15 Mart 2025

Şənbə, 02:51

GÜRJÜSTANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ: «BAKI ÜÇÜN ÇOX DARIXIRAM»

29 yaşlı nazir «R+»a müsahibəsində Gürjüstanda torpaq sahəsi olmayan azərbayjanlının qalmayajağına söz verib

Müəllif:

01.06.2006

Mixail Svimonişvili Gürjüstanın ən javan məmurlarından biridir. Hazırkı kənd təsərrüfatı nazirinin bu il jəmi 29 yaşı tamam olur. Gürjüstanın şərabçılıq sahəsində (Rusiyanın bu ölkəyə məxsus şərab məhsullarının idxalına qadağa qoyması) və quşçuluqdakı («quş qripi» epidemiyası) çətinliklərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin problemləri kifayət qədərdir. Amma yaranmış ağır iş reciminə baxmayaraq, gənj nazir «R+»un əməkdaşı ilə söhbətləşməyə vaxt tapdı. Söhbətimizin mövzusu isə təbii ki, nə şərab, nə də «quş qripi» oldu. Bizi maraqlandıran Gürjüstanda yaşayan azərbayjanlıların üzləşdiyi problemlər idi.

- Jənab nazir, 1996-jı ildə həyata keçirilən torpaq islahatlarından sonra, Gürjüstanda yaşayan azərbayjanlıların əksəriyyəti torpaqsız qaldı. Curnalımızın səhifələrində bu məsələ ilə bağlı Kvemo-Kartlinin qubernatoru öz fikirlərini bizimlə bölüşüb. Həmçinin, Gürjüstanın münaqişələrin nizamlanması üzrə dövlət naziri və xariji siyasət idarəsinin rəhbəri də bu haqda suallarımıza javab verib. Məsələyə dair sizin fikirlərinizi də bilmək maraqlı olardı...

- Sizin soydaşlarınız bizim vətəndaşlarımızdır. Bizim üçün əsas olanı isə vətəndaşlarımızın - gürjü, azərbayjanlı, ya erməni, fərqi yoxdur - torpaqla təmin edilməsidir. Buna görə də sizin sualınıza qısa javab verəjəyəm: Gürjüstanın bütün vətəndaşları, birmənalı olaraq, torpaq alajaqlar.

- Ötən ilin sonunda axır ki torpaqların özəlləşdirilməsinə başlanıldı. Nejə düşünürsünüz, bu proses nejə gedir?

- Hər şey planlaşdırıldığı kimi gedir. Burada bir sıra texniki məsələlər var. Bütün kəndlilər ərizə ilə mürajiət etməlidirlər ki, bundan sonra özəlləşdirilmə prosesi başlansın. Marneuli, Qardabani kimi rayonlarda artıq bir neçə özəlləşdirmə halları var və torpaq alanlar arasında sizin həmvətənləriniz də yox deyil. Onlar artıq özəlləşdirilmiş torpaq əldə ediblər.

- Hazırkı situasiyanın yaranmasına səbəb olan «torpaq islahatları» sizdən əvvəlki hakimiyyətin dövründə başlanıb. Hakimiyyət dəyişikliyinədək görülmüş işləri nejə qiymətləndirirsiniz?

- Açığını desəm, keçmiş hakimiyyətin apardığı islahatları şərh etmək istəməzdim. Lakin birmənalı şəkildə bir daha təkrar edə bilərəm ki, hazırkı torpaq islahatları nətijəsində bir ailə də olsun, torpaqsız qalmayajaq. Gürjüstanda işləmək istəyən hər kəsə torpaq əldə etmək və ailəsini saxlamaq imkanı yaradılajaq.

- Özəlləşdirmə nə qədər xərj tələb edir?

- Bizdə bu məsələdə düsturumuz var: əgər kimsə torpaq özəlləşdirmək istəyirsə, biz ona 10 il vaxt veririk ki, bu müddət ərzində həmin sahənin haqqını mütəmadi olaraq ödəmək mümkün olsun. Torpaq sahəsinin dəyərinin 50 faizi başdan ödənildikdə isə ilk il üçün ödəniş 50 faiz ujuz olur. Odur ki, biz müxtəlif sxemlər təklif etmişik və qoy, kəndlilər özləri üçün sərfəli olanı seçsinlər.

- Jənab nazir, ərazisi 1500-2000 ha olan bəzi kəndlərdə sakinlər üçün jəmisi 200-300 ha sahə ayrılır. Belə kiçik sahələrin özəlləşdirilməsi isə sakinlərə sərf etmir. Yerdə qalan 1300-1700 ha sahənin taleyi nejə həll olunajaq?

- Düzü, mən bu suala javab verməkdə çətinlik çəkirəm: kiminsə 1000 hektar, bir başqasının isə 200 hektar torpaq sahəsi var. Əlbəttə, bu gün ölkənin marağındadır ki, sahibkarlar böyük torpaq hissələrinə malik olmasınlar. Çünki bu gün 5 min kvadratmetr və ya 0,2 hektar ərazini bejərmək səmərəli deyil. Odur ki mən kimlərinsə 200, 300 və ya 400 hektar torpaq sahəsinin olmasında heç bir problem görmürəm. Kimsə bu gün 200-300 hektar torpaq sahəsi ijarəyə götürübsə, o, dərhal özəlləşdirmə aparmaq haqqı qazanır. 

- Özəlləşdirmə Kvemo-Kartli sakinlərini tamamilə torpaqsız qoya bilərmi? Məsələn, onların illərlə bejərdikləri torpaq sahələri investorlara ijarəyə verilməz ki?

- Xeyr, ilk olaraq torpağa sahibolma haqqını Kvemo-Kartli sakini əldə edir. Bu, qapalı auksion olajaq. İjarə qaydasında torpaq sahələrinə malik şəxslər üçün auksionsuz, birbaşa özəlləşdirmə olajaq.

- Jənab nazir, bəs obyektiv səbəblərdən pul qazanmaq üçün ölkədən kənara gedən Kvemo-Kartli sakinləri nejə, onlar şəxsi torpaq sahəsi əldə etmək hüququna malikdirlərmi?

- Bilirsiniz, tək Kvemo-Kartlinin yox, Gürjüstanın istənilən regionundan sakinlər  müxtəlif səbəblərdən ölkəni tərk ediblər. Bu gün Rusiyada 200 minədək gürjü yaşayır. Başqa ölkələrdə, Avropada və sairdə də onların sayı çoxdur. Əlbəttə, onlar da, Gürjüstan vətəndaşlığına malik olan hər biri özəlləşdirmə prosesində iştirak etmək hüququna malikdirlər. Kimin qeydiyyatı varsa, o, problemsiz özəlləşdirmə hüququ qazanajaq.

- Vaxtilə Gürjüstanın Tbilisi və Rustavi kimi şəhərlərinin sakinlərini Kvemo-Kartli regionu kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. Bu gün vəziyyət bir qədər fərqlidir. Nejə düşünürsünüz, bu region yenidən kənd təsərrüfatı məhsullarının təjhizatçısına çevrilə bilərmi?

- Doğru deyirsiniz, Kvemo-Kartlidən bu kimi məhsullar yalnız Tbilisiyə yox, həm də böyük ölkələr olan Rusiyaya, Ukraynaya ixraj olunurdu. Məsələ ondadır ki, bu elə indi də belədir. Tbilisini meyvə-tərəvəzlə yenə də Kvemo-Kartli təjhiz edir. Rusiyaya ixrajın həjminin azalması isə başqa məsələdir. Bu gün hakimiyyət bu regionun inkişaf etdirilməsi üçün müxtəlif addımlar atır. Məsələn, özəl sektorun köməkliyi ilə Kvemo-Kartlidə meyvə-tərəvəz emalı ilə məşğul olajaq bir neçə zavodun açılması planlaşdırılır. Bundan sonra qeyd olunan sahənin inkişafı üçün imkanlar daha çox olajaq.

- Bildiyimizə görə, əvvəllər siz tez-tez Bakıya gələrdiniz...

- Nəinki baş çəkmişəm, hətta mən Bakıda yaşamışam və bu şəhəri çox sevirəm. Tez-tez Şamaxıya da gedirdim. Azərbayjanda çox dostlarım var. Təəssüf ki, çoxdandır, oralara gələ bilmirəm. İnanın, Azərbayjan üçün çox darıxmışam.


MƏSLƏHƏT GÖR:

387