15 Mart 2025

Şənbə, 02:57

SURİYANIN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR TOPLANIR

Müəllif:

15.05.2006

ABŞ Dövlət Departamentinin beynəlxalq terrorçuluğa dair illik hesabatının çap olunması ən jiddi diqqət yetirməyə layiq hadisədir. Analitiklərin xatırlatdıqları kimi, hər hansı dövlətin «terrorizm sponsorları» sırasına siyahısına salınması ona silah satışına qadağa qoyulması, «ikili təyinatlı» məhsullar tədarükü üzərində nəzarətin sərtləşdirilməsi, maliyyə və iqtisadi yardım göstərilməsinin qadağan olunması, həmçinin, digər təzyiq üsulları deməkdir (məsələn, ABŞ öz nüfuzundan həmin dövlətə beynəlxalq maliyyə qurumları tərəfindən kreditlər verilməsini qarşısını almaq üçün istifadə edə bilər). 

2005-ji il ərzində dünyada 11 mindən çox terror olayı baş vermiş, 14 602 nəfər zərər çəkmişdir. Minə yaxın uşaq, 170 dini xadim və ruhani, 110 curnalist, 300 məmur və ən azı, 6 500 polis terrorçuların qurbanı olmuşdur. 2005-ji ildə şəhid-terrorçular tərəfindən həyata keçirilən hüjumların sayı kəskin artmışdır. 360 belə hüjum baş vermiş, 3 minə yaxın adam onların qurbanı olmuşdur. 2005-ji il 11 sentyabrda 2001-ji ildəkinə bənzər terror aktları olmasa da, bütövlükdə, terrorçular öz fəaliyyətlərini daha yaxşı əlaqələndirməyə, daha mürəkkəb texnologiyalardan istifadə etməyə başlayıblar. 

ABŞ beynəlxalq terrorun sponsorları sırasına yenə də İran, KXDR, Liviya, Şimali Koreya, Suriya və Sudanı aid edir. Bu zaman Vaşinqtonda o da vurğulanır ki, Livan və Sudan terrorçuluqla mübarizə məsələsində dünya birliyi ilə artıq əməkdaşlıq etsə də, onları «qara siyahı»dan silmək hələ tezdir. 

Liviya və Sudandan fərqli olaraq, İran, Kuba, Suriya və Şimali Koreya terrorçu qruplarla əlaqələrini kəsmir. Bu məsələdə Suriya və İran xüsusi fəallıq nümayiş etdirir. Suriyaya həsr olunmuş bölmədə Dəməşqin təkjə Fələstin terror qruplarını dəstəkləməsi deyil, Livan siyasətçisi Rafiq əl-Həririnin qətlində iştirakı da xatırlanır.

Suriya qoşunlarının Livandan çıxarılmasını tələb edən birləşmiş antisuriya müxalifətinin lideri olan Rafiq əl-Həriri 14 fevral 2005-ji ildə terror aktının qurbanı oldu. O zaman, ən azı, daha 20 nəfər həlak olmuşdu. Formal olaraq, keçmiş Baş nazirin öldürülməsinə görə məsuliyyəti öz üzərinə indiyədək heç kimə məlum olmayan «Ən-Nəsr vəl-jihad fi biləd Əş-Şam» təşkilatı götürdü. O, Həririnin Səudiyyə Ərəbistanı hökuməti ilə sıx işgüzar münasibətlərə görə hədəf seçildiyini, partlayışı isə intihar edən yaraqlının törətdiyini bildirdi. Polis videoyazıda qruplaşmanın mürajiətini oxuyan adamın izinə elə həmin gejə düşsə də, o, aradan çıxa bildi. 

Livanın özündə müşahidəçilərin əksəriyyəti lap əvvəldən şübhə etmirdi ki, Rafiq Həririnin öldürülməsi ya Livandakı suriyapərəst qüvvələrin, ya da Suriya xüsusi orqanlarının işidir. 

Livanla Suriyanın münasibətləri ayrıja və son dərəjə jiddi söhbətin mövzusudur. Livanın özündə daxili siyasi durumun özəllikləri kimi. İndi 60-jı illərdə Livanın «Yaxın Şərqin İsveçrəsi» adlandırıldığına inanmaq çox çətindir. Livan ərəb ölkələri arasında müsəlman dininin dövlət dini olmadığı yeganə dövlətdir. Antanta ölkələri ilə müstəmləkə münasibətlərinin süqutu dövründə meydana çıxan «jentlmen sazişi»nə görə, Livan prezidenti xristian-maronit, Baş nazir müsəlman-sünni, parlamentin spikeri isə müsəlman-şiə olur.

Sünni və druzlardan xristian-maronit və ermənilərə qədər çoxsaylı Livan ijmalarının hər birinin öz partiyası var idi; parlamentə hərə öz deputatını seçirdi ki, hakimiyyətin belə «bölünməsi» Livanda konfessiyalararası mülki əmin-amanlığı, pis-yaxşı, təmin edirdi. Bu ölkənin iqtisadi inkişafına isə qonşuları həsəd aparırdılar. Beyrut «Şərqin Parisi» adlandrılırdı. Vətəndaş müharibəsinə qədər Livan Yaxın Şərqin tanınmış maliyyə mərkəzi, bu bölgə ilə Qərb ölkələrinin maliyyə sistemi arasında özünəməxsus «əlaqələndiriji həlqə» idi; Beyrut isə bölgənin maliyyə paytaxtı sayılırdı.  

Xoşbəxt günlər 70-ji illərdə İordaniyadan qovulan Fələstin yaraqlıları «ümumərəb həmrəyliyi» altında Livanda məskunlaşandan sonra başa çatdı. Ölkə öz ərazisində peşəkar terrorçuların olmasının nə demək olduğunu bilavasitə hiss etdi. Fələstinlilərin silahı, demək olar ki, qeyri-məhdud şəkildə əldə etmək imkanına malik olmaları üzündən onun geniş yayılması, üstəlik, ölkədə müxtəlif etno-konfessional qrupların olması artıq 1976-jı ildə Livanı permanent vətəndaş müharibəsi girdabına sürüklədi. 

Artıq 1977-ji ildə Livana «sülhməramlı»lar qismində Suriya qoşunları yeridildi. Döyüş əməliyyatları səngisə də, suriyalılar ölkədə qaldılar. Suriyadan 6 il sonra - 1982-ji ildə Livana İsrail qoşunları daxil oldular. Səudiyyə Ərəbistanının vasitəçiliyilə 1983-jü ilin sentyabrında atəşkəs barədə razılaşma əldə etmək mümkün oldu. 

Bu saziş barədə ayrıja danışmağa dəyər.

İsrailli analitik Aleksandr Voronel bu barədə belə danışır: «Livanda artıq bir neçə il idi, xristianlarla müsəlmanlar arasında vətəndaş müharibəsi gedirdi. İordaniyadan gələn Fələstin yaraqlıları müsəlmanların tərəfində çıxış etməklə, qüvvələr nisbətini kəskin şəkildə pozdular. Əhalini müdafiə etmək bəhanəsi ilə Suriya ölkənin böyük hissəsini istila etmişdi. Bu müharibədə İsrail ilk dəfə əsl ərəb müttəfiqi qazandı.

Xristian falanqaçılarına rəhbərlik edən Bəşir Jmayel Suriya istilası və Fələstin özbaşınalığındansa, qətiyyətlə İsrailə üstünlük verdi. İsrail üçün isə müharibəyə qarışmaq və fələstinliləri neytrallaşdırmaq təkjə özünün şimal sərhədinin təhlükəsizliyini təmin etmək imkanı yox, həm də nəhayət, Livanla çoxdan arzu etdiyi sülh sazişini bağlamaq və əhatəsindəki düşmən halqanı yarmaq imkanı idi. Şaronun riskli planı da elə məhz bundan ibarət idi… Avqust ayında müharibəyə, demək olar ki, son qoyuldu. Bəşir Jmayel Livanın prezidenti seçildi və İsraillə sülh sazişi imzaladı. Fajiə də elə bu vaxt baş verdi.

Sentyabrın 14-də Bəşir Jmayel terrorçuların falanqaçıların Beyrutdakı qərargahına qoyduğu bombanın partlaması nətijəsində həlak oldu. Onun yerini tutan qardaşı Amin üzüyola olduğundan, Suriya işğalı ilə barışdı və İsraillə razılaşmaları ləğv etdi. Müharibə hərbi qələbədən diplomatik məğlubiyyətə, Şaron isə parlaq strateqdən «balta çalınan yıxılana» çevrildi.

1989-ju ildə Səudiyyə Ərəbistanının Taif şəhərində Livanda vətəndaş müharibəsinə son qoyan və ölkədən Suriya qoşunlarının tədrijən çıxarılmasını nəzərdə tutan saziş imzalandı. Suriya öz qoşunlarını çıxarmağı vəd etsə də, ölkədə İsrail qoşunlarının olmasını bəhanə gətirərək, uzun müddət buna əməl etmədi; Suriya qoşunları Livandan, hətta İsrail qoşunları ölkənin jənubundan çıxarıldıqdan sonra da getmədi. 

Lakin iki əsrin qovuşağında Livanda ölkənin keçmiş Baş naziri, ölkənin ən zəngin iş adamlarından biri olan Rafiq Həririnin başçılıq etdiyi qüvvətli antisuriya müxalifəti formalaşdı. Onun sıralarında sünnilər və xristian-maronitlər birləşdilər. Suriyapərəst bloku isə «konfessiyaların fövqündə duran» BƏƏS, şiələrin «Amal», «Hizbullah» təşkilatları, «daşnaksütyun»un yerli özəyi təşkil edirdi. «Amal»la BƏƏS arasında saziş bağlanmasında məhz «daşnaksütyun» vasitəçi oldu. 

Avropa KİV, məsələn, «La Reppublija»  xatırladır ki, 2004-jü ilin avqust ayında Həriri Dəməşqdə Suriya Prezidenti Bəşir Əsədlə görüşmüş, Əsəd Emil Ləhudun prezidentlik mandatını daha üç il uzatmaq üçün Livan konstitusiyasına dəyişikliklər etmək niyyətində olduğunu açıqlamışdır. Oktyabr ayında Həriri istefaya getdi, lakin bir neçə gündən sonra onun dostu Şirak ABŞ-ın dəstəyi ilə BMT-də Suriyaya Livandan çıxmaq çağırışı ünvanlayan qətnamə təqdim etdi.

Baş vermiş fajiədə dərhal Suriya xüsusi xidmət orqanları və Livanın özündəki suriyapərəst qüvvələr ittiham edildilər. Daha sonra məşhur «Şam inqilabı», ölkə hökumətində yerdəyişmələr silsiləsi, Suriya qoşunlarının Livandan çıxarılması, keçmiş Baş nazirin qətlinin istintaqının BMT-nin nəzarətinə keçməsi baş verdi. BMT istintaq qrupuna rəhbərlik edən alman prokuroru Detlef Mexlis 2005-ji ilin dekabrında ilkin hesabatında bəyan etdi ki, Rafiq əl-Həriridən başqa, daha 20 nəfərin də zərər çəkdiyi terror aktına, güman ki, Suriya və Livan xüsusi xidmət orqanlarının aidiyyəti var. 

ABŞ Dövlət Departamentinin beynəlxalq terrorizmə dair hesabatının çap olunması ərəfəsində Suriya və Livanın suriyapərəst rəhbərliyi ətrafında «halqa» daha da daraldı: Livanın keçmiş Baş naziri Rafiq Həririnin qətlinin araşdırılması üzrə beynəlxalq komissiyanın başçısı Serc Brammers Dəməşqdə Suriya Prezidenti  Bəşir Əsədlə görüşdü. Suriya tərəfi görüşün baş tutmasını təsdiqləsə də, «dindirilmə yox, söhbət» aparıldığını bildirdi. Amma «söhbət»in məzmunu barədə heç nə açıqlanmadı. İndi isə istintaqda artıq iki prezidentin adı hallanır - Bəşir Əsəd və onun livanlı həmkarı Emil Ləhud. BMT müstəntiqləri Suriyanın ali hakimiyyət dairələrinə tam «yaxınlaşıblar».  İstintaq komissiyasının əməkdaşları iki dəfə - keçən ilin dekabr və jari ilin yanvar aylarında Vyanada Suriyanın Livan siyasətçisinin ölümündə şübhəli bilinən zabitlərini dindiriblər. Söhbət Livanda xüsusi xidmət orqanının keçmiş rəhbəri Rustum Qəzzal olmaqla, 5 hərbçidən gedir. «Suriyanın Həririnin həlak olmasına heç bir aidiyyəti olmadığında» israrlı olan Qəzzal, indi «tribunalın və beynəlxalq hüquqşünasların ədalətli, komissiyanın gəldiyi nətijələrin isə obyektiv olajağına» ümid edir.  

Beyrut və Dəməşqdə vurğulandığı kimi, istintaqın sonuna 2 aydan çox qalmayıb və Nyu-Yorkda BMT Baş katibi Koffi Annanla görüşən Livanın Baş naziri Fuad əs-Sinora onunla Rafiq Həririnin qətlinin təşkilatçıları üzərində tribunalın təşkili məsələsini müzakirə edib. Tribunalın tərkibinə Livan, Belçika, Britaniya və İsveçrə hakimləri daxil olajaqlar. Gözlənildiyi kimi, o öz işinə beynəlxalq təhqiqat başa çatan kimi başlayajaq. Güman ki, komissiya ən çox maraq doğuran suallara, ilk növbədə, iki ölkənin birinji şəxslərinin terror aktına aidiyyəti olub-olmaması məsələsinə aydınlıq gətirəjəkdir.

Lakin BMT komissiyasının, hətta ABŞ Dövlət Departamentinin hesabatının açıqlanmasını gözləmədən, Jorj Buş Livanın keçmiş Baş naziri Rafiq Həririnin öldürülməsində şübhəli bilinən bütün şəxslərin hesablarının dondurulması barədə əmr verdi. Onun imzaladığı sənəddə deyilir ki, «Livanda Rafiq Həririnin öldürülməsi ilə nətijələnən terror aktının planlaşdırılması, maliyyələşdirilməsi, təşkili və ya həyata keçirilməsinə aidiyyəti olan bütün şəxslərin aktivləri dondurulmuşdur». Buş, həmçinin, bəyan etdi ki, «Suriya hökumətinin müəyyən hərəkətlərinə» münasibətdə digər addımlar da atılmışdır.

Suriyanın həyəjanlanmaq üçün, həqiqətən, müəyyən əsasları var. Livandakı antisuriya müxalifətinin lideri Rafiq Həririnin öldürülməsindən sonra başlanan «Şam inqilabı» bu ölkədən Suriya qoşunlarının çıxarılmasına gətirdi  və parlament seçkilərində antisuriya qüvvələrinin qələbəsini təmin etdi. Lakin Həririnin öldürülməsində əli olmaqda ittiham edilən Emil Ləhud prezident vəzifəsini qoruyub-saxlamaqdadır. Nəhayət, artıq Həririnin öldürülməsindən sonra Livanda bir çox antisuriya əhval-ruhiyyəli siyasətçi və curnalist qətlə yetirilib. 

Gördüyümüz kimi, istintaq prosesi həm Beyrut, həm də Dəməşqdəki daxili siyasi mübarizə ilə də sıx bağlıdır. Suriyada, ümumiyətlə, heç də birmənalı olmayan bir durum yaranıb: Bəşir Əsəd açıq-aşkar zəif siyasətçidir və «pərdəarxası» mübarizənin getdikjə güjlənməkdə olduğu Dəməşqdə BMT-nin «istintaq həmləsi»ndən yararlanmaq istəyənlər  mütləq tapılajaq.


MƏSLƏHƏT GÖR:

425