
BİZİM QULLİYER KÜVEYTİ FƏTH EDİR...
Komandalarında Azərbayjanın ən hündür boylu basketboldçusu olan Aleksandr Rındini görən Küveyt idmançıları daha inamla oynayır. Rındinlə artıq ABŞ basketbol menejerləri maraqlanır...
Müəllif: Tofiq BAYRAMOV, Bakı
“Liliputlar ölkəsində Qulliver” - Azərbayjanın “Qala” basketbol klubunun mərkəz oyunçusu və bu gün Küveytin yüksək liqasında oynayan Aleksandr Rındini məhz belə adlandırmaq olar. Bu gün bizim idmançı bu ərəb ölkəsinin çempionu adı uğrunda mübarizə aparan “Kazma” klubunda oynayır.
Əlbəttə, deyə bilmərik ki, Küveytin basketbol klublarında alçaq boylu idmançılar oynayır, lakin Rındinin bu liqada ən hündür boylu oyunçu olması şəksizdir. Bu basketbolçunun şöhrəti artıq Azərbayjan hüdudlarından çox kənarda yayılıb. Yaşı jəmi 21 olan Aleksandr Rındinin boyu 226 santimetrdir. Bu parametrlər istənilən komanda üçün “göydən düşmədir ”. Yeri gəlmişkən, deyəsən, Aleksandr bu 226 sm-lə kifayətlənməyəjək - onun boyu hələ artmaqdadır. Boy baxımından “çərçivəni” artıq aşan Rındin, hətta, Amerika idman aləminə daxil ola bilər. Ötən il Aleksandr NBA-nın (ABŞ-ın Milli Basketbol Assosiasiyası) baxışına çıxarılmışdı. Bizdə olan məlumata görə, vaxtilə dahi Maykl Jordanın “fironluq” etdiyi “Çikaqo Bullz” komandası Rındinə müqavilə bağlamağı da təklif edib, lakin 1988-ji ilin olimpiya çempionu, hazırda Azərbayjan yığması və “Qala” komandasının baş məşqçisi vəzifəsində çalışan Rimas Kurtinaytis bu məsələdə tələsməməyə üstünlük verib və Rındini növbəti “draft”a çıxarmaq qərarına gəlib.
Küveyt klubuna gəldikdə, Rındin bu komandada bir neçə matç oynadıqdan sonra öz doğma klubu olan “Qala”ya qayıdajaq. Komandanın baş məşqçisi hesab edir ki, iki həftəlik xariji “qastrol” Rındin üçün faydalı olajaq. “Rındinin bu ölkədə çıxış etməsi təşəbbüsü Küveyt klubu tərəfindən irəli sürülüb. Bu ölkənin təmsilçiləri Rındinə hələ Ümumdünya İslam Oyunlarında “gözaltılayıb” - biz bu oyunlarda, finalda Əljəzair komandasına 82:69 hesabı ilə qalib gələrək, qızıl medal qazanmışı”, - deyə Rimas Kurtinaytis “R+”-la söhbətini davam edir. - Buna baxmayaraq, biz Rındinin Küveytdə bundan sonra da oynamasını istisna edirik, çünki bu ölkənin birinjiliyi Aleksandrın oyun səviyyəsinə uyğun deyil. Onun yeri ABŞ-ın NBA liqası və yaxud Avropanın aparıjı klublarından biridir. Küveyt isə qısamüddətli beynəlxalq təjrübədir. Rındinin əla boy parametrləri var və indi bu oyunçunu yalnız təjrübə baxımından zənginləşdirmək tələb olunur. Məsələn, bu ilin yayında mən onu özümlə İtaliyaya, dünyanın ən qabaqjıl mütəxəssisləri və basketbolçularının iştirak edəjəyi təlim-məşq toplanışına aparajağam”.
Litvalı mütəxəssisin sözlərinə görə, Aleksandr Rındin “Kazma” klubu tərkibində artıq bir neçə oyunda iştirak edib və hər oyunda əldə edilən qələbədə onun böyük payı olub: “Mən bu klubun məşqçisi və Rındinin özü ilə söhbət etmişəm. Saşa onun üçün yaradılmış şəraitdən razıdır. O, mənə elektron poçtu ilə oynadığı idman zalının fotoşəkillərini göndərib - bu zal bütün beynəlxalq standartlara javab verir. Qeyd edim ki, Küveyt klubunun rəhbərliyi Rındinin oyunundan çox razıdır. Elə birinji oyunda Saşa 4 xal qazanıb, səbət altından 13 top alıb və 7 dəfə topu “qapadıb” - bütün bunlar jəmi 19 dəqiqə ərzində baş verib. Yəni, qısa müddətə meydançaya çıxan Rındin klubuna böyük fayda gətirə bilmişdi. Düzdür, Saşanın bu oyunda qazandığı xalların sayı azdır, amma bunun da öz izahı var - o, demək olar ki, yenijə təyyarədən düşüb oyuna çıxmışdı, əlbəttə bu halda akklimatizasiyadan danışmağa dəyməz”. “Kazma”nın məşqçisi etiraf edir ki, Küveyt Kuboku uğrunda yarışlarda bu klubun aqibəti məhz Rındinin oyunundan asılıdır. İkinji oyunda “Kazma” rəqibinə 30 xal fərqlə qalib gəlib, düzdür, rəqib komanda zəif olduğundan, Rındin bu matçda jəmi bir neçə dəqiqə oynayıb. Küveytli məşqçi deyir ki, komandalarında Azərbayjanın ən hündür boylu basketbolçusu olan Aleksandr Rındini görən Küveyt idmançıları daha inamla oynayır, demək olar ki, onların oyun üslubları da dəyişir. Bir sözlə, Saşa Küveyt klubunun əsas oyunçusuna çevrilib.
Yaxın günlərdə Aleksandr Rındin Vətənə dönəjək. O, Azərbayjan birinjiliyi uğrunda yarışlarda öz komandası olan “Qala”ya qayıdır. Düzdür, komanda Rındinsiz də böyük xal fərqi ilə ölkə çempionatının lideridir və qızıl medalları qazanajaq. Rındin üçün isə bu ilin əsas yarışları may-iyun aylarında keçiriləjək “İnkişaf Kuboku” oyunlarıdır - bu yarışmada ölkə yığmamızın əsaslı çempionluq iddiaları var. 2006-jı ilin ikinji yarısında milli komandamız Avropa birinjiliyinin seçmə yarışlarına da qatıla bilər. Düzdür, o zaman Aleksandr Rındin artıq komandanın heyətini tərk edə, basketbol tarixində ilk dəfə olaraq, ABŞ-ın NBA liqası klublarının birində oynaya bilər.
Həmyerlimizə uğurlar!
MƏSLƏHƏT GÖR: