
YENİ VƏ KONKRET
«R+»a müsahibəsində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov münaqişənin nizamlanması yollarına dair baxışlarını açıqlayıb
Müəllif: Səid ƏLƏKBƏRZADƏ Bakı
Mayın əvvəllərində ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvada bir araya gələrək, Azərbayjan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təqdim edəjəkləri yeni təkliflər paketini müzakirə edəjəklər. Onlar, həmçinin, dövlət başçıları İlham Əliyev ilə Robert Köçəryan arasında problemin nizamlanmasına dair keçiriləjək növbəti görüşün vaxtı və yerini müəyyənləşdirəjəklər. Lakin artıq indidən vasitəçilərin aktiv fəaliyyətinə əsasən demək olar ki, həmsədrlər münaqişənin 2006-jı ildə çözülməsinə jiddi şəkildə çalışırlar. Kütləvi informasiya vasitələrində dəfələrlə 2006-jı ilin problemin həllində uğurlu il ola biləjəyinə dair məlumatlar yer alıb. Əsas motiv isə odur ki, 2007-ji ildə Ermənistanda parlament, 2008-ji ildə isə Azərbayjanda yeni prezident seçkiləri keçiriləjək. Beləliklə, vasitəçilərin Moskva görüşündən əvvəl ABŞ dövlət katibinin müavini Daniel Frid və Minsk qrupunun amerikalı və fransalı həmsədrləri Stiven Mənn ilə Bernar Fasye regiona səfər etdilər. Aprelin sonunda isə rusiyalı həmsədr Yuri Merzlyakovun da regiona səfəri gözlənilir. «R+»a müsahibəsində o, danışıqlar prosesinin perspektivləri haqda fikirlərini bölüşüb:
- Azərbayjan və Ermənistan prezidentlərinin Rambuye görüşündən sonra çətinləşən situasiyanı analiz etmək və qiymətləndirmək üçün kifayət qədər vaxt keçib. Bu, münaqişənin həllində növbəti addımların hazırlanması məqsədilə edilir. Hazırda vasitəçilərin hər biri ayrı-ayrılıqda münaqişənin nizamlanması prosesi ilə jiddi şəkildə məşğul olur. Bildiyiniz kimi, Ermənistanın xariji işlər naziri bu yaxınlarda işgüzar səfərlə Vaşinqtonda olub. Bundan əvvəl isə Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn və ABŞ dövlət katibinin müavini Daniel Frid regiona səfər etdi. Eyni vaxtda Azərbayjanın xariji işlər naziri Vaşinqtona, onun ermənistanlı həmkarı Vardan Oskayan isə Moskvaya baş çəkdi. Lakin bu da son deyil. Onların ardınja Minsk qrupunun fransalı həmsədri Bernar Fasye də regiona səfər etdi, aprelin sonunda Stiven Mənn, onun ardınja mən regiona gələjəyəm. Bütün bunlardan sonra vasitəçilər Moskvada məsləhətləşmə aparmaq niyyətindədirlər. Həmin məsləhətləşmələrdən sonra isə biz yeni konkret təkliflərlə çıxış edəjəyik. Mayın əvvəlində həmsədrlərin regiona növbəti səfəri gündəmə gələjək. İstənilən halda, mayda münaqişənin sülh yolu ilə nizamlanmasına dair çoxistiqamətli sülh danışıqları bərpa olunajaq.
- Ermənistanın xariji işlər naziri Vardan Oskanyanın Moskvaya səfəri zamanı hansı məsələlər müzakirə edilib?
- Vardan Oskanyan Moskvada Rusiyanın xariji işlər naziri Sergey Lavrov ilə görüşüb. Ümumilikdə, danışıqlar kifayət qədər konstruktiv keçib. İki nazir vasitəçilərin təqdim etdikləri təkliflər paketi ilə bağlı yekdil razılığa gəliblər. Öz növbəsində, Ermənistan xariji siyasət idarəsinin rəhbəri öz ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini detallarına qədər açıqlayıb. Nizamlanma prosesi ümumilikdə regionda sabitlik kontekstindən də müzakirə olunub.
- Prezidentlərin Rambuye görüşü analitiklər tərəfindən sülh danışıqlarının iflasa uğraması kimi qiymətləndirilir. Siz nejə düşünürsünüz, problemin 2006-jı ildə dini yolla çözülməsi şansları hələ də qalırmı?
- Eyni məntiqlə, prezidentlərin əvvəlki görüşlərini də tənəzzül adlandırmaq olar. Mən bu ifadəni işlətmək istəməzdim. Düzdür, Rambuye görüşündə biz tam həjmdə gözlədiyimiz nətijələr əldə olunmadı. Lakin o görüş tərəflərin bu günə olan qarşılıqlı anlaşma səviyyəsinin müəyyənləşdirilməsi baxımından vajib mərhələ oldu. Bu gün anlayırıq ki, gələjəkdə bir sıra məsələlərdə irəliləyişlərə nail olunması üçün hansı addımların atılması vajibdir. Bunlardan çıxış edərək, münaqişənin bu il çözülməsi perspektivinə inanıram.
- 2006-jı ildə prezidentlərin növbəti görüşünün baş tutajağı gözləniləndirmi?
- Əlbəttə, belə bir ümid var. Hətta deyərdim ki, belə bir görüşün keçiriləjəyinə əminəm. Lakin konkret vaxt haqda hələlik bir söz deyə bilmərəm.
- Ermənistanın xariji işlər naziri Vardan Oskanyan müsahibələrinin birində Rambuye görüşündə münaqişənin nizamlanması üzrə əsas prinsiplərin əks olunduğu sənədin mövjudluğundan danışıb. Bununla yanaşı, erməni nazir bildirib ki, Azərbayjan tərəfi həmin sənəddə əks olunan prinsipləri qəbul etməkdən boyun qaçırıb. Rambuyedə prezidentlərə həqiqətən də belə bir sənəd təqdim edilibmi?
- Bəli, belə bir sənəd var idi.
- Həmin sənəd hansı səbəbdən prezidentlər tərəfindən bəyənilməyib?
- Bunu mən sizə deyə bilməyəjə-yəm.
- Müşahidəçilər hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun qərarın qəbul edilməsi üçün həm Azərbayjan, həm Ermənistan ijtimaiyyətinin müəyyən kompromislərə getməyə hazır olması lazımdır…
- Bu məsələ müzakirə obyekti deyil. Hər iki xalq arasında müəyyən işlər aparılmalı, bəzi şeylər ijtimaiyyətə anladılmalıdır. Onlara başa salınmalıdır ki, münaqişənin sülh yolu ilə həlli vajibdir. Məsələ ondadır ki, Azərbayjan ijtimaiyyəti problemin həllində kompromis variantları qəbul etmək istəmir; mən hələ Bakıda mütəmadi olaraq hərbə çağırışlarla bağlı səslənən bəyanatları demirəm… Biz hiss edirik ki, ijtimaiyyət arasında maarifləndirmə işi lazımi səviyyədə aparılmayıb. Mən yalnız Azərbayjanı yox, həm də Ermənistanı nəzərdə tuturam. Biz regiona səfərlərimiz zamanı bunu hiss edirik. Həmsədrlər daim bildiriblər ki, bu, sülh prosesinin əsas çatışmazlıqlarından biridir. Məhz bu amil sülh razılaşmasının əldə edilməsinə maneə yaradır.
- Yerevan və Xankəndi sülh danışıqlarında Dağlıq Qarabağın tərəf kimi iştirakına israr edir. Azərbayjan isə bunun əleyhinə çıxır…
- Mənim fikrimjə, danışıqlar prosesində elə bir mərhələ gələjək ki, Dağlıq Qarabağ nümayəndələrinin də prosesə qatılmasına ehtiyaj yaranajaq. Prosesdə Qarabağın Azərbayjan ijmasının iştirakına gəlinjə, deyə bilərəm ki, onlar dəfələrlə Azərbayjan nümayəndə heyətinin tərkibində danışıqlara qatılıblar.
- Münaqişə tərəflərinin silahlanması sahəsində vəziyyəti nejə dəyərləndirirsiniz?
- Bizi istər Azərbayjanda, istərsə də Ermənistanda gedən hərbləşdirmə prosesi narahat edir. Üstəlik, bu proses hərbi büdjənin artırılması vasitəsilə aparılır. Həmsədrlər bunu sülh prosesi yolunda jiddi maneə hesab edirlər. Axı tərəflər heç də həmişə silahlanma ilə bağlı kvotaya əməl etməyiblər və bu da bizi narahat edən məsələlərdəndir.
Məlum olduğu kimi, Avropa Şurasına üzv qəbul olunarkən münaqişə tərəfləri problemin dinj yolla həllinə dair öhdəlik götürüblər. Bu mənada, mənjə, silahlanma məsələsinə AŞ da xüsusi diqqət ayırmalıdır. Bir sözlə, hərbi büdjənin artırılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yol deyil.
MƏSLƏHƏT GÖR: