
“AZƏRBAYCAN ÇEMPİONATININ QIZIL MEDALINI QAZANMAQ VƏ PEKİN OLİMPİADASININ MÜKAFATÇISI OLMAQ İSTƏYİRƏM”
Azərbaycanın bədii gimnastika Olimpində daha bir ulduz parladı
Müəllif: Şahin KAZIMZADƏ Azərbayjan Gimnastika Federasiyasının mətbuat xidməti
O, yanvarın 1-də doğulub. Başlıja həyat kredosu da, sözsüz ki, hər şeydə birinji olmaqdır. Orta məktəbdə oxuyarkən dərslərindən yalnız yaxşı və əla qiymətlər alanda da beləydi, indi də, oxuduğu Bədən Tərbiyəsi İnstitutunda da belədir, idmanda da. 18 yaşına çatarkən Aliyə dünya bədii gimnastikasında yüksək yerlərə iddiasını hər kəsin duya biləjəyi şəkildə bəyan etdi - bu yaxınlarda “Moskva-2006” Qran-prisində həm şəxsi hesabda, həm də turnir finallarının birində 5-ji yeri tutaraq, orada əvvəljədən “kök salmış” liderləri sıxışdırdı.
- Aliyə, hiss edirdinmi ki, Moskva Qran-prisinin kəşfi olajaqsan?
- Əlbəttə, yox. Mən də hamı kimi israrla, müəllimlərimin dedikləri kimi məşq etmişdim. İnanın ki, fikrimdə yalnız bir şey vardı - mümkün olduqja ləyaqətlə və uğurla çıxış etmək. Nə yalan danışım, bir az da özümü tanıtmağı düşünürdüm.
- Anjaq başqa jür alındı. Sənin azarkeşlərin zalda qışqırırdılar, pərəstişkarlar kütləsi səndən avtoqrafı heç də yenidən böyük idmana qayıtmış Kabayevadan az almırdılar.
- Ogünü heç vaxt unutmayajağam. Axı mən medal qazanmağa lap yaxın idim. Anjaq döşəmədə ilk baxışdan kiçik görünən bir yamaq məni mükafatçılar sırasından kənarda qoydu. Mənimlə bir yerdə oturan, yarışboyu məni dəstəkləyən bütün azarkeşlərimə minnətdaram.
- Anjaq bu axı sənin beynəlxalq arenaya ilk çıxışın idi...
- Elədir. Ona görə də Moskvadakı nətijələr mənim üçün hədd deyil. Bu, öz üzərimdə daha da işləmək, başqa yarışlara hazırlaşmaq və yaxşı göstərijilər nümayiş etdirmək imkanı yaradır. Hər şey qabaqdadır. İlin baş turniri - sentyabrda Portuqaliyada keçiriləjək Avropa çempionatı da.
Hər şeyə səbəb bir avtoqrafdır
- Aliyə, nejə oldu, gimnastikaya gəldin?
- Mən bədii gimnastika ilə 5 yaşımdan məşğul oluram. Əvvəljə məni, özü keçmişdə gimnast olan anam Vaselina Əhədovna məşq etdirib. Ona görə də bu gün onu məndə gimnastikaya sevgi yaradan ilk məşqçim sayıram.
Sonra isə mən özüm və anam üçün tamamilə gözlənilməz olaraq Olimpiya Hazırlığı Mərkəzinə düşdüm. Bu nejə baş verdi? Hansısa yarışda avtoqraf almaq üçün İrina Aleksandrovna Vinerə yaxınlaşdım. O isə birdən mənə dedi: “Mənə zəng edərsən”. Və öz vizit kartını mənə uzatdı. Beləjə, onun yanında toplanışda oldum.
- Öz qarşına hansı məqsədi qoymusan?
- Hesab edirəm ki, uğurun əsas təminatı yaxşı və sabit çıxışlardır. Çox çalışajağam ki, Yunanıstanda keçiriləjək Dünya çempionatında bajardıqja uğurlu çıxış edim, orada Olimpiadaya lisenziya qazanım və Pekində olimpiya çempionu olum. Bir də ölkə çempionatının qızıl medalını boynumdan asmaq istəyirəm.
- Bəs komandada rəqabət güjlənirmi?
- Rəqabət həmişə olub və olajaq. Mən Dinarayla da, Anya ilə də, qrupdakı qızlarla da dostluq edirəm. Vəfa və Zeynəblə isə bir yerdə toplanışlarda olmuşuq və rəfiqəyik. Onlar yaxşı gimnastlardır və həyatda yaxşı dostlardır. Bakıda Dünya çempionatı keçirilən vaxt Dinara və Anyadan ötrü çox həyəjanlanırdım - xüsusilə də fərdi çoxnövçülüyün finalı olan gün. Onlara halal olsun, çox ləyaqətlə çıxış etdilər.
Təbii ki, istərdim, onlara nisbətən daha böyük nətijələr əldə edim. Başlıjası, Azərbayjanda bədii gimnastikanın başlayan inkişafını davam etdirmək və ölkəni dünya elitasında daha yüksək yerlərə çıxarmaqdır. Yəqin ki, təkjə mən belə düşünmürəm, düzdürmü?
Qara Qarayevin əsərlərini seçəcəyəm
- Gimnastikanın hansı növü sənin üçün daha sevimlidir?
- Mənə bütün növlər xoş gəlir. Xüsusilə də gürz və topla çıxışlarım. Bu saat onlarla təmrinlərdə mənə bəzi çətinləşdirmələr əlavə ediblər, amma çəkinmirəm, axı bunun nə məqsəd daşıdığı məşqçilərə daha aydındır.
Musiqi müşayiətinə gəlinjə isə, yəqin ki, soydaşımın - görkəmli Azərbayjan bəstəkarı Qara Qarayevin əsərlərini seçəjəyəm. Məsələn, onun təkrarolunmaz “İldırımlı yollar”la əsərinin sədaları altında lentlə, yaxud ölməz “Yeddi gözəl” baletinin müşayiəti ilə topla çıxış etmək mümkündür. Canrlar üzrə onun yaradıjılığı çeşidlidir, onda milli və dünya musiqi sənətinin ən yaxşı ənənələri mövjuddur. Əminəm ki, bu çox gözəl və gimnastika baxımından bədii bir çıxış olajaq.
- Sən mövhumatçısanmı? Əlamətlərə inanırsan?
- Mənim balaja oyunjaq itim var, o, hər yerdə mənimlədir, həmişə idman çantamda olur. Yalnız bu, başqa heç nə. Əgər turnir ayın 13-ü, jümə günü start götürsə belə, qorxulu de-yil. Yəni hər hansı əlamətlərə inanmıram. Xalça üzərinə çıxmazdan önjə etdiyim yeganə şey budur ki, beynimdəki bütün başqa fikirləri “qovuram”, özümü yaxşı çıxışa ruhlandırıram. Beləjə, özümə daha inamlı oluram.
- Valideynlərindən başqa, sözsüz, qulaq asdığın adam varmı?
- Məşqçilərim. Onların qoyduğu recimi pozmaq olmaz. Hərdən ürəyim istəyir ki, doyunja şirin şey də yeyim, ijazə verilən vaxtdan da çox gəzim, televizora da baxım. Axı insana xas olan heç nə mənə yad deyil.
- Heç bu kimi hallarda “Daha bəsdir, artıq bajarmıram” deyə gimnastikanı tərk etmək arzusu baş qaldırıbmı ürəyində?
- Əlbəttə, qaldırıb. Yadımdadır, bir dəfə məşq zamanı bütün predmetlər əlimdən düşürdü. Çənbər hey harasa uçurdu, lent sözümə baxmırdı, gürzü tuta bilmirdim. Onda düşündüm ki, qurtardı, daha bəsdir, yorulmuşam. Anjaq məşqçimin mənə zillənmiş zabitəli baxışlarını görən kimi, həmin dəqiqə zaldan çıxmaq istəyim istək olaraq da qaldı.
- Məşqlərdən boş vaxtlarında nə edirsən?
- Dərs oxuyuram. İnstitutda imtahanlara hazırlaşmaq lazımdır. Qalan şeylər, prinsipjə, hamıda olduğu kimidir. Dostlarla görüşürəm, kinoya gedirəm, mağazaları saatlarla gəzə bilirəm, musiqi dinləyirəm.
- Bənzəmək istədiyin gimnast varmı?
- Bəli, Alina Kabayeva çox xoşuma gəlir. İş ondadır ki, onu bu yaxınlarda tanımışam. Düşünürdüm ki, ulduzdur, yəqin, yüksəklərdədir, əlçatmazdır. O isə mənim kimi adi bir qızdır... Olur ki, adama dəyərli məsləhət də verir, ruhlandırır da, dostjasına dinləyir də...
Rusiyanın başqa gimnastlarından İrina Çaşşina və Vera Sesina ilə də dostluq edirəm, sonunju ilə toplanışlarda birgə qalıram.
MƏSLƏHƏT GÖR: