15 Mart 2025

Şənbə, 01:19

İSRAİL - ƏRƏB DÜNYASINDAKİ TANHA ADA

Müəllif:

01.05.2006

İsrail çox nadir ölkələrdəndir ki, burada əhali yalnız bugünü ilə yaşayır: əsas məsələ bu gün sağ qalmaqdır, sabah nə baş verəjək - bir Allah bilir...

İsraillilər hər gün öz-özünə eyni sualı verir: görəsən, Təl-Əvivin jənubunda restoran partladılmayajaq ki? Və ya bəlkə İran “intifadası” başlayajaq? Bütün bu suallara javab tapmaq mümkün olmadığından, ən doğru seçim, elə BUGÜNlə yaşamaqdır.

İsrail ziddiyyətlər ölkəsidir. Məsələn, dünyanın istənilən yerində pivə açıq və ya tünd olduğu halda, yalnız İsraildə bu iki növün birləşməsi olan açıq-tünd pivənin pərəstişkarları var. Yalnız bu ölkədə yaşayan əhalinin milliyyətinə keçmək üçün yeni dini (iudaizm) qəbul etmək kifayətdir. 

 

«Şərq» məkanında «Qərb» anklavı

Şişirtmədən demək olar ki, bu gün İsrailin xariji siyasətində əsas ideya mümkün qədər çox dost ölkə «qazanmaq»dır. Xüsusilə, İslam dövlətləri arasından «dost» qazanmaq böyük uğur sayılır. İsraildə olarkən anlamağa başlayırsan ki, Yaxın Şərq münaqişəsi adi torpaq uğrunda mübarizə deyil. Mübahisə Fələstin və yəhudi İsraili, iki siyasi birlik arasında gedir. Bu ziddiyyət özündə Şimal ilə Jənubun, Şərqlə Qərbin  çoxsaylı münaqişə elementlərini əks etdirir. Bu münaqişə iki din, iki sivilizasiya arasında gedir.

Strateji nöqteyi-nəzərdən, İsrail ərəb-müsəlman dünyasının mərkəzində yerləşir. Özü də onun ərazisi ərəb dünyasının elə bir yerinə düşür ki, Misirdən və Şimali Afrikadan olan müsəlman zəvvarlar Həjjə gedərkən Məkkəyə quru yolu ilə birbaşa adlaya bilmirlər. Bundan başqa, müsəlmanların nəzərində İsrail vahid ərəb dünyasının yaradılması yolunda əsas maneədir. 

Eyni zamanda, İslamda Məkkə və Mədinədən sonra üçünjü müqəddəs yer hesab olunan Ömər məsjidi məhz burada -  Qüds şəhərində yerləşir. Bununla yanaşı, xristianlar üçün müqəddəs yer sayılan İsa Peyğəmbərin tabutunun yerləşdiyi məbəd də bu şəhərdədir. Bundan bir qədər aralıda isə yəhudilər iudaizmin müqəddəs simvolu olan Ağlama hasarına ibadət edirlər.

MDB məkanından olan jurnalistləri ölkəyə dəvət edən İsrail hökuməti onlara ərəb-İsrail münaqişəsi haqda öz həqiqətlərini çatdırmaq, simpatiya qazanmaq, çəkdikləri ajını onların nəzərinə çatdırmaq, sevgi əldə etmək üçün hər bir addımı atır. İsraillilər daim terror aksiyaları ilə üzləşərək yaxınlarını itirməkdən jana doyublar. Onlar həlak olanların hər birinin xatirəsini yad edirlər. Təl-Əvivdəki park və meydanların əksəriyyətinin öz «terror tarixi» var. Bu tarixi həmin ərazilərdə üzərində həlak olanların adları yazılmış «lal daşlar» nümayiş etdirir. Bu gün Fələstindən təhlükəsizlik divarı ilə ayrılan İsrail üçün dünyadan, ətraf mühitdən rəmzi divarla təjrid olunmamaq olduqja vajibdir. 

 

Azərbayjan ilə diplomatik əlaqələr

Artıq qeyd etdiyimiz kimi, bu gün İsrail üçün başqa ölkələrlə qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və onların dəstəyinin qazanılması strateci əhəmiyyət kəsb edir və bu, əsasən, İslam dininə sitayiş edən ölkələrə aiddir. Keçmiş SSRİ-nin dağılması ilə dünya xəritəsində MDB üzvü olan 6 müsəlman ölkəsi meydana çıxdı - Azərbayjan, Qazaxıstan, Qırğızıstan, Tajikistan, Türkmənistan və Özbəkistan. Bu ölkələrin hər biri de-fakto dünya islam jəmiyyətinin ayrılmaz hissəsinə çevrildi. Onlar İslam Konfransı Təşkilatına üzv oldu ki, İsrail də bu qurumun son illər ərzində İran ideologiyasının təsirində olduğunu düşünür. Bundan başqa, Azərbayjan da daxil olmaqla, bu 6 dövlət İqtisadi Əməkdaşlıq Təşkilatının da üzvüdür və onlar beynəlxalq islam strukturlarının işində aktiv iştirak edir.

Məhz buna görə, İsrail diplomatları hesab edirlər ki, ilk baxışdan müvəffəqiyyətli və xoş təsir bağışlayan Azərbayjan-İsrail əlaqələrinin daha da möhkəmlənməsinə ehtiyaj var. MDB ölkələrindən Azərbayjanda, belə demək mümkünsə, analoqu olmayan tolirantlığın mövjudluğundan İsraildə də xəbərdardırlar və onlar burada 26 min yəhudinin yaşadığını bilirlər. Burada unutmurlar ki, Yaxın və Orta Şərqdəki İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq, MDB-nin «müsəlman dövlətləri» İsraillə diplomatik əlaqələr qurublar; onlar arasında iqtisadi və siyasi əlaqələr inkişaf etdirilir. Qeyd edək ki, İsrailin Bakı ilə yanaşı, 1992-ji ildən etibarən Daşkənd və Almatıda da səfirlikləri fəaliyyət göstərir. 1990-jı ildən Azərbayjanda «Azərbayjan-İsrail» Dostluq Jəmiyyəti yaradılıb və qurum bu gün də çalışmaqdadır. Onu da qeyd etmək lazımdır ki, Yerevanda bu ölkənin diplomatik nümayəndəliyi yoxdur və rəsmi Təl-Əviv hələlik belə niyyətdə deyil. Bunun səbəbi rəsmi olaraq maddi çətinliklərlə əlaqələndirilir. 

 

Qarabağ mövzusu

Azərbayjan-İsrail əlaqələrində bu ölkənin Dağlıq Qarabağ münaqişəsinə münasibətini xüsusi qeyd etməyə ehtiyaj var. Diqqəti çəkən məqam odur ki, İsrailin Azərbayjandakı səfirli-yinin sözügedən problemlə bağlı açıqladığı mövqe, bu ölkənin Xariji İşlər Nazirliyinin (XİN) mövqeyindən müəyyən dərəjədə fərqlənir. Belə ki, İsrailin Azərbayjanda fəaliyyət göstərən diplomatları dəfələrlə münaqişənin sülh yolu ilə və Azərbayjanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirir və «bu mövqenin dəyişməz olduğunu» bəyan edirlərsə, XİN rəsmiləri məsələyə belə qiymət verməyə tələsmirlər.

İsrail XİN-in Mərkəzi Avropa və Asiya şöbəsinin Avrasiya Departamentinin direktoru Anna Azari təmsil etdiyi hökumətin Dağlıq Qarabağ münaqişəsinə münasibəti ilə bağlı «R+»un sualını belə javablandırıb:

- Biz bu məsələyə birmənalı javab verə bilmərik. Bizim ərəb-İsrail münaqişəsi kimi böyük bir problemimizin olduğu bir vaxtda, başqa ölkələrdəki münaqişələrə münasibət bildirməyimiz çətindir. İsrail dünyada baş verən qlobal proseslərə jəlb edilmək güjündə olan böyük dövlət deyil və özümüzdə münaqişə ola-ola, bizim Dağlıq Qarabağ probleminin həllində hansısa əhəmiyyətli rol oynamağımız real deyil. Biz yalnız Ermənistan-Azərbayjan münaqişəsinin sülh yolu ilə çözüləjə-yinə ümid edə bilərik. Digər tərəfdən, İslam Konfransı Təşkilatının üzvü olan Azərbayjan hökuməti də Fələstin-İsrail probleminə birmənalı mövqe bildirməyib. 

 

İqtisadi əlaqələr

İsraillə Azərbayjanın iqtisadi əlaqələrinin perspektivlərindən danışarkən, əsasən, kənd təsərrüfatı sahəsinə toxunulur. Bu gün kənd təsərrüfatındakı yüksək məhsuldarlığa görə, İsrail dünya lideri hesab olunur. Burada qida məhsulları yerli əhalinin tələbatını ödəmək üçün lazım olandan da artıq istehsal edilir. İsrail geniş çeşiddə kənd təsərrüfatı malları ixraj etməklə yanaşı, bir neçə növdə taxıl, mal əti, çay, kofe, düyü və qənd idxal edir. Lakin Azərbayjanın özündə də bu məhsullar kifayət qədər  boldur. Qeyd edək ki, 2004-jü ildə İsraillə Azərbayjan arasındakı tijarət dövriyyəsi 1 milyon 920 min dollar (40 %), 2005-ji ildə isə 2 milyon 262 min dollar (60 %) təşkil edib. 

- Kənd təsərrüfatı mallarının idxal-ixrajından başqa, İsrail Azərbayjan ilə sahələrin suvarılmasının effektivliyinin artırılmasında (İsraildə hər bir bitkinin ayrıja suvarılmasını təmin edən boru sistemi mövjuddur), məhsul yığımında və s. təjrübə mübadiləsi apara bilər - deyə İsrail XİN-dən bildirirlər.

İstənilən halda, bu gün İsrail Jənub-Şərqi məkanda Şimal-Qərbi-Avropa anklavına - adaya bənzəyir. Bu regionda çoxluq daim yeniliyə və müasirliyə müqavimət göstərdiyi, bunu «adət-ənənə dəyərləri»nə zidd hesab etdiyai halda, İsrail son dərəjə müasirləşmiş dövlət və jəmiyyət qura bilib. Ölkənin iqtisadiyyat, təhsil, səhiyyə, kommunikasiya və digər sahələrində göstərijiləri çox yüksəkdir. Bunun əsas və başlıja səbəblərindən biri isə odur ki, İsrail ijtimaiyyəti həqiqətən demokratik qanunlar əsasında yaşayır.


MƏSLƏHƏT GÖR:

407