15 Mart 2025

Şənbə, 02:36

MİSİR: KEÇMİŞİN DOĞURDUĞU PARTLAYIŞ?

Dəhabdakı partlayışlar çox şeylər barədə düşünməyə vadar edir

Müəllif:

15.05.2006

Mütəxəssislər əmindirlər ki, Misir turist mövsümünün, demək olar, ilboyu davam etdiyi, yerli resursların rəngarəngliyinə isə yalnız həsəd aparılmalı olan ölkələrdən biridir. Piramidalar, Luksor məbədləri, Sinaydakı kilsə və monastırlar, Qahirənin Köhnə şəhəri - bütün bunlar yalnız üzdə olan, «məşhurlaşdırılan» görməli yerlərdir. Aralıq dənizi sahilindəki «çimərlik» kurortları da gur inkişafdadır və bir çoxları əmindir ki, ən dayvinq də Misirdədir. 

Qışda - bütün Avropa qarla örtülü olduğu bir vaxtda, Şərm-əş Şeyx və Hürqəda çimərliklərində dənizə baş vurmaq və qaralmaq olur. Hətta bir çoxları Giza piramidalarını və Luksor məbədlərini də qışda - üzüjü bürkü və od saçan günəş olmayanda ziyarət etməyə  üstünlük verirlər. Dəhab da mövsümlərarası dövrdə avropalıların ən sevimli istirahət yerlərindən birinə çevrilir. Burada gözəl çimərliklər də, birinjidərəjəli mehmanxanalar da, ekzotika ilə zəngin Köhnə şəhər də var. Lakin turistləri ən çox jəlb edən «Mavi dəlik» - dayverlər üçün dünyada ən məşhur «dalğıj nöqtələri»ndən biridir. 

Aprelin 24-də axşam Dəhabda 3 partlayıjı qurğu işə düşəndə, şəhərin küçələri turistlərlə dolu idi - axşamlar çimərlik və dayvinq-setlər artıq bağlandığından, turistlər dəniz kənarına axışır, çoxsaylı kafe və restoranlarda dinjəlir, suvenirlər satılan kiçik mağazaları dolaşırlar… 

Birinji partlayş «Nelson» restoranında, ikinji «Ələddin» kafesində, üçünjü isə Köhnə şəhərdə piyadalar üçün körpünün yaxınlığında yerləşən «Qəzala» supermarketində baş verdi. Şahidlərin sözlərinə görə, partlayışlar o qədər güjlü idi ki, ətraf evlərdə şüşələr qırılıb-töküldü; küçədə insan bədənlərinin ayrı-ayrı hissələri səpələnmişdi, onlarja zərərçəkmiş vardı. Misir tərəfinin verdiyi məlumata görə, Sinaydakı Dəhab şəhərində aralarında bir neçə əjnəbi - rus, isveçrəli və balaja alman qız da olmaqla, jəmi 23 nəfər həlak olmuşdu. 87 yaralananın arasında 29 nəfəri əjnəbilər idi.  

Bir neçə gündən sonra Əl-Qurada -sülhməramlı qüvvələrin Sinaydakı bazası yaxınlığında, daha bir partlayış baş verdi. Xoşbəxt təsadüf nətijəsində bu dəfə zərərçəkən olmadı. Bir qədər sonra Misir hakimiyyət orqanları terror aktlarının təşkilatçı və ijraçılarının müəyyənləşdirildiyini açıqladı. Xüsusi xidmət orqanlarının məlumatlarına görə, bir-birilə əlaqədar olan bu terror aktlarının arxasında Nəsr Hamis əl-Mələhi adlı birisi dururdu. Hüquq-mühafizə orqanlarındakı adları çəkilməyən mənbələr qeyd edirdilər ki, «ölkənin bu  şəhərlərində 2 terror aktını məhz o işləyib-hazırlamış və təşkil etmişdi». Həmin mənbələr onu da vurğulayırdılar ki, «istintaqdan yayınan bu adamın adı 2004-jü ildə Təbə, 2005-ji ildə isə Şərm əş-Şeyxdəki partlayışlar üzrə jinayət işlərində də yer alıb». 

Kütləvi informasiya vasitələrində isə belə bir informasiya getmişdi ki, Əl-Quradakı partlayışları törədən terrorçu-şəhidlərin arasında əl-Mələhi də olmuşdu və guya terror aktı həyata keçirilən yerdə onun jəsədi də tapılmışdı. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə isə, onlara əl-Mələhi və axtarışda olan daha iki terrorçunun avtomobildə Sinayın şimalındakı şoselərdən biri ilə hərəkət etmələri barədə «dürüst məlumat» daxil olmuşdu. Terrorla mübarizə bölmələri yaraqlıların olduğu güman edən yerə gələn kimi, onlara pulemyotlardan aramsız atəş açılmışdı. Atışmada terrorçulardan biri öldürülmüşdü və hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Silahlı toqquşmanın baş verdiyi yerdə silah, sursat, partlayıjı qurğuların hazırlanmasına dair təlimatlar, istifadəyə hazır olan bir neçə bomba aşkarlanmışdı. 

Bir çox KİV-in də qeyd etdiyi kimi, «dəmiri isti-isti döyən» Misir polisi şübhəli şəxsləri Sinay bədəviləri arasında axtardı - terror aktlarında gizli «Sinay bədəviləri» qruplaşmasının əli olduğu güman edilirdi. Dəhabdakı terror aktlarından az sonra polis, azı, 10 bədəvinin həbs olunduğunu, 70 nəfərin isə dindirildiyini bildirdi.

Artıq «təşkilati nətijələr» də çıxarılıb: Misir xalq toplantısı (parlament) 1981-ji ildə qəbul olunmuş Fövqəladə Vəziyyət Haqqında Qanunun qüvvədəqalma müddətini daha 2 il uzatdı. Xalq toplantısının sədri Fəthi Sürurun verdiyi məlumata görə, hökumətdən müvafiq sorğu daxil olmuşdu. Sessiyada iştirak edən 378 deputatdan 287 nəfəri bu qərarın lehinə, jəmi 91 nəfər əleyhinə səs vermişdi. 

25 il bundan əvvəl Qahirədə Misir Prezidenti Ənvər Sədat öldürüləndən sonra qəbul olunan bu qanunun müddəti hər üç ildən bir artırılır. Bu dəfə də o ya müəyyən edilmiş müddət ərzində, ya da Nazirlər Kabineti onu əvəz edən yeni - Terrorçuluqla Mübarizə Haqqında Qanun işləyib-hazırlayana qədər qüvvədə qalajaq. 

Misir hakimiyyət orqanları onun mövjudluğunu terrorçuluq və narkotrafiklə mübarizənin zəruriliyi ilə əsaslandırırlar. Öz növbəsində, bu qanunun başqa jür düşünənlərə qarşı yönəldiyini və demokratik islahatlar qarşısında ən əsas maneə olduğunu iddia edən müxalifət onun tezliklə ləğvi uğrunda mübarizə aparır. 

Terror aktları ərəfəsində Misir hakimiyyət orqanları, hətta indiyədək görünməmiş bir addım ataraq, həbsxanalardan islamçı qruplaşmalara mənsub olmaqda şübhəli bilinən bir neçə yüz adamı azad etsələr də, bununla jəmiyyətdəki gərginliyi azaltmağa nail ola bilmədilər. 

Analitiklər terror aktlarının arxasında yerli qruplaşmaların əli ilə də olsa, öz işini görən «Əl-Qaidə»nin durduğuna şübhə etmirlər. Ələlxüsus, bin Ladenin qruplaşmasında ikinji adam Misirdəki «İslami-jihad»ın keçmiş lideri əz-Zəvahiri olduğu bir halda. 

Lakin daha əlamətdar olanı tamamilə başqa şeydir. Dəhabdakı partlayış Misirdə xüsusi təmtəraq və gurultu ilə qeyd olunan Sinayın qaytarılması günü ərəfəsində baş verdi. «Sinayın qaytarılması» sözlərinin Misir islamçıları üçün nə demək olduğunu anlamaq üçün 1973-jü il müharibəsini, Misirdə «Ramazan müharibəsi», İsraildə isə «Məhşər günü müharibəsi» adlandırılan müharibəni  xatırlamaq lazımdır. 

Misir və Suriya qoşunlarının 6 oktyabr 1973-jü ildə başlanan sinxron hüjumu İsraildə bütün dünyanın 11 sentyabr 2001-ji ildə yaşadığından heç də zəif olmayan bir şok doğurdu. Bunun baş verməsinin bir çox amilləri var idi: «6 günlük müharibə»dəki qələbədən sonra İsrail jəmiyyətinin böyük bir hissəsini bürümüş özündənrazılıq, hüjuma hazırlığı gözdən qaçıran İsrail kəşfiyyatının səhvləri və şübhəsiz, Qahirənin dezinformasiya kampaniyası. 1973-jü il müharibəsi ərəfəsində Misirin SSRİ ilə aşkar münaqişəsi «yayındırıjı manevr»dən başqa bir şey deyildi (guya silah və texnika ilə təjhiz edən bir nömrəli müttəfiqi ilə üzülüşən Misir artıq müharibə etməyə qadir deyil).  

Ərəb strateqləri sanki ən xırda təfərrüatları da nəzərə almışdılar. Süveyş kanalının dəf olunması üçün «Bədr» əməliyyatı, demək olar ki, 1 il hazırlanmışdı; hətta onun başlanajağı gün də elə seçilmişdi ki, günün işığı israillilərin gözünə düşsün. Hüjumun başlandığı 6 oktyabr 1973-jü ildə İsraildə İom-Kipur, yaxud Məşhər günü qeyd edilirdi. Adətən, bu zaman ölkədə bütün dövlət idarələri, ijtimai nəqliyyat, hətta elektron KİV də işləmədiyindən, belə bir şəraitdə qısa müddət ərzində səfərbərlik keçirmək mümkünsüz olur. 

İsrailin hərbi doktrinasına görə, sayja o qədər də böyük olmayan peşəkar ordu 48 saat ərzində hüjumun qarşısını almaqla, ehtiyatda olanların səfərbər edilməsi üçün imkan yaratmalıdır. Lakin 1973-jü ildə hadisələr İsrail üçün ən fajiəli ssenari üzrə inkişaf edirdi. Misir və Suriya ordularının uğurları gözlənildiyindən qat-qat artıq oldu. Hərbi əməliyyatların başlanmasından jəmi 6 saat sonra, misirlilər bütün 170 km-lik jəbhəboyu Süveyş kanalını keçdilər, 4-5 km irəliləyərək, məşhur Bar-Lev xəttini ələ keçirdilər.  

Burada, fikrimizjə, izaha ehtiyaj var. Hərb tarixində eşelonlar şəklində qurulan, möhkəmləndirilmiş müdafiə xəttinə həmlə, jəbhə xəttinin yarılması son dərəjə fövqəladə bir hadisədir. Odur ki, telefon danışığında sovet səfiri V.Vinoqradovdan «Kanalı dəfetmə möjüzəsini məhz sovet silahı həyata keçirdi! Bu, əla, möhtəşəm silahdır!» sözlərini şəxsən Leonid İliç Brecnevə çatdırmasını xahiş edən Ənvər Sadatın sevinji anlaşılandır. 

Londonda çıxan «Sunday Tims»ın  o günlərdə yazdığı kimi, «6 oktyabrdakı jəmi 6 qısa, ildırımsürətli saat ərzində Misir müasir döyüş texnikası ilə dəstəklənən hərbi məharətin İsrailin strategiyasını nejə tarmar etməyə qadir olduğunu nümayiş etdirdi». Ərəb ordularının hüjumu davam edirdi: 8 və 9 oktyabr tarixə SAXALın «qara günləri» kimi daxil oldu. Birbaşa zərbələr yüzlərlə İsrail tankının məhv edilməsi və janlı qüvvədə böyük itkilərlə nətijələndi. «Yer-hava» tipli  sovet raketləri ilə yüzdən artıq təyyarə vuruldu (onların ümumi sayı, təxminən, 500 idi).

İsrail ordusu var güjü ilə müqavimət göstərsə də, Qahirədə Təl-Əvivə aparan yolun artıq açıq olduğuna inam hökm sürürdü. Əynində hərbi səhra geyimi, əlində binokl tutmuş Ənvər Sadatın Misir ordusunun hüjum etdiyi günlərdə çəkilmiş fotoşəkli o zaman dünyanın bir çox qəzetlərinin səhifələrini dolaşdı. 

Lakin artıq oktyabrın 14-də vəziyyət dəyişməyə başladı - tank döyüşündə 10 tank itirən israillilər 264 (!) düşmən tankını məhv etdilər. 15 oktyabr gejəsi isə İsrailin gələjək Baş naziri Ariel Şaronun komandanlıq etdiyi diviziya hərbi strategiyada klassik kimi qiymətləndirilən son dərəjə mürəkkəb bir manevr etməklə, düz, misirlilərin 2-ji və 3-jü ordularının qovuşuğuna zərbə endirdi. İndi artıq Süveyş kanalını israillilər üzüb-keçirdilər. Oktyabrın 16-da məşhur «Çin ferması yaxınlığında döyüş» - İsrail ordusunun tarixində ən qanlı döyüş baş verdi. Müharibə oktyabrın 25-də - İsrail ordusu Qahirənin jəmi 50 km-liyində olarkən, böyük dövlətlərin işə qarışması ilə dayandırıldı. Bununla belə, Misir ordusunun Bar-Leva xəttini yarıb-keçdiyi gün - 6 oktyabr ölkədə milli bayram - Qələbə günü elan edildi.  

Prezidenti müharibənin qəhrəmanı kimi mədh edirdilər, hər il  oktyabrın 6-da Qahirənin meydanlarının birində hərbi parad keçirilirdi. Lakin Ənvər Sadat başqa bir şeyi də başa düşürdü: 1973-jü ildə  ərəb ölkələri hadisələrin, demək olar, qeyri-adi axarı sayəsində, öz üstünlüklərini gerçəkləşdirə bildilər. Müharibə zamanı dəyərsiz bir rola malik gözlənilməzlik amili, janlı qüvvə və texnika jəhətdən üstünlük onların tərəfində idi. Nəhayət, İsrail müharibənin elə ilk saatlarından iki jəbhədə - həm Misir, həm də Suriya ilə döyüşməli olmuşdu. Əgər hətta belə bir şəraitdə də İsrail ordusu durumu öz xeyrinə dəyişməyi bajardısa və müharibənin başa çatdığı anda heç də Misir qoşunları Təl-Əviv ətrafında yox, İsrail qoşunları Süveyş kanalının şərq sahilində, Qahirənin 45 km-liyində dayanmışdılarsa, «İsraili dənizə ataq!» tipli şüarlar altında həyata keçirilən ənənəvi ərəb siyasətinə yenidən baxmaq zəruri idi. Deməli, birjə çıxış yolu qalır - İsraillə danışıqlar. Həmin danışıqlar tarixə Kemp-Devid sazişləri kimi daxil oldu.

«Sülh müqabilində ərazilər» prinsipi də elə bu zaman ilk dəfə gerçəkləşdirildi. Ərəb ölkələrindən Misir birinji olaraq İsraili tanıdı, Ənvər Sadat isə hətta yəhudi dövlətinin  paytaxtı elan olunmuş Qüdsə səfər də etdi. İsrail isə bunun qarşılığı kimi, kifayət qədər uzun sürən danışıqlardan sonra Sinay yarımadasından öz qoşunlarını çıxardı. «Sülh müqabilində ərazilər» prinsipinin əməli tətbiqi  elə məhz bundan ibarət idi. Bu, bəşər tarixində müharibənin nətijələri əsasında hər iki tərəfin özünü qalib saymağa haqqı olduğu müstəsna örnəklərdən biri oldu. 

Ən əsas məsələ də bundan sonra başladı. Misirin mənafeləri baxımından, Ənvər Sadatın Menahem Beginlə Misirin Sinayı döyüşsüz geri qaytarması ilə sonujlanan danışıqları parlaq diplomatik uğur idi. Ümumbəşəri humanizm baxışının nətijəsi: Sadatla Beginin ikisinə bir Nobel mükafatı verildi. Bununla belə, Kemp-Devid sazişləri sonralar Misirdə «İslami-jihad»ın yarandığı mühiti formalaşdıran «müsəlman qardaşları»nı son dərəjə hiddətləndirdi. Axı Misir öz milli mənafeyini «ümumərəb» (başqa sözlə, Fələstin) və i. a. məqsədləri naminə qurban verməkdən imtina etdi. 6 oktyabr 1981-ji ildə elə həmin «Ramazan müharibəsi»nə həsr olunmuş hərbi parad zamanı Ənvər Sadat hökumət tribunasındaja güllələndi. Sui-qəsdçilər həbs və edam edilsələr də, hətta məhkəmədə də Sadatı məhz Kemp-Devid sazişlərinə görə «jəzalandırmağa» jan atdıqlarını gizlətmədilər. 

Ölkə prezidenti postuna sahib olan Hüsnü Mübarək də Kemp-Devid razılaşmalarını pozmadı: Sinay və öz əsgərlərinin həyatı, «İsrail əleyhinə ümumərəb həmrəyliyi» və «vahid, bölünməz, ərəb və müsəlman Fələstini» haqqında mühakimələrdən üstün tutuldu. Odur ki Sinayın qaytarılması gününün islamçılarda hansı hisslər doğurduğunu təsəvvür etmək heç də çətin olmaz. 

Anlaşılan başqa bir şey də var. Artıq uzun illərdir, Misirdə əjnəbi turistlər yerli terrorçuların sevimli hədəfidir. Birinjisi, «qızıl milyard» ölkələri vətəndaşlarının həlak olduğu terror aktı onlara KİV-lərin qat-qat artıq diqqət yetirməsini təmin edir. İkinjisi, bu yolla Misir islamçıları hökuməti turizmdən gələn gəlirlərdən məhrum etmək istəyir. Bu gəlirlər isə hətta neft və qazdan, gəmilərin Süveyş kanalından keçməsindən əldə olunan gəlirlərlə müqayisə edilə bilər. Üçünjüsü, bu yolla onlar Misiri «Qərbin pozuju təsirindən qorumağa» çalışırlar.  

İlk dəfə turistlər 21 oktyabr 1992-ji ildə Misir islamçılarının qurbanı oldular: ölkənin jənubunda terrorçuların turist avtobusunu atəşə tutması nətijəsində Böyük Britaniya təbəəsi olan bir qadın öldü, iki britaniyalı isə yaralandı. Bir il sonra - 26 oktyabr 1993-jü ildə Qahirədə insanlarla dolu kafedə törədilən partlayış bir türk, bir isveçli və bir misirlinin həyatına son qoydu. 8 iyun 1993-jü ildə Giza piramidası yaxınlığında, Qahirə ətrafında turist avtobusu partladıldı. 2 misirli həlak oldu, 22 nəfər, o jümlədən, 5 britaniyalı yaralandı. 4 may 1994-jü ildə yaraqlıların Misirin jənubunda turist gəmisini atəşə tutması nətijəsində yaralanan Almaniya vətəndaşı sonradan vətəndə vəfat etdi... Bu qanlı siyahını hələ çox uzatmaq olar. 

Turistlərə qarşı terror aktları silsiləsindən sonra Misir hakimiyyət dairələri islamçılara qarşı kifayət qədər sərt ölçülər götürdülər, eyni zamanda, gəzməli yerlərdə təhlükəsizlik tədbirlərini güjləndirdilər. Turist qruplarını təkjə gid-tərjüməçilər yox, silahlı mühafizəçilər də müşayiət etməyə başladılar, bəzən turist avtobuslarının qabağında polis maşınları getməyə başladı, Qahirədə bütün yolayırıjılarında  silahlı patrullar qoyuldu. Nətijədə, küçə jinayətkarlığı, demək olar, sıfıra endi və son zamanlara qədər analitiklər əmin idilər ki, turistlərə qarşı terror artıq keçmişdə qalıb. 

Lakin 7 oktyabr 2004-jü ildə Sinaydakı Təba adlı yerdə yenə də partlayış səsləndi. Əsasən, xariji turistlərdən ibarət olan 34 nəfər həlak oldu. 

23 iyul 2005-ji ildə Şərm əş-Şeyxdəki partlayışlar 67 nəfərin ölümü, 200-ə yaxın adamın yaralanması ilə nətijələndi. İndi də yeni terror olayı - bu dəfə «dayver» kurortu Dəhabda. Beləliklə, Misirdə terrorun yenidən yer aldığı və hakimiyyət orqanlarının xariji turistlərin təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi əvvəlki tədbirlərin artıq səmərəsiz olduğu göz önündədir. Bir şey də aydındır ki, Misirdə yeni terror dalğası yerli «jihadçılara» əsaslı maliyyə və siyasi dəstəksiz mümkünsüz olardı. Misirdə yeni terror dalğasının İraqda «terror müharibəsi»nn başlanması ilə üst-üstə düşməsi heç də təsadüf deyil: haqqında danışılan «jihadçı» dairələrə siyasi dəstəyin güjlənməsini məhz bu müharibə təmin etdi. «İraqın azad edilməsi!» və «İşğalçılarla mübarizə!» şüarları kifayət qədər jəlbediji səslənirdi və bu dəstəyi təmin edənlər toplanan vəsaitin məhz nəyə sərf olunduğu barədə düşünməməyə üstünlük verirdilər. Burada artıq hüquq-mühafizə orqanlarının səylərindən daha çox, «informasiya savaşı»na ehtiyaj yaranır. Daha dəqiq desək, həmin o «İraq müqaviməti»nin nə demək olduğu və «işğalçılarla mübarizə üçün» toplanan vəsaitin, əslində, hara yönəldilməsi barədə mümkün qədər dolğun informasiyaya ehtiyaj var.


MƏSLƏHƏT GÖR:

376