
ERMƏNİSTANDA İSTEFALAR: «NARINJI İNQİLAB ƏRƏFƏSİ»,
Yoxsa qarabağ nizamlanmasını ləngitmək üçün hiyləgər manevrlər?!
Müəllif: Rasim Musabəyov, politoloq Bakı
Son günlər Ermənistanın siyasi arenasında baş verən hadisələrin «daha uzağa gedən» nətijələri olajağını söyləmək olar. «Orinats Yerkir» partiyası hakim koalisiyanı tərk etməsi, təşkilatın rəhbəri Artur Baqdasaryanın isə Milli Şuranın (parlament) spikeri postundan istefa verməsi belə düşünməyə əsas verir.
Xatırladaq ki, bu haqda qərarını spiker mayın 12-də keçirdiyi xüsusi mətbuat konfransında bəyan edib. O, əlavə edib ki, onunla birlikdə partiyasının yüksək postlar tutan digər üzvləri də vəzifələrini tərk edirlər. Baqdasaryanın sözlərinə görə, koalisiyaya daxil olan digər iki partiya (Respublika Partiyası və Daşnaksütyun), həmçinin, prezident Robert Köçəryan ilə bir sıra məsələlərə dair fikir ayrılıqları daha da dərinləşib. Spiker fikir ayrılıqlarının, əsasən, üç sahə ilə bağlı yarandığını söylədi: birinjisi, daxili siyasət və sosial məsələlər, ikinjisi, demokratik islahatlar, nəhayət, üçünjüsü - xariji siyasət.
Beləliklə, Ermənistanın hakim koalisiyası 2007-ji ildə keçiriləjək parlament seçkisini gözləmədən parçalandı. Niyə parçalandı? Əsas hədəf və məqsəd nədir? Bu hadisələrin gələjəkdə nə kimi nətijələri ola bilər? Ermənistan dərin siyasi böhrana tərəf gedir, yoxsa bu, sadəjə, Robert Köçəryanın prezidentlik müddətinin bitməsinə az qalmış liderlik uğrunda başlayan mübarizənin göstərijisidir? Hələlik bu suallar açıq qalır və onlara həm yerli, həm də xariji kütləvi informasiya vasitələri, siyasətçilər və analitiklər javab tapmağa çalışırlar. Təbii ki, Ermənistanda baş verən intriqalar, ilk növbədə, bizim üçün - Azərbayjan üçün də maraqsız deyil.
Ermənistanda hakimiyyət daxilində çəkişmənin çoxdan başlandığı məlumdur. Elə «Orinats Yerkir» partiyasının özündə müxtəlif vəzifələrə təyin olunmuş partiya üzvlərinin davranışları ilə bağlı da ziddiyyət yaranmışdı. Onlardan bəzilərinin nümayiş etdirdiyi səriştəsizlik, hətta partiya daxilində də hiddət və qəzəb yaradırdı. Məsələn, bir müddət əvvəl eks-mədəniyyət naziri Oveyan evində işığın kəsilməsindən qəzəblənərək, oğlu ilə birlikdə «Ermənistan elektrik şəbəkəsi»nin filialının binasına soxulub, şəbəkənin əməkdaşlarına zor tətbiq edib və hətta onlardan bəzilərinə tapançanın qundağı ilə zərbələr endirmişdi. Təbii ki, bu özbaşınalıq ölkədə jiddi rezonans doğurmuşdu.
Partiyanın digər nümayəndələri də korrupsiya və şübhəli işlərlə məşğul olan şəxslərə himayədarlıq etmələri ilə fərqləniblər. Bunlarla yanaşı, «Orinats Yerkir»in sədri A.Baqdasaryan, onu spiker postuna seçən koalisiyadakı həmkarlarını, son seçkinin nətijələrini saxtalaşdırmaqda və özəlləşdirmə zamanı dövlət əmlakını mənimsəməkdə ittiham etməkdən belə çəkinməyib. Bir müddət əvvəl isə Almaniyada səfərdə olan spiker indiyədək «Rusiyanın forpostu» missiyasını yerinə yetirən Ermənistan üçün qeyri-adi bəyanat səsləndirərək, Moskvanı «Ermənistanın NATO-ya inteqrasiyası yolunda dayanmamağa» çağırıb.
Bir sözlə, fikir ayrılıqları kifayət qədər çox idi.
«Orinats Yerkir» liderlərinin yanaşmasına görə, koalisiyanı vaxtından əvvəl tərk etmək prinsipial taktiki düşünjənin nətijəsidir. Parlament seçkiləri yaxınlaşdıqja, partiya seçim etməli idi. Respublikaçılar və daşnaklarla koalisiyada qalmaq, «Orinats Yerkir»in gələn il keçiriləjək parlament seçkilərində yüksək nətijə göstərməsinə mane ola bilərdi. Bundan başqa, hazırkı koalisiyada təmsil oluna-oluna, Baqdasaryanın prezident seçkilərində uğur qazanması da qeyri-mümkündür. Çünki bu koalisiyada çoxluğun dəstəyini alan Köçəryan-Sarkisyan tandeminin maliyyə və inzibati resurslarının müqayisəyəgəlməz dərəjədə çox olduğu şübhəsizdir.
Bunu nəzərə alaraq, 2005-ji ildən etibarən «Orinats Yerkir» öz ətrafında «yeni müxalifət» imiji formalaşdırmağa başladı. Ola bilsin ki, partiya liderləri Gürjüstan və Ukraynada hakimiyyətdən ayrılaraq demokratik şüarlarla silahlanan və Qərbə meyillənən müxalifətin son uğurlarını təkrarlamaq istəyirlər. Bu mənada, «Oritants Yerkir» və onun rəhbəri Baqdasaryanın «məxməri inqilab»ın Ermənistan variantına ümid etdiyi istisna deyil. Baqdasaryanın gənj və kifayət qədər ambisiyalı olması da bu versiyanı ağlabatan edir.
Lakin onu da görməmək mümkün deyil ki, bu gün Ermənistanı nə Şevardnadzenin Gürjüstanı, nə də kuçmalı Ukrayna ilə müqayisə etmək olar. Ən azı ona görə ki, Ermənistanda mübarizəyə qatılan siyasi qüvvələri kəskin və bəzi hallarda, hətta ölümjül dərəjədə qorxulu «oyun qaydaları» gözləyir.
Düzdür, spikerin sensasiyalı bəyanatları və istefasından sonra, hələlik zorakılıq və qətlsiz keçinmək mümkün olub. Lakin gələjəkdə hadisələrin nejə inkişaf edəjəyini kim bilir? Hər halda, Köçəryan-Sarkisyan tandeminin jinayətkar mahiyyəti bütün ijtimaiyyətə məlumdur.
Bütün bunların fonunda, «Orinats Yerkir» partiyasını, onun üçün çox vajib və lazımlı üzvləri - biznes təmsilçiləri, yerli oliqarxlar tərk etməyə başlayıblar. Ermənistan KİV-in məlumatına görə, bu partiyanı və onun parlamentdəki fraksiyasını (buraya 20 deputat aiddir) artıq 11 sahibkar deputat tərk edib. Onlar arasında məşhur iş adamı Arkadi Ambartsumyan, «Yerevan UAZ» şirkətinin sahibi Eduard Qabrielyan, Yerevan merinin qardaşı Sayad Zaxaryan, «Ojaq» restoranlar şəbəkəsi sahibinin oğlu Tiqran Yeqanyan, Kotaysk vilayəti başçısının qardaşı Samvel Şahqaldyan və başqaları var. Partiyanı tərk edən biznesmenlərin bu addımı heç kəsi təəjjübləndirməyib. Çünki Ermənistanda böyük biznesin təhlükəsizliyi və uğuru yalnız hakimiyyətlə konflikti olmayanlar üçün realdır. Adları çəkilən şəxslərin əksəriyyəti də partiyaya, məhz öz biznes fəaliyyətlərində əlavə imtiyazlar qazanmaq niyyəti ilə gəlmişdi.
«Orinats Yerkir»i, həmçinin, şəhərsalma naziri Aram Arutyunyan ilə təhsil və elm naziri Serqo Yeritsyan (o həm də partiya sədrinin müavini idi) da tərk ediblər. Artıq analitiklər şübhə etmirlər ki, seçkilər yaxınlaşdıqja, partiyadan «qaçanlar»ın sayı daha da artajaq. Çünki «Orinats Yerkir» hakim koalisiyadakı keçmiş həmkarlarına qarşı nə qədər radikal mövqedən çıxış etsə, hakimiyyətin əks-təsiri də bir o qədər güjlü olajaq.
«Orinats Yerkir»i və onun parlament fraksiyasını dağıtmaqla, hakimiyyət özünün sivil mübarizə metodlarına üstünlük verdiyini nümayiş etdirmək istəyir. Məsələn, «Armildnfo» agentliyinin məlumatına görə, prezident Robert Köçəryan hakim koalisiyada baş verənlərdə qeyri-adi heç nə görmədiyini deyib: «Hakim koalisiyanın tərkibində dəyişikliyin olması istənilən sivilizasiyalı jəmiyyət üçün normal hadisədir. Biz əminik ki, baş verənlər ölkədə daxili siyasi böhrana səbəb olmayajaq. Koalisiya daxilində parçalanma açıq və sivil qaydada baş verdi. Respublika Partiyası və «daşnaksütyun» siyasi memorandum çərçivəsində fəaliyyətlərini davam etdirirlər. Dəyişikliyin baş verməsindən sonra, hökumət və Milli Şura işini təbii məjrada davam etdirir».
Öz növbəsində, müdafiə naziri və Ermənistan Təhlükəsizlik Şurasının katibi Serj Sarkisyan spikerin istefasını öz qələbəsi sayıb-saymaması haqda curnalistlərin sualını belə javablandırıb: «Biz onunla döyüş medanında savaşmamışıq».
Yerli analitiklər hakimiyyətin yaxın zamanlarda siyasi meydanda «Orinats Yerkir»ə əvəz tapajağını proqnozlaşdırır. Liberal-mərkəzçi roluna (əvvəllər «Orinats Yerkir» də bu yolu tutmuşdu) əsas namizəd kimi yeni, tələm-tələsik sahibkarlardan təşkil olunan və oliqarx Qagik Tsarukyanın rəhbərlik etdiyi «Çiçəklənən Ermənistan» partiyasının adı çəkilir. Hətta sərfəli sayılajağı təqdirdə, «Orinats Yerkir»ə həllediji döyüşqabağı möhkəmlənmək və yeni müxalifət kimi güj toplamaq imkanı verməmək üçün parlamentin vaxtından əvvəl buraxılajağı da istisna olunmur.
Bu arada isə «Reqnum» agentliyi ötən ilin sonunda «Qafqaz demokratiya institutu» İnkişaf Fondunun keçirdiyi ümumrespublika sorğusunun nətijələrini açıqlayıb. Məlum olub ki, respondentlərin 55,9 faizi hakimiyyətin vaxtından əvvəl dəyişməsini mümkünsüz sayır. 77,2 faiz isə Ermənistanda «rəngli inqilab»ın baş verə biləjəyinə qətiyyən inanmır. Bununla yanaşı, sorğuya qatılanların 57,3 faizi ölkənin daxili siyasi vəziyyətinin nejə inkişaf edəjəyini proqnozlaşdırmaqda çətinlik çəkir. Ölkənin gələjək prezidenti kimi, 47 faiz Köçəryanın yaxın ətrafından olan şəxslərdən birini görür, daha 10 faiz isə istisna etmir ki, Köçəryan postunu qorumağa jəhd göstərəjək. Serj Sarkisyanın prezidentlik şansı bir qədər yüksək (25 faiz) qiymətləndirilir. Siyahıda ikinji yeri Artur Baqdasaryan (14,7 faiz) tutur. Lakin «Siz öz səsinizi kimə verərdiniz?» sualında Artur Baqdasaryan Serj Sarkisyanı ikiqat qabaqlayır. Bir sözlə, S.Sarkisyan nüfuzlu olsa da, o qədər də populyar deyil. Artur Baqdasaryan gənj, savadlı olmaqla yanaşı, həm də dəfələrlə seçijiləri məyus etmiş müxalifət namizədləri Stepan Dəmirçiyan və Vazgen Manukyan ilə müqayisədə, kifayət qədər təjrübəlidir.
Amma bütün bunlarla yanaşı, Ermənistanda baş verənlər, yalnız gələn il keçiriləjək parlament, daha sonra isə baş tutajaq prezident seçkilərinə hazırlıq kimi dəyərləndirilməyə də bilər. Məsələ bundadır ki, indiyədək beynəlxalq ijtimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə dair təqdim etdiyi plandan yayınmaq üçün, Yerevanda bir neçə dəfə daxili siyasi böhrandan istifadə olunub. 1998-ji ildə prezident Levon Ter-Petrosyanın məjburi istefa verməsini xatırlamaq kifayətdir. Bu istefa ilə, faktik olaraq, tərəflərin ATƏT-in Minsk qrupunun münaqişənin mərhələli həllinə dair verdikləri razılığın üstündən xətt çəkildi. Bunun ardınja Ermənistan parlamentində baş vermiş məlum gülləbaran hadisəsi ATƏT-in İstanbul sammitində Qarabağ münaqişəsinin ərazi mübadiləsi vasitəsilə həllinə dair razılaşmanın imzalanması planını pozdu. Prosesin dondurulmasına bəhanə kimi, dəfələrlə seçki kampaniyalarının başlanması və başqa bu kimi hadisələr də istifadə olunub.
İlk baxışdan, hələlik belə vəziyyətin yaranması üçün əsas yoxdur. «Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın mövqeyi konstruktivdir. Biz tərəflər arasında aparılan danışıqlar prosesinə pozitiv yanaşdığımızı dəfələrlə bəyan etmişik», - deyə artıq qeyd etdiyimiz 12 may mətbuat konfransında Artur Baqdasaryan bildirib. İnformasiya agentliklərinin məlumatına görə, eks-spiker hakim koalisiya və prezident Robert Köçəryan ilə yaranmış fikir ayrılıqlarının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olması haqda fikirləri bölüşmür. Bu haqda curnalistlərin suallarını javablandıran Artur Baqdasaryan bildirib ki, ölkə siyasiləri arasında yaranmış fikir ayrılığı qətiyyən «daxili siyasi gərginlik yaratmaqla, ijtimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən yayındırmaq üçün vasitə sayıla bilməz».
Amma hər halda, Köçəryan reciminin indiyədək dəfələrlə istifadə etdiyi taktikanı nəzərə alsaq, iqtidarın Dağlıq Qarabağ probelminin həllinə dair ermənilərin maraqlarına javab verməyən təkliflərdən yayınmağın yolları haqda düşünmədiyi inandırıjı görünmür. Xüsusilə də danışıqlar prosesinin Yerevan üçün o qədər də sərfəli olmayan istiqamətdə davam etdiyi nəzərə alınsa. Köçəryanın Rambuye danışıqlarını düşünülmüş qaydada dayandırması, ardınja isə Azərbayjanın dövlət başçısı İlham Əliyevlə növbəti görüşün baş tuta biləjəyi NATO sammitində iştirak etmək üçün Parisə getməkdən imtinası bunu bilavasitə təsdiq edir.
Köçəryan reciminin ehtiyatında hələ parlamentarilərin nümayişkaranə şəkildə «tərsliyini» nümayiş etdirmək, lazım gəldikdə isə hətta ölkədə siyasi böhran təşkil etməklə parlamenti buraxaraq növbədənkənar seçki təyin etmək kimi variantlar da qalıb. Məlumdur ki, seçkiönjəsi mübarizənin aparıldığı şəraitdə, sülh prosesinə dair müzakirələrin davam etməsi və çətin kompromis qərarların qəbulu qeyri-real görünür. Buna görə də yalnız ona ümid etmək olar ki, erməni hakimiyyətinin bu jür gedişlərinə öyrənjəli olan beynəlxalq ijtimaiyyət, bu dəfə analoci manevrlərə imkan verməyəjək.
Bir məsələ dəqiqdir ki, Qarabağ münaqişəsinin donu Azərbayjanda siyasi stabilliyin təmin olunduğu vaxt açılır. Bakı-Tbilisi-Jeyhan neft kəmərinin tikintisinin başa çatması ölkəyə çox böyük maliyyə axınını və iqtisadiyyatın yüksək templə inkişafını təmin edəjək. İran ətrafında yaşanan böhranın fonunda, Azərbayjana olan geosiyasi marağın artdığı müşahidə olunur.
Bunun müqabilində Ermənistan isə bu mərhələdə o qədər də inamlı görünmür və vəziyyətdən çıxmaq üçün müxtəlif manevrlərə əl atmağa məjburdur.
Odur ki istənilən gözlənilməz dəyişikliklərə hazır olmaq lazımdır.
MƏSLƏHƏT GÖR: