
İLK JƏHD UĞURSUZ OLDU
Hokkeyçi qızlarımızın Dünya çempionatının final mərhələsinə düşməsinə yalnız bəxtsizlik mane oldu
Müəllif: Kamil Əliyev Bakı
Azərbayjanın otüstü hokkeyçilərinin Romada (İtaliya) keçirilən Dünya çempionatının seçmə mərhələsindəki ilk çıxışı uğursuz oldu. Adil Paşayevin yetirmələri 9-ju yeri tutdular ki, bu da təəssüf ki, onlara sentyabrda Madriddə (İspaniya) keçiriləjək Dünya çempionatının final mərhələsinə qatılmaq üçün kifayət etmədi. Azərbayjan hokkeyçiləri İtaliyadakı rəqibləri ilə oyunlarda onlardan o qədər də zəif təsir bağışlamasalar da, həllediji anlarda bizimkilərin, sadəjə, bəxti gətirmirdi.
Qeyd edək ki, Dünya çempionatının final mərhələsinə öz qruplarında 1-2-ji yerləri tutan komandalar, həmçinin, yekunda beşinji yeri tutan yığma çempionata qatılmaq hüququ əldə etdi.
Azərbayjan hokkeyçilərinin "bəxtsizlik zolağı" Yeni Zelandiya ilə keçirilən ilk matçda gələn 1:2 hesablı məğlubiyyətlə başladı. Oyunun gedişində hokkeyçilərimiz İnna Jəfərovanın sayəsində 1:0 hesabı ilə irəli keçsə də, qələbəni saxlaya bilmədi. Bu matçdakı məğlubiyyətə baxmayaraq, Azərbayjan hokkeyçilərinin seçmə mərhələdəki çıxışı əsl rezonans yarada bildi. Məsələ ondadır ki, komandamızın rəqibi Yeni Zelandiya otüstü hokkey üzrə dünya reytinqində 6-jı yeri tutur və dəfələrlə Dünya çempionatının final mərhələsində iştirak edib. Reytinq jədvəlində 19-ju yerə sahib olan Azərbayjan yığması isə mundialın seçmə mərhələsinə ilk dəfə qatılmışdı. Milli komandamızın baş məşqçisi Adil Paşayev İtaliyadan telefon vasitəsilə "R+"a verdiyi müsahibədə bildirib ki, onun yetirmələri sözügedən qarşılaşmanı qazanmaq üçün xeyli imkanlara malik olsa da, yaratdıqları çoxsaylı qol vəziyyətlərindən istifadə edə bilməyib.
Bunun ardınja isə seçmə mərhələnin keçirildiyi ölkəyə - İtaliyaya 0:1 hesablı üzüjü məğlubiyyət gəlib. Qrup mərhələsinin üçünjü turu isə Adil Paşayevin yetirmələri üçün ən uğursuzu olub. Onlar koreyalılara 0:4 hesabı ilə məğlub olublar. Amerika hokkeyçiləri ilə keçirilən qarşılaşmadan sonra, Azərbayjan yığması Madridə getmək şansını birdəfəlik itirib. ABŞ yığması ilə oyun millimiz üçün son dərəjə uğursuz başlayıb və artıq ilk yarışdan sonra hokkeyçilərimiz qapılarından 3 javabsız top buraxıblar. Bundan sonra komandamızın darmadağından yaxa qurtara bilməyəjəyi düşünülsə də, Adil Paşayevin yetirmələri xarakter nümayiş etdirərək, Zeynəb və Liana Nuriyevaların vurduqları qollarla hesab arasındakı fərqi minimuma endirə biliblər. Lakin Azərbayjan hokkeyçilərinin bundan artığına güjü çatmayıb və qapılarından daha bir qol buraxan millimiz sonda amerikalı həmkarlarına 2:4 hesabı ilə məğlub olub.
Azərbayjan yığması qrup mərhələsinin yalnız sonunju turunda aktivinə ilk və sonunju xalı yazdıra bilib. Bu, İrlandiya yığması ilə qolsuz bərabərlik nətijəsində mümkün olub. Beləliklə, qrupda sonunju yeri tutan Arif Paşayevin yetirmələrinin qarşısında artıq bir hədəf dururdu: yekun nətijədə 9-ju yeri tutmaq və bununla da dünya reytinqində mövqeyini yaxşılaşdıraraq, 2008-ji ildə Pekində (Çin) keçiriləjək Olimpiya Oyunlarının seçmə mərhələsinə qatılmaq hüququ qazanmaq. Xoşbəxtlikdən, Azərbayjan hokkeyçiləri bu vəzifənin öhdəsindən layiqinjə gəldilər. İlk olaraq qızlar Ukrayna yığmasını 4:1 hesabı ilə darmadağın etdilər. Komandamızın heyətində qolları İnna Jəfərova iki dəfə, Nataliya Sidorova və Dilfuzə Mirzəliyeva vurdular. Bunun ardınja həllediji qarşılaşmada Şotlandiya komandası ilə ağır keçən matçda qələbə qazana bildilər: 3:2. Yeri gəlmişkən, Dumanlı Albion təmsilçiləri üzərində qazanılan qələbə başqa bir jəhətdən də əlamətdardır. Belə ki, bu ilin fevralında Jənubi Afrikada keçirilən beynəlxalq turnirdə yığmamız elə bu şotlandlara 2:6 hesabı ilə məğlub olmuşdular. Beləliklə, yığmamız daha çox əhəmiyyət daşıyan bir turnirdə bunun revanşını ala bildi.
"Bizim, sadəjə, bəxtimiz gətirmədi..."
Belə qəbul olunub ki, komandalar hansısa turnirdə uğursuzluğa düçar olan zaman onun çalışdırıjısı bosları qarşısında özünə haqq qazandırmaq üçün müxtəlif - çoxlu səbəblər göstərir. Situasiyanın bu jür alınmasında qeyri-obyektiv hakimlərin ənənəvi olaraq "azərbayjanlı idmançıları sevməməsi" və ya turnirin keçirilməsi şərtləri, zədə epidemiyası və sair günahkar sayırılr. Adil Paşayevin fikrinjə isə, Azərbayjan hokkeyçilərinin İtaliyada üzləşdikləri uğursuzluq yuxarıda göstərilən səbəblərdən heç biri ilə bağlı deyil. Onun sözlərinə görə, uğursuzluğun səbəbi, sadəjə, olaraq, qol vəziyyətlərində yaşanan adi bəxtsizlikdir. "İtaliyada keçirilən Dünya çempionatının seçmə mərhələsinin təşkili və şərtləri son dərəjə yüksək səviyyədə idi. Hakimliyin səviyyəsi ilə bağlı da mənfi fikir söyləmək olmaz və mən məşqçilik karyeram boyunja ən ədalətli hakim işlərini izlədim", - deyə Adil Paşayev "R+"a bildirib: "Bizim, sadəjə olaraq, bəxtimiz gətirmədi. Praktik olaraq, bütün qarşılaşmalarda biz ərazi üstünlüyünə malik idik və saysız-hesabsız qol vəziyyətləri yaradırdıq. Sadəjə olaraq, həmin vəziyyətləri reallaşdıra bilmədik. Ən təəssüfləndirijisi ilk matçda Yeni Zelandiya millisindən aldığımız məğlubiyyət idi. Xariji mütəxəssislər də təsdiq edirdilər ki, həmin qarşılaşmada biz qələbəyə layiq idik".
"İtalyanlarla qarşılaşmada uğur bizdən tamamilə üz döndərdi. Hətta jərimə zərbəsi zamanı top Dilfuzə Mirzəliyevanın hokkey ağajından kənara sıçradı ki, bu, son dərəjə nadir hallada baş verən hadisədir. Bizdə isə bu baş verdi və top qapının yanından keçdi", - deyə millimizin baş məşqçisi bildirib. - "Yalnız koreyalılarla qarşılaşmada rəqib bizi bütün parametrlərlə üstələdi. Odur ki həmin matçda məğlub olmağımız ədalətli nətijə idi. Qalan qarşılaşmaların hamısında bizə azja bəxt çatışmadı. Əks halda, biz Dünya çempionatında iştiraka imkan verən beş vəsiqədən birinə iddia edə bilərdik. İndi bizi yalnız 9-ju yeri tutmağımız və bununla da dünya reytinqində vəziyyətimizi yaxşılaşdırmağımız sevindirir. Reqlamentə əsasən, Pekin Olimpiadasının seçmə mərhələsində dünya reytinqinin ilk 18 yerini tutan komandalar iştirak edə bilər. Dünya çempionatının İtaliyada keçirilən seçmə mərhələsində iştirakadək isə biz reytinq jədvəlində jəmisi 19-ju yeri tuturduq. İtaliyada əldə etdiyimiz 9-ju yerin səbəbinə biz olimpiadaya qatıla biləjəyik. Odur ki Dünya çempionatı istəyimiz nətijəsiz qaldısa, biz Pekin Olimpiadasına qatılmaq üçün əlimizdən gələni etdik".
MƏSLƏHƏT GÖR: