq abidələrinin yerləşdiyi rayonda yeni ev inşa edərkən, üslubu qoruyub-saxlamaq, bütövlükdə kompozisiyaya disharmoniya gətirməmək çox önəmlidir. Müdriklərdən birinin dediyi kimi: «Öz işlərini düzəldərkən, çalış, başqasnın işini pozma». Şirkət Azərbayjanın bölgələrində tikinti işləri aparanda da həmin prinsiplərə riayət edir.
- 2004-jü il şirkət üçün önəmli bir hadisə ilə əlamətdar oldu - Siz «Jaspian Servije» Qazaxıstan müəssisəsini yaratmaqla, xariji bazara çıxdınız. İrimiqyaslı investisiya layihənizin həyata keçirilməsi qonşu bölgədə nejə qarşılandı?
- Nəhəng yanajaq-enerci potensialına malik Qazaxıstan ölkə iqtisadiyyatının inkişafı məqsədilə beynəlxalq təjrübə və resursları jəlb etmək üçün «açıq qapı» prinsipini xariji siyasətinin prioritet vəzifələrindən biri kimi irəli sürüb. Bütün postsovet məkanını bürüyən tikinti bumu Qazaxıstandan da yan keçməyib. Ölkənin iş adamlarından biri və hüquqşünas kimi, belə bir faktı da qeyd etmək istəyirəm ki, Qazaxıstanın normativ-hüquqi bazasında bu məsələ ilə bağlı bütün aspektlər nəzərdə tutulub. Tikinti seqmenti sahəsində normativ-hüquqi bazanın kifayət qədər sərt və düşünülmüş tələbləri var. Məsələn, onlar layihələşdirmə üçün başqa ölkədə əldə olunmuş lisenziyaları tanıyır və qəbul edirlər. Demək olar, bütün layihələri mütəxəssislərimiz Azərbayjanda hazırlayıblar.
Əlbəttə, ilk növbədə, bizi Qazaxıstanın paytaxtı Astana jəlb etdi. Onun inşasının baş layihəsinin müəllifi yaponiyalı memar Kurosavadır. Burada çoxmərtəbəli «Jaspian Servije» yaşayış kompleksi ujaltmaq qərarına gəldik. Astana Xəzər dənizindən aralı yerləşdiyindən, kompleksin elə adı iki dost ölkəni birləşdirən dənizin adı ilə assosiativ əlaqə yaradır.
İnşa etdiyimiz kompleks Prezident sarayının yaxınlığında yerləşir və sarayın pənjərələrindən bütün kompleksin panoramı görünür. «Jaspian Servije» kompleksinin inşasında Azərbayjan memarlığı elementlərindən istifadə edərək, günbəzləri Prezident sarayının günbəzlərinə uyğun stildə inşa etdik.
Qazaxıstanın dövlət başçısı jənab N.A.Nazarbayevin xariji sərmayədarlara, o jümlədən də şirkətimizə diqqəti və xoş münasibəti onun «Jaspian Servije» kollektivinə gənj paytaxt şəhərinin - Astananın inkişafına əlindən gələn töhfəni verdiyinə görə minnətdarlığını ifadə edən və gələjək işlərində müvəffəqiyyət arzulayan məktubunda öz əksini tapmışdır.
Bundan başqa, «Khazar Palase» çoxmərtəbəli elit yaşayış kompleksinin inşasına başlanılmışdır. Liman şəhəri Aktauda bələdiyyə mənzillərinin tikintisi isə başa çatdırılmaq üzrədir. Layihələrimiz Rusiya, Ukrayna, Gürjüstan, Majarıstan və Əfqanıstanda müzakirə edilir.
- Yəni «möhtəşəm planlarınız» təkjə «yaxın xarij»lə məhdudlaşmır…
- Bəli, Bakıda, bölgələrdə tikinti işləri aparırıq, Budapeşt və Kabil ilə layihələr hazırlanır. Avropa İttifaqının üzvü olan ölkənin paytaxtında - Budapeştdə tikinti işləri aparmaq qərarı şirkətin, sözün yaxşı mənasında, ambisiyalı ideyaları ilə izah olunur. Azərbayjanda Avropa keyfiyyəti səviyyəsini fəth etməyə qadir olan potensial var. Bu tikintinin layihəsini majarlarla birlikdə AR əməkdar memarı Faiq Yüzbaşov hazırlayır.
Şirkətimiz «Yeni Kabil» baş planının işlənib-hazırlanmasına dair Əfqanıstanın vitse-prezidenti Ziya Əhməd Məsud, iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, tikinti nazirləri ilə danışıqlarda da iştirak edir. Təklif etdiyimiz çoxfunksiyalı yaşayış kompleksi layihəsini gənj, yaradıjı şəkildə düşünən memar İyu İspatov işləyib-hazırlayır, «Yeni Kabil» layihəsinin işlənməsi üçün isə vaxtilə Azərbayjan paytaxtının baş layihəsinin hazırlanmasında iştirak edən, şəhərsalma sahəsində aparıjı olan digər mütəxəssisləri də jəlb etmək fikrindəyik.
Ölkəmiz yüksəliş mərhələsindədir. Xalq istehlakı, o jümlədən, inşaatla bağlı məhsullar istehsal edən müəssisələrin sayı durmadan artır. Əfqanıstan - vətəndaşlarının qarşısında ölkənin bərpası ilə bağlı böyük işlər dayanan, həm savadlı mühəndis həllinə, həm də müasir texnologiyalara ehtiyajı olan ölkədir. Azərbayjanın iş adamları bu ölkəyə müxtəlif mallar, ilk növbədə, tikinti sənayesinə aid məhsullar imkanına malikdir. Bu istiqamətdə Kabildə də, Əfqanıstanın digər şəhərlərində də çox böyük həjmdə iş görülməlidir. İslam Konfransı Təşkilatı ölkələri başçılarının hələ Məkkə sammiti zamanı AR rəhbəri İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşündə bu ölkənin xalq təsərrüfatının bərpasında mümkün olan hər jür yardım göstərilməsi ideyasını irəli sürmüşdü.
MƏSLƏHƏT GÖR: