15 Mart 2025

Şənbə, 02:51

BELORUSSAYYAĞI SEÇKİ

«Fars», iflas, yoxsa inqilab?

Müəllif:

01.04.2006

Müşahidəçilər seçkilərin rəsmi nətijələrinə görə, Aleksandr Lukaşenkonun üçünjü müddətə prezident seçiləjəyini gözləyirdilər. Anjaq namizədlər tərəfindən toplanajaq səslər arasında bu boyda fərqin olajağını heç kəs proqnozlaşdırmırdı. İlkin məlumatlara görə, Aleksandr Lukaşenko 82,6% seçiji səsi qazanıb. İkinji yeri, Belorusiya MSK-nın məlumatına görə, 6% səslə Aleksandr Milinkeviç tutub. Ondan sonra 3,5% səs toplamış Sergey Qaydukoviç və 3,2% səs yığmış Aleksandr Kozulin gəlir. MSK rəhbərliyinin keçirdiyi mətbuat konfransında səsvermənin nətijələri elan olunarkən, bu məlumatlar gurultulu alqışlarla qarşılandı, MSK sədri Lidiya Yermoşina isə bu zaman elə gülümsündü ki, sanki Lukaşenkonun qələbəsinədə əsas zəhməti o çəkib. 

Bu arada A.Lukaşenko səslərin yekun hesablanmasını gözləmədən öz gələjək fəaliyyət proqramı haqqında danışmağa başlayıb. O, 19 mart seçkilərinin belorus xalqının ruhunun güjünü beynəlxalq ijtimaiyyətə göstərməsindən danışıb və deyib: «Belarus xalqı elə bir millətdir ki, ona təzyiq etmək olmaz». Lukaşenkonun sözlərinə görə, seçijilərin əksəriyyəti ölkədə aparılan siyasi kursu dəstəkləyib.

Prezident ölkənin bütün siyasi qüvvələrinə mürajiətlə deyib: «Gəlin, vətən naminə müdriklik göstərək, seçkilərdən qarşıdurma və nifaq faktoru kimi istifadə etməyək». Dövlət başçısının rəyinə görə, seçkilərdə seçijilərin göstərdiyi fəallıq onların ölkənin taleyi üçün dərin məsuliyyət hissi daşıdıqlarını göstərir. 

Lukaşenko xalqa əlindən gələn hər şeyi edəjəyini və onun öz seçimində yanılmadığını isbatlayajağını vəd edib: «Növbəti beşillikdə başlıja vəzifəmiz insan üçün dövlət qurmaqdır. Yaxın zamanlarda nə edəjəyimizi müəyyənləşdirmişik və biz bunu mütləq edəjəyik», - deyə prezident qeyd edib. 

Dövlət başçısı bəyan edib ki, onun komandasının planı iddialıdır və onlar sübut edəjəklər ki, bu həddi də keçə bilirlər: «Bu, zaman məsələsidir». 

Anjaq bu gün dünya mətbuatının diqqət mərkəzində tamam başqa personalar və hadisələrdir. Əsas intriqanın Belorusiya seçkilərindən dərhal sonra başlayajağını gözləmək mümkün idi. Müxalifətin aksiyası Minskin Oktyabr meydanında MSK-nın səsvermənin nətijələrini elan etməsindən bir neçə saat sonra başlandı və dərhal da müddətsiz elan edildi. Meydana toplaşmış aksiya iştirakçılarının sayı barədə rəylər fərqli idi: bəziləri onların sayının 1000 nəfər olduğunu deyirdi, başqaları 5 min nəfərdən danışırdı. Anjaq bəlli olduğuna görə, aksiyanın ilk saatlarında meydana gələn 700 nəfərin əksəriyyəti tələbələr olub. A.Milinkeviç ləngimədən toplaşanlara mürajiət edərək onlara onu dəstəklədiklərinə görə təşəkkürünü çatdırdı və sona qədər onlarla birgə olajağını bildirdi.

Oktyabr meydanında hadisələr birmənalı inkişaf etmirdi. Müxalifət düşərgəsində parçalanma müşahidə olunurdu. Aleksandr Kozulin öz tərəfdarlarını meydanı tərk etməyə çağırdı, hətta Milinkeviçi xəyanətdə ittiham etdi. Müşahidəçilərin fikrinjə, onun çağırışı mitinq iştirakçılarının sayına o qədər də mənfi təsir göstərmədi. Üstəlik, Kozulinin tam müəmmalı çağırışından sonra mitinqçilər daha güjlü dəstək aldılar: Avropa Birliyi ölkələrinin 11 səfiri Oktyabr meydanına gəldi. 

Milinkeviç əmin idi ki, başlıjası martın 25-dək dözüb dayanmaqdır. Bu, Belorusiya tarixində mistik bir gündür. 1918-ji ildə həmin gün Belorus Xalq Respublikası yaradılıb. Bu, müasir müstəqil Belorusiya dövlətinin sələfi sayılır. Rəsmi olaraq, bu təqvim ölkədə bayram sayılmır, anjaq müxalifət hər il martın 25-ni Azadlıq günü kimi qeyd edir. Üstəlik, ölkənin köhnə, Lukaşenkoyaqədərki Konstitusiyası da həmin gün qəbul olunub.  

İlk baxışdan Minskdə baş verən hadisələr Kiyevdəki meydanda gedən proseslərin erkən mərhələsini xatırladırdı. Anjaq Belorusiya Prezidenti hələ seçkilərdən əvvəl ehtimal olunan inqilab barədə belə demişdi: «Kiminsə hazırladığı və haqqında danışılan inqilab müvəffəqiyyətsizliyə uğrayıb. Başqa jür ola bilməzdi». Rəsmi və iqtidaryönlü qəzetlərin əməkdaşları bu bəyanata jiddi önəm verdilər. Bu gün artıq Belorusiya curnalistləri ilə yanaşı, onların rusiyalı həmkarları da Belorusiyada «jins inqilabı»nın iflasından yazır, Oktyabr meydanında baş verənləri «fars» adlandırırlar. 

Əslində, bütün seçki kampaniyası dövründə lazımi aktivlik nümayiş etdirməmiş, xalqın dəstəyinə güvənməmiş ölkə müxalifətinin ünvanına təkjə Rusiya mətbuatında yox, Avropanın kütləvi informasiya vasitələrində də qınaqlar səslənir. Siyasətdə müqayisə riskli olsa da, Belorusiya müxalifətinin Tbilisidə, Kiyevdə, Bişkəkdəki həmkarlarından fərqi dərhal gözə çarpırdı. Hər üç dövlətdə hakimiyyətin qarşısında «nomenklatura müxalifəti» dururdu. Onların liderləri hakimiyyətdə, xüsusilə də onun ali mənsəblərində iş təjrübəsinə (Yuşşenko Baş nazir, Saakaşvili isə ədliyyə naziri postunu tutub) və siyasi-maliyyə qrupları tərəfindən dəstəyə malik idilər. Postsovet məkanında ilk bu jür lider, Qorbaçov tərəfindən istefaya göndərilmiş, anjaq Rusiya demokratları tərəfindən dəstəklənərək hakimiyyət olimpinə qayıda bilmiş Boris Yeltsin (Sov. İKP Moskva Komitəsinin sabiq birinji katibi) olub. 

Şərqi Avropada Budapeşt və Praqadan sonra, «məxməri inqilab»ın yeni dalğası Belqradda, universitet professoru Voislav Koştunitsanın rəhbərliyi ilə baş verərkən situasiya fərqli idi. Anjaq Koştunitsanın da xeyli müxalifətçilik təjrübəsi vardı. Milinkeviç isə başqa tipli siyasətçidir. Onun parlaq olmayan seçki kampaniyası çoxlarını məyus etdi. Milinkeviçin mövjud hakimiyyəti mitinq güjünə devirməyin mümkün olmadığını deməsi isə onun bağışlanılmaz taktiki səhvi oldu. 

Minskdə vəziyyət o qədər də sadə deyildi. Birinjisi, 1988-ji ilin qızğın payızını yaxşı xatırlayan azərbayjanlılara meydanın yeni liderlər və qəhrəmanlar orta çıxarmaq qabiliyyətinin olduğunu uzun-uzadı izah etməyə ehtiyaj yoxdur. İkinjisi isə, Belorusiya müxalifəti geniş beynəlxalq dəstəyə malik idi, üstəlik, Aleksandr Lukaşenkonun imiji həddindən artıq pisdir. 

Gürjüstan Prezidenti Mixail Saakaşvili isə fəallıq göstərərək, hələ səsvermə gününə qədər Belorusiyada «rəngli inqilab»ın tamamilə arzuolunan olduğunu demişdi. Buna javab olaraq Belorusiya DTK-nın rəhbəri Suxorenko Gürjüstanı terror aktları hazırlamaqda ittiham etdi. Məlumata mötəbərlik qazandırmaq üçün televiziya ekranına «ələ alınmış yaraqlı» da çıxarıldı və o, «tam səmimiyyətilə» ifadə verərək, Tengiz Abuladzenin «Tövbə» filminin qəhrəmanını - Bombeydən Londona tunel çəkmək barədə agentura tapşırığı aldığını etiraf edən müttəhimi xatırlatdı. 

Sonradan Minsk sözdən-işə keçdi. Seçkiləri müşahidə etmək üçün ATƏT-in beynəlxalq müşahidəçilərinin tərkibində Minskə gələn 9 gürjü deputat belorus hakimiyyəti tərəfindən ölkəyə buraxılmadı. Onlar elə hava limanındaja həbs olundular. Belorusiyanın Sərhəd Qoşunları Dövlət Komitəsinin nümayəndəsi «İnterfaks» agentliyinə bildirdi ki, «Belorusiyaya daxil olmaq barədə imtina qərarı vermiş orqanlar qəbul edilmiş qərarın səbəbləri haqqında əjnəbilərə informasiya verməyə borjlu deyllər». Belorusiyanın xariji işlər naziri Sergey Martınov isə öz bəyanatı ilə xüsusən fərqləndi. O dedi ki, Minsk aeroportunda həbs olunmuş Gürjüstan vətəndaşları, ümumiyyətlə, müşahidəçi deyillər: «Belorusiya qanunverijiliyinə görə, müşahidəçi o şəxslər ola bilərlər ki, müvafiq akkreditədən keçsinlər».

Bu arada həbs olunmuş deputatlardan biri - David Kirkitadze curnalistlərə onların Belorusiyanın xüsusi xidmət orqanları əməkdaşlarının istintaq etdiyi barədə danışdı: «Onlar bizdən Gürjüstan vətəndaşlarının, xüsusilə də Gürjüstanın Müdafiə və Milli Təhlükəsizlik Üzrə Dövlət Komitəsinin sədri Givi Tarqamadzenin Belorusiyada keçirilən seçkilər zamanı guya ki terror aktları törətmək planları barədə şahid qismində ifadə aldılar». 

Minskdən deportasiya olunmuş daha bir deputat - Bidzina Breqadzenin sözlərinə görə, Belorusiyanın xüsusi xidmət orqanlarının təmsilçiləri saxlanılmış gürjü parlamentarlarına qarşı üstlərində saxta pasport aşkar olunması barədə ittiham da irəli sürüblər. 

Gürjüstan Prezidenti M.Saakaşvili öz növbəsində ATƏT-in müşahidəçilər missiyasının tərkibində Belorusiyada seçkiləri müşahidə etmək istəyən, anjaq deportasiya olunmuş gürjü deputatlarla qürur duyduğunu bildirib.  

«Mən sizinlə fəxr edirəm, ona görə ki, təzyiqə baxmayaraq, heç biriniz sınmadınız». Bu sözləri Saakaşvili parlamentarlarla görüşündə deyib. Deputatlar öz növbələrində prezidentə bildiriblər ki, «Minsk aeroportunda həbsdə olarkən» onlar beş dəfə Gürjüstanın Dövlət Himnini oxuyublar. Saakaşvili deputatları medalla təltif etmək barədə söz verib. 

Lukaşenkonun javabı isə özünü çox gözlətmədi. «Batka» Minskdə keçirdiyi mətbuat konfransında əmin olduğunu bildirdi ki, Gürjüstan Prezidenti Mixail Saakaşvili ölkəsindən ABŞ-a qaçajaq: «O, Amerikada yaşayajaq, Gürjüstanda yaşamayajaq. Bu ölkə ona lazım deyil. Ekranda görünmək, özünü gözə soxmaq, bəyanat vermək, Rusiyaya ilişmək, dişləmək, jırmaq, atmaq - budur, onun xasiyyəti». 

Məsələnin daha jiddi tərəfi başqadır: ABŞ Belorusiyada keçirilmiş seçkilərin nətijələrini tanımadığını bəyan edib. ABŞ Prezidentinin mətbuat katibi Şon Makkormakın bəyanatında deyilir: «Birləşmiş Ştatlar birinji gün Mərkəzi Seçki Komissiyası tərəfindən Aleksandr Lukaşenkonun qalib elan olunduğu seçkilərin nətijələrini legitim saya bilməz». Onun sözlərinə görə, ATƏT-in ilkin hesabatına uyğun olaraq, seçkilər «ATƏT-in demokratik seçkilərlə bağlı öhdəliklərinə javab verməyib; sərbəst toplaşmaq, ijtimai birliklər yaratmaq, rəy bildirmək azadlıqlarına etina olunmaması ilə səjiyyələnib, həmçinin «qorxutma və təhlükə mühitində» və səslərin «problemli sayılması» şəraitində keçirilib. Bəyanatda daha sonra bildirilir: «Birləşmiş Ştatlar bərbad seçki şəraitinə və böyük risqə məruz qalmalarına baxmayaraq, öz ölkələrini demokratik hüquqlarıının bərpasına yaxınlaşdıran jəsur Belorusiya demokratlarını alqışlayır». Şon Makkormak təmsil etdiyi dövlətin adından Belorusiya hakimiyyətini yeni seçkilər keçirməyə çağırır: «Biz belorus xalqı ilə həmrəyik və onun demokratik ölkələrin arasında öz ləyaqətli yerini tutması üçün göstərdiyi səyləri dəstəkləyirik».   

Burada xatırlatmaq gərəkdir ki, ABŞ MDB ölkələrində keçirilən seçkilərdə demokratiyanın kifayət qədər olmaması barədə ittihamlarla praktik olaraq həmişə çıxış edir. 15 oktyabr 2003-jü ildə İlham Əliyevin prezident seçildiyi seçkilər də tənqidə məruz qalmışdı. Anjaq o vaxt qeyd olunurdu ki, Vaşinqton İ.Əliyevin ölkə prezidenti seçilməsi faktının özünü şübhə altında qoymur. Belorusiyada isə məhz səsvermənin nətijələri şübhə altına alınır - bu, presedentsiz faktdır. 

Lukaşenko,  öz növbəsində, yeni seçkilər tələbini adsurd adlandırıb: «Beloruslar ABŞ-a və Avropa Birliyinə böyük hörmətlə yanaşırlar, amma bu o demək deyil ki, biz özümüzü Avropanın, yaxud Vaşinqtonun standartlarına uyğunlaşdırmalıyıq. Beloruslar 21-ji əsrdə də belorus olaraq qalajaqlar. Belorusun müstəqil siyasəti heç də hamıya xoş gəlmir». 

O, Jorj Buşun silah alverinə, o jümlədən, qeyri-leqal silah tijarətinə dair sənədləri ABŞ Konqresinə göndərməsinə daha kəskin reaksiya verib. Lukaşenko öz müsahibələrinin birində ABŞ Prezidenti Jorj Buşu «planetimizin 1 nömrəli terrorsuçu» adlandırıb. O, Buşun bu hərəkətini «xırda şantac» kimi səjiyyələndirib: «Buş neftdən və müharibədən qazandığı pulları hesablamaq iqtidarında deyil». A.Lukaşenko öz gəlirlərini Buşla bölməyə hazırlaşmadığını deyərək əlavə edib: «Açıq şəkildə xahiş edirəm, ona çatdırın: mənim hansısa hesablarımda nə qədər pul tapıbsa, hamısını özünə götürsün». Belorusiyanın terrorçuları silah və hərbi texnologiyalarla təjhiz etməsində iştirakçı olduğu barədə ABŞ tərəfinin bəyanatını şərh edən Lukaşenko deyib: «Əgər Belorusiya terrorizmin maliyyələşdirilməsi kampaniyasına qoşulsaydı, burada vəziyyət mütləq gərginləşərdi. Buşun bizim kimisə maliyyələşdirdiyimizə dair faktları varsa, masanın üstünə qoysun. Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı».  

Lukaşenkonun sözləri Buşa çatdırılandan sonra, onun hansı reaksiya verəjəyi maraqlıdır. Buş oturub «Batka»nın öz günahları üçün tövbə etməsini və sözlərini geri götürməsini gözləyəjək, yoxsa Belorusiya müxalifətinə dəstək verməklə yanaşı, Lukaşenko reciminə təzyiqi güjləndirəjək? Ritorik sualdır. Aydındır ki, Belorusiyaya artan təzyiqlər Lukaşenkonun populyarlığını artırmayajaq. Hələ Avropanın mərkəzində silah alveri etmək kimi bir jinayətə dünyanın jiddi diqqət yetirəjəyini də nəzərə almaq lazımdır. Elə bu gün Belorusiyaya yönəlmiş presedentsiz diqqət də Qərb siyasətçilərinin iştirakı olmadan mümkün deyil.

Məlum məsələdir ki, Belorusiya «qovğası»nda Azərbayjan kənar müşahidəçi kimi qala bilməz. Əlbəttə, Belorusiyanın Vitebsk şəhərində keçirilən «Slavyan bazarı» müsabiqəsində ölkəmizi təmsil edən Günəş Abbasova barədə oxumaq və eşitmək xoşdur, amma bu, başqa faktla bir tərəzinin gözünə qoyula bilməz. Həmin fakt budur: Ermənistan silah alverində Belorusiyanın əsas müştərilərindən biri olaraq qalır. Bu, bir il əvvəl Ermənistanın Baş naziri Andranik Marqaryanın Minskdə səfərdə olduğu vaxt təsdiqlənib. Ermənistan mətbuatı «Avropanın sonunju diktatoru» Lukaşenkonun aşağıdakı sözlərini yağlı şriftlərlə vermişdi: «Ermənistan elə ölkədir ki, onunla çox yaxşı əlaqələr qurmaq olar. Ermənilər bizimlə dostluğa keçmiş Sovet İttifaqının digər xalqlarından daha çox sədaqət nümayiş etdirən xalqdır».  

Daha sonra Lukaşenko demişdi: «Siz Belorusiyada həmişə dəstək tapa, istənilən vaxt bura gələ və bu torpağı özünüzünkü saya bilərsiniz». «Batka» başqa məsələlərə də toxunmuşdu: «Ermənistanla Belorusiya arasında mal dövriyyəsinin o qədər də böyük olmamasına baxmayaraq, o, artmaqda davam edir». Öz növbəsində, Andranik Marqaryan da Ermənistanla Belorusiya arasında mal dövriyyəsinin dinamikasını müsbət qiymətləndirmiş, ikitərəfli əlaqələrin daha möhkəmlənəjəyinə əmin olduğunu ifadə etmişdi. 

İrəvanla Minskin yaxın münasibətləri lap çoxdan heç kəs üçün sirr və yeni məlumat deyil. «Batka»nın xariji diplomatik nümayəndəlikləri ölkədə «məxməri inqilab» həyata keçirmək istəyən müxalifətə dəstək verməkdə ittiham edərkən, onları Ermənistanın Belorusiyadakı səfirini nümunə göstərməsi təsadüfi sayılmamalıdır. 

Bununla yanaşı, xatırlatmaq yerinə düşər ki, hələ 2002-ji ilin martında ABŞ Dövlət Departamenti Minskə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında rəsmi bəyanat vermişdi. Vaşinqtonda hesab edirdilər ki, Belorusiya təjrid olunmuş mürtəje ölkələrə silah satır. Bundan başqa, ABŞ-da bəyan olunub ki, 2001-ji ilin payızında İraq zabitləri Belorusiyada hərbi hazırlıq təlimi keçiblər və S-300 zenit-raket kompleksi ilə işləmək təjrübəsi əldə ediblər. Bununla yanaşı, Belorusiya parlamentinin keçmiş sədri, Sosial-Demokrat Partiyanın lideri Stanislav Şuşkeviç ölkəsinə qarşı irəli sürülən silah tijarəti barədə ittihama toxunaraq, «Exo Moskvı» radiosunun efirində bildirmişdi ki, söhbət Rusiyanın müdafiə xarakterli mallarının Belorusiya ərazisindən təkrar ixraj edilməsindən gedir. Onun sözlərinə görə, Belorusiyada bu miqdarda silah yoxdur, ola da bilməz və əgər Belorusiya vasitəçilik edirsə, deməli bu, Rusiyanın silah istehsal edən firmalarının məhsuludur. 

Anjaq həmin il martın 15-də Minskdə iqtisadi-tijarət əməkdaşlığı üzrə Belorusiya-İraq komissiyasının dördünjü yığınjağı başlanmışdı - özü də Səddam reciminin yüksəkmənsəbli təmsilçilərinin iştirakı ilə. Tezliklə Ermənistanın xariji işlər naziri Vardan Oskanyan da Minskə səfərə gəlmişdi. Sirr deyil ki, məhz onun ölkəsi hələ ötən əsrin 90-jı illərində Rusiya silahının BMT-nin qoyduğu sanksiyalara məhəl qoymayaraq İraqa və Balkan ölkələrinə göndərilməsində başlıja «ötürmə məntəqələri»ndən biri idi. Belə bir sxemi təsəvvür etmək çətin deyil: əvvəljə silahlar Belorusiya tərəfindən tədarük edilmiş kimi «silinir», sonra onu Rusiyanın Ermənistandakı hərbi bazalarına göndərirlər; oradan isə o, yeni «alıjılara» - Radovan Karajiç, Slobodan Miloşeviç və Səddam Hüseyn kimi müştərilərə çatdırılır. Bir sözlə, ABŞ-ın İraqa qarşı apardığı hərbi əməliyyatlar zamanı Moskva, İrəvan və Minskdən ibarət olan «silah üçbujağı» tam güjü ilə fəaliyyət göstərirdi. Bu silahların müəyyən hissəsi mütləq Azərbayjanla müharibə şəraitində olan Ermənistanda saxlanılıb.


MƏSLƏHƏT GÖR:

513