15 Mart 2025

Şənbə, 03:02

"...BU NÖMRƏYƏ ZƏNG ÇATMLR"

«Mobil» separatçılar

Müəllif:

01.05.2006

«Şərəf» məsələsi

Bu istiqamətdə separatçılar Ermənistanın potensialı ilə qane olmayaraq, «DQR»in ərazisində də erməni-yunan şirkəti olan «ArmenTel»in nömrələri ilə mobil telefonlar işlətməyə başlayıblar. Bu şirkət yaxın keçmişədək Ermənistanın mobil rabitə bazarında monopolist kimi tanınırdı. Beləliklə, Azərbayjanın işgal olunmuş ərazisində «Qarabağ-Telekom» şirkəti yaradıldı. Təbii ki, bu iş erməni lobbisinin iştirakı olmadan reallaşa bilməzdi: yeni yaranan mobil operatorunun təsisçisi erməniəsilli livanlı milyoner Pyer Fatuşdur. Təbii ki, bu qurumun fəaliyyətə başlaması üçün heç kəs rəsmi Bakıdan ijazə istəmədi. Bundan dərhal sonra separatçılar dünyanın bir sıra ölkələrində mövjud olan mobil operatorlarla rouminq razılaşmaları bağlamağa başladı. Beləliklə, «DQR»in «rabitə sahəsinin inkişafı»nın təməli qoyuldu. Bunu, eyni zamanda, telekommunikasiya sahəsində beynəlxalq qalmaqal da adlandırmaq olar.

Rusiyada və ətraf dövlətlərdə  kənarda kifayət qədər məşhur olan «Promsvyazbank»ın İnternet saytına baxmaq kifayətdir ki, orada yerləşdirimiş informasiyadan şoka düşəsən: ««Promsvyazbank»ın hər bir müştərisi «Anelik» sistemi ilə pul göndərərkən və ya qəbul edərkən hədiyyə olaraq «vətənə üçdəqiqəlik pulsuz zəng» hədiyyəsini əldə edir. 

Düşünə bilərsiniz ki, burada nə var axı? Bu, adi reklam aksiyasıdır. Pul köçürürsən və vətənə pulsuz zəng etmək haqqı qazanırsan. Bəli, anjaq qeyri-adi olanı «Promsvyazbank» zənglərinin joğrafiyasıdır. Sitat: «Zənglərin joğrafiyası - Moskva vilayəti, Sankt-Peterburq, Rusiya II zona, Rusiya III-IV zona, Yerevan/Ermənistan, Bakı/Azərbayjan, Dağlıq Qarabağ (fərqləndirmə tərəfimizdəndir), Ukrayna, Moldova, Belorusiya…». Ardınja MDB ölkələri ilə yanaşı, xariji dövlətlər də gəlir. Bununla yanaşı, postsovet məkanındakı  «qaynar nöqtələr» arasından «Promsvyazbank»ın «qaynar siyahısı»na nə səbəbdənsə, yalnız Dağlıq Qarabağın adı düşüb. Ruslar nəyə görəsə reklam aksiyasından istifadə edərək, Abxaziya və ya Dnestryanıda olan müştərilərə zəng təklif etmir… 

Rusiyanın mobil operatoru olan MTS-in («Mobil telesistem») beynəlxalq rouminq linkində «D» hərfini vururuq. Allaha şükür, ölkələrin siyahısında «Dağlıq Qarabağ» adına rast gəlinmir. «E» hərfi ilə başlayan ölkələr siyahısında isə Ermənistanın adı çıxır. Məlum olur ki, MTS «ArmenTel» ilə olduğu kimi… «Qarabağ-Telekom» və «K-Telekom» şirkətləri ilə də sıx əməkdaşlıq edir. Bundan başqa, sputnik əlaqəsi şirkəti olan «Thuruya” ilə rouminq razılaşması da var.

Ötən il avqustun 3-də məşhur «Aljatel»  şirkəti  «VivaJel» operatoru üçün GSM/GPRS şəbəkəsinin tikintisi üzrə çoxmilyonluq müqavilənin imzalandığını bəyan etdi. Məlumata görə, «Aljatel» bu layihəni telekommunikasiya şəbəkələrinin inteqrasiyası üzrə ixtisaslaşmış Yunanıstanın «Intrajom» şirkəti ilə birgə həyata keçirir. «Aljatel» şirkətinin Rusiya nümayəndəliyinin fikrinjə, bu layihə «VivaJell» şirkətinə «etibarlı şəbəkə qurmağa» imkan verəjək. Qeyd edək ki, yeni şəbəkənin kommersiya istismarına 2005-ji il iyulun 1-dən başlanılıb.

Bəs rəsmi Bakının baş verənlərə münasibəti nejə olub? Əlbəttə, artıq bununla bağlı bəzi addımlar atılıb. Lakin Azərbayjanın diplomatik korpusunun kifayət qədər əsaslandırılmış narazılıqlar seriyasına baxmayaraq, Ermənistanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), həmçinin, «Qarabağ-Telekom» hələ də MDB ölkələri də daxil olmaqla, bir çox dünya dövlətləri ilə rouminq razılaşmaları imzalamaqda davam edirlər. «2003-jü ilin sentyabrından başlaya-raq, «Qarabağ-Telekom» 37 ölkədən olan 57 operatorla 57 beynəlxalq rouminq razılaşması əldə edib. Onlardan bəziləri ilə artıq sınaq mərhələlərinə də başlanılıb», - deyə şirkətin İnternet saytında bildirilir. «Qarabağ-Telekom»un qeyri-qanuni tərəfdaşları arasında Ermənistan, Rusiya, Yunanıstan, Kipr, BƏƏ, Qazaxıstan, İtaliya, İran, Ukrayna, Latviya, Litva, Livan, Belorusiya, Danimarka, İngiltərə, Çexiya, İsveçrə, Suriya, Fələstin kimi dövlətlərə məxsus mobil operatorlar var. Şirkətin İnternet saytındakı məlumatda deyilir ki, bu siyahının genişləndirilməsi gözlənilir: «Biz bir çox digər operatorlarla danışıqlar mərhələsindəyik. Aramızda razılaşma imzalanan kimi, onların adları  bu siyahıya daxil ediləjək».

 

Yeni oyunçu

Məsələnin mənfi tərəfləri bununla bitmir. Mövzunu tamamlamaq üçün «K-Telekom» şirkəti haq-da ayrıja söhbət açmaq lazmdır. Ötən il monopolist «ArmenTel» ilə (aksiyaların 90 faizi Yunanıstanın OTE şirkətinə, 10 faizi isə Ermənistan hökumətinə məxsusdur) «Qarabağ-Telekom» arasında əməlli-başlı müharibə başladı. Əvvəljə ermənilərin özləri belə «ArmenTel»dən başqa daha bir mobil operatorun mövjudluğunu qəbul etmək istəmirdilər. Bir müddət sonra «Qarabağ-Telekom»un rəhbəri Ralf Eyrikyan şirkətinin Ermənistanda ikinji operator elan edilməsinə nail oldu. REQNUM agentliyinin təhlilində vurğulanır ki, «Bununla rəsmi Yerevan iki məsələni birdən həll etdi: birinjisi, «Dağlıq Qarabağın mobil rabitəsi»nin «dünya bazarı»na çıxması üçün «hüquqi əsas» əldə edildi. Digər tərəfdən, yeni operatorun gəlişi olduqja passiv fəaliyyət göstərən «ArmenTel»i daha aktiv olmağa məjbur etdi». Lakin  «ArmenTel» Eyrikyanı Ermənistan bazarına buraxmaq niyyətində olmadğını bildirdi. 

Lakin bir müddət sonra Ermənistanın nəqliyyat və rabitə naziri Andranik Manukyan «Dağlıq Qarabağın mobil rabitəsinin öz fəaliyyətini bütün ölkəyə genişləndirəjəyi» haqda fikir söylədi. Belə də oldu: «Qarabağ-Telekom» «K-Telekom» şirkətini təsis etdi, bu qurum isə bazarda VivaJell brendi altında fəaliyyətə başladı. Şirkətin təqdimetmə mərasimində Ermənistanın ədliyyə naziri David Arutyunyan belə bir bəyanat verdi: «Azərbayjan Qarabağı dünya ilə əlaqədən məhrum etmək istəyirdi, lakin biz buna imkan vermədik. Biz bu işdən qalib kimi ayrıldıq. Odur ki, «K-Telekom» şirkətinin Ermənistanın telekommunikasiya bazarına daxil olması, strateci maraqların diqtəsi ilə baş verir».

Təqdimetmə mərasimində, hətta VivaJell  şəbəkəsi ilə «ilk zəng» də edildi. Bu zəngi isə başqası yox, birbaşa Ermənistan prezidenti Robert Köçəryan etdi. Yeri gəlmişkən, Ermənistan hökumətinin üzvləri, si-yasi və işgüzar dairələrin nümayəndələri, həmçinin, ijtimai xadimlər və diplomatik missiyaların rəhbərləri də zəng etmək imkanını əldən buraxmadılar. 

Hadisələr inkişaf edən xəttlə gedirdi. 2004-jü ilin noyabrında Ermənistan hökuməti «K-Telekom» şirkətini 900 MQh tezlikdə mobil rabitə xidmətinin göstərilməsi üçün keçirilmiş tenderin qalibi elan etdi. Bununla da vaxtilə bu sahədə monopolist olan «ArmenTel»in mobil rabitədəki eksklüziv huququ əlindən alındı və o, «K-Telekom»la şəbəkənin bir-birinə qoşulması haqda razılaşma imzalamağa məjbur edildi. D.Arutyunyanın bildirdiyinə görə, bundan əvvəl hökumət «ArmenTel»in rəhbərliyi ilə təfərruatı açıqlanmayan danışıqlar aparıb. Qeyd edək ki, bununla paralel olaraq, Londonun arbitrac məhkəməsində «ArmenTel»in Ermənistan hökumətinə qarşı iddiasına baxılırdı. Lakin gizli  danışıqlar nətijəsində qurum şikayətini geri götürdü. 

Noyabrın 3-də hökumətin növbədənkənar toplantısında «ArmenTel»in Ermənistanda fəaliyyət göstərdiyi lisenziyasının dəyişdirilməsi haqda qərar qəbul olundu. Qərara əsasən, «Armen-Tel» GSM  xidmətindəki xidmətlərindən, həmçinin, mobil sputnik əlaqəsi və 900 MQh tezliyində xüsusi mobil radioəlaqə sahəsindəki monopolist haqlarından məhrum olundu. Noyabrın 4-də Ermənistanın nəqliyyat və rabitə naziri Andranik Manukyanın rəhbərliyi ilə ölkədə ikinji operator məsələsini həll etməli olan müsabiqə komissiyası yaradıldı. JNews.ru-nun şərhçisinin sözlərinə görə, «ArmenTel»in qəti əleyhdarı olan Andranik Manukyan hökumətin toplantısında iştirak etməyib və hamı üçün gözlənilməz olan hadisə baş verib: elə həmin gün tenderdə «K-Telekom» şirkəti qalib gəlib. Bununla yanaşı, hökumət sözügedən tenderdə hansı şirkətlərin iştirak etdiyi haqda heç bir məlumat yaymayıb. Həmçinin, «K-Telekom»un hansı şərtlərlə və hansı şəraitdə qalib gəldiyi də açıqlanmamış qalıb. O vaxtdan indiyədək məsələyə javabdeh olan məmurlar birmənalı olaraq susmağa üstünlük verirlər. Artıq 2009-ju ilədək Ermənistanda iki mobil operator fəaliyyət göstərəjək. Vətəndaş Jəmiyyəti İnstitutunun prezidenti Artak Kirakosyan JNews.ru-nun müxbirinə bildirib ki, məyusluq doğuran əsas məsələ qərarın qəbul olunduğu prosesin bu dəfə də qapalı şəraitdə aparılmasıdır: «İjtimaiyyət üçün müsabiqədə kimlərin iştirak etdiyi qaranlıq olaraq qalır. İkinji operatorun hansı şərtlər əsasında seçildiyi məlum deyil. «ArmenTel» ilə əldə olunan razılaşmanın Ermənistanın informasiya texnologiyaları sahəsinin inkişafını daha 9 il ləngidəjəyi təhlükəsi var».

Qeyd edək ki, ölkəyə ikinji mobil operatorun gətirilməsinin əvəzində «ArmenTel» İP-telefoniya sahəsində monopoliyanı ələ keçirdi. Bu sahədə isə 205 şirkət və 3000-dən artıq insan çalışırdı ki, çox güman, bundan sonra onlar öz işlərini itirəjəklər. Nətijədə, böyük sayda işsizlər kütləsinin yaranması Ermənistan iqtisadiyyatına jiddi zərbə vura bilər. «ArmenTel», həmçinin, Ermənistanın İnternetə çıxışını təmin edən yeganə şəbəkə üzərində də monopoliyanı ələ keçirdi. 

Bütün baş verənlərin nətijəsi belə oldu: «K-Telekom» 2005-ji ilin sonunadək Yerevanı, 2006-jı ildən isə bütün ölkəni mobil rabitə ilə təmin etməli idi. «DQR» ilə rabitə məsələsindəki fiqurant dəyişdi və «K-Telekom» Ermənistanda, demək olar ki, əsas operatora çevrildi. Onun təqdimetmə mərasimindən bir gün sonra Ermənistan bazarına mobil rabitə üçün 100 min kart daxil oldu. «Qarabağ-Telekom»un rəhbəri P. Fatuş bəyan etdi ki, onun şirkəti «günü sabahdan» 300 minədək abonentə xidmət etmək güjündədir: «2005-ji ilin sonuna isə biz bu rəqəmi 400 minədək qaldıra biləjəyik. İndiyədək şirkətin yaradılmasına 75 milyon dollar investisiya qoyulub».

Qeyd edək ki, baş verənlər hökumətdə «K-Telekom»un maraqlarını güdən nüfuzlu şəxslərin olması haqda fikirlərə rəvaj verib. Bu məsələdə xüsusilə nəqliyyat və rabitə naziri Andranik Manukyanın adı çəkilir. Lakin onun özü deyilənləri təkzib edib: «Mənim «K-Telekom»un rəhbərliyi ilə hər hansı şəxsi əlaqələrim yoxdur. Öz iş sahəsi ilə əlaqədar olaraq mən bu sahəyə daxil olan bütün insanlarla tanışam. «Fatuş-qrupp» şirkətinin Direktorlar Şurasının rəhbəri Pyer Favtuş ilə isə jəmi bir dəfə Beyrutda şam etmişəm» («Arminfo»).

Maraqlıdır ki, Ermənistanın mobil rabitə bazarında monopoli-yanın inqilabi şəkildə aradan qaldırılmasından dərhal sonra, Ümumdünya Bankının (ÜB) Yerevan ofisinin direktoru Rojer Robinson kifayət qədər sensasion bəyanatla çıxış edib. Onun sözlərinə görə, ÜB hesab edir ki, Ermənistan hökumətinin ölkənin mobil rabitə bazarında monopoliyanın aradan qaldırılması üçün seçdiyi yol mükəmməl deyil. Robinson «K-Telekom»un ikinji mobil operator elan edilməsi ilə nətijələnmiş tenderin qeyri-şəffaf keçirildiyini deyib. «Biz Ermənistan rəhbərliyi ilə bu məsələni uzun-uzadı müzakirə etdik. Onlar bildirirlər ki, bu işdə strateci hədəflər var və məhz həmin amil «K-Telekom»un seçilməsinə səbəb olub», - deyə Robinson bildirib. ÜB-nin Yerevan ofisinin rəhbəri aparılan danışıqlar prosesində «ArmenTel»in nümayəndəsinin iştirak etdiyini də söyləyib: «Bu şirkət mobil rabitə üçün lisenziya müddətinin 5 il azaldılmasına və bazara ikinji operatorun daxil olmasına maneə yaratmamağa razılıq verdi. Baxmayaraq ki qurum hüquqi baxımdan Ermənistan hökumətinə rədd javabı verə bilərdi».

Beləliklə, Qarabağ şirkətinin Ermənistana gətirilməsinin «strateci əhəmiyyət daşıması» haqda ədliyyə nazirinin vaxtilə verdiyi bəyanatla, Ermənistan hökumətinin Ümumdünya Bankı ilə danışıqlarda səsləndirdiyi mövqe üst-üstə düşür.   

Ümumiyyətlə, Ermənistanın mobil rabitə bazarında monopoli-yanın aradan qaldırılmasından çoxları narazı qalıb. Hətta belə bir ehtimal var ki, «DQR»dəki yeganə mobel operator olan «Qarabağ-Telekom»un və onun törəmə şirkəti olan «K-Telekom»un Ermənistanda fəaliyyəti fiaskoya uğraya bilər. Çünki Ermənistan mobil rabitə bazarındakı ikinji operator ətrafında böyük beynəlxalq qalmaqal yaşanmaqdadır. Həqiqətən də, «K-Telekom»u Ermənistanın telekommunikasiya sahəsinə gətirmiş ölkə rəhbərliyi, öz addımlarının hüquqi aspektlərini arqumentləşdirməməklə, faktik olaraq, layihənin gələjək taleyini sual altına alır. Məsələ burasındadır ki, Ermənistanın ikinji mobil operatoru adına əsas namizəd «Zvezda» şirkəti sayılsa da, artıq deyildiyi kimi, bu lisenziya tenderdən jəmi bir həftə əvvəl yaradılmış «K-Telekom»a verilib. Baxmayaraq ki qalib müsabiqə komissiyasının adından elan edildi, belə bir müsabiqə, ümumiyyətlə, keçirilməyib: nə bu müsabiqənin keçirilmə vaxtı, nə də meyarları açıqlanıb.

«OOJ-Zvezda»nın rəhbəri Aqasi Yesayan şirkətinə edilən təzyiq və hədələr nətijəsində Ermənistanı tərk etməyə məjbur oldu. Lakin o, məğlubiyyətlə barışmadıqlarını, Ermənistan və Avropa Birliyi ölkələrinin məhkəmələrində haqlarının bərpasına çalışajaqlarını bəyan edib. Yeri gəlmişkən, o, hələ Ermənistanı tərk etməmiş, 2005-ji ilin avqustunda «Standart» curnalına müsahibəsində bildirmişdi ki, ölkənin mobil rabitə bazarında ikinji operator lisenziyasının «K-Telekom»a verilməsi iqtisadi yox, siyasi qərar idi: «Bu, Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi tərəfindən də etiraf olunub». Lakin Ümumdünya Bankının Yerevan ofisinin rəhbəri Robinsonun və A. Yesayanın narazılığına baxmayaraq, «K-Telekom» «strateci əhəmiyyətlə tapşırıq»ı yerinə yetirməkə davam edir.

 

«Əleyhinə» olan faktlar

Hazırda adıçəkilən şirkətlərin gördükləri işlər və planlarına gəlinjə, «Qarabağ-Tetekom» «DQR»in mobil rabitə sahəsinə yenidən, təxminən, 10 milyon dollar sərmayə qoymağı nəzərdə tutub. Bu şirkətin xidmətlərinə «DQR»in İnternet rabitəsinin inkişaf etdirilməsini də əlavə eləmək olar. Lakin 2005-ji il yanvarın 1-dən etibarən tanınmamış respublikada İnternetdən istifadə qiymətləri qəflətən artırılıb. Belə ki, telefon vasitəsilə İnternetə qoşulmaq 6 sentdən 18 sentə yüksəldilib. Kabel vasitəsilə İnternet rabitəsi isə 6 dəfə bahalaşıb. Buna səbəb Qarabağda İnternetin öz xərjini çıxarmamasıdır. Baxmayaraq ki orada İnternet Azərbayjanın qalan əraziləri, həmçinin, Rusiya ilə müqayisədə ujuzdur. Üstəlik, separatçılar jiddi şəkildə stasionar rabitə ilə də məşğuldurlar. «Dağlıq Qarabağın ərazi idarəetmə və infrastrukturun inkişafı naziri» Armo Satryanın sözlərinə görə, yaxın zamanlarda Xankəndi şəhər avtomat stansiyalarının rəqəmsal sistemə keçilməsinə başlanajaq. O qeyd edib ki, guya, yeganə mobil operator olan «Qarabağ-Telekom»la danışıqlar hələ ötən ildən aparılır və bunun üçün ən azı 4-5 milyon dollar vəsait tələb olunur. Qeyd edək ki, 2005-ji ilin məlumatlarına görə, «Qarabağ-Telekom»un abonentlərinin sayı 15 600 nəfər təşkil edir. Dağlıq Qarabağda yaşayan əhalinin sayının isə 139,5 min nəfər olduğu bildirilir.

Bundan başqa, «Qarabağ-Telekom» üzərinə bütün orta məktəblərin təmənnasız rabitə ilə təmin edilməsi haqda öhdəlik götürüb və bu öhdəliyin «paytaxt və rayon mərkəzlərinə» aid hissəsi artıq həyata keçirilib. A. Satryanın sözlərinə görə, «Uşaqların texniki sahədə savadı kompüterləşmə səviyyəsindən geri qalır». Vətəndaşlara kompüterlə işləməyin öyrədilməsi və texniki sahədə təhsilin səviyyəsinin yüksəldilməsi üçün «nazirlik» 2006-jı ilin yayında xariji mütəxəssislərin jəlb edilməsi ilə yuxarı sinif şagirdlərinə təlimlərin keçirilməsi üçün kurslar açmağı düşünür. 

Ötən il «Qarabağ-Telekom»u bir sıra beynəlxalq GSM Assojiationlara da üvz qəbul ediblər. Lakin Azərbayjanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dərhal həmin assosiasiyalara etirazını bildirib və  nətijədə, həmin qurumlar «Qarabağ-Telekom»un üzvlü-yünü ləğv ediblər. Daha sonra «Qarabağ-Telekom» assosiasiyadakı yerini bərpa etmək üçün təkrar ərizə ilə mürajiət etsə də, 2005-ji il noyabrın 1-də onların mürajiətinə baxılıb və yenidən rədd javabı verilib. Göründüyü kimi, Beynəlxalq Telekommunikasiya Şurası və GSM-ə mürajiətlər lazımi nətijəni verib. Lakin «Qarabağ-Telekom»in Dağlıq Qarabağda bu sahədəki infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir.

Nəhayət, hələ ötən il xəbər İnternet saytlarının birində sensasion informasiya peyda oldu: erməniəsilli livanlı milyoner, «Qarabağ-Telekom»un sahibi Pyer Fatuş Suriya tərəfindən «Əl-Qaidə» beynəlxalq terrorçu şəbəkəsi ilə əlaqədə ittiham olunur. Bundan dərhal sonra çoxsaylı İnternet saytlarında Dağlıq Qarabağda fəaliyyət göstərən yeganə mobil operator olan «Qarabağ Telekom»un fəaliyyətinə dair məlumatlar yer almağa başladı. Rabitə Nazirliyinin məmurları informasiyalara inanmadıqlarını və onların həqiqəti əks etdirmədiyini iddia etsələr də,  «Qarabağ-Telekom» və «K-Telekom» mövzusu aktuallığını itirmir. Özü də yalnız ermənilər üçün deyil, bizlər - Azərbayjan vətəndaşları üçün də.

Azərbajyana gəlinjə, burada separatçıların rabitəsi ilə mübarizə istiqamətində heç bir işin görülmədiyini söyləmək düzgün olmazdı. Qələbənin bir hissəsi artıq əldə edilib və bu, əsasən, Azərbayjanın diplomatik korpusunun fəaliyyəti nətijəsində mümkün olub. Belə ki, Azərbayjanın Özbəkistandakı səfirliyi tərəfindən bu ölkənin Xariji İşlər Nazirliyinə təqdim edilən etiraz notasından sonra, özbəklər «Qarabağ-Telekom»un  fəaliyyətindən imtina ediblər. Bir müddət sonra - ötən ilin mayında Azərbayjanın Kiyevdəki nümayəndəliyinin diplomatları Ukraynanın iri mobil rabitə şirkəti olan «Kiyevstar»ın fəaliyyətində bəzi redaktələr etməsinə nail oldu. Belə ki, qurum həmin vaxtdan sonra özünün bütün informasiya materialları və reklam layihələrində «Qarabağ-Telekom»un fəaliyyət göstərdiyi ölkənin adının «Ermənistan» kimi çəkilməsini dayandırdı. 

«ArmenTel»in monopoliya ilə bağlı avantürasının Ermənistan mətbuatında jiddi rezonans doğurması da sevindirijidir. Hökumətin opponentlərinin başında dayanan müxalifətçi deputat Arşak Sadoyan bəyan edib ki, monopolist, hökumət nümayəndələrini «satın alıb». Onun sözlərinə görə, monopolist şirkət məmurları almaq üçün ümumilikdə 7 milyon dollar xərjləyib və bununla da telekommunikasiya bazarında mövqelərini möhkəmləndirməyə nail olub.

Həqiqətən də, tenderin nətijələrinin saxtalaşdırılması, ÜB-nin və Ermənistan ijtimaiyyətinin narazılığı… Hadisələr göstərir ki, «Qarabağ-Telekom»u Ermənistana gətirməklə bu ölkənin hökuməti, yalnız A.Manukyanın dediyi kimi, ««K-Telekom»un 2006-jı ildə bütün respublikanı mobil rabitə ilə təmin etməsi üçün» edilməyib. Bu işlər ona görə görülüb ki, «DQR»in rabitəsi sahəsindəki fiqurant dəyişdirilsin. Ermənilər tamamilə savadlı şəkildə ona nail oldular ki, Yunanıstanın «Intrajom» şirkəti və Fransanın «Aljatel» şirkətinin Rusiya nüma-yəndəliyi, həmçinin, digər potensial investorlar bu sahəyə vəsait ayırmaqla Azərbayjanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən qondarma quruma deyil, guya birbaşa Ermənistana sərmayə qoyduqlarına inansınlar.


MƏSLƏHƏT GÖR:

385