15 Mart 2025

Şənbə, 02:51

ABİDƏLƏRİN SAXTALAŞDIRILMASINDAN SAXTA XƏRİTƏLƏRƏDƏK

Müəllif:

15.03.2006

Ötən sayımızda biz Azərbayjan torpaqlarına gəlmə olan ermənilərin tarixi saxtalaşdırmaq jəhdindən söz açmışdıq. 19-ju əsrin ortalarında Dağlıq Qarabağa İranın Marağa vilayətindən köçürülən ermənilərin özlərinin gəlmə olmaları faktını ört-basdır etmək naminə, bu hadisənin 150 illiyi münasibətilə 1978-ji ildə inşa etdikləri abidəni sonradan dəyişməsi və onun üzərindəki “Marağa-150” sözünü silməsi də bu saxtakarlığın tərkib hissəsi idi. 

Lakin erməni saxtakarlığı yalnız tarixi abidələrin dağıdılması və saxta yollarla “milliləşdirilməsi” ilə yekunlaşmır. Artıq sistem halını almış bu total saxtakarlıq planında saxta xəritələr xüsusi yer tutur. İndiyədək mütəmadi olaraq gündəmə gələn saxta xəritə qalmaqalları belə deməyə əsas verir ki, bu, ermənilərin ijtimai rəyi çaşdırmaq üçün əvvəljədən hazırladıqları dezinformasiya siyasətinin əsas müddəalarından biridir. Amma saxta xəritələr də ijtimaiyyətə müxtəlif formada təqdim edilir. 

Onların bir qismi Azərbayjan, Türkiyə, Gürjüstan və hətta Rusiya ərazisini də özündə əks etdirən “Böyük Ermənistan”ın xəritələridir. 

Amma təjrübə göstərir ki, müxtəlif vasitələrlə ayrı-ayrı ölkələrdə dərj olunan xəritələrə əlavələr edilməsi taktikasından daha çox istifadə olunur. Çox vaxt bu jür “redaktə” xarakterli dəyişikliklər nəzərə çarpmır və zaman keçdikjə, ijtimai rəydə möhkəmlənir. Diqqəti jəlb etdikdə isə adətən, “texniki səhv” kimi təqdim olunur. Müxtəlif şirkətlərin saytlarında, televiziya ekranlarında, mətbuat orqanlarında və digər mənbələrdə rast gəlinən bu saxtakarlıq faktları, ermənilərin geniş dezinformasiya şəbəkəsi formalaşdırdığını sübut edir. Təəssüf ki, bu jür hallar artıq intensiv xarakter alıb və çox vaxt nəzərdən qaçır. Son ay ərzində Rusiya şirkətlərindən birinin İnternet saytında, hətta Avropa İttifaqının saytlarının birində yenidən analoci təxribata yol verilib. Lakin bu jür saytları izləyənlərin sayı yüzlərlə, maksimum, minlərlə olduğundan, ermənilər bu metoddan daha çox milyonlarla auditoriyası olan telekanallarda istifadə etməyi daha məqsədəuyğun hesab edirlər.

90-jı illərin ortalarından bu jür saxta xəritələrin nümayişi artıq ənənə xarakteri almışdı. Bu jür “texniki səhvlər”ə ən reytinqli Rusiya telekanallarında tez-tez rast gəlinirdi. ORT və RTR kimi reytinqli telekanallardakı xəbərlər buraxılışında daim Azərbayjan xəritəsindən gah Naxçıvan, gah Dağlıq Qarabağ itir, əksər hallarda Dağlıq Qarabağla, bəzən isə Naxçıvanla Ermənistan xəritədə eyni rəngdə təqdim edilərək, vahid ərazi kimi nümayiş olunurdu. Bununla bağlı dəfələrlə Rusiya telekanallarının rəhbərləri ilə əlaqə saxlasam da, qarşı tərəf bunu “texniki qüsur”, rəssamın «mexaniki səhvi” və s. kimi qələmə verirdi. Amma bu “texniki qüsur”un yalnız Azərbayjanın əleyhinə və Ermənistanın lehinə yönəldiyini nəzərə alsaq, məsələnin mahiyyəti tam aydındır. İndiyədək bir dəfə də olsun, bu jür “səhv” nətijəsində Ermənistan ərazisi Azərbayjan torpağı kimi təqdim olunmayıb. Nədənsə, bu “qüsurlar” özünü yalnız Azərbayjan torpaqlarını Ermənistan ərazisi kimi təqdim etməkdə göstərib. 

RTR telekanalına mürajiətimdən sonra “Vesti” verilişində nümayiş etdirilən “saxta xəritə” daha ekranda görünmədi. 

ORT rəhbərliyi ilə söhbətimiz isə daha “uzun” alındı. 

90-jı illərin ortasında ORT telekanalında “Xəbərlər” buraxılışında regionun siyasi xəritəsi nümayiş etdirilərkən, Azərbayjan ərazisi bir rəngdə, Naxçıvan Muxtar Respublikası başqa - Ermənistanla eyni rəngdə təqdim olunmağa başlandı. Beləliklə də, Azərbayjan Respublikasının xəritəsi təhrif olunmuş formada göstərildi. O zaman mənimlə telefon söhbətində o zaman ORT telekanalında xəbərlər buraxılışını hazırlayan İTA agentliyinin növbətçi redaktoru üzrxahlıq edərək baş verənləri “rəssamın səhvi” adlandırdı və bir daha belə təhriflərin olmayajağına söz verdi. Doğrudan da, telefon söhbətindən son-ra bu jür təxribatlar aradan qalxdı.

Amma tezliklə ORT ekranlarında yeni analoci görüntülər peyda oldu. Sizə təqdim etdiyimiz  foto-faktdan (bax: şəkil 1) da göründüyü kimi, ORT telekanalında 1997-ji il sentyabrın 8-də nümayiş olunan xəritədə Azərbayjanın ərazisi olan Naxçıvan Muxtar Respublikası Ermənistanın tərkib hissəsi kimi göstərilir. Bu xəritə 11 oktyabr 1996-jı il, 6 yanvar 1997-ji il, 16 yanvar 1997-ji il, 12 iyul 1997-ji ildə də nümayiş etdirildiyindən, söhbətin əvvəljədən düşünülmüş təxribatdan getdiyi aydın idi. Yalnız rəsmi məktubumuzdan sonra xəritədəki qeyri-dəqiqlik aradan götürüldü (bax: şəkil 2) və Azərbayjanın ərazisi tam şəkildə göstərilməyə başlandı.

Burada bir məsələyə də diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, ermənilərin “xəritə təhrifləri”, əsasən, Ermənistanın iddia etdiyi ərazilərlə yanaşı, həm də gələjəkdə iddia irəli sürməyə hazırlaşdıqları əraziləri əhatə edir. Dağlıq Qarabağı işğal etmiş Ermənistanda Naxçıvan Muxtar Respublikası ilə bağlı da ərazi iddiaları səsləndiyini nəzərə alsaq, tam əminliklə demək olar ki, baş verən təxribatlar ijtimai rəyi gələjəkdə irəli sürüləjək rəsmi iddiaya hazırlamaq, buna zəmin yaratmaq məqsədi güdür. 

Amma ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün, Azərbayjana hər hansı saxtakarlığa əl atmağa ehtiyaj yoxdur. Bu faktı təsdiqləmək üçün elə regionun saxtalaşdırılmamış ümumi xəritəsinə nəzər yetirmək kifayət edir.

Məsələ bundadır ki, ümumiyyətlə, Qafqaz Yer kürəsinin ən polietnik regionlarından sayılır. Əsrlərboyu burada yüzlərlə xalqlar birgə yaşayıb. Bizim regionda, hətta qonşu kəndlərin belə ayrı-ayrı dillərdə danışması təəjjüblü hal deyil. 

Amma regionun xəritəsinə diqqətlə baxdıqda çox qəribə mənzərə yaranır: Azərbayjan, Gürjüstan, Türkiyə, İran və Rusiya kimi çoxmillətli ölkələrin əhatəsində olan Ermənistan regionun yeganə monoetnik dövlətidir. 

Əlbəttə, dünyada millətlərin sayı az olan ölkələr tapmaq mümkündür. Yaponiya və ya İslandiya kimi. Amma məsələ bundadır ki, Ermənistandan fərqli olaraq, bu ölkələr 4 tərəfdən dənizlə əhatə olunub və qonşu ölkələrlə qaynayıb-qarışmayıb. Ona görə də bu ölkələrin monoetnikliyi çox təbii demoqrafik proseslərin nətijəsidir. Ermənistan isə artıq qeyd etdiyimiz kimi, yüzlərlə millətlərin yaşadığı dövlətlərlə həmsərhəddir. Elə isə Ermənistanı ümumən Qafqazın mənzərəsindən fərqləndirən bu qəribəlik nə ilə bağlıdır?

Şübhəsiz, Ermənistanda yalnız ermənilərin yaşaması, hansısa demoqrafik təbii prosesin nətijəsi ola bilməz. Ən azı ona görə ki, bu prosesin bölgənin bütün dövlətlərindən yan keçməsi və yalnız Ermənistanda reallaşması qeyri-mümkündür. Əslində, söhbət demoqrafik deyil, siyasi pro-sesdən - Ermənistanın son 2 əsrdə apardığı etnik təmizləmə siyasətinin heç bir sübuta ehtiyajı olmayan nətijəsindən gedir. Ermənilər tarixboyu nəzarətə götürdükləri ərazidə başqa millətlərin nümayəndələrinin yaşamasına imkan verməyib. Bu gün müvəqqəti olaraq işğal olunmuş Azərbayjan ərazilərindəki mənzərə də bunun bariz nümunəsidir: Dağlıq Qarabağ və ətraf rayonlar yalnız azərbayjanlılardan deyil, ruslar, ukraynalılar, kürdlər və digər millətlərdən tamamilə təmizlənib. Ermənistanın etnik təmizləmə siyasəti prezident Heydər Əliyevin 1997-ji il dekabrın 18-də imzaladığı “1948-1953-jü illərdə azərbayjanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” Sərənjamında da əks olunub. Sənəddə deyilir ki, son 2 əsrdə ermənilərin azərbayjanlılara qarşı yeritdiyi etnik təmizləmə və soyqırım siyasəti nətijəsində, minilliklərboyu öz doğma yurd-larında yaşamış azərbayjanlılar, hazırda Ermənistan adlanan ərazidən zorla qovulub, kütləvi qırğın və qətllərə məruz qalıb, xalqımıza məxsus olan minlərlə tarixi-mədəni abidə və yaşayış məntəqələri yer üzündən silinib… 

Ermənistanın bugünkü etnik xəritəsi, ermənilərin illərboyu səsləndirdikləri “soyqırım ” iddialarının əsassız və saxta olduğunu da sübut edir. Guya “soyqırım“ siyasəti yeritmiş Türkiyədə on minlərlə erməninin yaşadığı, torpaqları işğal olunmuş Azərbayjanın paytaxtında 30 min erməninin məskunlaşdığı halda, bu gün Ermənistan ərazisində 1 nəfər türk və ya azərbayjanlı qalmayıb. 19-ju əsrin əvvəlində Ermənistan ərazisində azərbayjanlıların yaşadığı 2 mindən artıq kənd var idi. Bu gün həmin kənd-lərdə nə azərbayjanlılar, nə də Azərbayjan adları qalıb. Çünki Ermənistanın təmizləmə siyasəti tarix və toponimikanı da əhatə edib. Böyük Sovet Ensiklopediyasını vərəqləmək kifayətdir ki, bu gün Yerevan, Stepanakert, Sevan adı ilə təqdim olunan ərazilərin ötən əsrin 30-ju illərinədək İrəvan, Xankəndi və Göyçə adlandığının şahidi olasan. Bakı Dövlət Universitetinin dosenti T.Həsənovun “Ermənistanın Azərbayjan ərazilərini işğal etməsinin ağır sosial-iqtisadi nətijələri” adlı kitabında Ermənistanın etnik tərkibinin dəyişməsinin xronologiyası göstərilir. Rəsmi sənədlərə görə, 19-ju əsrin ortalarında hazırda Ermənistan adlı dövlətin yerləşdiyi ərazidə ermənilər azlıqda idilər. Xronologiyaya nəzər salaq:

1850-ji il  - 76% azərbayjanlı,   24% erməni və digər millətlər;

1910-ju il - 64% azərbayjanlı,   33% erməni və digər millətlər;

1948-ji il  - 52% azərbayjanlı, 48% erməni və digər millətlər;

1990-jı il  - 98% erməni, 2% digər millətlər. 

Beləliklə, bu gün rəsmi statistikaya görə, Ermənistan əhalisinin jəmi 2-2,5%-ni başqa millətlərin nümayəndələri təşkil edir. Maraqlıdır ki, ermənilər bu faktdan fərəhləndiklərini gizlətmirlər. Yerevanda nəşr olunan “Aravot” qəzeti yazır: “Xoşbəxtlikdən, bu gün Ermənistan monoetnik dövlətdir və ona görə bizdə millətçiliyin pers-pektivi yoxdur. Yəni əgər kimsə bu gün “Ermənistan - yalnız ermənilərə” şüarı qaldırsa, bunun heç bir mənası olmayajaq. Çünki Ermənistan onsuz da yalnız ermənilərindir”  (Armeniə, k sçastğö, qosudarstvo monogtniçeskoe, i naüionalizm u nas ne imeet serğeznıx perspektiv. Gto oznaçaet, çto esli kto-to vıdvinet lozunq “Armeniə - armənam”, on ne budet imetğ smısla, tak kak Armeniə i bez toqo prinadlejit armənam).

Erməni curnalistinin bu fikirlərinin arxasında, əslində, başqa nüanslar dayanır. “Xoşbəxtlikdən, bizdə millətçiliyin perspektivi yoxdur” deməklə, curnalist, əslində, “Xoşbəxtlikdən, bizdə separatizm təhlükəsi yoxdur” fikrini qabardır. Yeri gəlmişkən, 1990-jı ildə Ermənistanın ovaxtkı rəhbəri Levon Ter-Petrosyanın qürurla “Ermənistan SSRİ-nin ən sabit respublikasıdır” deməsi də buna bənzəyir. Həmin zaman artıq yüzminlərlə azərbayjanlını öz doğma torpaqlarından qovmuş, digər millətləri sıxışdıraraq ölkədən köçməyə vadar etmiş Ermənistan rəhbərliyi, bu respublikanı keçmiş SSRİ-nin yeganə monoetnik respublikasına çevirmişdi. Ter-Petrosyanın qürurlandığı “sabitlik” məhz bu yolla əldə olunmuşdu. Doğrudan da, etnik təmizləmə nətijəsində bütün millətləri ölkədən qovmaqla monoetnik dövlət yaradan Ermənistanda separatizm və ya hər hansı qeyri-sabitlik təhlükəsindən danışmaq gülünj olardı.

Bütün bunlardan sonra başqa dövlətləri “deportasiya, soyqırım və etnik təmizləmə”də ittiham etmək qədər gülünj...

 


MƏSLƏHƏT GÖR:

404