15 Mart 2025

Şənbə, 01:39

BU KİNOPOVESTİN FİNALI HƏLƏ YAZILMAYIB...

Azərbayjanda yüksək səviyyəli kinofilmlərin çəkilişinə pul yoxdur

Müəllif:

01.04.2006

Vladimir İliçin vaxtilə məşhür olan kəlamında həqiqət də yox deyil. Bunu o mənada deyirik ki, bu gün kino injəsənətin ən popluyar növü olaraq qalmaqdadır. Təəssüf ki, injəsənətin ən vajib növü olan kino, daha dəqiq desək, Azərbayjan kinosu bu gün özünün ən ağır vaxtlarını yaşayır. Və bu “ağır vaxtlar” nə az nə çox, artıq 15 ildir ki, davam edir. Sovet İttifaqı çökən zaman onun qırıntıları altında, demək olar ki, bütün injəsənət növləri də dəfn olundu. 

 

Bu, iflasdır?

Bu gün bizim nəyimiz var? Əslində heç nəyimiz! Nə normal texnikamız, nə yaradıjılıq həvəsi, nə də yeni filmlərin özü. Səbəb? Səbəb məlumdur - vəsait. Daha doğrusu, onun olmaması. 

Azərbayjanın xalq artisti, Kinematoqrafçılar İttifaqının birinji katibi Rasim Balayev hesab edir ki, bu gün Azərbayjan kinosunun bütün problemləri maliyyə qıtlığından yaranıb.

Bu gün biz smetası 200 min dollar olan filmlər çəkməyə məjburuq, hərçənd, normal film çəkmək üçün bundan 1,5 - 2 dəfə artıq vəsait tələb olunur. Elə bu səbəbdən filmlərin keyfiyyəti istədiyimizdən aşağı olur, bu isə son nətijədə yaradılan əsərlərin bədii dəyərinə də mənfi təsir göstərir.

- “Azərbayjanfilm” kinostudiyası bu gün də 70-ji illərdən miras qalmış avadanlıqla təjhiz olunub. Təsəvvür edirsiniz, bu, müasir texniki tələblərə nə dərəjədə javab verir?  Bu amil, digər problemlərlə yanaşı, bizim filmləri xarijə göndərməyə də imkan vermir. Aydındır ki, kinostudiya kökündən bərpa olunmalıdır - su buraxan dam örtüyündən tutmuş əsas texniki avadanlığadək. Yalnız bunu etdikdən sonra biz recisorlardan işlərində yüksək professionallıq və keyfiyyət tələb edə bilərik. 

Pulsuzluq o dərəjəyə çatıb ki, adi kino plyonkası əlçatmaz “delikates”ə dönüb - biz filmlərimizi videolentə çəkməli oluruq, bu da, təbii ki, keyfiyyətə zərbə vurmaq deməkdir.

Düzdür, məsələyə başqa jür yanaşanlar da var. Bəziləri hesab edir ki, biz “öz gözümüzdə tiri görmürük”, yəni, bütün problemlər maliyyə qıtlığından yox, recissorlardan başlayır...

- Açığını deyim, keyfiyyətsiz filmlər maliyyə yox, istedad qıtlığından qaynaqlanır. Maliyyələşdirməni artırmaq da olar, lakin bu mütləqmi filmin keyfiyyətini artırajaq? - bunu da kinematoqrafçılar və onların arasında adını açıqlamaq istəməyən Mədəniyyət nazirliyinin məmuru deyir. 

Bu mövqedə duranlar hesab edir ki, bizim kinematoqrafı yaxın zamanlarda “pul seli”  gözləmir, və bu səbəbdən kino xadimlərinin maliyyə ilə bağlı şikayətləri nətijəsiz qalajaq.  “Ayağımızı yorğanımıza görə uzatmalıyıq” - bu yanaşmanın real olmasını təsdiq edən misallar da kifayət qədərdir. Məsələn, Avropanın kiçik büdjəli kinematoqrafı. Dahiyanə filmi dekorasiyasız da çəkmək olar - təki onun dərin mənası olsun. Hesab olunur ki, kino çəkilməsinə ayrılan az pul da kifayət edə bilər - bu gün bu yolla, maliyyə durumu bizimkindən də ajınajaqlı olan, Gürjüstan və İran kinematoqrafçıları gedir. Öz maliyyə imkanlarını Hollivud imkanları ilə müqayisə edən recissorlarımıza isə özlərini də Stiven Spilberqlə müqayisə etmək tövsiyə oluna bilər.

- Fərz edək ki, bir neçə ilə biz studiyanı təmir etdik, yeni texnika aldıq. Bəs filmləri kim çəkəjək? Eldar Quliyev və Rasim Ojağov nəslini əvəz edə biləjək gənjlərimiz varmı?, -bu sualı skeptiklər verir.

 

Kimlər gəlir?  

Hə, indi Azərabyjan kinematoqrafının problemləri siyahısının növbəti bəndinə çatdıq. Son illər “kimlər gəlir?” sualı aktuallaşmaqdadır. Mədəniyyət və injəsənət Universiteti hər il yeni mütəxəssislər “istehsal” edir, amma “alma-mater”ini tərk edənləri böyük problemlər gözləyir. Məzunlar üçün film çəkmək əlçatmaz bir arzudur. Ən yaxşı halda onlar “sponsor əmi” və yaxud beynəlxalq təşkilatlardan qrant “qopara bilər”, düzdür, bu da hamıya qismət olmur. Qalanları isə müxtəlif “prodakşn”ların qapılarını dolaşır, klip və reklam çarxları çəkir. Bu gənj “Fellini”lərin peşəkarlıq və bilik səviyyəsinə də böyük iradlar tutula bilər. Yaşlı nəslin nümayəndələri, ələlxüsus ÜDKİ-ni (VQİK) bitirənlər hesab edir ki, indiki ağır şəraitdə kamil mütəxəssis yetişdirmək ümumiyyətlə mümkün deyil. Bu fikirdə də bir gerçəklik var. Bu gün Mədəniyyət və injəsənət Universitetinin avadanlığı yarıtmaz vəziyyətdədir, bu təhsil ojağının beynəlxalq əlaqələri yox dərəjəsindədir, o, öz məzunlarına dünya kino standartlarına javab verən təhsil verə bilmək iqtidarında deyil.

Gənj kinematoqrafçılar çıxış yolunu yaradıjılıq assosiasiyalarının təşkilində görür. Bu qurumlarda birləşən gənjlər qarşılarında duran və, ilk növbədə, maliyyə  problemlərini həll etməyə çalışır.

Bu yaxınlarda baş vermiş “nazir yerdəyişməsi” kino sahəsinə də “toxundu”. Bu gün Azərbayjanın kinematoqrafiya aləmi yeni təyin olunmuş nazir Əbülfəz Qarayevin bu sahəyə hansı yeniliklərin gətirəjəyini gözləyir, əlbəttə söhbət müsbət yönümlü dəyişikliklərdən gedir.   

Bütün problemlərə  baxmayaraq, Azərbayjan kinosu yaşayır və yaradır. Düzdür, il ərzində çəkilən filmlərin sayı 1-2 dən artıq olmur, amma hətta belə halda bizim filmlər beynəlxalq müsabiqələrdə mükafatlar qazanır. Oqtay Mirqasımovun “Məkan melodiyası” və “Sehrbaz”, Nijat Feyzullayevin “Küçələrə su səpmişəm” və s. filmlər dəfələrlə xariji ekranlarda nümayiş olunub.

Beləliklə, Azərbayjan kinosunu nə gözləyir, məhv yoxsa intibah? Bu kinopovestin finalı hələ yazılmayıb. İstənilən halda arzumuz odur ki, bu final uğurlu olsun. 


MƏSLƏHƏT GÖR:

367