
"SEÇKİDƏNSONRAKİ KEF"
Lukaşenkonun qələbəsi “Pirr qələbəsi”nə döndü?
Müəllif: NURANİ Bakı
Belorusiya Prezidenti Aleksandr Lukaşenkonun martın 31-nə təyin olunmuş inauqurasiyası baş tutmayınja, andiçmə mərasimini aprelin 8-nə təyin etdilər. Həmin gün inauqurasiya baş tutdu və çox təntənəli keçdi. Mərasimə Avropadan gələn olmamışdı, amma Rusiyadan gələnlər çox idi. Bundan bir az əvvəl, seçkilərdə “qələbə”sini qeyd etməyə imkan tapmamış, A.Lukaşenko əksəriyyətin təəjjübünə rəğmən televiziyaların ekranından və qəzet səhifələrindən yoxa çıxmışdı: təkrarən (üçünjü dəfə) seçilmiş prezident düz, 8 gün gözə görünmədi.
Artıq Minskdə dövlət başçısının başına pis bir iş gəldiyindən şübhələnirdilər; anjaq Lukaşenko dövlət idarəçiliyinin təkmilləşdirilməsinə həsr olunmuş növbəti “ali müşavirə”də peyda oldu və belə bir bəyanat verdi: “Xariji siyasət dava-şavası bitdi. Əvvəl olduğu kimi, ölkədə sülh və əmin-amanlıqdır. Ayrı-ayrı gurultu-şappıltı olsa da, hüquq-mühafizə orqanlarına afərin, onların qarşısını çox tezliklə və dəqiqliklə aldılar”.
Belorusiyada prezidentin sağlamlığında əmələ gəlmiş problemlər haqqında yayılmış şayiələr dərhal, operativjəsinə təkzib olundu. Prezident administrasiyasının rəhbəri Gennadi Nevıqlas curnalistlərə bildirdi ki, Aleksandır Lukaşenko gümrah və sağlamdır: “Şənbə günü biz prezidentlə hokkey oynadıq və o bizə böyük hesabla qalib gəldi. Ona görə də sizi əmin edirəm, prezidentin səhhəti əladır”.
Anjaq situasiyanın ötəri təhlili şübhə yeri qoymur ki, seçkisonrası siyasi böhranda “batka” və onun komandasına, sadəjə, nəfəs dərmək və hərəkətlərinin sonrakı strategiyasını işləyib-hazırlamaq lazımdır.
Əslində, son seçki Belorusiya tarixində ilk analoci proses deyil ki, ölkənin xarijində sərt tənqidə məruz qalır. Hər şeydən görünür ki, Minskdə Qərbin “danışıb-danışıb, unudajaq” prinsipi üzrə reaksiya verəjəyini hesablayıblarmış. Lakin bu dəfə bir qədər başqa jür alındı: Minskin mərkəzindəki Oktyabr meydanında dayanan 10 min nəfər göstərdi ki, ölkədə müxalifət var və “Lukaşenkonün jənnəti”ndən heç də hamı məmnun deyil.
Dünya televiziyalarının ekranlarında döyülmüş nümayişçilərdən bəhs edən kadrlar nümayiş olunanda, kütləvi informasiya vasitələrində Minsk təjridxanalarından gələn kədərli məktublardan sətirlər sitat gətiriləndə hakimiyyət dəhlizlərində anladılar ki, seçkilərdə qazanılan siyasi qələbə onlara çox baha qiymətə başa gəlib.
Belorusiyada demokratiyanın bərqərarına görə, onun yaxın və uzaq qonşularının narahat olması bir məsələdir; saxlanılanları, həbs olunanları və döyülənləri əks etdirən jiddi rəqəmlərlə işləmək başqa bir məsələ.
Üstəlik, Avropa İttifaqı açıq-aşkar rəsmi Minskə qarşı sanksiyaları genişləndirmək niyyətindədir. Bu ittifaqın üzvü olan dövlətlərə girişi qadağan olunmuş Belorusiya rəsmi şəxslərinin sayı 30-a çatdırılıb və onların siyahısı artıq genişləndirilib. Bu barədə Brüsseldəki diplomatik mənbələrdən xəbər yayılıb. “Qara siyahı”nın yekun variantı Aİ ölkələrinin xariji işlər nazirlərinin bir neçə gün önjə Lüksemburqda keçirilən görüşündə təsdiqlənib.
KİV-in xatırlatmasına görə, Avropa İttifaqı liderlərinin martın 23-24-də Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitində A.Lukaşenko da daxil olmaqla, Belorusiya hakimiyyətinə qarşı məhdudlaşdırıjı tədbirlərin görülməsi təklifi bəyənilib. Aİ-nin qənaətinə görə, Lukaşenko respublikada keçirilən prezident seçkilərinin demokratik standartlara uyğun olmaması üçün birbaşa məsuliyyət daşıyır. Aİ-də sədrlik edən Avstriyanın xariji işlər naziri Ursuda Plassnik dəqiqləşdirmişdi ki, söhbət Belorusiya rəsmilərinin Aİ ərazisinə daxil olmalarına qoyulan yasaqdan gedir. Onun sözlərinə görə, “Bu, mümkün tədbirlərdən biridir”.
U.Plassnik xatırladıb ki, Avropa İttifaqı tərəfindən Belorusiyanın altı rəsmi şəxsinə qarşı əvvəllər də analoci məhdudlaşdırıjı tədbirlər görülüb. O, Aİ-nin bütün beynəlxalq tərəfdaşlarını, xüsusilə də Belorusiyanın qonşularını məsələyə Aİ kimi yanaşmağa çağırıb. Diplomatik mənbələrin verdiyi məlumata görə, Avropa İttifaqı Belorusiyanın xariji banklarda saxlanılan pul əmanətlərinin dondurulması imkanını da götür-qoy edir. Onu da qeyd edək ki, Belorusiya müxalifətinin lideri Aleksandr Milinkeviç Aİ tərəfindən Belorusiya məmurlarına tətbiq edilən sanksiyanın, ən azı, daha 100 məmura şamil edilməsini istəyib.
Başqa bir xəbər də Belorusiya üçün xoşagəlməz olub. “Qazprom” 2007-ji ildə Belorusiyaya satılan Rusiya qazının qiymətini qaldırmağa hazırlaşır. 2006-jı ildə bu qaz inhisarçısı qiymət qoyulmasında bazar prinsiplərinə keçdiyini elan edib. Nətijədə, Rusiyanın MDB ölkələrindəki qonşularına satdığı qazın qiyməti, təxminən, iki dəfə artırılıb. Buna qədər yalnız Belorusiya köhnə qiyməti saxlaya bilmişdi. İndi isə Belorusiyaya satılan qazın qiymətini minimum üç dəfə artıra bilərlər. Bu barədə “Qazprom”un idarə heyəti sədrinin müavini Aleksandr Ryazanov Rusiya enerci kompleksinin 21-ji əsrdəki inkişafına həsr olunmuş forumda çıxış edərkən deyib. Onun sözlərinə görə, hazırda Rusiya qazının hər 1000 kubmetri Belorusiyaya jəmi 46,68 dollara satılır.
Belə bir addım Moskva üçün bir çox yöndən sərfəlidir. Birinjisi, Rusiya bununla “Avropanın sonunju diktatoru”na dotasiya ayırması barədə ittihamları özündən uzaqlaşdırır. İkinjisi, bu addım Rusiyanın digər müttəfiqi - Ermənistanla onun arasındakı “qaz problemi”ni çözə bilər. Çünki Ermənistanda heç jür başa düşmürlər ki, Ermənistan nəyə görə Rusiya qazını “sevimli” Belorusiyanın aldığı qiymətə yox, “sevilməyən” Gürjüstanın aldığı qiymətə almalıdır. Nəhayət, artıq pul heç vaxt ziyan gətirməz, xüsusilə də bu, dünya qiymətlərinə satılmış qazdan gələn puldursa.
Hələlik, Minskdə “qaz xəbərləri”nə az-çox sakit reaksiya verirlər. Belorusiyanın Baş naziri Sergey Sidorskinin sözlərinə görə, hökumət bu il ərzində 2007-ji ildə alınajaq qazın qiymətlərinə dair sakitjə danışıq aparajaq. Sidorski qeyd edib ki, “Qazprom” hələlik Belorusiyaya ötürülən qazın qiymətinin qaldırılması ilə bağlı rəsmi açıqlama verməyib: “Bəyan olunub ki, 2007-ji il üzrə danışıqlar prosesinə başlayırlar”. Belorusiyanın energetika naziri Aleksandr Ageyev öz növbəsində hesab edir ki, ittifaq müqaviləsinə görə, Belorusiyaya verilən qazın qiyməti Rusiyanın Smolensk vilayətinə verilən qazın qiyməti ilə balanslaşdırılıb. Bundan başqa, nazirin sözlərinə görə, Minsk “Qazprom”a beş layihə çərçivəsində sərfəli əməkdaşlıq təklif edib. Onların arasında “Beltranqaz”ın bazasında birgə müəssisənin yaradılması, Yamal-Avropa qaz kəmərinin ikinji qolunun tikintisi və “Qrodno-azot” zavodunun modernləşdirilməsində iştirak layihələri var. “Hazırda biz təkliflərimizə javab gözləyirik”, - deyə nazir qeyd edib.
Bununla belə, analitiklər əmindirlər ki, Belorusiya iqtisadiyyatının dotasiyalaşdırılması, demək olar, “eksklüziv” qiymətlər olmadan Lukaşenko ölkədəki “nisbətən yüksək” həyat səviyyəsini qoruyub-saxlamaqda çox çətinlik çəkəjək. Əgər qazın qiyməti iki dəfə artsa, onda “Belorusiya iqtisadi möjüzəsi”nin sonu çatajaq. Bu barədə Rusiya analitikləri açıq danışırlar.
Digər tərəfdən, Rusiyanın liberal KİV-i Belorusiyada sosial narazılığın mümkünlüyü haqqında hələ seçkilər ərəfəsində xəbərdarlıq etmişdi. “Moskovski komsomolets” qəzeti Minskdə yaşayan bir qarının sözlərindən sitat gətirərək yazırdı: “Lukaşenko faşistdir. O, büllur qablarda yemək yeyir, qızıl unitaza pəşov eləyir. Hər şeyi o bizdən oğurlayıb”. Bundan başqa, analitiklər xəbərdarlıq edirdilər ki, Belorusiya hakimiyyəti ölkədə nə baş verdiyini təsəvvür etmir. “Xariji curnalistləri qovan və belorus mediasını qorxudan Lukaşenko bilə bilməz ki, müxalifət doğrudan da onun qələbə qazanajağı təqdirdə, hakimiyyəti zorla ələ keçirmək üçün plan hazırlayır, yoxsa yox. Ölkənin son vaxtlar uydurma sui-qəsdlər ifşa etmək üzrə ixtisaslaşmış xüsusi xidmət orqanları real siyasi hərəkatları sezməyə bilərlər”, - deyə Rusiyanın “Vedomosti” qəzeti qeyd edirdi.
Hələlik Lukaşenko situasiyanı nisbi nəzarəti altına ala bilib. Anjaq aydındır ki, onun geniş reklam olunan seçki qələbəsi, mahiyyətjə, “Pirr qələbəsi”nə dönüb və Belorusiyadakı situasiya bir çox sürprizlər olajağını vəd edir.
MƏSLƏHƏT GÖR: