
«AZƏRBAYJAN - BİZİM SINAQDAN ÇIXIŞ DOSTUMUZDUR»
Gürjüstan prezidentinin anası hesab edir ki, Azərbayjan kimi qonşusu olduğuna görə, Gürjüstanın bəxti gətirib
Müəllif: Şahismayıl Şəmmədoğlu Tbilisi
Tarixçi professor, Gürjüstanın orta əsrlər tarixi üzrə mütəxəssis reputasiyasına malik Quili Alasaniya Gürjüstanın hörmətli ziyalılarından biridir. Türk dilini yaxşı bildiyindən, həmin dövrün Gürjüstanına aid olan çoxsaylı türk mənbələrini tərjümə edib. Son illər isə o, ijtimai fəaliyyətlə aktiv şəkildə məşğul olur. Lakin onun əsas statusu ölkə prezidenti Mixail Saakaşvilinin anası olmasıdır. Bu gün xanım Alasaniya «Gürjüstan və Azərbayjanın dostluq evi» İjtimai Birliyinə rəhbərlik edir və azərbayjanlıların kompakt yaşadıqları rayonlara xüsusi diqqət ayırır.
Quili xanım, Gürjüstan çoxmillətli ölkədir. Burada ruslar, azərbayjanlılar, ermənilər, ukraynalılar, almanlar, yunanlar və başqa millətlərin nümayəndələri yaşayırlar. Bəs niyə siz məhz «Gürjüstan-Azərbayjan dostluq evi»ni yaratdınız?
- Belə bir misal var ki, qonşuları seçmirlər. Belə düşünürəm ki, Azərbayjan kimi qonşumuzun olduğuna görə, bizim bəxtimiz gətirib. Bu ölkə tarixi qonşumuz, sınaqdan çıxmış dostumuzdur və Azərbayjanla bugünədək davam edən dostluq münasibətlərinin bundan sonra da davam edəjəyinə inanırıq. Gürjüstan çətin anlarda həmişə Azərbayjanın dost dəstəyini hiss edir. Buna görə də bizim məhz «Gürjüstan-Azərbayjan dostluq evi» yaratmağımızda təəjjüblü heç nə yoxdur.
- Rəhbərlik etdiyiniz dostluq evi konkret olaraq nə ilə məşğul olur?
- Qurumun əsasını mənim dostlarım təşkil edirlər. Biz onlarla bir araya gələrək, iki ölkə və xalq arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi ilə məşğul olmağa qərar verdik. Bizim funksiyamız isə artıq elə qurumun adından bəlli olur - Dostluq evi. Əvvəljədən mədəniyyət sahəsi ilə məşğul olmağa qərar verdik və fəaliyyətimiz maarifçilik, idman, turizm kimi sahələri özündə əks etdirir. Düşünürəm, həm Gürjüstanda, həm də Azərbayjanda bu mərhələdə bərpa edə biləjəyimiz yaxşı ənənələr var. Bundan başqa, turizm ölkələrimizin gələjəyidir və konkret olaraq bu istiqamətdə də iki ölkənin əməkdaşlığı ilə bağlı birgə qurumun fəaliyyət göstərməsi yaxşı olardı. Mədəniyyət və maarifçiliyə gəlinjə, hesab edirəm, ölkələrimizin bu sahədə zəngin ənənələri var və bizim görə biləjəyimiz işlər kifayət qədərdir.
- Gənj prezident Mixail Saakaşvilinin anası hansı hisslərlə yaşayır? Mümkünsə, ailəniz haqda məlumat verin.
- Adi bir ailəyik. Anjaq əlbəttə, son vaxtlar qayğılarımız çoxalıb. Daha çox məsuliyyət, bizə qarşı daha çox diqqət və buna müvafiq olaraq, vəzifələrimiz də artıb. Yəqin, hüquqlarımız da artıb. Bir sözlə, həyatımız dəyişib. Mixail Saakaşvilinin ata tələfdən əjdadları, əsasən, tibbi işçiləri olublar. Atası da, babası da həkim olub; babası bir müddət, hətta institut rektoru işləyib. Ana tərəfi də adi ailə olub. O, Kollosoni və Srteli nəslindəndir. Bu nəsil ijtimai xadimləri və ölkənin mədəniyyətinə çoxlu sayda kapital qoymuş mesenatları ilə tanınır.
- Quili xanım, Azərbayjana rəsmi səfər etmək planlarınız varmı?
- Bizim yaxın hədəfimiz Dostluq evinin təqdimetmə mərasimini keçirməkdir. Bakıya səfər etmək, orada ijtimaiyyət nümayəndələri ilə görüşmək niyyətindəyik. Konsert də təşkil etməyi düşünrük. Biz azərbayjanlı həmkarlarımızla söhbətlər aparırıq, Azərbayjanın Gürjüstandakı səfirliyi ilə əlaqələrimiz var. Buradakı keçmiş səfir Ramiz Həsənov ilə lap yaxın münasibətlərimiz mövjuddur. Bir sözlə, aramızda sıx əlaqə var və səfirlik bizim fəaliyyətimizi daim dəstəkləyir. Odur ki birlikdə Bakıda belə bir tədbirin keçirilməsini planlaşdırırıq.
- Bizdə olan məlumata görə, «Gürjüstan-Azərbayjan dostluq evi» hələlik yalnız Tbilisidə fəaliyyət göstərir. Ölkənin başqa regionlarında da qurumun filiallarının yaradılması nəzərdə tutulubmu? Xüsusilə gürjülərlə azərbayjanlıların sıx yaşadıqları ərazilərdə; məsələn: Kvemo-Kartlidə…
- Əlbəttə, biz Gürjüstan ərazisində yaşayan azərbayjanlılarla ünsiyyətdə oluruq, onların yaşadıqları ərazilərdə xeyriyyə işləri görürük, daim görüşlər keçiririk. Bizim Dostluq evimiz, praktik olaraq, bütün Gürjüstanı əhatə edir. Ümid edirik, belə bir qurum Azərbayjanda da yaradılajaq; lakin orada elə bunsuz da qarşılıqlı əlaqələr və dostluğun dərinləşməsi üçün çox işlər görülür. Biz bunu daim hiss edir və buna görə çox minnətdarıq.
- İndiyədək sizə hansısa problemin həll edilməsi xahişi ilə azərbayjanlılar mürajiət ediblərmi?
- Bəli, hərdən belə mürajiətlər olur və onlara köməklik göstərmək üçün məndən asılı olan bütün işləri görürəm. Məsələn, bu yaxınlarda bir məktəbdə Azərbayjan sektorunun bağlanmasına jəhd edilməsi səbəbindən insident yaranmışdı. Məsələ onda idi ki, həmin məktəbdə rus və gürjü sektorları ilə yanaşı fəaliyyət göstərən Azərbayjan sektorunda təhsil alan şagirdlərin sayı az idi və bu səbəbdən də sektorun bağlanması məsələsi gündəmə gəlmişdi. Mənim Gürjüstanın təhsil nazirinə etdiyim mürajiətdən sonra, nazir bizim istəyimizi nəzərə aldı və sektor fəaliyyətini davam etdirdi. Bir sözlə, bir sıra məişət problemləri var və imkan daxilində öz köməyimizi əsirgəməyəjəyik.
MƏSLƏHƏT GÖR: