15 Mart 2025

Şənbə, 02:43

YUMRUQ KİMİ BİRLƏŞMƏYƏ DOĞRU İKİNJİ CƏHD

Dünya Azərbayjanlılarının İkinji Qurultayı nə ilə nətijələndi?

Müəllif:

01.04.2006

Ermənistana pressinq davam edir

Martın 16-da Bakıda Dünya Azərbayjanlılarının İkinji Qurultayı keçirildi. Ali tədbirdə, 1000 nəfər xariji ölkələrdən olmaqla, 2000-dən artıq nümayəndə və qonaq iştirak etdi. Ölkə Prezidenti İlham Əliyev qurultayda Qarabağa dair növbəti kəskin bəyanat verdi, Azərbayjanın hərbi büdjəsinin Ermənistanın dövlət büdjəsinin həjminə çatdırılajağını vəd etdi. Dövlət başçıçısı bununla da işarə etdi ki, Ermənistan konstruktivlik nümayiş etdirməsə, Azərbayjan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar prosesində tutduğu mövqeyə yenidən baxa bilər. «Danışıqlar 12 ildir davam edir, anjaq heç bir nətijə yoxdur. Əgər biz qərara alsaq ki, bu proses imitasiya səjiyyəsi daşıyır, o zaman onda iştirakdan imtina edəjəyik. Danışıqlar əbədi ola bilməz», - deyə prezident bəyan etdi. 

Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, məjburi köçkünlər üçün qəsəbələrin tikilməsinə baxmayaraq, hazırda erməni işğalı altında olan Azərbayjan rayonlarının bərpası ilə də məşğul olmaq lazım gələjək: «Erməni vandalları bütün evləri, qəbiristanlıqları, məktəbləri, məsjidləri, tarixi abidələri məhv ediblər. Bu vəhşilikdir. Biz öz torpaqlarımızı azad edəndən sonra bu regionları yenidən bərpa edəjəyik. Bizim iqtisadiyyatımız buna imkan verir». 

Dünyanın aparıjı kütləvi informasiya vasitələri prezident İlham Əliyevin bəyanatına geniş yer ayırdı; Rusiyada çıxan «İzvestiya» qəzeti isə onun sözlərini «Günün sitatı» rubrikasına çıxardı. 

Beləliklə, prezident İlham Əliyev nümayiş etdirdi ki, Qarabağ münaqişəsinin həlli məsələsində o, 8 milyonluq ölkənin yox, 50 milyonluq xalqa arxalanır. 

Bu, prezident Əliyevin üçünjü sərt bəyanatıdır. Bundanəvvəlki bəyanatlardan biri Ermənistan rəhbəri ilə Rabuyedə keçirilən görüşdən bir az önjə, digəri isə İlham Əliyevin ilk dəfə səfərdə olduğu Dağlıq Qarabağ ərazisində səslənmişdi. Prezidentin dünya azərbayjanlılarının qurultayında verdiyi bəyanat ABŞ təmsilçiləri Daniel Frid və Stiven Mannın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair İrəvanda danışıqlar apardıqları vaxta və ATƏT-in Minsk Qrupu həmsədrlərinin İstambulda keçiriləjək görüşü ərəfəsinə təsadüf edirdi. Əslində, bunu təsadüf kimi qiymətləndirməmək daha doğru olar. Azərbayjan prezidentinin istər Rambuye görüşündən, istərsə də vasitəçilərin İstambul sammitindən əvvəl kəskin bəyanatlarla çıxışı rəsmi Bakının Qarabağ münaqişəsinin həllinə dair mövqeyini həm Ermənistan rəhbərliyinin, həm də ATƏT nümayəndələrinin nəzərinə çatdırmaq məqsədi daşıyır. 

Azərbayjan rəhbərinin bəyanatından sonra Ermənistanın təbliğat maşını onun əhəmiyyətini nə qədər azaltmağa çalışsa da, erməni ijtimaiyyəti çaşqın vəziyyətdədir. Aprelin 3-6-da Parisdə keçiriləjək 1-ji ümumdünya erməni konqresinin təşkilat komitəsinin rəsmi məlumatına görə, bu tədbir ermənilərin ərazi və milli maraqlarının qorunmasına yönələjək.  Konqresin gedişində ermənilərin problemlərinə dair müzakirələr aparılajaq, eləjə də erməni diasporunun vəziyyəti təhlil ediləjək. Açıq-aşkar görünür ki, bu, ermənilərin dünya azərbayjanlılarının qurultayına javab reaksiyasıdır. Anjaq fakt göz önündədir: Azərbayjan iqtisadiyyatı böyük vüsətlə inkişaf edir və 2007-ji ildə olmasa da, 2008-ji ildə ölkənin hərbi büdjəsinin həjmi Ermənistanın bütünlükdə dövlət büdjəsindən artıq olajaq. Hətta prezident Robert Köçəryanın emosional joşğunluqla Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləjəyi barədə verdiyi bəyanat da ermənilər arasındakı təlaşı səngidə bilmədi. Üstəlik, Köçəryanın bəyanatı ATƏT-in Minsk Qrupu həmsədrləri və ABŞ tərəfindən sərt tənqidə məruz qaldı. 

 

İran səfirinin savadsız qalmaqalçılığı?

İran İslam Respublikasının Azərbayjandakı səfirinin Azərbayjanın ünvanına real hədələrlə çıxış etməsi ilə bağlı yaranan «İran qalmaqalı» şokediji effekt verdi. İranın Bakıdakı səfirliyi ölkəmizin Xariji İşlər Nazirliyinə  martın 16-da keçirilən Dünya Azərbayjanlılarının 2-ji qurultayında «antiiran bəyanatları»nın səslənməsi ilə bağlı etiraz notası göndərdi. Səfirliyin press-relizində qeyd olunur ki, notada qurultayın işində «İrana qarşı olan ünsürlər»in iştirakından və onların «İranın daxili işləri» ilə bağlı «təxribatçı çıxışlar»ından dərin təəssüf hissi ifadə olunub. Səfirlik iki qardaş ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirən bu addımları pisləyir və bu kimi bəyanatları 2002-ji ildə Tehranda imzalanmış dostluq münasibətləri və əməkdaşlığın prinsipləri barədə sazişin müddəalarına əsasən Azərbayjanın öz üzərinə götürdüyü öhdəliklərə zidd sayır. İran səfirliyi, həmçinin, qurultayda 1828-ji ildə bağlanmış Türkmənçay müqaviləsinə istinad olunmasından və Azərbayjanın ikiyə bölünmüş ölkə olmasının xatırladılmasından da «təəjjübləndiyini»  bildirir. Səfirlik «qətiyyətlə» Azərbayjan tərəfini bu jür hərəkətlərə yol verməməyə, «İrana qarşı olan ünsürlər»in fəaliyyətinin qarşısını almağa və iki ölkə arasındakı dostluq müqaviləsinin müddəalarına riayət etməyə çağırır. 

İranın Azərbayjandakı səfiri Əfşar Süleymani KİV təmsilçiləri tərəfindən İran vətəndaşlarının çıxışlarının İranın daxili işlərinə müdaxilə kimi dəyərləndirməyin düzgün olmadığı barədə verilən replikaya javab olaraq deyib: «Bu çıxışlar Azərbayjanda olub». Süleymani İran hakimiyyətinə qarşı müxalifətdə olan insanların qurultayda iştirakının «yolverilməz» olduğunu söyləyib. Onun sözlərinə görə, qurultay başlanmazdan önjə, o bu məsələni Azərbayjan hakimiyyəti ilə müzakirə edib.

Əslində, bu qədər hiddətli nota vermək üçün İran tərəfində lazımi əsaslar yox idi - qurultayda «antiiran bəyanatları» ilə Azərbayjan hakimiyyətinin nümayəndələri yox, əslən İrandan olan  müxalifətçilər çıxış etmişdilər. İran səfirinin qurultayı tanımaması barədə verdiyi bəyanat isə tamamilə jəfəngdir - çünki qurultayda qəbul olunmuş heç bir sənəddə İran diplomatını bu qədər sərt tonda danışmağa təhrik edə biləjək heç nə yoxdur. 

İran səfiri dünya azərbayjanlılarının qurultayı ilə bağlı verdiyi bəyanatlarla kifayətlənməyərək, növbəti dəfə də nəzakətsizliyə yol verdi və bildirdi ki, İranın sabiq prezidenti Məhəmməd Hatəmi tərəfindən Nizaminin İran şairi olması barədə yazılmış qeydlər tamamilə həqiqəti əks etdirir: «Nizami farsja yazıb-yaradıb, onun Azərbayjan dilində heç bir əsəri yoxdur». Azərbayjan curnalistləri ilə söhbətində Əfşar Süleymanı həmçinin Şəhriyarın da Azərbayjan şairi adlandırılmasına qarşı çıxıb. 

Nizaminin İran şairi olmasını iddia etmək, ən azı, savadsızlıqdır. Parlamentin mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri, professor Nizami Jəfərovun sözlərinə görə, Nizami Gənjəvinin əsərlərində İranı dağıtmış sərkərdə - Makedoniyalı İsgəndər vəsf edilir, İran yazıçılarının bütün əsərlərində isə o, amansız hökmdar kimi təsvir olunur. «Əgər Nizami Gənjəvi İran şairi olsaydı, o da başqa iranlı yazıçılar kimi Makedoniyalı İsgəndərin obrazını yalnız və yalnız mənfi tonda verərdi, vəsf etməzdi. Deməli, Nizami böyük türk şairidir. Ümumiyyətlə, bu böyük şairin bütün əsərləri və yaradıjılığı türk ruhuna bürünüb». 

Azərbayjanın xalq şairi Bəxtiyar Vahabzadə isə İran səfirinin Şəhriyarı İran şairi adlandırmasını bağışlanılmaz qələt sayır: «Şəhriyar iliyinə qədər Azərbayjan şairidir». B.Vahabzadə bildirir ki, Azərbayjanın bütövləşməsi Şəhriyarın ən böyük arzusu idi. 

İran səfirinin bəyanatı onun savadsızlığından xəbər verir. Məhz savadsız adam  Nizaminin Azərbayjan və türk dillərində yazmadığına əsaslanaraq onu İran şairi elan edə bilər. İran diplomatının məntiqinə uyğun olaraq mühakimə yürüdəsi olsaq, onda nə yazıçı Çingiz Abdullayev, nə də akademik Lütfi Zadə azərbayanlı deyillər - çünki birinji öz romanlarını rus dilində yazır, «riyaziyyat qrossmeysteri» adlanan ikinji isə ABŞ vətəndaşı olaraq bütün elmi əsərlərini ingilis dilində qələmə alıb. Anjaq hər ikisi özünü azərbayjanlı sayır. 

Azərbayjanın xariji siyasət idarəsinin İran diplomatının bəyanatına javabı özünü çox gözlətmədi. XİN-in informasiya xidmətinin rəhbəri Tahir Tağızadə İranın Bakıdakı səfirliyinin etiraz notasına bəyanatla javab verdi: «Notadan da  göründüyü kimi, İran tərəfini Dünya Azərbayjanlılarının İkinji Qurultayında səslənən bəzi çıxışlar narahat edib. Bununla bağlı olaraq bəyan edirəm ki, bu, ijtimai təşkilat təmsilçilərinin qurultayı olduğuna görə, onun gedişində səslənən fikirlər onların şəxsi rəyləridir». İki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətləri olduğunu qeyd edən Tağızadə vurğulamağı vajib sayıb ki, diplomatik fəaliyyətin həyata keçirildiyi ölkələrdə səfirlərin emosional çıxış və bəyanatları əməkdaşlığa zərbə vura bilər. 

Bu xoşagəlməz olay o regionda baş verir ki, orada Azərbayjan superdövlətlərin təzyiqi qarşısında duruş gətirir və öz ərazisinin qonşu İran əleyhinə istifadə olunmasına imkan vermir.  

 

Qurultayın qərarları

Dünya Azərbayjanlılarının İkinji Qurultayının yekununda Dünya Azərbayjanlılarının Koordinasiya Şurasının yeni tərkibi təsdiq olundu. Bu şuraya dövlət strukturlarını, diaspora təşkilatlarını təmsil edən, eləjə də Azərbayjan ideyalarının təbliğatı işində xidmətlər göstərən 109 şəxs daxil oldu. Azərbayjan Prezidenti İlham Əliyev Koordinasiya Şurasının sədri seçildi. 

Qurultayın sonunda tədbir iştirakçıları azərbayjanlıların diaspora təşkilatlarının möhkəmlənməsinə, habelə dünya birliyinin Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılmasına yönəlik bir sıra mühüm sənədlər də qəbul etdilər.  

Qurultayın qətnaməsində Azərbayjanın Xariji Ölkələrdə Yaşayan Azərbayjanlılarla İş Üzrə Dövlət Komitəsinə, eləjə də diaspora təşkilatlarına tövsiyə olunur ki, 2011-ji ildə keçiriləjək analoci qurultaya qədər diaspora təşkilatlarının koordinasiyası və birləşdirilməsi istiqamətində iş aparsınlar. Qətnamədə həmçinin, ayrıja götürülmüş hər bir ölkədə vahid diaspora təşkilatının yaradılması, başqa ölkələrdə azərbayjanlıların parlamentdə, dövlət strukturlarında, yerli hakimiyyət orqanlarında daha geniş təmsil olunması üçün müvafiq işlər aparılmasının zəruriliyi qeyd olunur. Bununla yanaşı, diaspora təşkilatlarının materiklər üzrə birləşməsi və azərbayjanlıların Amerika və Asiya konqreslərinin yaradılması məqsədəuyğun hesab edilir. Qətnamədə qərara alınır ki, Azərbayjanın və Türkiyənin diaspora təşkilatlarının fəaliyyət strategiyasının müəyyən olunması üzrə forumun keçirlməsi nəzərdə tutulsun. Müşahidəçilərin də qeyd etdiyi kimi, hətta hadisələrin Azərbayjan üçün ən nikbin inkişafı təqdirində belə, xarijdəki diasporalarımız,  çətin ki, qısa müddət ərzində erməni və yəhudi diasporaları kimi aktiv və güjlü lobbiçilik mexanizmlərinə malik ola bilsinlər. Bizim diasporalar hələlik yeni yığışırlar, nə müvafiq təjrübələri, nə də «daxili təşkilatlanmaları» var. Türkiyə diasporası ilə birgə səylərin birləşdirilməsi mühüm və nümunəvi addım olardı. Azərbayjanlıların forumunun əsas əhəmiyyəti həm də ondadır ki, Litvadan tutmuş Qırğızıstana qədər müxtəlif dövlətlərin kökənjə etnik azərbayjanlı olmayan, anjaq ölkəmizə «peşəkar», bəlkə də «praqmatik» maraq göstərən rəsmi təmsilçiləri də Bakıya gəlmişdilər. Bu, xarijdə yaşayan soydaşlarımızdan da çox, onların yaşadığı dövlətlərin hakimiyyətləri tərəfindən ölkəmizə göstərilən marağın göstərijisidir.


MƏSLƏHƏT GÖR:

426