15 Mart 2025

Şənbə, 01:39

ERMƏNİ QAÇAQMALÇILARININ PARADI

Bu aləmdə erməni kriminalitetinin mövqeləri çox jiddidir

Müəllif:

15.03.2006

(Son,əvvəli ötən sayda)

 

Erməni təcavüzünün almaz tərəfi

Bunu proqnozlaşdırmaq olardı - SSRİ dağıldıqdan sonra erməni zərgərləri bu sahənin artıq müstəqil Ermənistanda inkişaf etdirilməsinə səy göstərməyə başladı. O vaxtdan “Erməni zərgərləri ittifaqı”nın qurultayları Bazeldə yox, İrəvanda keçirilir. Ermənistanın milli strateci xidmətinin məlumatına görə, 2004-jü ildə əmtəə qrupları üzrə bölgüdə həm idxal, həm ixraj istiqamətlərində almaz və almaz məmulatı birinji yer tutub. Ermənistanın tijarət və iqtisadi inkişaf nazirliyinin ləl-jəvahirat və zərgərlik şöbəsinin müdiri Qagik Mkrtçyan deyir ki, “...Ən gur inkişaf qiymətli daşların və ilk növbədə, almazların emalı sahəsində müşahidə olunur. Bu onunla bağlıdır ki, 1998-ji ildə müvafiq konsepsiya qəbul olunub - sənəddə faktiki blokada şəraitində yaşayan Ermənistan üçün brilyant və zərgərlik sahəsinin istifadə edilməməsi yolverilməz sayılır, çünki bu sahə nə böyük enerci ehtiyatları, nə də nəqliyyat xərjləri tələb edir”.

Rusiya ekspertləri qeyd edirlər: Ermənistan Qafqaz regionunun “Kimberli prosesinə” (KP) qoşulan yeganə dövlətidir (KP - almazların dövriyyəsi və onların kriminal və terrorçuluq məqsədləri ilə istifadə edilməməsinə nəzarət aparan beynəlxalq təşkilatdır). Təşkilatın tələblərinə əsasən, üzv-dövlətin sərhədini keçən hər partiya almaz onun qiyməti, kütləsi və mənşəyi göstərilən sertifikatla təjhiz olunmalıdır. Bundan başqa, Ermənistanın əsas partnyoları xam almaz göndərən Rusiya, vasitəçilik edən Belçika və istehlak edən ABŞ və ərəb ölkələrinin şirkətləridir. Bundan başqa, 1997-ji ildən başlayaraq, Ermənistanın təraşçılıq sənayesi gur inkişaf dövrünü yaşayır: 1997-ji ildə, “Erməni zərgərləri ittifaqı” yaradılarkən, bu sahənin illik  istehsalı 50 milyon dollara çatmırdısa, bu gün sözugedən sənaye növünün dövriyyəsi 300 milyon dollara çatıb.  Hazırda Ermənistanda 50 təraşçılıq müəssisəsi fəaliyyət göstərir, sahədə 5000 nəfər təraşçı çalışır. Ən böyük müəssisə “Şoqakn” (“Büllur”) sayılır - bu şirkət israilli Lev Levayevə məxsusdur. Sahibkar müəssisəni 2000-ji ilin iyulunda jəmi 370 min ABŞ dollarına alıb. “Şoqakn”da 1500 nəfər işləyir, aylıq istehsal 30 min karat təşkil edir. Müqayisə üçün, 2003-jü ildə Yakutiyanın 36 təraşçılıq zavodunda 716 təraşçı çalışırdı. Belçikalı sahibkar A.Arslanyan Ermənistanın Kotayk regionunda yerləşən “Lori” zavoduna sərmayə qoyub və müəssisəni 1000 təraşçının işini təmin edəjək miqdarda xammalla təjhiz edir. Ermənistanın almaz sənayesinin digər subyekti Belçikanın “Rose Blue” şirkətidir - bu firma 800 işçisi olan “Daymondtek” zavodunun sahibidir. Dördünjü yeri  “Rusiya erməniləri ittifaqı”nın sədri Ara Abramyanın qardaşı Qagik Abramyana məxsus “DJA” müəssisəsi tutur. Yeri gəlmişkən, Ara Abramyan bu yaxınlarda “Dünya ermənilərinin qurultayı”nı keçirmiş və “Ümumdünya erməni ittifaqı”nın yaradılmasını bəyan etmişdir. Qayıdaq almazlara. Ara Abramyan 90-jı illərin ortalarında Rusiyada “Soqlasiye” QSJ-yə (“Severalmaz” ASJ-nin əsas payçısı) rəhbərlik edib və ümumdünya almaz imperiyası olan “De Beers”lə affilə eləmiş şirkətlər siyahısına nəinki “Severalmaz»ı, hətta “Şoqakn”ın da daxil edilməsinə nail olub. Ekspertlərin fikrinjə, bu yaxınlarda xariji kapital hesabına yaradılmış daha bir neçə şirkət Ermənistanın lider «dördlüyü»nə yaxınlaşa bilər.

Qanuni erməni  almaz biznesi ilə yanaşı, qeyri-qanuni biznes də böyüməkdədir. Rusiya KİV-in məlumatına görə (“Rosbalt”), Rusiya Federal Təhlükəsizlik Xidmətinin Başqırdıstan üzrə idarəsinin əməkdaşları bu yaxınlarda emal edilməmiş qiymətli daşların yeni qanunsuz dövriyyə kanalını aşkar ediblər. “Qaçaqmalçı jığırı”nı Sterlitamak şəhərinin bir neçə sakini salıb. Ural və Sibirdən gətirilən emal edilməmiş almaz və zümrüd Krasnodar diyarına və oradan... Ermənistana ötürülürmüş. Bu daşlar Ermənistanda emal edilir və sonra satış üçün Rusiyaya qaytarılırdı.  

Başqırdıstanda kriminal sensasiya səngiməmiş “Moskovskiy komsomolets” qəzetində yeni gizli kriminal zərgərlik şəbəkəsinin aşkar edilməsi xəbəri dərj edildi. Və yenə də “erməni izi”... ”MK”nın dərj etdiyi materialda yazıldığına görə, “...Moskva şəhərinin Baş Daxili İşlər İdarəsi və Mərkəzi İnzibati Dairənin İqtisadi Jinayətlərlə Mübarizə Şöbəsi qiymətli daş alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirdi. Gizli “daşbazlar” üçün polis işində adi olan “tələ” qurulmuşdu: əməliyyat işçilərindən biri özünü “kriminal avtoritet” kimi qələmə verib daş-qaş almaq istədiyini bildirmişdi. Nəhayət, gizli “diler”lərdən biri ona mal təklif etdi və daşları qiymətləndirmək üçün “avtoritet»in “tanışı” olan zərgərin yanına aparmağa razılıq verdi. İlk baxış iki əsas məqama aydınlıq gətirdi - birinjisi, daşları peşəkar təraşçı emal edib, ikinjisi, daşların mənşəyini müəyyən etmək mümkündür. Dəllal “əsl” daşları sabahısı gün gətirəjəyini vəd edib və gedib. Gejə ilə zərgər emalatxanası videokamera və mikrofonlarla “təjhiz” olunub. Ertəsi gün dəllal (sonra məlum olub ki, bu, “Vernisac” firmasının direktoru, 56 yaşlı Mixail Panovdur - ad dəyişdirilə də bilər)  54 karatlıq zümrüd, ümumi çəkisi 1,18 karat olan 7 aleksandrit və 0,65 karatlıq 1 xrizoberil gətirib. 9 daşın qiyməti 500 min rubl (təxminən, 1800 dollar) təşkil edib. Həbs olunandan sonra Panov öz ifadəsində xam daşların Ermənistan və Tailanddan alındığını və sonra Moskvada emal edildiyini söyləyib. 

Bundan da jiddi məlumat - ixtisaslaşmış “almaz” saytı olan  “Diamonds.net”də yeni məlumat dərj olunub. Onun başlığı belədir: “Məruzədə almaz qaçaqmalçılığının Ermənistan ərazisindən həyata keçirildiyi təsdiq edilir”. Digər məlumat - Tətbiqi Araşdırmalar Üzrə Vətəndaş Mərkəzinin məruzəsinə istinadən, mətbuatda Rusiya, Ermənistan və Dağlıq Qarabağ arasında  qanunsuz almaz dövriyyəsinin artması haqda xəbərlər yayılıb. Bu isə Qarabağ silahlı separatçılarının maliyyələşməsi üçün yeni mənbənin yaranması deməkdir.  Heç bir hüquqi norma və qanunun işləmədiyi (qalsın ki, Kimberli Prosesi) Dağlıq Qarabağda Ermənistan təraşçılıq sənayesi ilə müqayisə olunan miqyasda sənaye sahəsi yaradılır. Hələ 7 may 2005-ji ildə İnternetdə maraqlı məlumat yayılmışdı: “Bu günlərdə “Stepanakertdə” yeni təraşçılıq sexi açılıb. Dağlıq Qarabağın “baş naziri” Anuşavan Danielyan deyib ki, bu sexin bazasında 2006-jı ildə böyük təraşçılıq zavodu yaradılajaq. Yerli iqtisadçılar hesab edirlər ki, separatçı vilayətin artıq “17 il çəkən nəqliyyat blokadası”  bu ərazidə iqtisadi artıma yalnız yüngül daşınan xammal və ujuz işçi qüvvəsi hesabına nail olmaq olar. Danielyan hətta bəyan edib ki, “Urartu” adlı Belçika-İsveçrə (!) şirkəti  2002-ji ildə «DQR»in təraşçılıq sahəsinə 2 milyon dollar sərmayə qoyub. 2002-ji ildə daha bir müəssisə - 1000 nəfər zərgər çalışan təraşçılıq zavodu tikilib.  “Regnum” agentliyinin məlumatına görə, təkjə 2004-jü ilin birinji yarısında “DQR”dən 10 milyon dollarlıq qiymətli daş və metal məmulatı “ixraj” olunub.

Məruzə müəllifləri daha sonra yazırlar: “Ehtimal ki, dünyanın tanımadığı «DQR»in Kimberli prosesinə heç bir dəxli yoxdur. Amma bu qanunsuz qurumun daim döyüş vəziyyətində olan yüksəkhazırlıqlı silahlı qüvvələri var”.  Daha sonra məruzədə deyilir: “Bəzi ekspertlər hesab edirlər ki, “DQR”in silahlı qüvvələrinin real büdjəsi tanınmamış respublikanın ümumi büdjəsindən 2,5 dəfə artıqdır (!).  Ermənistan 102 tank deklarasiya edib, Azərbayjan (daha böyük maliyyə imkanlarına malik olan ölkə) - 262 tank, heç bir müqavilə ilə məhdudlaşmayan «DQR» ordusunun 316 tankı var! Bu tank ordusunu, bahalı infrastrukturu, təmir bazalarını və təlim mərkəzlərini, YSM və hərbi sursat anbarlarını, polisi, xüsusi xidməti saxlamaq «DQR»in büdjə imkanları xarijindədir. Deməli, bu xərjləri təmin etmək üçün xariji, məxfi və tezişləyən maliyyə mənbəyi lazımdır. «DQR»in təraşçılıq sənayesindən alınan gəlirlər bu məqsədlərə xərjlənirmi? Ritorik sualdır!”. Mərkəzin məruzəsində başqa məqam da göstərilir: “Məlumdur ki, Ermənistanın Gümrü şəhəri yaxınlığında Rusiyanın ZRK J-300B zenit-raket kompleksi yerləşdirilib. ZRK J-300PMU-dan fərqli olaraq, bu kompleks obyektlərin hava hüjumundan qorunması üçün yox, tankların qorunması üçün hesablanıb və özü də tank tırtılları üzərində hərəkət edir. Qafqaz regionunda J-300B üçün problem yaradan hava hədəfləri yoxdur.  Quderian (Hitlerin məşhur tank ordusu generalı) olmaq lazım deyil ki, anlayasan - T-72 tipli 300 tank bir neçə J-300B divizionunun köməyi ilə (bu qurğular tanklar üzərinə uçan bütün təyyarə və vertolyotları vura bilər) 24 saat ərzində “Bakı-Jeyhan” kəmərini darmadağın edə bilər”.

Mərkəzin ekspertləri hesab edirlər ki, “...Silahlı münaqişə zonasına xam almazları Ermənistanın iri təraşlıq şirkətlərinin rəhbərləri gətirirlər. Ermənistanın dövlət sərhədini Kimberli sertifikatı ilə keçən və “DQR”ə daşınan almazların sonrakı aqibəti məlum deyil. Maliyyə baxımından “DQR”, bir növ, “offşor”a dönüb, onun bank sistemi Ermənistanın bank sisteminə inteqrə olunub, vergi recimi isə Ermənistandakından daha liberaldır,  beynəlxalq  hüquqi baxımdan isə bu respublika heç mövjud deyil, hərçənd, “DQR”in bir neçə ölkədə, o jümlədən, Rusiyada və Livanda “təmsilçilikləri” var. Çox güman, “DQR”in “diplomatik” poçtu da var və bu poçt vasitəsilə “yüngül daşınan xammalı” da nəql etmək olar. Güman etmək olar ki, Ermənistan hökumətinin iri təraşçılıq müəssisələrinə verdiyi böyük vergi imtiyazları məhz “DQR”in almaz sənayesinə qoyulan sərmayələrin “kompensasiyasıdır”. Digər tərəfdən, “DQR”də almaz emalının təşkili bu iri müəssisələrin öz maraqlarında da ola bilər - bu yolla külli miqdarda qeydiyyata alınmamış mal istehsal və ixraj etmək olar.  2003-jü ilin oktyabrında A.Arslanyan belə ifadə işlətmişdi: “Lori” zavodundan başqa, biz “DQR”də yerləşən digər zavoda da xammal veririk”. 

Tətbiqi Araşdırmalar Üzrə Vətəndaş Mərkəzinin analitikləri məlumat verirlər ki, “...Almaz biznesinə etnik erməni kriminal aləmi də böyük maraq göstərir. Bu maraq tək “Şoqakn” zavodu ilə məhdudlaşmır. Daha sonra mərkəzin məruzəsində yazılır: “Bu prosesdə geniş yayılmış erməni diasporunun almaz və zərgərlik biznesində ənənəvi maraqları böyük rol oynayır. Bu amil, şübhəsiz, SSRİ dövründəki “dəmir pərdə” şəraitində almaz qaçaqmalçılığı kanallarının yaradılmasında ermənilər üçün xüsusi şərait yaradıb.  Əgər Smolensk və Qomel zavodlarından oğurlanmış almazlar Baltikyanı respublikalara və oradan Avropaya göndərilirdisə,  Ermənistandan başlayan kriminal “trafik” Yaxın Şərq ölkələrinə istiqamətlənmişdi”.  Bundan sonra məruzədə deyilir: “1982-ji ildə Yakutiyada dağ-mədən kombinatlarının birində külli miqdarda almaz oğurluğuna görə Q.Ambroyanın jinayət dəstəsinin məhkəmə prosesi keçirilmişdi. Bundan bir qədər sonra almaz oğurluğuna görə Yakutiyada fəaliyyət göstərən mütəşəkkil jinayət dəstəsinin rəhbəri A.Arutyunyan mühakimə olunmuşdu. Maraqlıdır ki, 8 illik həbs jəzası çəkdikdən sonra, Arutyunyan yenə də Yakutiyaya qayıtmış və yenə də almaz oğurluğu ilə məşğul olmağa başlamışdı”.  Digər sitat: “Rusiya hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, qeyri-qanuni almaz dövriyyəsi ilə bağlı jinayətlərin 25-30 faizində “erməni izi” aşkar olunur. Məsələn, 1998-ji ildə baş vermiş Smolenskdəki “Kristal” təraşlıq zavodunun direktoru A.Şkadovun açılmamış qətli 2000-ji ildə Moskvada öldürülmüş “kriminal atvoritet” olan Q.Petrosyanın adı ilə bağlıdır (Petrosyanın da qətli açılmamış qalır). 2003-jü ilin mart ayında Stavropolda “Armenian airlines” şirkətinə məxsus Yak-40 təyyarəsinin komandirində 500 qanunsuz almaz aşkar olunmuşdu. 2003-jü ilin may ayında yenə də Stavropolda ermənilərin təşkil etdiyi gizli zərgərlik sexi aşkar olunmuş, sexdən 1 milyon dollarlıq almaz götürülmüşdü.

2005-ji ilin aprel ayında yenə də Yakutiyada “qanunda oğru”, Ermənistan vətəndaşı S.Avetisyanın məhkəməsi keçirilib. RF DİN əməkdaşlarının sözlərinə görə, S.Avetisyanın əsas funksiyası Yakutiyada almazların və qızılın hasilatı və sonra onların Rusiyadan kənara, o jümlədən, Ermənistana qanunsuz daşınmasına nəzarətin aparılması olub. “Almaz jığırı” fasiləsiz işləyir: “22 may 2005-ji ildə Ufa şəhərində (Başqırdıstan) böyük partiya qaçaq brilyant satdıqları yerdə iki Ermənistan vətəndaşı saxlanılıb. Başqırdıstan DİN-in məlumatına görə, bu brilyantlar əvvəl Yakutiyadan Ermənistana aparılıb və orada “Şoqakn” zavodunda emal olunub; bundan sonra satış üçün yenə Rusiyaya gətirilib. 

Bir məsələ də aydındır. Bu gün regional münaqişələr və terrorun maliyyələşdirilməsi üçün  “qara” və “boz” almazların istifadə olunması - fəal müzakirələr mövzusudur. İlk dəfə “almaz” maliyyə kanalı mövzusu gündəmə Anqola və Syerra-Leonedə baş vermiş vətəndaş müharibələri zamanı gəlmişdi. 11 Sentyabr olayından sonra bu fəaliyyət daha da geniş miqyas aldı - bəzi məlumatlara görə, “Əl Qaidə” də öz aktivlərini almazlara yerləşdirməyə başlayıb. “Almazları maneəsiz aeroport təhlükəsizlik sistemlərindən keçirmək, onları gizlətmək və sonradan pula çevirmək çox asan işdir. Yəni almaz alanların hərəkətində müəyyən məntiq var”, - bunu ABŞ hökumətinin bir məmuru  “The Washington Post” qəzetinin müxbirinə deyib. Bu fonda “Qarabağ” almazlarının alıjıları arasında beynəlxalq terrorizmin maliyyə “sponsorlarının” olması ehtimalı çox böyükdür. Və “Diamond.net” saytında almaz biznesi hesabına Qarabağ müharibəsinin maliyyələşməsinə həsr olunmuş məruzəyə istinad onu göstərir ki, bin Ladenin “almaz fırıldaqları” fonunda ermənilərin apardığı “brilyant oyunları” da böyük təhlükə kəsb edir.

 


MƏSLƏHƏT GÖR:

492