15 Mart 2025

Şənbə, 03:02

İƏT DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARI 9-JU DƏFƏ GÖRÜŞDÜLƏR

Siyasi sabitlik naminə iqtisadi əməkdaşlıq

Müəllif:

15.05.2006

Sirr deyil ki, müasir dünyada dövlətlər bir-biri ilə iqtisadi münasibətlərə siyasi münasibətlərldən daha həvəslə daxil olurlar. Bəlkə elə buna görədir ki, hazırda onlarja nüfuzlu beynəlxalq iqtisadi təşkilat fəaliyyət göstərir və onların böyük əksəriyyəti üzv-ölkələrə hissolunajaq səmərə gətirir. Üstəlik, bəzən iqtisadi ittifaqlar dövlət təhlükəsizliyini təmin etmək baxımından qat-qat səmərəli olur - ümumi layihələrin birləşdirdiyi ölkələr siyasi münasibətləri kəskinləşdirməkdən çəkinirlər. 

İştirakçı dövlətlərin dövlət və hökumət başçılarının 9-ju görüşü - mayın 5-də Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) da bu qəbildən olan möhkəm ittifaqlardan sayıla bilər. Onun digər belə təşkilatlardan fərqi ondan ibarətdir ki, bu təşkilat Qafqaz və Asiyanın bütün bölgənin iqtisadiyyatını birgə səylərlə qaldırmağa jan atan müsəlman dövlətlərini birləşdirir. İƏT dövlət və hökumət başçılarının Bakıda bəyan etdikləri kimi, hələlik, onlar buna nail ola bilirlər.

 

Dövlət başçıları bəyan edirlər

«Şübhəsiz, bu gün İƏT ölkələrimiz arasında regional əməkdaşlığın inkişaf etdirilməsində çox önəmli yer tutur; o, sabitliyin və tijarət-iqtisadi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, elmi-texniki və digər sahələrdə qarşılıqlı əməkdaşlığın dəstəklənməsinin etibarlı və səmərəli mexanizmidir». Tajikistanın Baş naziri Akil Akilov (bu ölkə İƏT-in 8-ji sammitinə sədrlik edirdi) sammitdəki nitqinə bu sözlərlə başladı. 

9-ju sammitin rəhbəri - Azərbayjan Respublikasının Prezidenti İlham Əliyev isə qeyd etdi ki, İƏT regionunda iqtisadiyyatın artım templəri dünyada ən yaxşı göstərijilərə malikdir. Buna isə bölgənin bir neçə ölkəsinin maraqlı olduğu iri layihələrin gerçəkləşdirilməsi nətijəsində nail olunub. İlham Əliyev deyib: «Bizim üçün Azərbayjanı Türkiyə ilə birləşdirən neft-qaz borularının inşası layihələri, həmçinin, energetika sahəsində İranla əməkdaşlıq çox önəmlidir. Onu da deyə bilərəm ki, İƏT üzvü olan bütün ölkələrlə səmərəli iqtisadi əməkdaşlıq qurmuşuq». 

Prezidentin sözlərinə görə, Şərq-Qərb və Şimal-Jənub nəqliyyat dəhlizlərinin yaradılması da hazırda prioritet istiqamətlərdəndir. TRAJEKA proqramının üzvü olan Azərbayjan Avropa-Qafqaz-Asiya marşrutunda da maraqlıdır. 

Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi bütün bölgə üçün çox önəmli olajaq.

Türkiyənin Baş naziri Rəjəb Tayyip Ərdoğan isə konkret rəqəmlər təqdim etdi. Belə ki, onun sözlərinə görə, İƏT ölkələrində istehsalın həjmi, təxminən, $350 mlrd təşkil edir və bu rəqəm hər il artmaqdadır. İqtisadi durumun yaxşılaşdırılması yolunu isə o, özəl sektorun inkişaf etdirilməsində, həmçinin, azad tijarət qarşısındakı maneələrin ləğvində, dövlətlərarası tijarət münasibətlərinin dəstəklənməsində, bölgə dövlətlərinin bazarlarının inteqrasiyasında görür. Baş nazir belə hesab edir ki, üzv ölkələrin ekspertləri bölgənin vahid iqtisadi inkişaf strategiyasının işlənib-hazırlanmasını da ən qısa müddət ərzində başa çatdırmalıdırlar.  

İran Prezidenti Mahmud Əhmədinecat İƏT-in vahid iqtisadi zonasının yaradılması məsələsi üzərində daha fəal işləməyə çağırdı. Əlbəttə, bu heç də asan iş olmadığından, üzv ölkələr qarşılarına onu 2015-ji ilədək gerçəkləşdirməyi məqsəd qoyublar. Bakı sammitində iştirak edən, demək olar, bütün nümayəndə heyətləri başçılarının qeyd etdiyi daha bir məsələ -  regional əhəmiyyətə malik layihələrin maliyyələşdirilməsində yardımçı ola bilən  İƏT tijarət və inkişaf bankının yaradılması idi. Bu barədə razılaşma artıq imzalanıb və hətta qüvvəyə də minib. İndi bu strukturu əməli baxımdan təşkil qalır ki, dövlət başçıları bunun artıq jari ildə baş verməsində israrlıdırlar.  

 

Möhtəşəm fəaliyyət planı 

Bütün bu məsələlər nümayəndə heyətləri başçılarının imzaladıqları İƏT üzvü ölkələrinin Bakı deklarasiyasında da öz əksini tapdı. Kifayət qədər tutumlu olan bu sənəd təşkilat çərçivəsində perspektivli layihələrə dair çoxsaylı bəndləri də ehtiva edir.

Məsələn, məlum oldu ki, üzv ölkələr vahid təkrar sığorta şirkəti yaradılması imkanını jiddi nəzərdən keçirir. Üstəlik, müvafiq sazişin hələ, hətta layihəsi  razılaşdırılmasa da, şirkətin artıq bu ildən fəaliyyətə başlaması təklif edilir. Onu da demək lazımdır ki, Azərbayjan üçün bu şirkət kifayət qədər xe-yirli ola bilər. Təəssüf ki, yerli sığorta şirkətləri məhz risqlərin təkrar sığortası üçün əlverişli şərait olmamasından əziyyət çəkir; avropalı həmkarlarının bahalı xidmətlərindən istifadə etməyə məjbur olurlar.

Daha qlobal perspektivlərə gəldikdə, bunlar, məsələn, nəqliyyat sektorunda nəzərdə tutulur. Belə ki, tranzit nəqliyyat daşımaları üzrə Koordinasiya Şurasını mümkün qədər yaratmağa çağıran nümayəndə heyətləri başçıları Transasiya dəmir yol magistralı ilə İstanbul-Tehran-Türkmənbaşı-Daşkənd-Almatı konteyner qatarının və Almatıdan elə həmin marşrutla sərnişin qatarının ən qısa müddətdə istifadəyə verilməsinin çox önəmli olduğunu vurğuladılar. Bütün bu layihələr İƏT-in nəqliyyat və kommunikasiya üzrə gələn il başa çatan 10 illik fəaliyyət proqramına daxildir. 

Ümumiyyətlə, aydın oldu ki, təşkilat çərçivəsində kifayət qədər çoxsaylı qurum yaradılmışdır. Məsələn, tezliklə İƏT-in standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditə və metrologiya üzrə regional institutu, həmçinin, təbii fəlakət risqlərinin idarəolunması bölgə mərkəzi fəaliyyətə başlayajaq. İƏT-in Texnologiyaların Ötürülməsi Mərkəzi, Texniki-İqtisadi Araşdırmalar Fondu və s. kimi qurumları isə artıq fəaliyyət göstərir. 

Üzv ölkələr birgə saziş və konvensiyalar üzərində də eyni məhsuldarlıqla işləyirlər. Hazırda bunlardan bir neçəsi gerçəkləşdirilir: İƏT-in sənaye əməkdaşlığına dair regional strategiyası, özəlləşdirməyə dair fəaliyyət planı, İƏT bölgəsində investisiyaların dəstəklənməsi və mühafizəsi haqqında saziş. İmzalanmaya hazırlananlar arasında isə gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş, qaçaqmalçılıq və gömrük hüquq pozuntuları haqqında İƏT məlumat bazasının yaradılması və fəaliyyətə başlaması barədə saziş var. 

 

Siyasi aspekt

Lakin onu da inkar etmək olmaz ki,  İƏT-in son sammiti dünya ijtimaiyyətini məhz bölgənin aparıjı dövlətlərinin başçılarının görüşməsinin siyasi önəmi baxımından maraqlandırırdı. Bakıya İran Prezidenti Mahmud Əhmədinecatın da gəlməsi, burada bir sıra ikitərəfli görüşlər keçirməsi baxımından, kifayət qədər açıq bəyanatlar verilən mətbuat konfransı keçirməsi faktı özlüyündə Azərbayjan paytaxtının bir neçə gün dünyanın aparıjı kütləvi informasiya orqanlarının başlıqlarında əsas yer tutmasına səbəb oldu. 

Yeri gəlmişkən, Mahmud Əhmədinecat, həqiqətən də, maraqlı açıqlamalar verdi. İranın artıq «nüvə dövlətləri» sırasına daxil olması və «əsassız ittihamların İran xalqının inkişaf və tərəqqi yolu ilə irəliləmək iradəsinə təsir göstərmək iqtidarında olmaması» haqqında dəfələrlə səslənən bəyanatlarla yanaşı, o, Bakıda keçirdiyi mətbuat konfransında ölkəsinin neft bircası təsis etmək və orada avro ilə alver etmək niyyətində olduğunu da bildirdi: «Müvafiq qurumlarımız bu məsələ ilə məşğul olur və bircanın yaradılması tarixi bir qədər sonra açıqlanajaq». Prezidentin sözlərinə görə, İran neft bircasını Fars körfəzindəki Kiş adasında yerləşən və əməliyyatlarını avro ilə aparan azad iqtisadi zonada yaradajaq. Bu, Nyu-York, London, Tokio və Sinqapurdakı bircalardan sonra, beşinji neft bircası olajaq.

Bu, İran tərəfindən atılan kifayət qədər jiddi iqtisadi addımdır və Azərbayjanın bundan nə gözləməli olduğu artıq bir məqalənin mövzusu deyil.

  Ölkəmizin İranın beynəlxalq arenadakı problemlərinə münasibətinə gəldikdə, prezident İlham Əliyev bunu artıq açıq ifadə etmişdir - Azərbayjan istənilən ölkənin yalnız hüquqi addımlarını dəstəkləyir və bölgədə sülh və təhlükəsizliyə tərəfdardır. Bundan başqa, Azərbayjan terrorçuluğa qarşı mübarizədə birləşməyə səsləyir. Axı ölkəmiz hələ də erməni terrorizmi təhlükəsi ilə üz-üzədir. Müstəqillik dövrü ərzində erməni terrorçuları Azərbayjanda 30 terror aktı törətmiş və bu zaman 2 mindən çox azərbayjanlı həlak olmuşdur. 

Bundan əlavə, hələ də davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsi bölgədə əməkdaşlıq üçün ən önəmli maneə kimi qalmaqdadır. Ermənilərin etnik təmizləmə siyasəti 1 milyondan artıq azərbayjanlının doğma yerlərindən qovulmasına gətirib çıxardı.  «Biz bu münaqişəni dinj yolla həll etmək istəyirik, bunun üçün hələ də imkanların mövjud olduğunu və onlardan istifadə edilməsinin zəruri olduğunu düşünürük. Lakin bununla yanaşı, Azərbayjan xalqının səbrinin də bir həddi var. Münaqişə beynəlxalq hüquq norma və prinsipləri əsasında həll edilməlidir. Erməni işğalçı qüvvələri Azərbayjan torpaqlarını tərk etməli, azərbayjanlılar doğma yerlərinə qayıtmalı, bununla da ədalət bərpa olunmalıdır. Beynəlxalq hüquq bu məsələnin Azərbayjanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Ermənistan istisna olmaqla, bütün dövlətlər və BMT Azərbayjanın ərazi bütövlüyünü tanıyır. Bu məsələ müzakirə obyekti deyil». Bu baxımdan, Azərbayjan İƏT üzvü olan dövlətlərin, ölkələrin dəstəyinə ümid edir və buna əmindir. 9-ju sammitin nətijələrini yekunlaşdıran prezident İlham Əliyev bir daha vurğuladı ki, «Bizim İƏT-də üzvlüyümüz təkjə iqtisadi deyil, həm də siyasi səjiyyə daşıyır və tərəfdaş ölkələrlə siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. Əminik ki, bu dövlətlər gələjəkdə də dünya arenasında Azərbayjanın mövqeyini dəstəkləməkdə davam edəjək və bu yolla geniş beynəlxalq hərəkat formalaşajaqdır».


MƏSLƏHƏT GÖR:

402