
AZƏRBAYCAN GÜLƏSİNƏ LEGİONER LAZIMDIR?
Müəllif: Kamal ƏLİYEV Bakı
Bu günlərdə Moskvada azərbayjanlı güləşçilər üçün 2006-jı ilin ilk yarısının əsas turniri olan sərbəst və yunan-Roma stilində Avropa çempionatı start götürür. Qızıl medallar uğrunda yarışmaq üçün Rusiya paytaxtına rekord sayda ölkələrin təmsilçiləri qatılıb və görünür, medallar uğrunda mübarizə heç də asan keçməyəjək.
Millimiz zədə epidemiyasına tutulub
Güləşdə daim yüksək nətijələr göstərən Azərbayjan təmsilçiləri həmişə medallara əsas namizədlərdən hesab olunurlar. Lakin Moskvada keçiriləjək Avropa çempionatı bizim sərbəst güləşçilərimiz və "klassiklərimiz" üçün kədərli sonluqla bitə bilər. Belə ki, hər iki millimiz zədə epidemiyası ilə üzləşib və komandanın liderləri bir-birinin ardınja sıradan çıxıb. Əgər sərbəst güləşçilər eks-dünya çempionu Arif Abdullayevsiz (60 kq) qalıblarsa, yunan-Roma güləşi üzrə millimiz daha böyük itki ilə üzləşib. Belə ki, Oimpiya çempionu Fərid Mansurov (66 kq) və Avropa çempionu Vitali Rəhimovun (60 kq) zədələri hələ də sağalmayıb. Həmçinin, dopinq qalmaqalına görə diskvalifikasiya olunmuş sabiq dünya ikinjisi Xusaməddin Rəjəbov (66 kq) da Moskvada çıxış etməyəjək.
Beləliklə, Avropa çempionatında sərbəst güləşçilərin heyətində 2000-ji ilin Olimpiya çempionu Namiq Abdullayev (55 kq), İbad Məmmədzadə (60 kq), Elman Əsgərov (66 kq), Elnur Aslanov (74 kq), Vüqar Qurbanov (96 kq) və Xızair Durqayev (120 kq) çıxış edəjəklər. "Yunan-romalılar"ın heyətində isə Avropa çempionatının medalları uğrunda Rövşən Bayramov (55 kq), Fuad Əliyev (60 kq), Elburus Məmmədov (66 kq), Elvin Mürsəliyev (74 kq) və Jəlal Bahadurov (96 kq) mübarizə aparajaqlar.
Sərbəst güləşçilərin heyətində millinin məşqçilər korpusu əsas ümidlərini ötən il Avropa çempionu titulunu əldə etmiş Elman Əsgərova bağlayırlar. Olimpiya çempionu Namiq Abdullayevə dərin hörmətlə yanaşı, etiraf etmək lazımdır ki, illər öz işini görür və onun üçün beynəlxalq arenada gənj və perspektivli idmançılarla döyüşmək artıq asan deyil. Yunan-Roma güləşçilərimizə gəlinjə, burada vəziyyət daha ağırdır və ümumiyyətlə, kiməsə güvənmək çətindir. Yunan-Roma güləşi üzrə Azərbayjan millisinin baş məşqçisi Elçin Jəfərovun yetirmələrindən az-çox təjrübəlisi R. Bayramovdur.
Legionerlərdən istifadə mümkündürmü?
Bunun fonunda Güləş Federasiyasının vitse-prezidenti Javanşir Qurbanovun "R+"a dedikləri maraqlı görünür. O, millinin heyətinə xarijdən legionerlərin dəvət olunajağını istisna etmir: "Beynəlxalq arenada uğur qazanmağa çalışan bütün ölkələr bu təjrübədən istifadə edir. Ənənəvi olaraq, bizim sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın heyətində ağır yaş kateqoriyasından olan idmançılar zəif olurlar. Buna görə biz əvvəllər də legionerlərin köməyindən istifadə etmişik və bu dəfə də eyni metoddan istifadə edə bilərik".
Maraqlıdır, bu açıqlama sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Aslan Ağayevin bu postda Yaqub Məmmədovu əvəzlədikdən dərhal sonra səsləndirdiyi bəyanatı yada salır. O zaman sərbəst güləş üzrə millinin başına keçən Aslan Ağayev bəyan etmişdi ki, əjnəbi idmançıların xidmətində maraqlı deyil və yalnız Azərbayjan idmançılarına bel bağlayajaq. Bundan sonra milli komandanın sıralarını Rüstəm Ağayev və Rusiyadan olan Nikolay Telegin tərk etdi. Lakin görünür, millinin baş məşqçisi bəyanat verməkdə bir az tələsib. Ən azı ona görə ki, yerli idmançılar onlara bağlanan ümidləri o qədər də doğrultmadılar.
Ermənilər vaxtlarını boşa vermirlər…
Bu arada isə məlum olub ki, Ermənistanın Güləş Federasiyası medallar uğrunda mübarizəyə qoşulmaq haqda jiddi qərar qəbul edib və əsas güjünü rus idmançılarını milliyə jəlb etməyə yönəldib. Bu istiqamətdə əldə olunmuş əsas uğur isə yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu, Rusiya millisinin tərkibində dünya çempionatının superağır çəki dərəjəsində (120 kq) bürünj mükafatçısı olmuş Yuri Patrikeyevdir. O, Avropa çempionatında Ermənistan millisinin formasını geyinəjək. Bu günlərdə Krasnodarın "Müstəqil idman qəzeti"nə müsahibəsində Yuri Patrikeyev özünün qərarını belə izah edib: "Rusiyada nə səbəbdənsə mənim idman uğurlarım lazımi səviyyədə qiymətləndirilmir. Nə maddi baxımdan, nə də sırf idman tərəfindən. Qələbə qazanırsan, qazanırsan, sonda isə heç bir mükafatlandırma yoxdur! Mən isə hələ gənjəm, tam güjümlə və yüksək səviyyədə çıxış etmək iqtidarında-yam". Lakin ermənilər Yuri Patrikeyev ilə kifayətlənmək fikrində deyillər. Onlar bir sıra başqa məşhur rus güləşçiləri də "milliləşdirmək" niyyətindədirlər. Beləliklə, Ruslan Kokayev, Vadim Laliyev, Şamil İtinov və Ruslan Basiyev də Ermənistan millisinin şərəfini qoruyajaqlar. Bu dördlükdə ən məşhuru Ruslan Kokayevdir - 2004-jü ildə Rusiya millisinin tərkibində o, Avropa çempionluğunun sevinjini yaşayıb. Vadim Laliyev (84 kq-dək) 2004-jü ildə Afinada keçirilən Olimpiya Oyunları ərəfəsində məşhur Buvaysara Saytiyevin əvəzedijisi hesab olunurdu. Şamil Gitinov isə (96 kq-dək) Sidney oyunlarının gümüş mükafatçısı Arsen Gitinovun böyük qardaşıdır. Ruslan Basiyev isə ən nüfuzlu – superağır çəki dərəjəsi olan 120 kq-dək çəkidə yarışır. Sərbəst güləşçi olan hər üç rus güləşçisi Moskvada keçiriləjək Avropa çempionatında Ermənistanın şərəfini qoruyajaq və artıq onların adları bu ölkənin millisinin heyətini özündə əks etdirən ilkin ərizədə var.
Hələlik legionerlərlə danışıqlar aparılmır…
"Məndə olan məlumata görə, Ermənistan yığması bu yaxınlarda heyətinə, əsasən, Osetiya və Yakutiyadan olan idmançılar qatıb", - deyən Javanşir Qurbanov bildirib ki, bundan başqa, Belorusiya millisi heyətinə Dağıstandan olan idmançılar jəlb ediliblər. Özbəkistana da Dağıstan və Osetiyadan güləşçilər dəvət alıblar. J.Qurbanov vurğulayıb ki, ümumiyyətlə, əksər ölkələr millinin tərkibinə Qafqazdan olan idmançıları jəlb edirlər. Buna səbəb regionda idmanın bu növü üzrə xeyli güjlü idmançının olmasıdır: "Bizə gəlinjə, imkan olajaqsa, millimizin tərkibinə elə bu regiondan bir neçə idmançı jəlb ediləjək. Legionerlərin dəvət edilməsi üçün vəsait olmasa, bu halda hazırkı qüvvəmizlə çıxış edəjəyik".
Eyni zamanda, yunan-Roma güləşi üzrə Azərbayjan millisinin baş məşqçisi Elçin Jəfərov onu "izləyən" zədələrə baxmayaraq, legionerlərin xidmətindən yararlanmaq fikrində deyil: "Əvvəllər biz heç zaman legionerlərin köməkli-yindən istifadə etməmişik və indi də belə bir fikrimiz yoxdur", - deyə millinin baş məşqçisi "R+"a bildirib. - "Əjnəbi idmançıların komandaya gətirilməsi, onların yerləşdirilməsi, yemək və s. problemlər yaradır. Bütün bunlar az maddi xərj tələb edən məsələlər deyil. Əgər kənardan idmançılar gətirilsə belə, yalnız medallar uğrunda mübarizə aparanlara üstünlük verilməlidir. Anjaq təbii ki, hesab edirəm ki, ən yaxşı variant kənarda idmançı axtarmaqdansa, yerli kadrlara diqqət ayırmaqdır".
MƏSLƏHƏT GÖR: