25 Noyabr 2024

Bazar ertəsi, 06:00

İTİRMƏKDƏ OLDUĞUMUZ ŞƏHƏR...

İçərişəhər qoruğunun Bakı Şəhər İjra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq, Nazirlər Kabinetinin sərənjamına verilməsi də vəziyyəti dəyişmədi

Müəllif:

01.05.2006

Böyük, füsunkar, qədim İçərişəhər hər bir bakılının qürur yeridir. Çoxsaylı dalanları, qədim divarları və karvansaraları barədə saysız-hesabsız rəvayətlər dolaşan Qız Qalası... Elə bir bakılı varmı ki, indiyədək bu qədim qalanın zirvəsinə qalxıb, paytaxtın gözəlliyinə tamaşa etməsin və özünü sirli tarixin bir hissəsi hiss etməsin? Gözəlliyinə görə heç nə ilə müqayisə oluna bilməyən Şirvanşahlar Sarayının hər bir daşı, sanki insan qarşısında keçmişin qapılarını açır...

 

Tarix daimidir

Uzun əsrlərboyu İçərişəhər dəyişməyib. Mövjud olduğu dövrdə bu qədim divarlar nələrin şahidi olub, İlahi. Onlar 1501-ji ildə Şah İsmayıl Xətainin qoşunlarının mühasirəsinə tab gətirib, 1723-jü ildə    imperator I Pyotrun qoşunlarının dağıdıjı həmlələrini dəf edib. Amma bəzi həris məmurların doymaq bilmə-yən iştahı qarşısında da tab gətirə biləjəkmi?..

İçərişəhərin problemi yeni deyil - son 10-15 il ərzində köhnə şəhər qanunsuz tikinti meydanına çevrilib. Baş verənlərin yalnız bir adı var: bilərəkdən tarixi abidələrin və arxitekturanın məhv edilməsi! Azərbayjanın milli sərvəti hər gün zorakılığa məruz qalır və belə görünür ki, heç nə bu qədim şəhəri xilas edə bilməyəjək.

Paytaxtımızın mərkəzində, İçərişəhərdə arxitektur şedevrləri ilə yan-yana eybəjər tikililər ujaldılır. Bu tikintini aparanlar nə buraların tarixi özünəməxsusluğunu, nə stilini, nə ümumi görüntünü nəzərə alırlar.

Baş verənlər haqda nə qədər danışılıb, nə qədər məqalə yazılıb və saysız-hesabsız sücet çəkilib. Amma nə faydası...

 

Bərpa, yoxsu “bərpa”?

2000-ji ilin dekabrında YUNESKO İçərişəhər arxitektura kompleksini dünyanın mədəni irsi siyahısına daxil etdi. Amma köhnə şəhərin bu jür nüfuzlu təşkilatın diqqət mərkəzində olmasına baxmayaraq, vəziyyət düzəlmir ki düzəlmir. Görünür, hətta YUNESKO-nun himayəsi də bizim tarixi irsimizin, dəyərlərimizin qorunması və xilası, gələjək nəsillər üçün saxlanılması üçün kifayət etmir.

Hələ 2003-jü il fevralın 17-də prezident Heydər Əliyev İçərişəhərdə bərpa işlərindən başqa, hər hansı tikintinin aparılmasını qadağan edən 1145 saylı sərənjam imzaladı.  

Buna baxmayaraq, İçərişəhərdə Bakının sabiq meri Rəfael Allahverdiyev tərəfindən başlanılmış şəxsi evlər və xariji ölkə səfirliklərinin tikintisi davam edir. Sadəjə, indi baş verənləri “bərpa işləri” adlandırırlar. Günbəgün şəhərin görkəmini təşkil edən qədim tikililərin ətrafında müxtəlifölçülü eybəjər dördkünj tikililər qaldırılır. Tarixi abidənin qorunmasına javabdeh olan dövlət strukturları isə məsuliyyəti bir-birinin boynuna atmaqla məşğuldur. Misal üçün, Mədəniyyət Nazirliyi nəzdində Tarixi Abidələr və Mədəniyyəti Mühafiə İdarəsinin rəis müavini Malik Fətullayev deyir ki, təmsil etdiyi qurum dəfələrlə vəziyyətlə bağlı İçərişəhərin müdiriyyətinə mürajiət etsə də, heç bir reaksiya verilmir.

Müdiriyyətin nümayəndələri isə hamını əmin etməyə çalışırlar ki, tarixi qoruğun ərazisində... heç bir tikinti işləri aparılmır. Aparılan tikintilər isə sadəjə, inşası prezidentin məlum sərənjamından əvvəl başlamış obyektlərin tikintisini başa çatdırmağa yönəlib. 2005-ji il fevralın 10-da prezident İlham Əliyev İçərişəhər qoruğunun Bakı Şəhər İjra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin tabeliyindən alınaraq, Nazirlər Kabinetinin tabeliyinə verilməsi haqda sərənjam imzalayıb. Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən idarənin funksiyasına tarixi və mədəni abidələrin mühafizəsi, mühafizə reciminin təşkili, ərazidə arxeoloci qazıntıların aparılması, abidələrin təhlükəsizliyinin təminatı, təmir işlərinin aparılması və nəqliyyatın hərəkəti daxildir. Amma bütün bu tədbirlərə baxmayaraq, tikinti işləri davam edir və istənilən şəxs bunun şahidi ola bilər. Yük maşınlarının köhnə şəhərə girişi qadağan olunsa da, Qoşa Qala qapısından istənilən avtomobil içəri buraxılır. Nazirlər Kabinetinin nümayəndələri həqiqəti etiraf etməli və bu gün İçərişəhərdə baş verənlərə görə məsuliyyət daşıdıqlarını anlamalıdırlar.

Məmurların “Heç bir tikinti işi aparılmır və baş verənlər, sadəjə, bərpadır” iddiasına inanmaq, sovet dönəmində məşhur olan “SSRİ-də işsizlik yoxdur” şüarını həqiqət kimi qəbul etməyə bənzəyərdi. Bəs yekunda nə baş verir?  “Tarixi irsin qorunması və bərpası” adı altında biz İçərişəhər kimi unikal qoruğu itirmək üzrəyik...

 

Sürüşmə təhlükəsi

Amma ən dəhşətlisi o deyil ki, tarixi abidələr ətrafında inşa olunan “eybəjər evlər” yavaş-yavaş ötən əsrdən qalan xatirələri məhv edir.

Ən dəhşətlisi odur ki, köhnə şəhərdə hər addımbaşı arxitektura normalarının kobudjasına pozulması yalnız mikroiqlimi deyil, həm də qoruğun infrastrukturunu dağıdır. Məlum olduğu kimi, köhnə şəhər yeraltı sularla zəngindir. Keçmiş dövrlərdə buradakı hər bir həyətin öz quyusu olub. Yeni inşa olunan evlərin bünövrəsi qoyulan zamansa, bu suların “ənənəvi” yolları bağlanır və təbii ki, onlar “yeni yollar” axtarmağa məjbur olur. Beləliklə də, torpaqda boşluqlar yaranmağa başlayır, bu isə İçərişəhərin yeraltı bünövrəsini dağıdır. Qoruğun ərazisində ağır yerqazan texnikadan istifadə qəti şəkildə qadağan olunsa da, tikinti işlərində buldozer, yük maşınları və ekskavatorlardan istifadə olunur.

Bütün bunlar ərazidə torpaq sürüşmələrinə, bu isə öz növbəsində, qarşısıalınmaz dağıntılara səbəb ola bilər. İçərişəhər tikinti konstruksiyasına görə dahiyanə əsərdir.  Qədim dövrlərdən bizim əjdadlarımız bu şəhəri böyük məhəbbətlə inşa ediblər. Tikinti işləri zamanı ən xırda detallar belə dəqiqliklə hesablanıb. İçərişəhərdə evlər elə qurulub ki, sakinlər heç vaxt landşaftın müasirləşməsinə ehtiyaj duymayıblar.  Axı hamıya aydındır ki, burada hündürmərtəbəli binalar inşa etmək olmaz! Bundan başqa, 4-5 mərtəbəli binalar yeraltı qrunta əlavə ağırlıq salır, onlar burada yaşayan insanların evlərinə gün işığı və havanın dəyməsinin qarşısını alır.

 

Epiloq

Köhnə şəhərdəki özbaşınalığın səbəbi çox sadədir - bura paytaxtın ən elitar nöqtəsi sayılır. Nüfuz dalınja qaçan xariji firmalar və səfirliklər öz ofislərini şəhərin məhz bu nöqtəsində inşa etdirmək istəyirlər. Öz növbəsində, qazanjlarını düşünən bəzi məmurlar “Qoruqlar haqqında qanun”u kobudjasına pozaraq,  “rahatlıqla” köhnə şəhəri “satır”. Halbuki sözügedən qanuna görə, qoruqların ərazisində səfirlik, konsulluq və xariji ölkə nümayəndəliklərinin açılması qadağandır. 

Bütün bunlar çoxlu sayda suallar yaradır və Nazirlər Kabinetində hələlik bu sualları javablandırmaq istəmirlər. İçərişəhərdə “zədəli binaların bərpası” adı altında mikroiqlimin və arxitekturanın məhvi nə vaxtadək davam edəjək? 

Təəssüf doğuran odur ki, Bakının fəxri olan tarixi abidələr və arxitektura bizim üçün düşmən olan hansısa gəlmələr deyil, Bakı sakinlərinin özləri tərəfindən - bəzi oğru məmurlar tərəfindən məhv olunur. Onlar yalnız bugünkü bakılılar deyil, gələjək nəsillər qarşısında da jinayət törətdiklərinin fərqində belə deyillər. Axı köhnə şəhər yalnız yaşayış məntəqəsi və mədəni mərkəz deyil. Bura, həm də janlı orqanizmdir. Və bu gün İçərişəhər ölüm ayağındadır və son nəfəsində kömək üçün fəryad edir.

Tarixi sökənlər - nə qədər ki gej deyil, ayılın!


MƏSLƏHƏT GÖR:

386