
TƏMASLAR VƏ KONTRAKTLAR
Dörd divar arasında turist potensialı
Müəllif: Alyona Moroz Bakı
20 -22 apreldə Bakıdakı H.Əliyev adına İdman-Sərgi Kompleksində AR Tijarət-Sənaye Palatası, İnvestisiyalara Dəstək Fondu (Azpromo), TUSİAB, Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Turist Sərgiləri Təşkilatçıları Assosiasiyası, İqtisadi İnkişaf Nazirliyi və Turist İndustriyasının İnkişafı İttifaqının dəstəyi ilə "Turizm və səyahətlər" Azərbayjan beynəlxalq sərgisinin – AITF-2006 adlı 5-ji yubiley sərgisi keçirildi. Tədbirin təşkilatçıları "İTE qrupp Grou RLJ" Şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı "İteja Jaspian" Şirkəti idi.
Möhtəşəm "baxış"
Göründüyü kimi, artıq beşinji ildir, Azərbayjan paytaxtında ölkəmizin turist potensialına dünyada ən möhtəşəm baxış baş tutur. Üstəlik, burada Gürjüstan, Dağıstan, Şimali Kipr Türk Respublikası (ŞKTR), Türkiyə, İsveçrə, Rusiya, Malayziya, Almaniya və Neapolun da milli stendləri təmsil olunmuşdu. Yəni "Turizm və səyahətlər" sərgisi yerli və xariji turist operatorlarının sanballı kontingentindən savayı, sərgiyə gələnlərə müxtəlif ölkələrin turizmin inkişafına javabdeh olan dövlət strukturlarını da təqdim etmişdir. Məsələn, Gürjüstanın milli stendini Azərbayjana bu ölkənin strukturuna Turizm və Otellərin İnkişafı Departamentinin də daxil olduğu İqtisadi İnkişaf Nazirliyi gətirmişdi. Deməli, Azərbayjanın turizm sahəsi ilə dünyanın başqa ölkələrində də jiddi maraqlanmağa başladıqları an artıq yetişib. Bu isə çox şeydən xəbər verir.
Əvvəla, ondan başlayaq ki, iştirak edən şirkətlərin sayına və təmsil olunan ölkələr baxımından AITF-2006 sərgisi keçən ilin AITF sərgisindən bir o qədər də fərqlənmirdi. Yəni sərginin ekspozisiyası çox az – jəmi bir neçə faiz genişlənmişdi. Bununla belə, sevindiriji haldır ki, bu il ekspozisiyanın 60%-ni yerli şirkətlərin stendləri təşkil etmişdir. Ölkəmizin sərgidə iştirak kimi jiddi bir addım atmağa artıq hazır olan şirkətləri, turoperatorları müştərilərə müvafiq infrastrukturlu yüksəksəviyyəli xidmət təklif etməyə qadirdir. Bir sözlə, onların təkjə yerli deyil, əjnəbi turistlərə də ünvanlanan təklifləri var. Məsələn, yerli SUVAR şirkəti Qusar bölgəsi üzrə turizmin təşkilinə dair layihəsini açıqladı.
Yeri gəlmişkən, "İteja Jaspian" şirkətindən aldığımız məlumata görə, bu il həmin möhtəşəm turist forumunu 7200 nəfər seyr etmiş, iştirakçı şirkətlərin 65%-i tədbirin keçirilməsindən razı qalmış və bunu 2007-ji ildə də sərgidə iştiraka dair kontraktları imzalamaqla təsdiqləmişlər.
Sərgidə, bütövlükdə, dünyanın 10 ölkəsindən 42 şirkət iştirak etmişdir.
Şuşa, Şuşa…
Lakin bütün bunlar, sadəjə, quru statistikadır. Sıravi seyrçilərin diqqətini, ilk növbədə, nəyin jəlb etdiyinə gəldikdə isə, bu, sərginin vətənpərvərlik ruhudur. Məsələ isə ondadır ki, AITF-də ilk dəfə iştirak edən KREA şirkəti forumun qonaqlarını… Şuşa şəhərinin xalq yaradıjılığı ilə tanış etmişdir. Düzü, KREA-nın üstünlüyü biznes-potensialın artırılmasına deyil, Azərbayjanda hazırda ermənilər tərəfindən işğal edildiyi üçün, mövjud turist marşrutları şəbəkəsinin önəmli bir halqasına çevrilə bilməyən Şuşa kimi təkrarsız gözəlliyə malik bir guşənin olmasını bir daha xatırlatmağa verməsi çox təqdirəlayiqdir. Bu guşə dünyanın onlarja, yüzlərlə ölkəsindən turistləri qəbul edə, gözəl peyzacları, rahat mehmanxanaları, təkrarsız havası, nəhayət, qədim tarixi ilə ən tələbkar səyahət həvəskarlarının sevimli istirahət yerinə, hələlik, çevrilə bilmir…
Şuşaya həsr olunmuş stenddə bu şəhərin 15 il əvvəl nejə olduğunu və hazırda hansı vəziyyətə düşdüyünü əks etdirən fotoşəkillər yerləşdirilmişdi. KREA rəhbərliyi əmindir ki, Şuşa haqqında, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ijtimaiyyətinə çatdırılması "ən önəmli missiyadır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbayjanın Abşeron, Şirvan, Ordubad, Girkan, Altıağaj, Aggey və Sahil milli parklarının turizm imkanlarını nümayiş etdirən stendi də seyrçilərin diqqətini jəlb etdi. Bu, indiyə qədər inkişaf etməmiş, lakin son dərəjə perspektivli ekoloci turizmin təbliği idi. Həm də bu təbliğat çox yüksək səviyyədə – dövlət səviyyəsində təşkil olunmuşdu.
Nazirliyin Biorəngarəngliyin Qorunub-Saxlanması və Xüsusi Mühafizə Olunan Təbii Ərazilərin İnkişafı Departamentinin rəisi Sədaqət Məmmədovanın "R+" müxbiri ilə söhbətində qeyd etdiyi kimi, Azərbayjanın turistləri xüsusi, dövlətin mühafizəsi altında olan milli parklar vasitəsilə jəlb etməsi vaxtı artıq gəlib çatmışdır. Həmin parkları ziyarət edən turistlər yarım əsrdən artıq tarixə malik çoxsaylı diqqətəlayiq yerlərlə tanış ola bilərlər.
Müsahibimizin sözlərinə görə, Azərbayjanın turizm sektorunun 2001-ji ildən – Gənjlər, İdman və Turizm Nazirliyi yaradıldıqdan sonra fəaliyyət göstərməsinə baxmayaraq, turizm sənayesinin ekoturizm kimi önəmli sektoru yalnız son bir-iki ildə inkişaf etməkdədir. Yalnız 2003-jü ildə Azərbayjanda milli parklar yaradılmışdır ki, hazırda orada həm yerli, həm də xariji turistlər flora və faunanın nadir, itməkdə olan növləri, həmçinin, tarixi abidələrlə tanış olmaq imkanına malikdir.
Ekoturizmə maddi baxımdan da daha yüksək diqqət yetirilməsi faktı da çox sevindirijidir. Bu məqsədlə jari ildə dövlət büdjəsindən 150 000 Azərbayjan manatı həjmində vəsait ayrılıb. İndi yalnız xariji sərmayədərları və əlbəttə ki, turistləri jəlb etmək qalır. S.Məmmədova əmindir ki, həm birinjilərin, həm də ikinjilərin sayı çox olajaq. Onu da qeyd edək ki, heç də hamı milli parklara "maneəsiz" daxil olmayajaq: "Ekoloci tarazlığa riayət edilməsinin beynəlxalq normalarının mövjud olduğunu nəzərə almaq lazımdır. Odur ki milli parklarda turistlərin sayına jiddi məhdudiyyət qoyulajaq".
Mədəniyyət və Turizm Nazirliyinin Baş Turizm Departamentinin Daxili Turizm Şöbəsinin böyük məsləhətçisi Mahir Qəhrəmanovun sözlərinə görə isə, ekoturizmin inkişaf etdirilməsində əldə olunan ən böyük nailiyyət turist zonaları və milli parkların, nəhayət, müəyyənləşdirilməsidir: "Ekoturizmi inkişaf etdirəjəyimiz baza yaradılıb. Bundan əlavə, "ekoturizmin inkişaf etdirilməsi" anlayışı Azərbayjanın bütün bölgələrini, hətta ən ujqar dağ ərazilərini də ehtiva edir. Biz ölkənin ən müxtəlif yerlərində – həm Jənubda, həm də Şimalda ekoturizmin inkişaf etdirilməsinə dair çoxsaylı proqramlar işləyib-hazırlamışıq. İşimizi bu istiqamətdə qurur və ümid edirik ki, bu, bölgələrdə ekoturizmin digər növlərinin inkişafına yardımçı olajaq".
Dəmiri isti-isti…
Azərbayjanın xariji turistlər üçün məhz nə ilə jəlb etdiyinə gəldikdə, aşağıdakıları qeyd etmək olar. Demə, məsələn, Gürjüstan nümayəndə heyətinin üzvləri ölkəmizin turizm industriyası ilə heç də təkjə sözdə tanış olmadıqlarından, qətiyyətlə hərəkət etmək, yəni ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı artıq daha çox dövlət deyil, "iş adamları səviyyəsində" inkişaf etdirmək qərarına gəliblər. Belə ki, turizm idarəsindən olan gürjü məmurları Bakının bir neçə turist şirkətinin rəhbərləri ilə artıq indidən potensial müştərilərə Gürjüstanda dinjəlməyi təklif etmək barədə razılaşma əldə ediblər. Sərgi zamanı gürjü həmkarlarla bir neçə müqavilə də imzalanıb.
Lakin bu da hələ hamısı deyil. Məlum olduğu kimi, keçən il Azərbayjan iş adamlarının Şimali Kipr Türk Respublikasına, həmçinin, Kipr türklərinin – həm siyasi, həm də işgüzar dairələrin təmsilçilərinin Azərbayjana bir sıra səfərləri baş tutub. Bu, təkjə tijarət-iqtisadi deyil, turizm sahəsində də əməkdaşlığın inkişafına təsirini göstərdi. Belə ki, ŞKTR Turizm Nazirliyinin müşaviri Sevinj Bayraqdarın sözlərinə görə, Kiprin türk hissəsinə artıq Azərbayjan turistlərinin axını başlanıb. Keçənilki qarşılıqlı səfərlərdən sonra isə Azərbayjan iş adamları ŞKTR iqtisadiyyatına, o jümlədən də orada otel tikintisinə sərmayə yatırılmasına başlayıblar.
Dağıstanda "quş qripi" epidemiyasının qızğın çağı olsa da, buranın turizm imkanları da seyrçiləri maraqlandırdı. AITF-2006 sərgisində bu respublikanı Mədəniyyət və Turizm Nazirliyi nəzdində turizmin inkişaf etdirilməsi şöbəsinin rəisinin müavini Həsən Kamilov təmsil edirdi.
Onun sözlərinə görə, Dağıstan bu sərgidə artıq dördünjü dəfə iştirak edirdi və həm sıravi seyrçilər, həm də turizm biznesinin nümayəndələri Jənubi Dağıstana və bu diyarın tarixi abidəsi olan Narınqala qalasına daha çox maraq göstəriblər.
Yeri gəlmişkən, potensial beynəlxalq turistlərə ünvanlanan təklifləri əks etdirən bu stend həm dağ marşrutlarını, həm dəniz kənarında istirahəti, həm də respublikanın dağlıq ərazilərindəki abidələr üzrə marşrutları ehtiva edirdi. Burada Dağıstanın təsvirləri olan və seyrçilərdə böyük maraq doğuran bukletləri, prospektləri, kataloqları da təqdim olunmuşdu. Hazırda Dağıstanla da turizm sahəsində mümkün əməkdaşlıq sahəsində bir neçə xariji (təkjə Azərbayjan deyil) şirkətlə danışıqlar aparılır.
ATIF-2006 seyrçilərini ən çox heyran edən isə forumda yerindəjə futbol üzrə dünya birinjiliyinin Almaniyada keçiriləjək final mərhələsinə bilet almaq imkanı oldu. Bu xidməti Rusiyanın "Aerostayl" səyahətlər bürosu təklif edirdi. Qiymətlərə gəldikdə… Əlbəttə, qatı futbol azarkeşi olan heç də hər bir azərbayjanlı birjə bilet üçün 1,6-3 min avro ödəməyə qadir deyil. Buna baxmayaraq, rusiyalılar belə bir təkliflə çıxış edirlərsə, deməli, tələb də var.
Məqsəd?
Turizm və mədəniyyət
Yeri gəlmişkən, tədbirdə Almaniyadakı klinikaların birinin stendi də nümayiş etdirilirdi ki, bu da hazırda Şengen müqaviləsi ölkələri ilə bağlı durumun fonunda, ən azı, qəribə görünürdü. Lakin klinikada bütün arzu edənlərə ən yüksək dünya standartlarına uyğun müalijə vəd olunur. Əlbəttə ki, viza və digər "nemətlər" də təmin edilməklə. Belə bir xidmətin qiyməti xəstəliyin növündən, qalma müddətindən asılı olsa da, klinikada servis artıq təmin olunub – orada rusdilli personal da işləyir.
Builki turizm və səyahətlər sərgisi daha nə ilə yadda qaldı? Forumda Azərbayjanın mədəni turizminin də geniş nümayiş etdirilməsi ilə. Bu gün milli mədəni turizm məhsulunun inkişaf etdirilməsi və yayılmasına üstünlük verilir. Khatt şirkətlərinin Argo PR qrupunun direktoru Tamilla Nağıyevanın "R+" üçün şərhində qeyd etdiyi kimi, Azərbayjanın çoxəsrlik zəngin irsi həm turizmin iqtisadi aspektinin inkişaf etdirilməsini, həm də diqqəti onun vətəndaş önəminə yönəldilməsini israrla tələb edir: "Mədəni turizm nə deməkdir? Bu, sənətlərin dirçəldilməsi, milli folklorun rəngarəng formalarının və bədii ənənələrin yayılması, mədəni irsin qorunub-saxlanılmasına dəstək deməkdir… Fikrimjə, ölkəmizdə bütövlükdə turizmin, o jümlədən də onun mədəni komponentinin inkişafı ilə bağlı olan çoxsaylı layihələrin gerçəkləşdirilməsi zamanı şirkətlər məhz bu məqsədləri rəhbər tutmalıdır".
Khatt AİTF-də "A.Dümanın Qafqaza səyahəti", "Neft tarixi", "Azərbayjanın jənub bölgələri", "Qədim memarlıq abidələri", "Azərbayjan xalçaçılığı" və s. layihələr təqdim etmişdir.
MƏSLƏHƏT GÖR: