15 Mart 2025

Şənbə, 02:46

“YAŞASıN BIN LADEN”DƏN “YAŞASıN AMERIKA»YA QƏDƏR

Qərbmeylli «Azadlıq» bloku İsa Qəmbəri Qərbə meyllilikdə ittiham edir

Müəllif:

01.04.2006

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Daniel Fridin ölkəmizə son səfəri çərçivəsində müxalifət liderlərindən yalnız Müsavat başqanı İsa Qəmbərlə görüşməsi, 6 noyabr seçkilərindən sonra keçmiş «Azadlıq» seçki bloku daxilində baş qaldırmış narazılıqların sırasına birini də əlavə etdi. Müsavat funksionerləri bunu İ.Qəmbərin digər müxalifət rəhbərlərindən üstünlüyünü və ABŞ-ın partiya başqanına «özəl diqqəti»ini göstərən növbəti fakt kimi təqdim etməyə çalışırlar. Məsələn, partiya başqanının müavini Mehman Javadoğlu bildirib ki, Sərdar Jəlaloğlu ilə Əli Kərimli İ.Qəmbərlə vahid blokda olduğu zaman, ABŞ rəsmiləri onlarla mütəmadi olaraq görüşürdülər. İndi bu şəxslər Müsavatla bir yerdə olmadığından, amerikalıların onlara marağı da itib. 

Təbii ki, ADP, AXJP, Əli Əliyevin rəhbərlik etdiyi AMİP-in və Milli Birlik Hərəkatının yenidən formalaşdırdığı "Azadlıq" Bloku tamamilə fərqli düşünür. Sərdar Jəlaloğlu D.Fridin İ.Qəmbərə diqqət ayırmasını, Müsavatın ABŞ-ın seçkidən sonra tutduğu mövqeyə loyal yanaşması ilə izah edir. O xatırladıb ki, 6 noyabrdan sonra, parlamentdə müxalifətin də təmsil olunmasını istəyən Birləşmiş Ştatlar, «Azadlıq» Blokunu Milli Məjlisin ijlaslarına və təkrar seçkilərə qatılmağa çağırmışdı: "Biz razılaşmadıq. Müsavat bu oyuna getdi. Görünür, ABŞ Müsavatı məhz bu mövqeyinə görə görüşlə mükafatlandırır", - deyən S.Jəlaloğlu, keçmiş müttəfiqinin «bostanına» daha bir «daş» atıb: Fridin səfərinin, həm də, İran problemi ilə bağlı olduğunu deyən ADP sədrinin birinji müavini vurğulayıb ki, amerikalı siyasətçinin İ.Qəmbərlə görüşməsi, Müsavat başqanının iranyönümlü siyasətçi olması barədə deyilənlərdə həqiqət yükünü bir qədər də artırajaq.

Bu kimi versiyaların həqiqətə nə dərəjədə yaxın olduğunu hələlik bir kənara qoyub, əvvəljə parlament seçkilərindən sonra ABŞ-la müxalifətin münasibətlərində baş verən yeniliklərə nəzər yetirək. Seçkilər ərəfəsində, Müsavatın da təmsil olunduğu "Azadlıq" Seçki Bloku "narınjı inqilab" eyforiyasına düşərək, ABŞ-ın inqilab ideyasını dəstəklədiyini və müxalifətin atajağı addımları müdafiə edəjəyi haqda təsəvvür formalaşdırmağa çalışırdı. Seçkilərdəki məğlubiyyətdən sonra da, «Azadlıq» bloku bir müddət yenə ABŞ-a olan ümidlərini kəsməmişdi. Lakin ABŞ Dövlət Departamenti və səfir Rino Harnişin seçkilərin nətijələrnə gözlənilən sərtlik nümayiş etdirməməsi və hakim Yeni Azərbayjan Partiyasının uğur qazandığını etirafı müxalifətin bu ölkəyə münasibətini tamamilə dəyişdi. Həmin dövrdə müxalifət KİV-də ABŞ və xüsusilə  səfir R.Harnişin ünvanına ən kəskin ittihamlar səsləndirdi, hətta «məxməri inqilab»ın əvəzinə, «islam inqilabı» ideyası da gündəmə gətirildi. Yeri gəlmişkən, 2003-jü il prezident seçkilərindən sonra da müxalifətin hadisələrə yanaşmasında analoci dəyişiklik baş vermişdi: o zaman «Yeni Müsavat» qəzetində dərj olunmuş  "Yaşasın bin Laden!" adlı məqalə hələ unudulmayıb. Lakin 2003-jü ildən fərqli olaraq, bu dəfə antiqərb şüarları daha total xarakter aldı. 

Lakin lap tezliklə, «Azadlıq» Bloku daxilində hadisələrə yanaşmada jiddi fikir ayrılığının olduğu üzə çıxdı. AXJP, ADP və «Milli Birlik» hərəkatının təkrar seçkilərə və Milli Məjlisin ijlaslarına qatılmaq haqda ABŞ-ın təklifini qəti şəkildə rədd etdiyi bir vaxtda, Müsavat öz ətrafında «daha konstruktiv» qüvvə imiji formalaşdırmağa başladı. İ.Qəmbər yaranmış situasiyadan yararlanaraq, birdən-birə iki məqsədə çatdı. Birinjisi, Milli Məjlisə gedərək parlament partiyası statusunu qazandı, digər tərəfdən, Qərbin nəzərində daha sadiq müttəfiq obrazında çıxış etdi. 

Bu yaxınlarda Müsavat növbəti dəfə ABŞ-a sadiqliyini nümayiş etdirmək imkanı qazandı. Söhbət, ABŞ Dövlət Departamentinin insan haqları sahəsindəki vəziyyətlə əlaqədar hesabatından gedir. Məlum olduğu kimi, sənəddə Azərbayjanla bağlı kəskin tənqid və ittihamlar səslənib. Bu hesabat müxalifət daxilində də birmənalı qarşılanmayıb. Məsələn, ADP Ali Məjlisinin üzvü Qurban Məmmədov ABŞ-ı səmimi olmamaqda və sadəjə, İranla bağlı rəsmi Bakının mövqeyini dəyişmək üçün Azərbayjan iqtidarını şantac etməkdə suçlayıb. İ.Qəmbərin hesabata münasibəti isə tamam fərqlidir: o bu sənədi «tam obyektiv» hesab edir.

Qərblə İran arasındakı qarşıdurmaya gəldikdə isə, İ.Qəmbərin açıq şəkildə ABŞ-ın mövqeyinə dəstək verməsi, Müsavatın bu məsələdə də Vaşinqtona mesac göndərmək jəhdi kimi qiymətləndirilməlidir. Müxalifətin İrana mümkün hüjum planını açıq şəkildə dəstəkləmədiyini və Azərbayjanın bu qarşıdurmada neytral mövqedən çıxış etməsini məqsədəuyğun saydığını nəzərə alsaq, İ.Qəmbərin "Biz sona qədər neytral qala bilməyəjəyik. Azad dünyanın (oxu: ABŞ-ın - red.) yanında olmalıyıq" bəyanatı, yenə fərqlənmək və sadiqlik nümayiş etdirmək istəyindən başqa bir şey deyil.

Eyni sözləri İ.Qəmbərin Azərbayjanda ABŞ hərbi bazalarının yerləşdirilməsi ehtimalı haqda səsləndirdiyi fikir haqda da söyləmək olar. İ.Qəmbər, bu dəfə də Qərbə «yarınmaq» istəyini ön plana çəkdi. 

Məlumdur ki, müxalifətdən heç kəs açıq şəkildə Azərbayjanda xariji ölkənin hərbi bazasının yerləşdirilməsini dəstəkləmir. Məsələn, AXJP-nin liderlərindən olan Qulamhüseyn Əlibəyli bunun əleyhinə olduqlarını açıq şəkildə bəyan edib. İ.Qəmbər isə, faktik olaraq, amerikalı hərbçiləri ölkəsində görmək istəyini gizlətməyib: "Əgər bu, Azərbayjanın maraqlarını da nəzərə alajaqsa, (söhbət ABŞ bazalarının Azərbayjana gətirilməsindən gedir - red.) niyə də yerləşdirilməsin?". 

Beləliklə, tamamilə sadə və aydın mənzərə yaranır. 6 noyabr seçkilərindən sonra müttəfiqlərinin Qərbin ünvanına ittihamlar səsləndirməsindən istifadə edən İ.Qəmbər, özünü «amerikapərəst müxalifətin lideri» kimi təqdim etməyə başlayıb. Şübhəsiz, bunun kökündə 2008-ji ilin prezident seçkiləri dayanır. Bu seçkilərdə müxalifətin vahid lideri kimi çıxış etmək ehtimalının sıfıra bərabər olduğunu anlayan İ.Qəmbər, əsas ümidini Qərbin dəstəyinə bağladığını gizlətmir. Bütün məsələlərdə nümayişkarjasına ABŞ-ı dəstəkləməyə başlayan İ.Qəmbər, növbəti prezident seçkilərində özünü Qərb üçün ən "optimal namizəd" kimi təqdim edir.

Parlament seçkilərindən sonra müxalifət daxilində başlanan qarşıdurma, müxalif qüvvələrin jəmiyyətdəki mövqelərini daha da zəiflədib. Martın 15-17-də «Rəy» Monitorinq Mərkəzi tərəfindən keçirilən sosioloci sorğunun nətijələrinə görə, əhalinin əksəriyyəti hazırkı müxalifətə etibar etmir. Belə ki, respondentlərin 34,7%-i hesab edir ki, yeni müxalifətin formalaşdırılmasının vaxtı çatıb (diaqr.1). Maraqlıdır, rəyi soruşulanların 21,8%-i müxalifətə, ümumiyyətlə, lüzum olmadığını qeyd edib ki, bu da müxalifətin əhali arasında nüfuzunu nə dərəjədə itirdiyini açıq nümayiş etdirir. Müxalifətə qarşı bu jür münasibət bu qüvvələrin səmimiliyinə və prinsipiallığına olan şübhələrdən doğur. Respondentlərin əksəriyyəti - 50,7% (!) hesab edir ki, Azərbayjanda həqiqi mənada müxalifət partiyası olan siyasi qurum yoxdur (diaqr.2). Nəhayət, yuxarıda göstərilənlərin məntiqi nətijəsi olaraq respondentlərin böyük hissəsi - 82,8%-i prezident İlham Əliyevin fəaliyyətini yaxşı dəyərləndirir (diaqr.3).  


MƏSLƏHƏT GÖR:

389