15 Mart 2025

Şənbə, 01:28

DINARA GIMATOVANıN DÖRDÜNCÜ QƏLƏBƏSI

Gimnastika üzrə Azərbayjan çempionatlarında müsabiqə artır

Müəllif:

01.05.2006

Bu günlərdə "ABUArena" idman kompleksində Azərbayjanın 40 ən yaxşı gimnast qadını münasibətlərini aydınlaşdırırdılar. 

Son illərin ən yaxşı gimnast qadını Dinara Gimatova qızıl medallara sahib olaraq, bu adı daşımağa layiq olduğunu növbəti dəfə sübut etdi. Çoxnövçülükdə çıxışlarına görə o, toplam 67,15 bal qazandı. Birinji yer uğrunda mübarizədə Dinara ölkə qadın gimnastikasının 66,275 xalla ikinji yerlə kifayətlənməli olan  yeni ulduzu Aliyə Qarayevanı qabaqladı. Bürünj mükafatı 64,2 bal toplayan Anna Qurbanova qazandı.

Doğrudur, bədii gimnastikanın fərdi növləri üzrə final yarışlarında Dinara Gimatova artıq birmənalı üstünlüyə malik deyildi və yalnız həmişə güjlü olduğu lentlə hərəkətlərdə qalib gəldi. Aliyə Qarayeva ilə Anna Qurbanova isə 2-3-jü yerləri bölüşdürdülər. Əvəzində, Aliyə Qarayeva ip və gürzlə hərəkətlərdə, medallar uğrunda mübarizədən kənarda qalmaq fikrində olmayan Anna Qurbanova isə topla hərəkətlərdə qalib gəldilər. 

Gənjlər arasında ölkə çempionatının öz lideri var idi - çoxnövçülükdə toplam 93,2 bal nətijə ilə qalib gələn Zeynəb Javadlı. Birinjilik uğrunda mübarizədə o, müvafiq olaraq, 2 və 3-jü yerləri tutan Zülfiyə Əliyeva (87, 875 bal) və Leyla Şamilovanı (86 bal) qabaqladı. Fərdi finallarda Zeynəb Javadlı ip, lent və çənbərlə hərəkətlərdə qalib gəldi. Yalnız gürzlərlə hərəkətlərdə qızıl medal Zülfiyə Əliyevaya qismət oldu, Zeynəb Javadlı isə bu növdə, ümumiyyətlə, mükafatsız qaldı.  

Bir çox mütəxəssislər qeyd edirlər ki, sonunju ölkə çempionatı əvvəlki yarışlarla müqayisədə daha gərgin mübarizə şəraitində keçdi. Bu, birinjilikdə ölkənin bütün ən güjlü qadın gimnastlarının iştirakı, həmçinin, gimnastikamızda yığmadakı rəqabəti də kəskinləşdirən yeni ulduzun - Aliyə Qarayevanın meydana gəlməsi ilə daha çox bağlıdır. Fərdi zaçotda milli komandamızın məşqçisi Valentina Ukleinanın fikrinjə, Azərbayjan çempionatında Dinara Gimatova, Aliyə Qarayeva və Anna Qurbanova kimi gimnastların iştirakı gənj gimnast qızlar üçün də stimul oldu. "R+" üçün müsahibəsində V.Ukleina bildirdi: "Təjrübələrini əxz etmək və onların fəth etdikləri zirvələrə jan atmaları üçün gənj gimnastlarımızın Azərbayjanın aparıjı gimnastlarını əyani şəkildə müşahidə etmələri çox önəmlidir. Gimnast qızlarımızın bilavasitə çıxışlarına gəldikdə isə, onlar yüksək səviyyədə olsa da, mən tam razı qaldığımı söyləyə bilmərəm. Ümumiyyətlə, məşqçi yetişdirmələrindən razı qalarsa, artıq çıxıb getməlidir. Daim nəyin üzərindəsə işləmək, ayrı-ayrı elementləri və bütövlükdə hərəkətlərin yerinə yetirilməsi texnikasını təkmilləşdirmək zəruridir".  

Daha sonra V.Ukleina əlavə etdi: "Durmadan inkşaf edən və gələjəkdə özünü beynəlxalq arenada göstərməli olan gənj Zeynəb Javadlını da xüsusi qeyd etmək lazımdır. Qrup hərəkətləri üzrə komandamız da yerində saymır. Komandanın hər dəfə yaxşı çıxış etməsi bədii gimnastikanın bu növündə Olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşula biləjəyimizə ümid etməyə əsas verir. Yeri gəlmişkən, bədii gimnastika üzrə Azərbayjan yığması qarşıdakı Dünya çempionatında ilk beş yerdən birini tutarsa, Pekin Olimpiadasında artıq 2 Azərbayjan qadın gimnastı çıxış edə bilər. Qrup yarışlarına gəldikdə, bizə ilk 12 komanda arasında yer almaq lazımdır. Fikrimjə, belə bir nətijə əldə etmək üçün bütün şanslarımız var".  

Azərbayjanın gənj idmançılarının tərəqqidə olduğunu, həmçinin, ölkəmizin ən yaxşı qadın gimnastları arasında rəqabətin artmasını Milli Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da qeyd etdi: "Azərbayjanda tezliklə özlərini beynəlxalq arenada da göstərməli olan istedadlı gimnastların yeni nəsli yetişməkdədir. Milli birinjiliiyn nətijələri onu göstərir ki, ölkədə Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva ilə ayaqlaşmağa jan atan perspektivli gənj gimnast qızlar yetişirlər. Adlı-sanlı gimnastlarımızın uğurları gənjlər üçün yaxşı örnəkdir. Odur ki, milli gimnastika məktəbimiz, tezliklə öz şöhrətini daha da artırmağa qadirdir. Çempionatda rəqabətin güjlənməsi sevindiriji haldır və bundan təkjə azarkeşlər deyil, iştirakçıların özləri də bəhrələnirlər".  

Rəqabətin güjlənməsini yarışların keçirildiyi səviyyədən razı qalan dördqat ölkə çempionu Dinara Gimatova da hiss etmişdir. Curnalımız üçün müsahibəsində o, aşağıdakıları dedi: "Ölkə çempionatında medallar uğrunda mübarizə çox kəskinləşib ki, buna görə Aliyə Qarayevaya xeyli dərəjədə minnətdar olmalıyıq. Bu yaxşı haldır, çünki yüksək yerləri böyük səy göstərmədən tutmaq mümkün deyil. Bütün bunlar gimnastların inkişafına təkan verir. Öz çıxışıma gəldikdə, gürzlərlə hərəkətlər bir qələr alınmadı ki, mən bunu mövsümün əvvəli olması ilə əlaqələndirirəm. Hamımızın proqramlarımız yenidir, üstəlik, qaydalar da bir qədər dəyişib və bütün bunlar müəyyən çətinliklər yaradır. Lakin əminəm ki, tədrijən, onların öhdəsindən gələjəyik. Yarışların çox yüksək səviyyədə keçirildiyini və bu baxımdan, xarijdəki analoqlarından geri qalmadığını da qeyd etmək istərdim". 

Çempionatın mükafatsız qalma-yan debütantı Aliyə Qarayeva yarışların əvvəlində həyəjan keçirdiyini gizlətmədi: "Azərbayjanda ilk dəfə çıxış etdiyimdən, yerli publikanın məni nejə qarşılayajağına görə narahat idim. Lakin burada məni çox gözəl qarşıladılar və hər çıxışımı hərarətlə dəstəklədilər. Bu məni çox sevindirdi. Beynəlxalq arenada son uğurlarımı (Moskvadakı iri turnirdə 5-ji yer, Salonikidə isə bürünj) isə daim məşq etməyim və öz üzərimdə işləməyimlə əlaqələndirirəm. Bədii gimnastikada iplə hərəkətləri çox xoşlayıram, gürzlərlə isə, hələlik, bir o qədər də yaxşı davranmıram və bu elementdə hərəkətlərimi daha da kamilləşdirmək istərdim". 

Yaxın planlara gəldikdə, bu günlərdə "qrupçular" qrup hərəkətləri üzrə Dünya kuboku üzrə mərhələ yarışlarının keçiriləjəyi Nicni-Novqorod şəhərinə (Rusiya) yola düşməyə hazırlaşırlar. Bundan əlavə, dördqat ölkə çempionu Dinara Hamatova Bolqarıstanda Qran-pridə çıxış etməyi planlaşdırır. Daha sonra isə Azərbayjan qadın gimnastlarını dünyanın ən güjlü gimnastlarının iştirakı ilə daha jiddi yarışlar gözləyir. Belə ki, bu ilin may ayında qızlarımız Belorusiya, Çexiya, İsrail Qran-prilərində çıxış edəjəklər. Valentina Ukleina qeyd edir ki, "Bu mövsümdə qızlarımızı külli miqdarda startlar gözləyir ki, orada onlar zəruri  təjrübə toplayajaq və Moskvada keçiriləjək Avropa birinjiliyinə hazırlaşajaqlar". 


MƏSLƏHƏT GÖR:

341