
AZƏRBAYJAN-JƏNUBİ KOREYA: ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ GÖZLƏNİLƏNDƏN XEYLİ GENİŞDİR
Jənubi Koreya Prezidenti No Mu Xyun Seulun əməkdaşlıq üçün bütün imkanlardan yararlanmaq niyyətində olduğunu açıqlayır
Müəllif: Ramin Abdullaev Bakı
İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin prezidentləri və hökumət başçıları Azərbayjanı tərk etməyə majal tapmamış, ölkəmizi daha bir yüksəkvəzifəli qonaq ziyarət etdi – Koreya Prezidenti No Mu Xyun Azərbayjana ilk rəsmi səfərə gəldi.
İki prezident arasında danışıqların nətijələrinə görə, 8 sənəd imzalandı ki, bunlardan ən önəmlisi Azərbayjanla Koreya Respublikası arasında qarşılıqlı münasibətlər haqqında birgə deklarasiyadır. Prezidentlərin imzaladıqları bu sənəd iki ölkə arasında əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirir.
Səfər zamanı dövlət neft şirkətləri, rabitə və informasiya texnologiyaları, fövqəladə hallar, nəqliyyat, sənaye və energetika, mədəniyyət nazirlikləri arasında qarşılıqlı münasibətlər barədə memorandumlar, həmçinin, hava əlaqəsi barədə saziş imzalandı.
İmzalanma prosesi başa çatdıqdan sonra, təşkil olunan brifinqdə Azərbayjan və Jənubi Koreya prezidentləri imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsi üçün yaxşı baza olajağına əminliklərini ifadə etdilər, çünki qarşılıqlı münasibətlərin hazırkı səviyyəsi iki ölkənin potensialını tam dolğunluğu ilə əks etdirmir.
Həqiqətən də, dövlətlərarası əməkdaşlığın aşağı səviyyədə olmasına baxmayaraq, biznes dairələrinin nümayəndələri artıq çoxdan müvəffəqiyyətlə əməkdaşlıq edirlər: Jənubi Koreyanın məşhur «Samsung», LG, «Daevoo», «Hyundai» və s. şirkətlərinin adları hər bir azərbayjanlıya tanışdır.
Beləliklə, iki xalqın, biznes dairələrinin əməkdaşlığını güjləndirmək istəyi öz işini gördü – bu ölkələrin rəhbərləri həmin əməkdaşlığı dövlət səviyyəsinə yüksəltmək qərarına gəldilər. Əlamətdardır ki, Bakı ilə Seul arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində ilk addım Azərbayjan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə atıldı – Seulda Azərbayjan səfirliyi açıldı.
Koreya Respublikasının prezidenti ilə Bakıda görüş zamanı Azərbayjanın rəhbəri iş adamlarının «real, konkret layihələr üzərində işləyəjəklərinə» ümid etdiyini bildirdi və əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi: «Energetika, nəqliyyat, infrastruktur sahəsində layihələr – bütün bunlar perspektivli layihələrdir və mən əminəm ki, bu səfər başa çatdıqdan sonra, onların gerçəkləşdirilməsi sahəsində əməli addımlar atılajaq».
Öz növbəsində, Koreya Respublikasının prezidenti qeyd etdi ki, indiyədək koreyalıların Azərbayjan haqqında kifayət qədər informasiyası yox idi və onun bu ölkəyə ilk səfəri «ikitərəfli əməkdaşlıq perspektivlərinin gözləniləndən xeyli geniş olduğunu» göstərdi. Prezident onu da vurğuladı ki, «Fikrimizjə, Koreyanın Azərbayjanla əməkdaşlıq etmək üçün geniş imkanları var və biz onlardan istifadə etmək fikrindəyik». O, tamamilə haqlı olaraq göstərdi ki, Seulun Azərbayjan haqqında kifayət qədər informasiyası olmasa da, Azərbayjanda Koreya Respublikasını daha yaxşı tanıyırlar.
Bununla belə, oxujularımızın diqqətini bu ölkənin inkişafının bəzi məqamlarına jəlb etmək istərdik.
Prezident No Mu Xyun – dissidentlikdən-prezidentliyə
Prezident No Mu Xyun Koreyanın jənub-şərqində kəndli ailəsində, müstəqil Koreya Respublikası elan ediləndən 2 il əvvəl - yəni 1946-jı ildə anadan olub. Siyasətə qoşulmazdan əvvəl hüquqşünas işləyib. Hüquq müdafiəsi fəaliyyəti ilə fəal məşğul olaraq, 1987-ji ildə Jənubi Koreyada demokratiyanı müdafiə hərəkatında aparıjı fiqurlardan birinə çevrilib. Bu fəaliyyətinə görə, qısa müddətə həbsxanaya da salınıb. 1988-ji ildə No Mu Xyun Milli Assambleyaya seçilmiş, burada korrupsiyanın araşdırılmasına rəhbərlik etməklə məşhurlaşmışdır. Hakim yeni minilliyin demokratik partiyasından olan liberal-islahatçı No Mu Xyun 2002-ji ilin dekabrında keçirilən prezident seçkilərində kiçik üstünlüklə qalib gəldi. Seçkilər ölkədə antiamerika əhval-ruhiyyəsinin artmaqda olduğu bir dövrdə keçirilmişdi. No Mu Xyun Jənubi Koreyanın öz ərazisində yerləşən ABŞ qoşunlarına daha çox nəzarət etmək hüququna malik olmasında israrlıdır. O, Seulun Şimali Koreyaya münasibətdə «işıqlı siyasət»inin davam etdirilməsinin tərəfdarıdır. Bu məsələ Vaşinqtonun Seula münasibətlərindəki gərginliyi bir qədər də artırır.
«Hyundai» avtomobil nəhənginin başçısının həbsi – korrupsiya ilə mübarizə davam edir
Prezident No Mu Xyun qətiyyətli siyasətçi imijinə malikdir. Aprelin 28-də Seulda «Hyundai» avtokonserninin başçısı Çon Mon Kunun həbsini də dövlət başçısının korrupsiya ilə mübarizədə qətiyyətli hərəkətlərinin nətijəsi sayırlar. Qeyd edək ki, «Hyundai» başçısı xüsusilə böyük miqdarda pul vəsaitini mənimsəməkdə ittiham edilir.
Mon Ku isə günahsız olduğunu bildirir. Seulda həbs barədə order verən hakimin bunu «Hyundai» rəhbərliyinin ədalət məhkəməsindən yayınmağa jəhd göstərə bilməsi ilə əsaslandırması barədə məlumat daxil olmuşdur.
Korrupsiya ilə bağlı getdikjə daha geniş miqyas almaqda olan qalmaqalla əlaqədar, prokurorlar avtonəhəngin bir neçə top-menejerini də dindiriblər.
KİV-ə Çon Mon Kunun həbs olunandan dərhal sonra, demək olar, 15 saat ərzində müstəntiqlərin dövlət məmurlarını satın almaq üçün yaradılan qeyri-qanuni fondun yaradılmasına dair suallarını javablandırmalı olması barədə məlumat da sızıb.
Keçirdikləri mətbuat konfransında prokurorluğun təmsilçiləri bildirmişlər ki, Çon Mon Ku qeyri-qanuni yaratdığı fondlarda 100 mln dollardan çox vəsait toplamış və bu pulları mənimsəmişdir. Prokurorluğun «Hyundai» başçısını həbs etmək niyyəti açıqlandıqdan sonra, şirkətin səhmlərinin qiyməti 3% aşağı düşmüşdür.
Jənubi Koreya – dünyada beşinji neft idxalçısı
Koreya hökumətinin strategiyasının təməlini ixraja istiqamətlənmə təşkil edir. Faktiki, son 35-40 ildə Jənubi Koreya xarijdən xammal və yarımfabrikatlar idxal edərək, onları hazır məhsullara çevirən və yenidən xarijə göndərən özünəməxsus «ölkə-fabrik»ə çevrilmişdir. Təbii qazıntı ehtiyatlarından məhrum olan Koreyanın, əslində, başqa yolu da yox idi. Lakin o da aydındır ki, belə bir strateci qərar qəbul edilməsi ölkəni ixrajdan son dərəjə asılı duruma salmışdır.
Dünya bazarlarındakı durum, valyuta kurslarının qeyri-sabitliyi, gömrük qanunverijiliyində dəyişikliklər istənilən koreyalının mənafeyinə bilavasitə təsir göstərir. Koreya iqtisadiyyatı ilə bu və ya digər şəkildə bağlı olan hər bir kəs idxal-ixraj haqqında məlumatları diqqətlə izləyir.
O qədər böyük olmasa da, Jənubi Koreya dünyada beşinji neft idxalçısıdır! 2005-ji ildə neft ölkənin bütün idxalının 15%-ni təşkil etmişdir. Nisbətən kiçik olan bu ölkə 2004-jü ildə həm bütövlükdə xariji tijarət həjminə, həm də ixrajın həjminə görə dünyada 13-jü yeri tuturdu. Onun ixrajı $150,6 mlrd, bütün xariji tijarəti (ixraj və idxal ilə birlikdə) isə $291,5 mlrd təşkil etmişdir.
Artıq uzun illərdir, xariji tijarətdə Jənubi Koreyanın ən iri tərəfdaşı Birləşmiş Ştatlardır. 2004-jü ildə Koreya ilə ABŞ arasında tijarət dövriyyəsi $53,4 (Jənubi Koreyanın bütün xariji mal dövriyyəsində 18,3%) olub. İkinji yerdə Yaponiya ($43,1 mlrd və ya 14,8%) gəlir, sonrakı yerləri Çin (10,8%), Honkonq (3,7%) və Tayvan (3,5%) tutur.
Son onillikdə Jənubi Koreya iqtisadi inkişaf tempinə görə, dünyada ən yüksək göstərijilərdən birinə malik olub. 1994-jü ildə ÜMM $508,3 mlrd (hər adambaşına $11 270) təşkil edib.
Jənubi Koreya Özbəkistanın neft-qaz yataqlarının işlənməsində yardımçı olajaq
Koreya Respublikasının neftdən asılılığı Seulu yaranmış durumdan çıxış yolları axtarmağa vadar edir. Bu yaxınlarda həmin istiqamətdə önəmli bir addım atılıb. 29 mart 2006-jı ildə Koreya Milli Neft Şirkəti və Koreya Qaz Şirkəti «Özbəkneftqaz» Milli Holdinq Şirkəti ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Memoranduma əsasən, Jənubi Koreya 2 neft və 2 qaz yatağının tədqiqi və işlənməsi ilə bağlı müstəsna hüquq əldə edib. Razılaşmaya uyğun olaraq, Koreya və Özbəkistan neft kəşfiyyatçıları 6 il ərzində ölkənin şərqindəki Çust-Pap və Namanqan-Teraçinsk yataqlarında ilkin kəşfiyyat işləri aparajaq; sonra isə onların nətijələri əsasında yataqların istismarına dair müqavilə imzalanajaq. Ekspertlərin dəyərləndirmələrinə görə, birinji yataqda 385, ikinjidə isə 435 mln barel xam neft var.
Şimal qonşu ilə dialoq jəhdi: münasibətlərin, tədrijən, istiləşməsi
İkinji dünya müharibəsindən az sonra yaranan iki Koreya dövləti arasında münasibətlər iki ölkə liderinin – Kim De Çjun və Kim Çen İrin hüjum etməmək, mübadilə və əməkdaşlıq haqqında hələ 1992-ji ildə qüvvəyə minən deklarasiyaya müvafiq olaraq keçirilən tarixi görüşündən sonra önəmli dərəjədə yaxşılaşmışdır. 50 il sürən inamsızlıq və düşmənçilikdən sonra münasibətlərdə istiləşmə yaranmaqdadır. Pxenyandakı tarixi görüş «soyuq müharibə» dövrünün iki rəqibinin nə vaxtsa birləşəjəyinə ümid etməyə imkan verir.
Bununla belə, münasibətlərdəki gərginlik səngimək bilmir. Şimali Koreya nüvə silahına malik olduğunu açıqladıqdan və nüvə silahını yaymamaq haqqında müqavilədən çıxdıqdan sonra, Seulun fikrinjə, Şimali Koreyanın nüvə problemi Jənubi Koreyanın təhlükəsizliyi, Şimal-Şərqi Asiyada sülhün bərqərar olması, nüvə silahının yayılmamasının qlobal sistemi üçün aşkar təhlükəyə çevrilib.
Şimali Koreya onun təhlükəsizliyinə zəmanət veriləjəyi halda, nüvə silahından imtina etməyə hazır olduğunu bəyan etsə də, AES tikintisini və istismarını dayandırmaq fikrində olmadığını da açıqlayıb.
ABŞ-ın təzyiqləri nətijəsində, 2003-jü ildə KXDR Kımko rayonunda (Sinpxo uyezdi) AES inşasını dayandırıb.
Jənubi Koreya bu beynəlxalq layihəyə artıq $1 mlrd 100 mln sərmayə yatırıb və onun inkişaf etdirilməsində maraqlıdır. Əlamətdar haldır ki, ABŞ hələ də Jənubi Koreyada 37 min hərbi qulluqçu saxlamaqdadır.
2006-jı ilin aprel ayından, yəni Pxenyanda keçirilən 18 raundluq hökumətlərarası danışıqlardan sonra, münasibətlər yenidən mülayimləşməyə başladı. Jənubi Koreya 486 vətəndaşının taleyinin aydınlaşdırılması ilə bağlı əməkdaşlığın müqabilində (bəzi məlumatlara görə, onlar Şimali Koreya ərazisində saxlanılırlar) Pxenyana iqtisadi yardım təklif etdi. Seul, həmçinin, onu da bildirdi ki, 1950-53-jü illərdəki Koreya müharibəsi zamanı hərbi əsir kimi tutulan daha 542 nəfər hələ də KXDR-dədir.
Öz tərəfindən, Pxenyan Jənubi Koreya ilə birlikdə Yaponiyanın Yapon dənizindəki Tokto adalarına iddialarını rədd etməyə, İkinji Dünya müharibəsi hadisələrinə qiymət verməyə, həmçinin, Yaponiya Baş nazirinin Yasukuni məbədini ziyarət etməsini (bu bir çox Uzaq Şərq dövlətlərində yapon rəhbərliyinin ölkələrinin militarist keçmişinə sadiq qalmasının rəmzi kimi anlaşılır) tənqid etməyə hazır olduğunu bildirdi. KXDR və Koreya Respublikasının dəmir yol xətlərinin birləşdirilərək, sonradan Rusiyanın Transsib magistralına çıxış əldə edilməsi, Şimali Koreya sakinlərinə düyü tədarükü vasitəsilə yardım göstərilməsi də nəzərdən keçirilirdi. Hazırda Jənubla Şərqin dəmir yollarının birləşdirilməsi başa çatdırılıb və tezliklə qatarların hərəkət edəjəyi gözlənilir.
Yaponiya ilə ərazi böhranı həll olunmamış qalmaqdadır
Şimal-Şərqi Asiyada sülh və sabitliyin bərqərar olması üçün Tokio tarixə münasibətinə yenidən baxmalıdır. Bunu 25 aprel 2006-jı ildə Seulda iki ölkə arasında ərazi münaqişəsi ilə bağlı televiziya mürajiətində Jənubi Koreya Prezidenti No Mu Xyun deyib. Nitqində Yaponiyanı kəskin tənqidə məruz qoyan prezident, bu ölkənin Koreya yarımadasını işğal etməsinə və müstəmləkəyə çevirməsinə görə (İkinji Dünya müharibəsi dönəmində) üzr istəməsini tələb etdi ki, bu da Yaponiyaya münasibətdə keçən ilin mart ayında formalaşdırılan siyasətin birbaşa davamıdır. No Mu Xyun «suveren ərazilərinin müdafiəsinə hazır olduqlarını», həmçinin, «indi heç vaxt təslim olmayajaqlarını və nəyin bahasına olur-olsun, güzəştə getməyəjəklərini» də açıqladı.
Bəyanat Seulda Jənubi Koreyanın nəzarətində olan, Yaponiyada isə «Simane prefekturasının tərkibinə daxil olan, hüquqi və tarixi baxımdan Yaponiyaya məxsus Takesima adaları» adlandırılan ərazilərdə hidroqrafik araşdırmalar probleminə dair ikitərəfli danışıqların başa çatmasından jəmi iki gün sonra verildi.
Danışıqlar nətijəsində Yaponiya mübahisəli zonaya tədqiqat gəmiləri göndərməmək, Jənubi Koreya isə sualtı landşafta yeni adlar verməmək barədə təəhhüd götürmüşdü.
Seulun keçən jümə axşamı açıqlanan kəskin reaksiyasından sonra, Yaponiya nəzərdə tutulan tədqiqatları təxirə saldı və Tokto adaları istiqamətində göndərilən iki sahil mühafizəsi gəmisini geri qaytardı.
Yaponiya təmsilçiləri beynəlxalq hüquqa əsaslandıqlarını iddia etdikləri halda, Jənubi Koreya tərəfi qonşusundan mübahisəli bölgədə hər hansı bir iş aparmaqdan tam imtina tələb etməkdədir.
Seul iyun ayında Almaniyada keçirilməsi nəzərdə tutulan dəniz dibinin quruluşuna dair beynəlxalq konfransa öz güjü ilə topladığı informasiyanı və sualtı landşaftın Koreya adlarını təqdim etmək niyyətindədir. Yaponiya Xariji İşlər Nazirliyinin başçısı Taro Asso isə artıq bəyan edib ki, onun ölkəsi Tokto adaları yaxınlığında sualtı relyefin xəritəsini özü tərtib edəjək və «Buna mane olan istənilən hərəkət beynəlxalq hüququn pozulmasıdır».
İki yeni
atom reaktorunun
inşasına başlanılıb
YKorea Hydro & Nujlear Power» Dövlət Şirkətinin 28 aprel 2006-jı ildə açıqladığı məlumata görə, Jənubi Koreya iki yeni atom reaktorunun təməlini qoymağa başlayıb. Kenju şəhəri yaxınlığında (Kensan-Pukto vilayəti), paytaxtdan 370 km aralı yerləşəjək bu reaktorların inşası $4,97 mlrd-a başa gələjək. Birinji reaktorun inşası 2011-ji ilin oktyabrında, ikinjininki isə bundan bir il sonra başa çatdırılajaq. Hazırda Jənubi Koreyada sənaye istismarında 20 atom reaktoru var və onlar elektrik enercisinin 40%-ə qədərini istehsal edir. Onların az zənginləşdirilmiş urandan ibarət olan yanajağının 35%-ni Rusiyanın TENEX brendi ilə tanınan «Texsnabeksport» şirkəti tədarük edir. Yaxın on il ərzində istifadəyə daha 10 reaktor vermək planlaşdırılır.
MƏSLƏHƏT GÖR: