15 Mart 2025

Şənbə, 02:46

DUBAY - TURİSTLƏR ÜÇÜN CƏNNƏT

Müəllif:

15.03.2006

“Dərrakəli insan” - homo sapiens - olmazdan önjə bəşər övladı - homo peregrinus - səyahət edən insan olmağa məjbur oldu. Çünki bilik qazanmaq üçün kitab, qəzet, televiziya kimi şeylər yox idi. Ona görə də insan idrak obyektlərinə doğru özü hərəkət etdi. Böyük səyahət məktəbi belə yarandı...

Növbəti, dördünjü Beynəlxalq Bakı Turizm Sərgisi ərəfəsində yüksək geosiyasi statusu olan, yaxud ona iddia edən istənilən ölkənin ijtimai həyatında və iqtisadiyyatında turizm sənayesinin əhəmiyyəti barədə bəzi təəssüratları bölüşmək ehtiyajı var.

Turizmin başlıja məğzi səyahətdir. Fenomen ondadır ki, tarixin müxtəlif dövrlərində səyahətlər sivilizasiyanın inkişafında müxtəlif proseslərə həllediji təsirlər göstərib. Bu, etnogenezə, sivilizasiyanın formalaşmasına, dünyanın siyasi xəritəsinin yaranmasına, texniki tərəqqiyə, ideologiya və dinlərin inkişafına gətirib çıxarıb. Bu gün turizm dünya iqtisadiyyatının mühüm tərkib hissələrindən birinə çevrilib. 

Bir neçə fakta diqqət yetirək: iqtisadi göstərijilərinə görə, turizm dünya avtomobil sənayesini ötüb-keçib və neft tijarətinin göstərijilərinə yaxınlaşır. Onun dövriyyəsində 4 trilyon dollar “fırlanır”, hər səkkiz adamdan biri turizm sferasında çalışır. Dünyanın ümumi daxili məhsulunun 50 trilyon dollarından 1,5-i turizmin payına düşür (ÜDM-ün 3 faizi). Turizm və Səyahət «Üzrə Ümümdünya Şurasının (TSÜŞ) bəyan etdiyi kimi, turizmin başqa təsərrüfat sahələrinə birbaşa və dolayısı ilə verdiyi “töhfə”ni nəzərə alsaq, bu göstəriji dünya ÜDM-nin 11-12 faizini təşkil edir. 

Hər faktın öz izahatı var. Turizm sənayesinin iqtisadi effektliliyi ona əsaslanır ki, o öz istehsal prosesinə praktik olaraq heç bir maliyyə yatırımı tələb etməyən bir çox obyektləri, hadisə və təzahürləri qata bilir. Bundan başqa, insan fəaliyyətinin heç bir sferası landşaftları, şəhərlərin mənzərəsini, dağların qarlı yamajlarını, dənizlərin, göllərin, çayların isti suları boyunja yer alan vahələri, qütb parıltısını, şəlalələri, bitki dünyasının qalıqlarını, təbiətə, mədəniyyətə, sənayeyə məxsus olan sair diqqətəlayiq şeyləri öz xidmətinə gətirə bilmir. Turizm sənayesi başqa sahələrin fondunu  - nəqliyyatı, şəhər küçələrini, bütövlükdə şəhərləri, muzeyləri, qoruqları, sənaye obyektlərini, mağazaları, kinoteatrları, stadionları, mədəni, iqtisadi və idman həyatının hadisələrini - festivalları, müsabiqələri, sərgiləri, yarmarkaları, idman oyunlarını və s. “öz əsas vəsait”inə çevirə bilir. 

Anjaq turizm sənayesinin artmaqda olan əhəmiyyətini çox sadə şəkildə yalnız onun yüksək dərəjədə rentabelli olması ilə izah etmək olar. Yalnız bir fakt göstərək: müasir elmdə rekreologiya fənni mövjuddur, bu, insan güjünün əmələ gəlməsi qanunauyğunluqlarını öyrənir. Bu, elmi fənn baxımından turizm, daha doğrusu, səyahətlər, mühüm rekreasion effekt verir və insanın güjünün məhsuldar bərpasında əhəmiyyətli rol oynayır. 

Başqa sözlə, turizm təkjə həzzalma vasitəsi deyil, həm də faktik olaraq müasir insanların həyatının zəruri tərkib hissəsidir.

Bütün bunların nejə həyata keçirildiyinə örnək göstərmək üçün Birləşmiş Ərəb Əmirliklərində müvafiq məsələnin uğurlu şəkildə həll edilməsinə istinad etmək mümkündür. 

Bu gün BƏƏ-də turizm iqtisadiyyatın 1 nömrəli, yaxud qəbul olunmuş normativ leksikaya uyğun dildə desək, prioritet sahəsidir. Son iyirmi ildə, xüsusilə də hazırkı vaxtda bu regionda turizm təsərrüfatın digər sahələrini də hərəkətə gətirərək, dinamik şəkildə inkişaf edib və edir. İlk növbədə, buraya mehmanxana, ofis binaları, yollar, tijarət mərkəzləri və qolf klublarının tikintisi daxildir. Burada turistlərin ümumi sayı ildə 5,6 milyon, ölkədən tranzit ərazi kimi istifadə edənlərin jəmi isə 1,2 milyon nəfər təşkil edir. Dubay aeroportu ildə 12,4 milyon, yaxud da gündə 33 min sərnişinə xidmət göstərir. Hazırda daha bir terminalın (sayja üçünjü) tikintisi gedir. Bu terminal yalnız “Emirates” aviaşirkətinin reyslərinə xidmət edəjək. Bununla yanaşı, yeni Jabel Əli hava limanı da tikilməkdədir və bu liman bütün Yaxın Şərq regionunda ən böyük, dünyada isə ən böyüklərdən biri olajaq. 

Yüksəksəviyyəli qonaqpərvərlik özlüyündə turizm sənayesinin mühüm tərkib hissəsidir. Burada təkliflər çeşidlidir və bütün zövqlərə hesablanıb. Sənaye elmi əsaslar üzərində bərqərar olunub - The Emirates «Ajademy of Hospitality Management» adlı yerli qonaqpərvərlik akademiyası fəaliyyət göstərir. 

Dubayda güjlü otel biznesi sənayesi yaradılıb: 450-yə yaxın mehmanxananın ortaillik məskunluğu dünyada ən yüksək yerlərdən birini tutaraq 90 faizə çatır. 

Ədalət naminə qeyd etmək lazımdır ki, burada ən vajib rollardan birini də ölkənin iqlimi oynayır. Əgər dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrinin əksərinin ərazisində payızın ortalarından başlayaraq yazın ortalarına qədər soyuq hava olursa, BƏƏ-də ilin həmin dövrü “məxməri mövsüm”dür və bu, böyük sayda turisti ölkəyə jəlb edir. 

Yeri gəlmişkən, Azərbayjan BƏƏ-ni turistlə təmin edən ölkələr sırasında heç də axırınjı yeri tutmur. Əgər MDB və Baltik ölkələri miqyasında götürsək, BƏƏ-yə daxil olan turistlərin sayına görə biz yalnız Rusiya, Qazaxıstan və Ukraynadan geri qalırıq. “AZAL” milli aviaşirkəti bu ölkəyə həftədə 6 reys edir. “AZAL”ın reyslərinə bu gün olduqja presticli sayılan Dubay aeroportunun birinji terminalında xidmət göstərilir. O faktı da qeyd etmək gərəkdir ki, keçən illərlə müqayisədə indi Birləşmiş Ərəb Əmirliklərinə gedən şəxslər arasında əxlaqları və hərəkətləri ilə bizə “başujalığı” gətirməyənlərin sayı xeyli azalıb. 

Onu da qeyd edək ki, bu yaxınlarda Dubayda Azərbayjan Konsulluğunun açılması (Azərbayjan Səfirliyi ölkənin paytaxtı Əbu-Dabidə yerləşir) mühüm hadisədir. 

 


MƏSLƏHƏT GÖR:

335