15 Mart 2025

Şənbə, 01:16

UKRAYNA DA “TARAZLAŞIR”

Ukraynadakı parlament seçkilərinin nətijələri hələ koalisiya yaradılması haqda qəti bir qərar olmadan da maraqlı nətijələrə gəlməyə imkan verir

Müəllif:

15.03.2006

Hər şeydən əvvəl seçkilər belə bir nətijəyə gəlməyə imkan verir ki, Ukraynanı birmənalı Qərb siyasi təsir orbitinə çəkmək mümkün olmadı. «Narınjı inqilab»dan sonra Ukrayna iqtisadiyyatında başlanmış tənəzzül, Rusiya ilə münasibətlərdəki gərginlik və Qərbin yeni Ukranya hökumətinə kifayət qədər dəstək verməməsi, Viktor Yuşenkonu bir sıra «narınjı inqilab» prinsiplərindən geri çəkilməyə məjbur etsə də, gözləntilərlə real vəziyyət arasındakı fərq hakimiyyətdən narazı elektoratın sıralarını genişləndirdi. 

«Narınjı inqilab»dan əvvəlki 2004 -jü ildə Ukrayna iqtisadiyyatının illik artımı 12,1 faiz olmuşdusa və 2005-ji ildə bu göstərijinin 19 faiz olajağı proqnozlaşdırılırdısa, inqilabdan sonra 2005-ji ildə bu göstəriji 5,5%-ə düşdü. Baş nazir Yuliya Timoşenkonun artıq özəlləşdirilmiş müəssisələrin bir hissəsini reprivatizasiya etmək, digər hissəsini isə milliləşdirmək istiqamətindəki addımları investorları qorxutmağa başladı. Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik isə ölkədə enerci böhranının yaranmasına səbəb oldu. Nəhayət, narınjı komanda daxilindəki toqquşmalar, korrupsiya qalmaqalları Baş nazirin istefasına səbəb oldu. Beləliklə, «narınjı»lar parlament seçkilərinə qüvvələrin pərakəndəliyi şəklində getməli oldular.

2005-ji ilin birinji beş ayı ərzində xariji tijarət dövriyyəsi 2004-jü ilin analoci dövrü ilə müqayisədə 2,1 milyard dollardan 794,6 milyon dollara,  yəni 3 dəfə aşağı düşmüşdü. Həm də bütün bu rəqəmlər «narınjı inqilab»a normal münasibətdə olan BBJ-nin reportaclarında öz əksini tapmışdı.

Ukrayna Ali Radasına seçkilərin nətijələri göstərdi ki, bütövlükdə qərbyönümlü siyasi kursu dəstəklə-yənlərlə, rusiyameylli siyasi kursu dəstəkləyən qüvvələr bərabər səs aldılar. Bu məqam Ukraynadakı geosiyasi nüfuz uğrunda mübarizənin ikinji mərhələsinin «heç-heçə» nətijələnməsini deməyə əsas verir. Anjaq bu «heç-heçə» məzmun etibarilə rusiya-yönlü siyasi qruplaşmanın «narınjı inqilab»dan sonra itirilmiş mövqelərinin bir qədər bərpa olunması kimi ortaya çıxdığından, onu Rusiyanın uğurlu revanşı  kimi dəyərləndirmək mümkündür.

Anjaq Ukraynada son bir il ərzində baş verənlər onu göstərir ki, keçmiş sovet məkanında birtərəfli - qərbyönümlü və antirusiya siyasəti yürütmək qeyri-mümkündür. Məsələn, Ukrayna «narınjı hakimiyyət»ində ən qatı antirusiya mövqelərində durmuş Y.Timoşenko istefaya getmək zorunda qaldı. Prezident Yuşenko Rusiyada doğulmuş Y.Yexanurovu Baş nazir təyin etdikdən sonra, Moskvaya tərəf yüngül reveranslar etməyə məjbur oldu. Yexanurov vahid iqtisadi məkan yaradılmasına dair sənədlərin 29-dan 14-nü, daha sonra isə 19-nu imzaladı. Moskvada haqqında jinayət işi açılmış Y.Timoşenko istefaya getdikdən son-ra, Moskvaya səfər edərək münasibətlərin yumşalması üçün görüşlər keçirdi. Avropa Parlamenti rusiya-yönümlü siyasətçi Yanukoviçi inkar etməyin mümkün olmadığını görüb, onu Avropa Parlamentində çıxış etmək üçün dəvət etdi. Benita Ferrera Valdner Ukraynaya səfəri zamanı onunla görüşərək Avropa İttifaqı ilə münasibətlərə dair söhbət etdi.

Anjaq təkjə qərbyönümlü «narınjılar» başa düşməmişdilər ki, Moskvasız ölkəni idarə etmək çətindir. Həm də rusiyayönümlü Yanukoviç anlamağa başlamışdı ki, birmənalı olaraq rusiyayönümlü siyasətlə Ukraynanı idarə etmək mümkünsüzdür. Elə buna görə də V.Yanukoviç Brüssellə dil tapmağa və münasibətlərə ilıqlıq gətirməyə çalışdı. Məsələn, Yanukoviç Avropa İttifaqının təmsilçisi Benita Ferrera Valdnerlə görüşdə ona yaxşı təsir bağışlamağa çalışdı və xanım Valdner «De Velt» qəzetinə verdiyi müsahibədə Yanukoviçlə işləməyin mümkün olduğunu dedi. Yanukoviç bildirib ki, Avropa ilə əlaqələri möhkəmləndirmək niyyətindədir. Seçkidən sonra Yanukoviç Brüsselə gedərək, Avropa Parlamentində çıxış etməyə də söz verib.

Beləliklə, «narınjı inqilab»dan keçən bir ildən çox müddətdə Ukraynadakı siyasi qüvvələr ifrat hədlərdən mərkəzə doğru yerdəyişmələr etməklə, qərbpərəstlər Rusiyaya, rusiyapərəstlər isə Qərbə münasibətdə mötədilləşməyə başladılar. Nətijədə, koalisiyanın nejə qurulmasından asılı olmayaraq, Ukraynanın xariji si-yasətində də bir sıra jiddi redaktələr ediləjəyi gözləniləndir. 

Ukrayna Ali Radasına seçkilərdən çıxarılan ilkin və baza nətijə bu ölkənin biristiqamətli xariji siyasət yürütməsinin mümkün olmamasıdır. Məhz bu prinsipial və baza nətijə seçkidən sonra koalisiyanın nejə qurulması haqda qərarların qəbuluna da öz müəyyənediji təsirini göstərir. Biristiqamətli xariji siyasət iqtisadiyyata mənfi təsir göstərirsə və ölkəni enerci böhranı ilə üz-üzə qoyursa, deməli, yaranajaq hökumətin yalnız narınjılardan ibarət olması istisna edilə bilər. Ona görə ki, yenidən «narınjı hökumət»in formalaşması ölkənin ötən bir ildə qarşılaşdığı fundamental problemləri ortadan qaldırmır: ölkənin qərbi ilə şərqi arasında qarşıdurma qalır, Rusiya ilə münasibətlərdə soyuqluq və deməli, enerci probleminin təkrarlanması təhlükəsi həll edilməmiş olur; Ukranya məhsulları üçün mühüm Rusiya bazarı itirilir. 

Situasiyada həllediji mövqeyə malik olan prezident Yuşenko hələlik Y.Timoşenko ilə V.Yanukoviç arasında manevr etməkdədir. O və komandası bir neçə bəyanatlarla məhz Regionlar partiyası ilə koalisiyaya getmək niyyətində olduqlarına işarə ediblər.  

Məsələn, V.Yuşenko Y.Timoşenko ilə seçkidən əvvəl imzalanmış və hansı blok seçkidən qalib çıxarsa, onun namizədinin Baş nazir olajağı haqda razılaşmanı reallaşdırmağa tələsməməsi, V.Yuşenkonun yaxın adamı, Baş nazir Y.Yexanurovun koalisiyanın «narınjı deyil, demokratik olması məqsədəuyğundur» deməsi göstərir ki, «Bizim Ukrayna» Regi-onlar Partiyası ilə əməkdaşlığı zəruri faktor kimi qəbul edir. Anjaq əsas müzakirə  bu əməkdaşlığın hansı formada həyata keçirilməsi ətrafındadır. 

Anjaq «Bizim Ukrayna» blokunun siyasi şurasının məhz Yuliya Timoşenko ilə koalisiyaya getmək haqda qərar çıxarması və niyyət protokolunu elan etməsi belə deməyə əsas verir ki, V.Yuşenko «yumurtaları bir qutuya yığmaq» fikrindən uzaqdır və iki rəqib düşərgə arasında siyasi manevrlər edərək, öz partiyası üçün əlverişli mövqelər əldə etməyə çalışır. Belə ki, «Bizim Ukrayna» blokunun Y.Timoşenko və sosialistlərlə koalisiya yaratmaq haqda niyyət protokolu qeyri-müəyyən prinsiplər üzərində qurulub, Timoşenko və Morozun etirazına səbəb olub.  

Y.Timoşenko isə bəzi radikal bəyanatları ilə nə özü, nə də V.Yuşenko üçün siyasi manevr imkanları qoymur. Artıq o, «Bizim Ukrayna» Blokunu əvvəldən əldə olunmuş razılaşmanı pozmaqda ittiham edib, yalnız Baş nazir olmağa razı olajağını bildirib, yalnız özünün islahatlar aparmağa qadir olduğunu elan edib; prezident V.Yuşenkonun ətrafının onun Baş nazir olmasına imkan vermədiklərini deyib və nəhayət «Bizim Ukrayna» blokunun aprelin 5-də qəbul etdiyi niyyət protokolunu ələ salıb. Bütün bu bəyanatlar Y.Timoşenkonun «Bizim Ukrayna» Bloku ilə əməkdaşlığı üçün müsbət zəmin formalaşdırmır, əksinə, prezident Yuşenkonun onunla əməkdaşlığın xeyrinə qərar qəbul etməsi üçün jiddi problemlər yaradır. Artıq Y.Yexanurov onun bəyanatlarına mənfi reaksiya verərək, Y.Timoşenkonu hər şeyi şəxsi maraqlarına uyğunlaşdırmaqda ittiham edib. 

V.Yanukoviç isə radikal bəyanatlardan qaçmağa, iddiaları haqda açıq danışmamağa və çevik qərarlar qəbul etmək üçün zəmin saxlamağa çalışır. Bu da onu prezident komandası üçün jazibəli tərəfdaşa çevirir. Seçkidən bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putinin də V.Yuşenko ilə telefonla danışması və bu barədə məlumatın ijtimaiyyətə ötürülməsi Rusiya ilə yaxşı münasibətlərdə olan Yanukoviçlə «Bizim Ukrayna» Bloku arasında əməkdaşlıq üçün əlverişli zəmin hazırlayır. Elə ABŞ-ın «istənilən hökumətlə işləməyə hazırıq» kimi bəyanatı, Avropa İttifaqının təmsilçisi Benita Ferrera Valdnerin «Yanukoviçlə işləmək olar» deməsi də Viktor Yanukoviçin koalisiya tərəfdaşı kimi şanslarını artırır. Anjaq bütün rıçaqlar prezidentin əlindədir və V.Yuşenko situasiyanın tam sahibi kimi qərar qəbul edə və hətta Baş nazir postunu Yexanurov üçün saxlaya da bilər. V. Yuşenkonun son manevrləri onun taktiki addımlarının məhz bu strategiyaya söykəndiyini düşünməyə əsas verir. Ehtimal olunur ki, «Bizim Ukrayna» bloku Yexanurovun baş nazirliyini qəbul edən tərəflə koalisiya qurmağa üstünlük verəjək.

 


MƏSLƏHƏT GÖR:

392