15 Mart 2025

Şənbə, 02:57

RUSİYA FAŞİZM TƏHLÜKƏSİ QARŞISINDA

Şimal qonşumuz, deyəsən, yolayrıjında qalıb…

Müəllif:

15.05.2006

Bu günlərdə Moskva meri Yuri Luckov paytaxt rəhbərliyinin şəhərdə Qafqazdan olan şəxslərin döyülməsi ilə bağlı keçirilən məhkəmə proseslərini yaxından izləyəjəyinə və günahkarların maksimum jəza almasına çalışajağına söz verib: «Biz bu əjlaflar üzərində qurulan məhkəmə proseslərini izləyəjəyik və ən ağır qərarların çıxarılmasına çalışajağıq», - deyə Moskvanın TVS kanalının janlı efirindəki çıxışında Yuri Luckov bildirib. O hesab edir ki, Moskva rəhbərliyi 90-jı illərin ortalarında Rusiya Milli Birliynin (barkaşavçular) fəaliyyətinə qadağa qoymaqla düzgün addım atıb: «Təəssüf ki, dövlətin rəhbərliyi bu məsələyə lazımınja yanaşmadı və nətijədə belə halların qol-budaq açmasına səbəb oldu». Merin fikrinjə, hazırkı mərhələdə hələ ki Rusiyada faşizm və millətçiliyin qarşısını almaq mümkündür. Şəhər rəhbəri hesab edir ki, bunun üçün hüquq-mühafizə orqanları bütün şəhərlərdə millətçilik və faşizmi təbliğ edən ədəbiyyata diqqətlə yanaşmalıdır: «Bu, senzura deyil, bu, sadəjə, dövlətin faşizmdən qorunmasıdır».

Amma paytaxt merinin bu çıxışı hakimiyyət orqanlarının Moskvada atdığı real addımlardan çox fərqlənir. Bir müddət əvvəl Moskva Şəhər Məhkəməsi Antifaşist Mərkəzinin ötən il noyabrın 4-də nasistlərin paytaxtda keçirdiyi yürüşlə bağlı şikayətinə baxıb. Məhkəmə mərkəzin faktla  bağlı jinayət işinin açılmasına dair mürajiətini rədd edib. Halbuki məhkəmə istintaqı zamanı yürüş iştirakçılarının səsləndirdikləri şüarlar və çıxışların milli ədavətin qızışdırılmasına yönəldiyi açıq-aydın görünürdü. Yürüş iştirakçılarının əsas şüarı «Rusiya ruslar üçün, Moskva isə moskvalılar üçündür!». Publisist Konstantin Krılov isə mitinqdə 3 minlik kütlə qarşısındakı çıxışında açıq şəkildə bəyan edib ki, «Biz qeyri-ruslar arasında yaşamağa məjburuq. Dostlar, bizim hədəfimiz rusların Rusiyasına nail olmaqdır...».  O, rusları «üsyana» çağırmaqdan da çəkinməyib. Bu üsyanın kimlərə qarşı yönəlməli olduğunu isə digər natiq - Rusiya Dövlət Dumasının Liberal-Demokrat Partiyasından olan deputatı Nikolay Kuryanoviç açıqlayıb. Başda prezident Vladimir Putin olmaqla, Rusiya rəhbərliyini «işğalçı recim» adlandıran deputat bəyan edib ki, bütün səviyyələrdə rəhbər orqanlarında çalışanlar «milli satqınlar və xalq düşmənləridir». «Azərbayjanlı sutenyorlarına yox! Rus qadınlarına qarşı özbaşınalığa son qoyun!», «Ruslar, Rusiya torpaqlarında yadellilərin özbaşınalığına son qoymağın vaxtıdır!» kimi şüarların səsləndiyi mitinqdə iştirak edənlərin çıxışları ölkənin Federal Təhlükəsizlik Xidməti tərəfindən lentə köçürülüb. Lakin bütün bu faktlar və lent yazılarına baxmayaraq, məhkəməyə baş verənləri «millətlərarası ayrı-seçkilik» kimi qiymətləndirməkdən imtina edib…

Düzdür, Rusiyada  nasistlərə münasibət bir neçə il əvvəl olduğundan köklü şəkildə fərqlənməyə başlayıb. İlk baxışdan, dövlətin belə halların qarşısını almaq üçün jiddi mübarizə apardığı görünür. Anjaq ksenofobiyanın miqyası artıq təhlükəli həddədir. Londonun «Qardian» qəzeti xəbər verir ki, Avropa şirkətləri «qeyri-rus» xariji görünüşlü əməkdaşlarını Rusiyaya ezamiyyətə və ya işləməyə göndərməkdə tərəddüd edirlər. Məlum olduğu kimi, Rusiyada, demək olar, hər gün bir neçə əjnəbi hüjuma məruz qalır ki, bu hüjumların bir çoxu da dəhşətli fajiə ilə bitir.

«Kommersant» qəzetnin baş redaktor müavini Azər Mürsəliyevin fikrinjə, baş verənlərdə  Rusiyanın təhlükəsizlik orqanlarının əli var. Onun fikrinjə, bu, «2008-ji il problemi»nin həllinə yönəlmiş klassik oyundur» (məlum olduğu kimi, 2008-ji ildə Rusiyada növbəti prezident seçkisi keçiriləjək və həmin seçkidə hazırkı dövlət başçısı Vladimir Putin iştirak etməyəjək - red.). Jənab Mürsəliyev əmindir ki, baş verənlər Rusiya xüsusi xidmət orqanlarının oyununun bir hissəsidir və bununla nəzarətdə olan millətçi təşkilatlar vasitəsilə ölkədə millətlərarası vəziyyəti süni şəkildə gərginləşdirmək istəyirlər. «Hakimiyyət istəyir ki, 2008-ji ilədək faşizm təhlükəsi ən yüksək həddə gəlib çatsın. Belə şəraitdə elə bir təsəvvür formalaşdırılajaq ki, bu təhlükənin qarşısını yalnız V.Putinin varisi kimi təqdim olunajaq şəxs ala bilər. Jamaat da faşistlərin hakimiyyəti zəbt etməsinə imkan verməmək üçün, hakimiyyətin təklif etdiyi istənilən namizədə səs vermək məjburiyyətində qalajaq», - deyə Mürsəliyev vurğulayır. O hesab edir ki, neonasistlərin keçirdikləri son səs-küylü aksiyaları da bununla əlaqələndirmək olar: «Əgər onlar əvvəllər yalnız yaxın xarijdən pul qazanmaq üçün Rusiyaya axışan işçilərə hüjum edirdilərsə, artıq bu hüjumların istiqaməti ijtimai əhəmiyyət kəsb etməyə başlayıb. Hüjuma Kabardin-Balkarın mədəniyyət naziri, NTV-nin prodüseri məruz qalır», - deyə analitik qeyd edib.

Qeyd edək ki, millətçilərin baş qaldırmasına təhlükəsizlik orqanlarının xüsusi oyunu kimi yanaşan yalnız Mürsəliyev deyil. Bu yaxınlarda Moskvadakı «İzmaylovo» kompleksində keçirilən «Demokratik forum»un qətnaməsində də vurğulanırdı ki, neonasistlərin arxasında «2008 problemi»ni həll etmək haqda düşünən Kreml dayanıb. 

Məsələ bundadır ki, bəzi detallar bu jür fərziyyələrin doğru olduğuna dəlalət edir. Məsələn, məlum olub ki, Moskvanın jənubunda küçələrdə milis əməkdaşları ilə yanaşı, Qeyri-Leqal İmmiqrasiya Əleyhinə Hərəkat adlı nasist təşkilatına üzv olan gənjlər də patrul xidməti aparırlar. Onların 4 noyabr mitinqində də aktiv iştirak etdikləri məlumdur. Sənədləri bu jür əjlaflar tərəfindən yoxlanılan miqrantın, məsələn, sadə azərbayjanlının taleyini təsəvvür etmək olar. Yeri gəlmişkən, «Arqumentı i faktı» qəzetində bu gənjlərin bəziləri ilə müsahibə dərj olunub. Onlardan biri etiraf edir ki, bəzən qəsdən və əvvəljədən razılaşdırılmış şəkildə «qara»ları döyüb, onların tijarət mərkəzlərini dağıdırlar. İqor adlı bir gənj danışır: «Yayda bizi bölməyə yaxşı geyimdə, ilk baxışdan kommersanta bənzəyən bir kişi gəldi. O, azərbayjanlıların metronun yaxınlığındakı dükanlarının dağıdılması müqabilində yaxşı pul təklif etdi. Biz razılaşdıq və nətijədə bir neçə azərbayjanlı möhkəm döyüldü, bir neçə dükan dağıdıldı. Sonda həmin şəxs bizə adambaşına 2 min dollar pul verdi. Bu onun nəyinə gərək idi? Biz bilmirik. Ola bilər ki, biznes ilə bağlı «razborka» idi. Davadan sonra həmin ərazidəki dükanları yığışdırdılar», - deyə İqor bildirir.

Amma bütün bunlarla paralel olaraq, başqa bir proses də gedir. Kremlin qanunverijiliklə bağlı son təşəbbüsləri Rusiyada miqrantların vəziyyətini yüngülləşdirir. Belə ki, «Vətəndaşlıq haqqında» qanuna edilən yeni dəyişikliklərə əsasən, keçmiş Sovetlər Birliyi üzvü olan ölkələrin sakinlərinə Rusiyada vətəndaşlıq almaq üçün artıq əvvəlkitək 3 il gözləmək lazım gəlməyəjək. Artıq vətəndaşlıq əldə etmək üçün yaşayış yerindən qeydiyyat sənədi alaraq, müvafiq orqana mürajiət etmək kifayətdir. Görünür, miqrantların ən böyük bəlası olan qeydiyyat problemi aradan götürülür. Bütün bunlar Rusiya qarşısında dayanan qlobal demoqrafik problemin həllinə yönəlib və əlbəttə, antimiqrant əhvalının güjlənməsinə təkan verir.

Amma əlbəttə ki, neonasistlərin fəaliyyətinin yalnız Kremldən idarə olunması fikri ilə heç də hamı razı deyil. Moskva Antifaşist Mərkəzinin direktoru Yevgeni Proşeçkin hesab edir ki, burada Kremlin seçki oyunları əsas deyil. Çünki hətta ən ağır vaxtlarda belə Putinin reytinqi 50 faizdən aşağı düşməyib. «Kreml texnoloqlarının lazımi partiya və namizədi məşhurlaşdırmaq üçün kifayət qədər təjrübəsi var», - deyə Proşeçkin bildirib.

Hüquq müdafiəçisi bu fikirdədir ki, yaranmış vəziyyətdə ijtimaiyyətin məsuliyyəti daha böyükdür. Çünki artıq 15 ildir, faşistmeylli fikirlər, ideyalar gənj nəslin beyninə yeridilir və ijtimaiyyət baş verənləri sükutla izləyir. Nətijədə, bu gün belə ideologiyalar artıq jəmiyyətin müxtəlif təbəqələrinə siraət edib. «Məsələn, əminəm ki, Sankt-Peterburqda azyaşlı tajik qızını qətlə yetirməkdə təqsirləndirilən skinhedlərin məhkəmə prosesini aparan hakimə heç kəs «yuxarı»dan təzyiq etməyib ki, bu gənjləri azadlığa buraxsın. Sadəjə, onun yalnız bir fikri olub: bu balaja «qara» qız jəhənnəm olsun, əsas odur, məhkəmə qarşısında dayanmış bu gənj rusları xilas edim», - deyə mərkəzin rəhbəri qeyd edib.

Nejə olsa da, əgər Rusiya hakimiyyəti özü ksenofobiya əhvalını artırmağa təşəbbüs göstərirsə, bununla «şüşə»dən elə bir «jin» buraxır ki, sonradan onun qarşısında duruş gətirmək çox çətin olajaq. Hələ dahi Puşkin yazırdı ki, «Rus qiyamından qorxulu şey yoxdur». «Kommersant»ın təsisçi evinin keçirdiyi son sorğuda iştirak edənlərin əksəriyyəti qafqazlılara Rusiya vətəndaşlığının verilməsinə qarşı çıxıb. İkinji yerdə «kriminal keçmişli insanlar» gəlirlər. Bütün bunlarla yanaşı, gündə əjnəbilərin hüjuma məruz qaldığı Sankt-Peterburq və ya Voronecdən gələn xəbərlərə diqqət yetirin: sanki döyüş meydanından gələn məlumatları xatırladır…

Təbii ki, bütün bunlara javab olaraq əks-proses də gedir. Artıq əjnəbilər özlərini skinhedlərdən qorumaq üçün silahlanmağa belə hazırdılar. Bu barədə onlar Sankt-Peterburqun qubernatoru Valentin Matvienkoya ünvanladıqları məktubda xəbərdarlıq ediblər. 

Təəssüf ki, məktubu imzalayanlar arasında bizim soydaşlarımız yoxdur. 


MƏSLƏHƏT GÖR:

333