
TURİZM IQTISADIYYATIN LOKOMOTIVIDIR
Müəllif: Alyona MOROZ Bakı
May ayında artıq start götürəjək turist möv-sümü ərəfəsində çoxları öz məzuniyyətlərini harada və ən əsası, nejə keçirəjəyi haqda düşünür. Bəlkə, bu səbəbdən bir çox turizm firmaları artıq müştəri uğrunda fəal “mübarizəyə” başlayıb. İstirahət yerləri kimi haralar təklif olunmur - Kanar və Maldiv adaları, Misir, Antalya... Amma çox az adamın ağlına gəlir ki, öz məmləkətimizdə də gözəl istirahət etmək olar. İqlimimiz heç də Maldivdən geri qalmır, yaşayış şəraiti də pis deyil...
Gəlin birlikdə baxaq.
Qlobal tikinti
Məşhur kəlamı dəyişdirərək belə demək olar: “Turizm - iqtisadiyyatın lokomotividir”. Gerçəkdən də, İspaniya, Meksika, Çin, ABŞ, Böyük Britaniya kimi ölkələrin turizm gəlirləri milyardlarla dollarla ölçülür. Hələ 2001-ji ildə bu fonda Azərbayjanın turizm sənayesi haqda danışmağa belə dəyməzdi, çünki onun səviyyəsi dünya standartlarına uyğun de-yildi. Bu gün, jəmi 5 ildən sonra biz inamla deyə bilərik ki, artıq turizmin Azərbayjan iqtisadiyyatının əsas sferalarından birinə çev-rilməsi üçün zəmin yaranıb. Deməli, onun gələjək inkişafı nətijəsində ölkə əhalisinin maddi rifahı da yaxşılaşajaq.
Bu gün ölkəmizdə tutumu 20 min yer olan 245 mehmanxana və mehmanxana tipli obyektlər fəaliyyət göstərir. Təkjə 2001-2005-ji illər ərzində Azərbayjanda 106 yeni mehmanxana, otel, istirahət mərkəzi və digər obyekt tikilib və istifadəyə verilib. Onlardan 42-si son iki, 52-si isə son üç ildə fəaliyyətə başlayıb. Mehmanxanalardan əldə olunan və büdjəyə daxil olan vergilər artıq milyardlarla manatla ölçülür. 2005-ji ilin yay mövsümündə ölkəmizin müxtəlif istirahət guşələrində 500 mindən çox insan istirahət edib. Mehmanxana və bu tipli obyektlərin tikintisi davam edir.
Bütün bunlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq komissiyası (30 yanvar 2006-jı il tarixinədək turizm problemləri Gənjlər, İdman və Turizm Nazirliyinin səlahiyyətləri daxilində idi) vaxtaşırı olaraq bəzi obyektlərdə qonaqlara göstərilən xidmətin aşağı səviyyədə olduğunu müəyyən edir. Həmçinin, yeni tikilən bəzi obyektlərin memarlıq səviyyəsinin aşağı olması, onların sanitar-gigiyena tələblərinə javab verməməsi, naməlum əsaslarda “ulduz”lanması da nazirlik tərəfindən qeyd olunur. Əlbəttə, belə halların qarşısı alınır - bunu etmək üçün bölgələrə artıq bir neçə işçi qrupu göndərilib və yerlərdə mehmanxana biznesində olan problemlərin təhlili aparılır.
Turizm şirkətlərinin sayı da artmaqdadır. 2001-ji ildə ölkədə jəmi 32 şirkət fəaliyyət göstərirdisə, bu gün turizmlə 159 şirkət məşğul olur. Azərbayjanın turizm potensialının xarijdə təbliği istiqamətində də işlər aparılır. Artıq Rusiya, Yaponiya, Türkiyə, İtaliya, Avstriya, İsveç, ABŞ, Çin, Pakistan və BƏƏ-nin müvafiq qurumları ilə müqavilələr bağlanıb. Bu sənədlərdə Azərbayjanda turizmin inkişafına yönələjək investisiyaların jəlb olunması, müştərək müəssisələrin yaradılması, tarixi yerlərə səyahətlərin təşkili, iri şəhərlərdə informasiya mərkəzlərinin açılması, turizm üzrə biznes-forumların keçirilməsi və s. nəzərdə tutulur. Yeri gəlmişkən, ötən il İran və Türkiyə turistləri üçün viza recimi sadələşdirilib.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi Böyük İpək Yolu layihəsi üzərində çalışır - yeni avtomobil yolları tikilməli, əlavə təyyarə marşrutları açılmalıdır. Nəqliyyat kommunikasiyaları məsələsi də həll olunur. Ötən il Gənjlər, İdman və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi ilə Azərbayjan Dəmir Yolu İdarəsindən turistlər üçün əlavə olaraq bir neçə qatarın hazırlanmasını xahiş edib. Bu məsələ artıq aktuallaşıb - xüsusilə də ölkəmizin şimal-qərb istiqaməti üçün. Regionlarda yeni olimpiya kompleksləri inşa ediləjək. Bakı və Lənkəranla gəmi əlaqəsi yaradılajaq - bu gün bu məsələ ilə yaxt-klub məşğuldur. Lənkəranda yeni dəniz limanı tikilir və tikinti başa çatdıqdan sonra, ora Bakıdan “Raketa” tipli gəmi ilə jəmi 2-3 saata çatmaq mümkün olajaq.
Ölkəmizdə turizmə aid böyük miqdarda reklam materialları istehsal olunur, kompakt-disklər buraxılır, Azərbayjanın turist sektorundan bəhs edən İnternet saytları açılır. Bütün bu tədbirlər onu göstərir ki, indiyədək ölkənin turizm imkanları təbliğ olunsa da, o, bu günün tələblərinə javab vermirdi. Bu səbəbdən böyük potensiala malik olan Azərbayjan hər il minlərlə turist itirirdi. Hərçənd diyarımız qonaqların istifadəsinə gözəl istirahət guşələri təklif edə bilər və bu zaman servis qiymətləri İspaniya, Türkiyə, Misir və başqa ölkələrdəki qiymətlərdən daha münasib ola bilər. Bu yanaşma əsasında BMT-nin inkişaf proqramı ilə birgə layihələr həyata keçirilir, bölgələrdə turizm üzrə informasiya mərkəzləri yaradılır. 2006-jı ildə istifadəyə daha 4 mərkəz verilməlidir.
Laqodexidən Bakıyadək...
Ümumdünya Turizm Təşkilatının (ÜTT) hesablamalarına görə, bir çox ölkədə xariji turistlərin sayı ildən ilə 5-7 faiz artır. Azərbayjanda isə bu artım ildə 25-30 faizə bərabərdir. Bu hələ harasıdır! Artıq istirahət yerləri baxımından qıtlıq hiss olunur - turistlər əvvəljədən yer sifariş etməli olurlar! Bəlkə bu, mənfi hal kimi də dəyərləndirilə bilər, lakin burada müsbət tendensiya da hiss olunur.
Ölkəmizə gələn turistlərin sayının artması bizi sevindirməyə bilməz. Bəs, Azərbayjan vətəndaşlarının xarijə turist səfərlərinin sayı nejə dəyişir? Bu göstəriji ona görə vajibdir ki, o bizim xalqın yaşayış səviyyəsinin nejə dəyişdiyini əks etdirir. Nazirlikdən bildirirlər ki, vəziyyət ümidverijidir.
Azərbayjan turistləri hansı ölkələrə üstünlük verirlər? Bakı turizm şirkətlərinə aparılan sorğu göstərir ki, bu, Aralıq dənizi, Qərbi və Şərqi Avropa ölkələri, Avstraliya və Yeni Zelandiyadır.
Yeri gəlmişkən, həmsöhbətlərimizin əksəriyyəti əsas diqqəti xarijdən Azərbayjana turistlərin jəlb edilməsi məsələsinə yetirir - iqtisadi baxımdan bu daha əlverişlidir. Mütəxəssislər vurğulayırlar ki, dövlətimiz turizm sektoruna böyük diqqət yetirməli, onu iqtisadiyyatımızın əsas sahələrindən biri kimi görməli və onun iqtisadi və siyasi “çəkisini” daha da artırmalıdır.
2004-2005-ji illərdə Azərbayjana 1,2-1,35 milyon turist gəlmişdisə, ekspertlər bu mövsüm gələnlərin sayının 2,3 milyona çata biləjəyini proqnozlaşdırırlar - 1 milyonluq artım! Azərbayjana təşrif buyuranlar arasında MDB ölkələri və Mərkəzi Avropa dövlətlərindən gələnlər üstünlük təşkil edirlər. ABŞ, İran və Çindən də çoxsaylı turistlər qəbul olunur.
Ölkədaxili turizm idarəsinin rəhbəri Faiq Qürbətov qeyd edir ki, xarijdən gələn turistlərin say artımı, əsasən, maraqlı turist marşrutlarının işlənib-hazırlanması ilə bağlıdır. Məsələn, bu gün Gürjüstan sərhədindən Bakıyadək “Laqodexi-Bakı” mar-şrutu işləyir və turizm şirkətləri bu marşruta böyük maraq göstərir və ondan istifadə edir. Jəmi 6 ölkədaxili marşrut mövjuddur: Bakı-Abşeron yarımadası, Bakı-Astara, Bakı-Gənjə, Bakı-Şamaxı-Quba-Qusar, Bakı-Azərbayjanın mərkəzi rayonları, Bakı-Naxçıvan. Bu gün Gənjə şəhərini və Qazax rayonunu əhatə edən yeni marşrut hazırlanır. Beləliklə, xariji qonaqlar Azərbayjanın ikinji böyük şəhəri ilə də tanış ola biləjək.
F. Qürbətov onu da qeyd edib ki, xariji turizm şirkətləri Azərbayjanın turizm bazarının inkişafında maraqlıdır, lakin xariji ölkələrdə əhali bizim ölkəni yaxşı tanımadığına görə, bura gəlmək istəyənlərin sayı o qədər də çox deyil.
Ötən il Azərbayjan 30-dan çox beynəlxalq sərgidə iştirak edib və bu sərgilərin qonaqları Azərbayjanda istirahətin hansı üstünlüklərə malik olduğunu əyani şəkildə görüb. Ölkənin özündə turizmə dair 5 sərgi keçirilib - burada əsas önəm turizmin bölgələrdə inkişafına verilib.
Yaxşı, bəs hara gedək?
Əlbəttə, göstərilən xidmətin səviyyəsi baxımından turizm obyektlərinin heç də hamısı beynəlxalq standartlara javab vermir. Bu səbəbdən ölkəyə gələn turistlər Xəzər bölgəsində və daha çox Bakıda dinjəlməyə üstünlük verir, çünki burada otel biznesi və infrastruktur daha çox inkişaf edib. Bununla yanaşı, bölgələrdə də müsbət dəyişikliklər müşahidə olunur və turizm şirkətləri burada da beynəlxalq standartlara uyğun servis təşkil etmək niyyətindədir. Qeyd edək ki, turist bazalarında qiymətlər orta Azərbayjan ailəsi üçün bir qədər “ağır” olsa belə, buraya gələnlərin əsas hissəsi xariji və imkanlı yerli turistlərdir. Dinjələnlərin böyük qismi Azərbayjanda fəaliyyət göstərən xariji şirkətlərin işçiləridir. Təsəvvür edin, istirahət guşəsinin harada yerləşməsi və xidmətin səviyyəsindən asılı olaraq, bir günə adambaşı 15-20-dən 250 dollaradək pul tələb olunur.
Bu jədvəlin dərj olunması heç də o demək deyil ki, siz məhz bu mərkəzlərdə istirahət etməlisiniz. Siz öz seçiminizdə sərbəstsiniz. Onu da nəzərə alın ki, istirahət guşəsinə ailəvi getsəniz, “topdansatış” qiymətə seçdiyiniz kottej adambaşına sizə daha ujuz başa gələr.
Nəzərinizdə saxlayın ki, Quba, Qusar, Şəki və Şamaxıda birgünlük istirahət sizə 20-40 dollara başa gəlirsə, siz digər yerlərdə günü 15-20 dollarlıq xidmətdən istifadə edə bilərsiniz. Bu gün Nabranda günü, hətta 5-7 dollara olan istirahət zonaları da var. Bir də yadınızdan çıxarmayın ki, bu ödəmələrə yemək haqqı heç də həmişə daxil edilmir. Jədvəldən göründüyü kimi, bəzi mərkəzlərdə göndəriş vərəqəsinin qiymətinə yalnız səhər yeməyi daxil edilir, bəzən isə gündə 3 dəfəlik yemək nəzərdə tutulur. Özünüz seçə bilərsiniz - yemək haqqını birdəfəlik də ödəmək olar, kənarda qidalanmaq da. Birinji halda putyovkanın qiymət fərqi sutkada 8-20 dollar təşkil edə bilər.
Bəzi turfirmalar istirahət günləri səyahətləri təklif edir: jümə günü səhər başlayan tur, bazar günü axşam bitir. Bu növ istirahət, xüsusilə, müxtəlif səbəblərdən məzuniyyətə çıxa bilməyənlər üçün əlverişlidir. Belə səfər sizə adambaşına 10-40 dollara başa gələ bilər (yenə də xidmətin səviyyəsi - kottej, nömrə, çadır və s. seçiminizdən asılı olaraq).
Aldığımız məlumata görə, Xəzər sahili turist ojaqlarından başqa (əsasən Nabran kurortu), ən populyar istirahət mərkəzləri Şəki-Zaqatala bölgəsində yerləşir. Qeyd edək ki, ölkənin şimalı ilə eyni vaxtda jənub bölgəsində də turizm biznesi inkişaf etməkdədir.
Azərbayjanın müxtəlif pansionatlarına həmkarlar ittifaqlarının bölüşdürdüyü göndəriş vərəqələrini də unutmayın - bu xətlə alınan turlar, adətən, çox ujuz başa gəlir.
Artıq 1000 dollarınız varsa...
Əlbəttə, istirahət üçün xarijə də üz tutmaq olar. Maşallah, Bakıda xariji turlar təklif edən şirkətlərin sayı 100-ü ötüb.
Bunların əksəriyyəti sizi Türkiyə, İran və ərəb ölkələrinə göndərə bilər. Orta turun dəyərini hesablamaq üçün biz orta göstərijilərə mürajiət etmişik - iyul ayının ortaları (ən ujuzu - iyun, ən bahalısı avqust aylarında olur), 3 “ulduzlu” oteldə birhəftəlik yaşayış haqqı, səhər yeməyi, transfert (aeroportda qarşılama və yolasalma) və aviabiletlər. Beləliklə, Antalyaya (Türkiyə) səyahət, turoperatordan asılı olaraq, sizə 600-900 dollara başa gələjək. Yunanıstan və Tunisdə birhəftəlik istirahət sizə 1200-1300 dollara, amma Misirdə jəmi 450 dollara “oturajaq” - belə ujuzluğun səbəbi birbaşa Bakı-Qahirə çarter reysinin açılmasıdır. Bizim turistlər Şərqi Avropa ölkələrinə də səyahət etməyi xoşlayırlar. Praqaya (Çexiya) birhəftəlik sə-yahət üçün siz 1145-1700 dollar ödəməli olajaqsınız.
Siz burada da qənaət edə bilərsiniz. Transferdən və bələdçi xidmətindən imtina edə, şəhərin mərkəzində yox, kənarında yerləşən oteldə yaşaya, gün ərzində oteldə yalnız səhər yeməyi yeyə bilərsiniz və s.
Bəzi xidmətlərdən imtina etmək mümkün deyil. Bu, tibbi sığorta, aviabiletlərin qiyməti, mehmanxanada gejələməyin və səhər yeməyinin haqqıdır. Yeri gəlmişkən, Şərqi Avropa ölkələrində nahar qiyməti, təxminən, adambaşına 10-15 avrodur.
Azərbaycanda turizmin inkişafı üçün lazımi şərait var
Azərbayjan əhalisinin böyük əksəriyyəti hesab edir ki, ölkədə turizm sahəsinin inkişafı üçün lazımi şərait yaradılıb. “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi sorğuda iştirak etmiş respondentlərin 73,6% i məhz bu jür düşünür. Rəyi soruşulanların 10,2 %-i isə əksinə, bu sferada mövjud olan şəraitdən narazıdır.
Sorğunun nətijələrindən məlum olur ki, əhalinin əksəriyyəti turizmin inkişafı üçün yaradılmış şəraitdən razı qalsa da, bu isferanın inkişafını o qədər də yüksək qiymətləndirmir. Məsələn, respondentlərin 35,5 %-i bildirib ki,ölkədə turizmin inkişaf səviyyəsi “aşağı” və ya “çox aşağı”dır. Rəyi soruşulanların 24,9 %i tamam fərqli fikirdədir, 40 % isə sualı javablandırmaqda çətinlik çəkib.
Amma respondentlərin optimizmi belə düşünməyə əsas verir ki, yaxın vaxtlarda turizm sahəsindəki problemlər tamamilə aradan qaldırılajaq. Respondentlərin 41,1 %-i bu fikirdədir ki, yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunu beynəlxalq standartlara uyğun şəkildə qura biləjək. Respondentlərin 15, 8 %-i yeni nazirliyi uğur qazanajağına inanmır. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 43,1 %-i bu sualı javablandırmaqda çətinlik çəkib.
Bəs respondentlər turizmin inkişafı üçün hansı şərtləri vajib sayır? Rəyi soruşulanların 33,5%-i düşünür ki, bunun üçün ilk növbədə regionlarda lazımi şərait yaradılmalıdır. 15,2%-nin fikrinjə isə, əsas məsələ beynəlxalq standartlara javab verəjək layihə proqramlarının hazırlanmasıdır. Nəhayət, respondentlərin 12,4%-i bu fikirdədir ki, təkbaşına bu sahənin inkişafına nail ola bilməyəjəyik, ona görə mütləq xariji kapital və əjnəbi mütəxəssisləri jəlb etmək lazımdır.
P.S. Gördüyünüz kimi, seçim imkanları böyükdür. Siz həm Azərbayjanın özündə, həm onun hüdudlarından kənarda istirahət edə bilərsiniz. Bir şeyi nəzərə alın - bu gün bəzi ölkələr, ələlxüsus, Şengen müqaviləsinə qoşulan dövlətlər, elə bil, keçmiş SSRİ-nin ajığına, MDB ölkələrindən gələn turistlər qarşısında “dəmir pərdə” qurub. Bir tərəfdən, haqları, qloballaşma və demokratiya, digər tərəfdənsə “dəmir pərdə”..
Nə isə..
Bir də fikirləşin: Azərbayjanda istirahətin əvəzi yoxdur. Gəlin, öz turist sənayemizə dəstək verək!
MƏSLƏHƏT GÖR: