
«HƏR OXUYAN MOLLA PƏNAH OLMAZ»
Bir çox müğənnilərimiz üçün Avrovicndə iştirak mütləq arzuya çevrilib
Müəllif: NİKOLYA Bakı
Azərbayjan şou-biznesi yeni bir xəstəliyə düçar olub. Bu dəfə xəstəliyin gözəl səslənən «əjnəbi» adı da var – Avrovicn… Əvvəlki illərdə də yerli müğənnilər, çəkinə-çəkinə də olsa, Azərbayjanın bu nüfuzlu musiqi müsabiqəsində iştirakına tərəfdar olduqlarına eyham vururdular. Lakin o zaman hər şey elə müjərrəd istəklər olaraq da qaldı. Bu dəfə isə durum daha jiddidir. Artıq Avrovicn əməkdar artistlərdən heç kimin tanımadığı toyxana solistlərinə qədər bütün böyük müğənni ordusunun həyatının sanki yeganə məqsədinə çevrilib.
Bəs məsələnin kökündə nə durur? Baiskar yenə də «bədnam qonşumuz» - Ermənistandır. Mətbuat uzun müddət belə bir xəbəri çözələyirdi ki, Avrovicn müsabiqəsinin erməni iştirakçısı doğum yeri qrafasında… Dağlıq Qarabağ yazıb. Əlbəttə, biz hadisələrin bu istiqamətdə inkişafına yol verə bilməzdik və dünya ijtimaiyyətinə mürajiətdən sonra ədalət zəfər çaldı.
Lakin Avrovicn məsələsi bununla bitmədi. Ermənistanın bu müsabiqədə iştirakı barədə məlumat yayılandan sonra, Azərbayjanda da təşəbbüs qrupu yaradıldı. Amma yəqin, razılaşarsınız ki, bu barədə çoxdan jiddi düşünmək lazım idi. Bu, Mədəniyyət Nazirliyinə də aiddir. Nətijədə, Ermənistan Avrovicndə təmsil olunajaq, biz isə yox. İndi isə Avrovicndə iştirak özünəməxsus mütləq arzuya çevrilib.
Əlbəttə, ölkəmiz Avrovicn iştirakçıları sırasına qatıldığı halda, bu, uzun illərboyu Ermənistanla apardığımız informasiya savaşında da kifayət qədər müsbət rol oynayardı. Axı Avrovicn təkjə müğənnilərin yarışması deyil. İlk növbədə, Avrovicn – öz ölkəsini ən gözəgəlimli baxımdan təqdim etmək, onun özəlliklərini dünyaya çatdırmaq imkanıdır.
Lakin nə qədər ağrılı olsa da, bu il biz yenə də kənarda qaldıq. Görünür, hazırda Azərbayjanda bu mübarizəyə qoşulmaq üçün nə kifayət qədər hazırlıqlı müğənni, nə texniki imkanlar, nə də mənəvi güj var.
«Mən deyiləmsə, bəs kim?»
Amma deyəsən, ifaçılar belə bir durumla barışmaq fikrində deyillər. Bir çoxları yeni, lakin xəyali Olimpi fəth etməyə girişdi. Hərə bu müsabiqədə iştirak üçün öz namizədliyini irəli sürür və bu zaman heç nə – yaş, istedadın olmaması, xariji dil bilməmək nəzərə alınmır. Avrovicndə qələbə xülyası ilə yaşayan «ulduzlarımız» sırasında aşağıdakılar var:
1. Müğənni Jəmilə – məftunediji olduğuna möhkəm əmin olan bu müğənni xanım hesab edir ki, bu, müsabiqə iştirakçısı olmaq iddiasında bulunmağa əsas verir.
2. Toylarda oxuyan, heç kimin tanımadığı və müsabiqənin özəlliklərindən xəbərsiz bir xalq mahnıları ifaçısı. Onun fikrinjə, Avrovicndə xalq melodiyaları ifa olunmalıdır.
3. Natavan İrəvanlı – yaradıjılığı ilə deyil, öz həmkarı ilə biabırçı qalmaqalla daha çox məşhur olan sənətçi. Guya ingilis dilini mükəmməl bildiyini vurğulayır.
4. Səidə Dadaşova – məşhur aktyor Rəfael Dadaşovun uzun müddət xarijdə olan, indi isə səhnəyə qayıdaraq, itirdiklərini geri qaytarmaq niyyətində olan qızı.
5. Nəhayət, «mister qızıl şlyager» Faiq Ağayev…
Sadalananlardan savayı, müxtəlif səviyyəli çoxlu «ulduz» və «ulduzjuq» da Avrovicn səhnəsində «parlamaq»dan heç də imtina etməzdi. Məzəli və məzəli olduğu qədər də kədərli bir görüntü… Müğənnilərin «birinjilik» uğrunda ölüm-dirim savaşına qalxmaları, düzü, çox xoşagəlməz təsir bağışlayır…
«Çörəyi ver çörəkçiyə…»
Bəs Azərbayjan Avrovicndə nə vaxt iştirak edəjək? Mütəxəssislər hesab edirlər ki, 2008-ji ildən tez olmayaraq. Buna hazırlıq artıq başlanıb. Bu məsuliyyətli işə bəstəkar Mübariz Tağıyevin də iştirakı ilə SOY Produjtion və M Group şirkətləri tərəfindən yaradılan xüsusi təşəbbüs qrupu girişib. Qeyd etmək lazımdır ki, tamaşaçılar bu təşəbbüs qrupunun üzvlərini onların təşkilatçı və cüri qismində çıxış etdikləri «Yeni ulduz» müsabiqəsindən çox yaxşı tanıyırlar.
«Yerli istifadə» üçün gənj estrada ifaçıları seçilməsi məsələsində kifayət qədər səriştə qazanaraq, onlar artıq beynəlxalq arenaya çıxmaq vaxtının çatdığını güman edirlər. Yeri gəlmişkən, xatırladaq ki, bu müsabiqədə çıxış etmək hüququna Avropa Yayımlayıjılar İttifaqına üzv ölkələrin müğənniləri malikdirlər. Gürjüstan və Ermənistandan fərqli olaraq, Azərbayjan hələ bu ittifaqa üzv deyil. Lakin Avrovicndə iştirak xülyasına aludə olanlar bunu, sanki unudurlar. Odur ki təşəbbüs qrupu, ilk növbədə, ölkəmizin Avropa Yayımlayıjılar İttifaqına üzvlüyünə nail olmaq niyyətindədir. Bu il müvafiq mürajiət ünvanlayaraq, o, 2007-ji ilin iyul ayına qədər müsbət javab almaq ümidindədir.
Beləliklə, Azərbayjan, ən yaxşı halda, Avrovicn-2008 müsabiqəsində iştirak edə biləjək. Üstəlik, «təşəbbüskarlar» iddia edirlər ki, təkjə ijtimaiyyətin deyil, həm də Azərbayjan hüdudlarından kənarda yaşayan həmvətənlərimizin də dəstəyinə ehtiyajları var.
SOY Produjtion şirkətinin rəhbəri Yaşar Məmmədov kifayət qədər optimist əhval-ruhiyyədədir: «Əminəm ki, birgə səylərlə ölkəmizin Avropa Yayımlayıjılar İttifaqının tamhüquqlu üzvünə çevrilməsinə nail olajağıq».
Kimdir layiq olan?
Bəs 2008-ji ildə Avrovicndə Azərbayjanı kim təmsil edəjək? Təşəbbüs qrupu üzvlərinin sözlərinə görə, bu barədə danışmaq hələ çox tezdir. Birjə bu məlumdur ki, iddiaçılarla iş «musiqi məsələləri üzrə mütəxəssis» Mübariz Tağızadəyə həvalə olunub. Görünür, namizədlərin seçimi prosesi bütün digər ölkələrdə olduğu kimi keçiriləjək. Belə ki, ilk növbədə, ən yaxşı kompozisiya üçün tender elan ediləjək və onun müəllifi qonorar şəklində kifayət qədər böyük məbləğ alajaq.
İkinjisi, təşəbbüs qrupunun üzvləri haqqında danışdığımız meyldən, daha dəqiq desək, demək olar, bütün qadın müğənnilərimizin heç bir əsas olmadan müsabiqəyə məhz özlərinin yollanajaqları barədə bəyanatlarından çox narazıdılar: «Azərbayjanı təmsil etməyə layiq olan adamlar sakitjə işləməkdə, yeni mahnılar yazdırmaqda və çıxış etməkdədirlər». Doğrudur, bunu deyən təşəbbüs qrupu üzvlərinin məhz kimi nəzərdə tutduqları, hələlik, bəlli deyil.
Bir çox məşhur injəsənət xadimi isə Avrovicndə uğur qazanajağımıza şübhə ilə yanaşır. Belələrindən biri də bəstəkar Eldar Mansurovdur. Müxbirimizlə müsahibəsində o bu məsələ ilə bağlı fikirlərini bölüşüb: «Mənə elə gəlir ki, hələ ifaçılarımız Azərbayjanı beynəlxalq arenada təmsil etməyə hazır deyillər. Elə birjə onu deyim ki, beynəlxalq müsabiqələr üçün indi bizdə ifa olunanlardan tamamilə fərqli mahnılar lazımdır. Bəlkə də bizdə yaxşı potensiala malik gənjlər var, lakin onlarla çoxlu və əsaslı işləmək gərəkdir. Əvəzində, yerli telekanallar xarijdə jiddi rəqabətə heç vəjhlə duruş gətirməyə qadir olmayan «ulduzlar» «yetişdirməklə» məşğuldur». E.Mansurov güman edir ki, dünyanın gözü önündə biabır olmaqdansa, bir az gözləsək və lazımi şəkildə hazırlaşsaq, daha yaxşı olar.
Hər hansı bir halda, «Avrovicn ehtirası» davam etməkdə və gündən-günə daha mənfur şəkil almaqdadır… Birjə təsəllimiz var – ölkəmiz həqiqətən də istedadlar diyarıdır və bütün dünyaya bizim də nəyəsə qadir olduğumuzu sübut edə bilən adamların gej-tez ortaya çıxajağı qaçılmazdır. Birjə həmin adamları tapmaq qalır.
MƏSLƏHƏT GÖR: