
«HEÇ DƏ BÜTÜN AZƏRBAYJANLILAR TORPAQ ALMAYAJAQ
Kvemo-Kartli quberniyasının qubernatoru Zurab Melikişvili müxbirimizlə söhbətində torpaq paylanması prosesinin bütün azərbayjanlı kəndlərini ehtiva etməyəjəyini etiraf etdi
Müəllif: Ş.ŞƏMMƏDOĞLU Tbilisi
-Siz artıq bir neçə ildir, Kvemo-Kartli kimi böyük bir bölgənin qubernatoru işləyirsiniz və bu gözəl diyara, əlbəttə, kifayət qədər bələdsiniz. Bölgədə durum nejədir?
- Bölgəmiz çox bərəkətlidir və nəhəng potensialı var. Bu gün əsas məqsədimiz bölgədə ənənəvi sahələri bərpa etməkdir. Burada, əsasən, heyvandarlıqla məşğul olsalar belə, sənaye şəhərləri də var.
İlk növbədə, infrastukturu qurmalıyıq. Konkret danışsaq, Kvemo-Kartli bölgəsində Gürjüstan hökuməti qarşısında 4 prioritet istiqamət durur. Bunlardan birinjisi infrastrukturdur - yollar, su təjhizatı və s. İkinji - bölgədə kriminal durumun yaxşılaşdırılması, üçünjü məsələ - enerci problemidir. Nəhayət, fəaliyyətimizin dördünjü istiqaməti - sosial-iqtisadi layihələrdir. Bu dörd istiqamət bölgədə investisiyalar biznesinin inkişafı üçün şərait yaradajaq. Məsələn, yollar olmasa, sahibkar zavoduna nejə gedib çıxajaq? Yaxud su, elektrik enercisi olmadığı halda, nejə işləmək olar? Kriminal durum normallaşmasa, insanlar sərbəst şəkildə pul qazana, həm də bu zaman həyatlarını təhlükə altına qoymaya bilərlərmi?
Bilirsinizmi, 15 il ərzində burada hər şey dağıdılıb. Bu gün biz bu prosesi durdurmuşuq və bərpa prosesinə başlamışıq. Bəli, bu çox çətin prosesdir, lakin tədrijən, hər şey normallaşır. Biz hər bir kəndə gedir, problemlərlə maraqlanır və real nətijələri görürük. Məsələn, 13-14 il ərzində suyu uzaqdan daşıyan kəndlər var idi ki, indi artıq bu problemi həll etmişik. Belə nümunələrin sayı çoxdur. Lakin bunlar hələ başlanğıjdır və biz işi mütləq axıra çatdırajağıq.
- Kvemo-Kartli burada çoxlu azərbayjanlı yaşadığı üçün də Azərbayjana yaxındır. Azərbayjanlıların bölgənin rəhbərliyinə münasibəti nejədir?
- Bəli, bölgəmizdə çoxlu azərbayjanlı, belə deyək - Gürjüstan azərbayjanlıları yaşayırlar. Mən özüm də onlarla birlikdə böyümüşəm - bir neçə il Marneulidə yaşamışam və azərbayjanlılar arasında çoxlu dostum var. Gürjülərlə azərbayjanlıların münasibətləri çox yaxşıdır. Bunun səbəbi prezidentlərimizin çox yaxın olmasında, həm də azərbayjanlılarla gürjülərin əsrlərboyu bir-biri ilə dostluq etməsindədir. Bütün digər millətlər kimi, burada məskunlaşan azərbayjanlılar da Gürjüstan vətəndaşlarıdır və başqalarının malik olduqları hər şeyə malikdirlər. Odur ki, bizdə heç bir ayrı-seçkilik yoxdur.
- Lakin razılaşın ki, bu bölgədə «torpaq problemi» adlandırılan problem artıq uzun illərdir, öz həllini gözləyir. Məlumdur ki, Gürjüstandakı torpaq islahatından sonra bir çox azərbayjanlı, faktiki, torpaqsız qaldı. Gürjü hakimiyyət orqanları bölgədə torpaq paylanmasına yalnız yaxın vaxtlarda başlayıblar. Bu proses nejə gedir?
- Mən bu prosesi «torpaq sahələrinin paylanılması» yox, özəlləşdirmə prosesi adlandırardım. Gürjüstanda torpaq sahələrinin özəlləşdirmə təsdiqi barədə qanun qəbul edildi və biz özəlləşdirmə prosesinə başladıq. Bilirsinizmi, tez-tez torpağın ijarədarı ilə onu bejərənlər arasında problem yaranır. Bəzən onlar arasında yalnız şifahi razılaşma bağlanır, lakin sonradan ijarədar öz sözlərindən imtina edir və i. a. Bir sözlə, burada söhbət dövlət siyasətindən getmir. Məsələ ijarədarla işçi arasındakı münasibətlərdədir. Hazırda biz bu problemi də həll etməkdəyik. Mən artıq bir çox kəndlərdə - Qardabani, Çatili, Kalinino, Marneuli, Kupriyarı, Buynis, Tamaris, Talalivdə özəlləşdirmə proseslərində olmuşam. Bu çox ağır proses olsa da, hamı hökumətin əlini-əlinin üstünə qoyub oturmadığını, bu problemlər üzərində işlədiyini görür.
- Hər bir azərbayjanlı ailəsinin torpaq alajağını demək olarmı?
- Bu onların hansı kənddə yaşamaları, orada nə qədər azad torpaq olması və s. asılıdır. Qanun iki əsas istiqaməti nəzərdə tutur: məsələn, azad torpaqlar olan yerdə üstünlük, qanuna görə, yerli əhaliyə verilir. İjarə üçün nəzərdə tutulan torpaqlarda isə üstünlük ijarədarlardadır. Lakin bir şərtlə - sahə ilə bağlı məhkəmə araşdırması gedərsə, dövlət onu sata bilməz. Bu yalnız məhkəmə qərarından sonra mümkündür. Mən prosesi izləyirəm və hələ ki hər şey normal gedir. Problem çox azdır. Lakin məhkəmələrdə bəzilərinin çox tezliklə torpaq almaq istəyi ilə bağlı işlər var. Amma burada qubernator yox, qanun qərar verir. İndi özəlləşdirmə prosesi artıq başlayıb və bir çox insanlar razıdır.
- Jənab qubernator, Bolnisi rayonundakı keçmiş gürjü hakimiyyət orqanları türk toponimlərini gürjü toponimləri ilə əvəz ediblər; halbuki orada ənənəvi olaraq, azərbayjanlılar yaşayırlar. Bununla əlaqədar, azərbayjanlılar respublikanın keçmiş rəhbərliyinə dəfələrlə mürajiət etsələr də, heç bir javab almayıblar. İndiki hakimiyyət bu problemin həllini planlaşdırırmı?
- Mən bu barədə heç nə deyə bilmərəm. Mən səmimi danışıram, çünki hazırkı hakimiyyət heç bir ad dəyişdirməyib. Odur ki, sual mənə aid de-yil. Hər halda, bir qubernator kimi, bu məsələ ilə əlaqədar mənə heç kim mürajiət etməyib. Amma məsələ adlar yox, insanların orada nejə yaşamalarındadır. Biz mümkün olan hər şeyi edirik - məktəblərdə təmir aparır, ambulatoriyalar tikirik və i. a. Yaxın vaxtlarda üç ambulatoriya açmaq fikrindəyik.
- Bölgədə kadr siyasəti barədə. Kvemo-Kartlidə rəhbər vəzifələrdə azərbayjanlıların sayı azdır. Hakimiyyət orqanları bunu onların gürjü dilini bilməməsi ilə izah edir. Lakin məsələ ondadır ki, məsələn, Samsxe-Javahetiyada da əhali dövlət dilini zəif bilsə də, bu onlara rəhbər vəzifələri tutmaqda heç də mane olmur. Sizjə, bunun səbəbi nədir?
- Gəlin dəqiqləşdirək və yalnız bizim bölgədən danışaq. Dövlət üçün ən önəmlisi heç də təkjə gürjü dilini bilmək deyil. Kimisə işə götürərkən ixtisas və s. də lazımdır. Lakin həmin adamın dövlət dilini bilməsi onun özü üçün daha yaxşıdır. Valideynlər özləri də övladlarının uşaq yaşlarından gürjü dilini öyrənmələrini istəyirlər, çünki bu bizim ümumi dövlətimizdir. Bununla yanaşı, mən həmişə onların dövlət dilini döğma dilləri ilə paralel öyrənmələrinə yardımçı olajağam. Lakin ilk növbədə, dövlət dilini bilmək lazımdır. Bir nümunə göstərim: Qardabanidə bir azərbayjanlı gənj işləyir. Onun üçün çox çətindir, çünki gürjü dilini bilmir. O özü mənə deyirdi ki, yanına hansısa məsələ ilə bağlı azərbayjanlı gələndə, onunla təmas qurmaq asan olur. Lakin gürjü gələndə, heç nə edə bilmir.
- Bəs dövlət bu məsələni nejə həll etmək fikrindədir?
- Keçmiş hakimiyyət dövründə bu barədə çox danışılsa da, heç bir iş görülmürdü. İndi biz konkret işlə məşğuluq. Belə ki, biz Kutaisidə məktəb açmışıq və ora 25 gənj azərbayjanlı göndərmişik. Bunlar gələjək kadrlardır. Dövlət gürjü dilini öyrənənlərə hətta təqaüd də verir. Bu, bir istiqamət. Digər bir istiqamət isə ondan ibarətdir ki, məktəblərdə dövlət dilinin uşaq yaşlarından öyrənilməsi üçün hər jür şərait yaratmalıyıq. Paralel olaraq, gürjü dilinin qeyri-gürjü məktəblərində öyrənilməsinə böyük diqqət yetirilir. Bundan əlavə, keçən ildən etibarən, müəllimlər gürjü dilini öyrətmək üçün bütün ailələrə gedirlər. Bu isə artıq ilk bəhrələrini verir - artıq gürjü dilində sərbəst danışan, yaşıdları ilə Gürjüstan tarixi və ya dilinə dair biliklərdə sərbəst yarışa çıxa bilən uşaqlar var. Bu çox xoşdur. Üstəlik, bəzi yerlərdə hamı üçün gürjü dili kursları açmışıq. Yaşın önəmi yoxdur, təki insanın öz istəyi olsun və öyrənsin. Mən təhsil naziri ilə danışmışam. Tam inteqrasiya olması üçün biz bu istiqamətdə çoxlu layihə gerçəkləşdirməliyik.
- Lakin eyni zamanda, azərbayjanlılar arasında belə bir şayiə dolaşmaqdadır ki, Azərbayjan məktəbləri bağlanajaq və tədris gürjü dilinə keçiriləjək. Belə bir təhlükə gerçəkdirmi?
- Nə deyə bilərəm… Belə şayiələri hakimiyyət dəyişikliyindən sonra kənarda qalanlar yayırlar. Onlar həmişə mənasız fikirlər uydururlar. Bu onların ağlına nejə gəlir?! Bilirsinizmi, xalqımız çox müdrik xalqdır. Hər şeyi çox gözəl görür və başa düşür. Odur ki, belə uydurmalar kəsərli ola bilməz.
MƏSLƏHƏT GÖR: