Müəllif: Günay NƏZƏROVA Bakı
Yaponiya ilə Azərbayjan arasında diplomatik münasibətlərin tarixi, elə ölkəmizin müstəqilliyinin tarixi qədərdir. 1991-ji ildə dövlət müstəqilliyi elan edən Azərbayjanın müstəqilliyini Yaponiya elə həmin il tanıyıb. Bir il sonra isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Bu gün artıq Azərbayjan regionda Yaponiyanın maraq göstərdiyi və ikitərəfli əlaqələri intensiv şəkildə inkişaf etdirdiyi əsas ölkəyə çevrilib. Azərbayjan Prezidenti İlham Əliyevin martın 7-dən 10-dək Tokioya səfəri və imzalanmış sənədlər də, ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından olduqja əhəmiyyətli hadisədir. Yaponiyanın ölkəmizdəki səfiri, jənab Tadahiro Abe ilə söhbətimizə də elə prezident İ.Əliyevin Tokio səfəri ilə başladıq.
- Son 14 ildə biz bir çox sahələrdə birgə çalışmışıq; Yaponiya Azərbayjanda demokratiyanın bərqərar olması və bazar iqtisadiyyatının qurulması istiqamətində əlindən gələni edib. Jənab prezidentin bizim ölkəmizə səfəri də, məhz ikitərəfli əlaqələrin ən yüksək həddə çatdığı bir döv-rə təsadüf edir. Biz jənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ölkəmizə səfərini çox yüksək qiymətləndiririk; bütün yapon xalqı jənab prezidenti və onun xanımını çox böyük məmnuniyyətlə qarşıladı. Bu səfər nisbətən qısa olsa da, jənab prezidentin bir çox sahələrdə fikir mübadiləsi aparması üçün böyük imkanları oldu. Jənab prezident və xanımı Yaponiyanın imperatoru və imperatriçasının rəsmi qəbulunda oldular. Bundan başqa, Baş nazir Juniçiro Koizumi və xariji işlər naziri Taro Aso ilə görüşlər keçirildi. Bu sırada İ.Əliyevin Bas nazir və xariji işlər naziri ilə görüşləri ikitərəfli əlaqələrin əhəmiyyətli aspektlərinin müzakirə olunmasında xüsusi önəm daşıyır. Jənab prezident Azərbayjanın daxili və xariji siyasəti barəsində Yaponiya Xariji İşlər Üzrə İnstitutunda çıxış etmək və ölkəsinin həm daxili və həm də xariji siyasəti kursu haqda dolğun məlumat vermək imkanı qazandı. Bu səfər zamanı ölkələrimiz arasında jənab prezident və Baş nazir tərəfindən dostluq və əməkdaşlığa dair birgə bəyannamə imzalandı. Bundan əlavə, iki ölkə xariji işlər nazirliklərinin əməkdaşlığı haqda memorandum, Yaponiya və Azərbayjan hökumətləri arasında texniki əməkdaşlıq barəsində müqavilə imzalandı. Bir sözlə, bu səfər bizim onsuz da çox yüksək səviyyədə olan əlaqələrimizin daha da inkişafı üçün şərait yaratdı və ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verdi. Bizim üçün isə öz növbəmizdə, jənab prezident və onun xanımını qarşılamaq böyük şərəf idi.
- Jənab səfir, Yaponiya ilə Azərbayjan arasında əməkdaşlığın inkişafı daha çox hansı sahəni əhatə edir? Bilirik ki, ölkəniz Azərbayjanın neft sahəsinə maraq göstərir. Qeyri-neft sektorunda əməkdaşlığın perspektivlərini nejə görürsünüz?
- Yaponiya öz təjrübəsindən çox gözəl bilir ki, inkişafa nail olmaq üçün, ilk növbədə, iqtisadi infrastrukturu inkişaf elətdirmək, insanların həyat səviyyəsini yüksəltmək, texniki bilikləri artırmaq və insan resurslarını inkişaf elətdirmək lazımdır. İnkişaf etmiş müasir dövlət qurmaq üçün bütün bu amillər nəzərə alınmalıdır. Və Yaponiya, öz təjrübəsindən istifadə edərək, sadaladığım bu amillərin inkişafı üçün Azərbayjana hərtərəfli yardım göstərir. Misal üçün, götürək iqtisadi infrastrukturun inkişafını. Bilirsiniz ki, Yaponiya Azərbayjana elektrik stansiyalarının yenidənqurulmasına yardım edir, həmçinin, yolların rekonstruksiyası, irriqasiya sistemlərinin inkişafı və sosial sektorun - insanların həyat səviyyəsinin yüksəlməsi istiqamətində ölkəmiz Azərbayjana yardım edir. Tibbi avadanlıqla təminat, hospitalların, məktəblərin tikintisi, ümumilikdə, təhsil sisteminin inkişafı da bizim üçün prioritetdir. Biz çoxsahəli yardım yönəldirik ki, Azərbayjan tez bir zamanda inkişaf etmiş bir dövlətə çevrilsin. İndiyədək Yaponiya Azərbayjana ümumilikdə 700 milyon dollarlıq yardım göstərib. Mən belə düşünürəm ki, Yaponiya Azərbayjana ən çox yardım göstərən donor ölkələrdən biridir. Biz inanırıq ki, yalnız bir çox sahələri əhatə edən hərtərəfli yardım sayəsində Azərbayjanda insanların rifahını daha da yüksəltmək mümkündür. Bu əqidəyə sadiq qalaraq, 2004-jü ilin dekabr ayında Yaponiyanın Azərbayjana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunandan bəri, mən özümdən əvvəl burada xidmət etmiş səfirlərin yönəltdiyi yardımlardan daha çox yardımın respublikanıza yönəldilməsinə müvəffəq oldum.
- Amma əsas diqqət, yəqin ki, neft sahəsinə yönəlib?
- Təbii ki, Azərbayjan üçün neft sənayesi çox vajibdir, demək olar, bu, ölkənizin inkişafına təmin edəjək əsas sektorlardan biridir. Ona görə də biz neft layihələrində yaxından iştirak edirik. Bilirsiniz ki, hazırda Yaponiyanın iki şirkəti “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçısıdır; Bakı-Tbilisi-Jeyhan neft kəmərinin tikintisində də iştirak edirik. Amma bununla belə, anlayırıq ki, Azərbayjan qeyri-neft sektorunun inkişafında da maraqlıdır. Ölkənizin gələjəyi üçün bütün sahələrin inkişafına nail olmaq vajibdir. Və bu istiqamətdə Yaponiya daim Azərbayjanla əməkdaşlıq edir. Hazırda Yaponiyanın bir neçə eksperti Azərbayjanda sahibkarlığın inkişafı üçün öz bilik və təjrübələrini öz tərəf-müqabilləri ilə paylaşırlar. Biz qeyri-neft sektorunu inkişaf etdirməyin yollarını birgə arayırıq və gələjəkdə müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirəjəyik. Bu məsələ jənab prezident İlham Əliyevin Yaponiyaya səfəri zamanı da müzakirə obyekti olub. Həmçinin, bu əməkdaşlığın konkret aspektləri Yaponiya-Azərbayjan Birgə İqtisadi Komitəsi çərçivəsində müzakirə oluna bilər.
- Dediniz ki, qeyri-neft sektorunun inkişaf yollarını arayırsınız. Konkret nətijələr varmı?
- Əslində, Yaponiya çoxdan Azərbayjanın qeyri-neft sahəsinə maraq göstərir. Hələ SSRİ dövrünü - 1970-ji illərdə Bakıda tikilən kondisioner zavodunu yada salın. O vaxt SSRİ-nin ehtiyajının böyük hissəsini məhz bu zavod ödəyirdi. Amma əlbəttə ki, müstəqillik əldə etdikdən sonra, Azərbayjana müasir tələblərə javab verən biznes şəraiti qurmaq, xariji sərmayə axınını təmin etmək lazımdır. Əgər Azərbayjan biznes mühitini tam qura bilsə, ölkəyə investisiya axını daha da artajaq.
- Jənab səfir, ikitərəfli əlaqələrin inkişafı göz qabağında olsa da, Yaponiya ilə Azərbayjan arasında tijarət dövriyyəsi o qədər də çox deyil - jəmi 70 milyon dollar. Razılaşın ki, bu, mövjud potensialdan qat-qat aşağıdır. Sizjə, bu göstərijini yüksəltmək mümkündürmü?
- Bu gün vəziyyət belədir ki, tarixi səbəblərdən Azərbayjanın əsas biznes partnyorları ətrafında olan dövlətlərdir. Yaponiya bu regiona sonradan daxil olub. Buna baxmayaraq, bizim ölkələr arasında iqtisadi əlaqələrin səviyyəsi çox yüksəkdir. Əgər Azərbayjan hökuməti bizi müvafiq biznes mühiti ilə təmin etməyə müvəffəq olsa, tijarət əlaqələrimiz daha da inkişaf edəjək.
Bildiyiniz kimi, 1968-ji ildən bəri Yaponiya iqtisadi qüdrətinə görə, dünyada ikinji pillədədir; bizim ümumdaxili məhsulun həjmi 5 trilyon dollardır. Bu baxımdan, Azərbayjanla münasibətlərdəki göstərijiləri artırmaq da realdır.
- Jənab səfir, biz söhbətimizi hələlik yalnız iqtisadiyyat üzərində qurmuşuq. Amma əlbəttə ki, ölkələrimiz arasında münasibətlər yalnız iqtisadiyyatla yekunlaşmır. Siz iki ölkə arasındakı siyasi əlaqələrin durumunu nejə qiymətləndirərdiniz?
- İstənilən iki ölkə arasında dostluq əlaqələri qurmaq üçün, ilk növbədə, siyasi və iqtisadi əlaqələr də daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı anlayış olmalıdır.. Tam əminliklə söyləyə bilərəm ki, bu gün Yaponiya ilə Azərbayjan arasında bu anlayışa nail olmuşuq. Son illər yüksəkvəzifəli dövlət xadimlərinin qarşılıqlı səfərləri, imzalanan çoxsaylı müqavilələr bunun göstərijisidir. Mən səfir kimi Azərbayjanda fəaliyyətə başlayandan bəri, ölkələrimiz arasında siyasi münasibətlərin yalnız yüksələn xəttlə inkişaf etdiyinin şahidiyəm. Yaponiyanın vitse-xariji işlər naziri, parlamentin xariji əlaqələr komissiyasının sədri, bir sıra parlamentarların Bakıya səfərlərini xatırlayın. Və ya Azərbayjan rəsmilərinin, xüsusilə də prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın Tokioya səfərini yada salın. Bütün bunlar münasibətlərin real səviyyəsinin göstərijisidir.
- Yaponiyanın Ermənistan-Azərbayjan-Dağlıq Qarabağ münaqişəsinə münasibəti nejədir?
- Bilirsiniz, ötən əsrin sonunda dünyada düzüm dəyişəndən sonra, çoxlu sayda regional münaqişələr meydana gəlib. Dağlıq Qarabağ da bu münaqişə ojaqlarından biridir. Bu məsələ müxtəlif beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında problemin həlli ilə bağlı indiyədək müxtəlif qətnamələr qəbul olunub. Və Yaponiya bu qətnamələrin qəbulunu dəstəkləyib. Biz həmişə bu məsələnin sülh yolu ilə həllinə tərəfdar olmuşuq. Yaponiya ATƏT-in Minsk qrupunun münaqişənin dinj yolla nizamlanmasına yönəlmiş səylərini və hər iki tərəf arasında gedən qarşılıqlı dialoqları alqışlayır və tam dəstəkləyir. Biz ATƏT-in Minsk qrupu çərçivəsində gedən Praqa prosesini, Azərbayjan və Ermənistan xariji işlər nazirləri və prezidentləri səviyyəsində keçirilən danışıqları diqqətlə izləyirik. Yaponiya hesab edir ki, bu addımlar münaqişənin dinj yolla nizamlanması üçün çox mühüm rol oynayır. Və biz münaqişənin tezliklə həllinə ümid edirik. Bundan başqa, çox gözəl anlayırıq ki, Azərbayjanda 1 milyona yaxın qaçqın və məjburi köçkün var, bunların hamısı münaqişə nətijəsində zərər çəkmiş insanlardır və Yaponiya hökumətindən onlara yardım əli uzadılır.
- Rəsmi Tokio münaqişənin həllində hansı prinsipi münasib sayır? BMT Təhlükəsizlik Şurasının qətnamələrinə səs verməsi, Yaponiyanın Azərbayjanın ərazi bütövlüyünü dəstəkləməsi anlamında qəbul edilə bilərmi?
- Dünyanın hər bir ölkəsinin öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək hüququ var. Bu hüquq BMT-yə üzv olan 191 dövlətin hər birinə aiddir. Bu bizim məsələ ilə bağlı əsas anlayışımızdır.
- Jənab səfir, Yaponiyanın Bakıdakı diplomatik nümayəndəliyi qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verir. Səfirliyin ayırdığı qrantlar hesabına məktəblər tikilib, yollar çəkilib və s. Bu sahədə Yaponiyanın aktivliyinin səbəbi nədir?
- Mən artıq bildirdim ki, istənilən ölkənin inkişafı üçün ona hərtərəfli yardım göstərilməlidir. İnsanların həyat səviyyəsini yüksəltmək, onların rifahını təmin etmək çox vajibdir. Məhz buna görə, biz QHT-lər vasitəsilə ehtiyajı olanların tələbatlarını qarşılamaq üçün və həmçinin, Azərbayjanın iqtisadi infrastrukturunun formalaşması naminə müxtəlif layihələr üzərində işləyirik. Yaponiya Azərbayjanda iqtisadi infrastrukturun yenidən qurulması, insanların həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş layihələrə bundan sonra da dəstək verəjək. Yenə də deyirəm: bizim siyasi, iqtisadi, mədəni - bir sözlə, bütün sahələrdə əlaqələrimiz ən yüksək səviyyədədir. Və şəxsən özüm bu əlaqələrin daha da inkişaf etdirilmsinə xüsusi diqqət verirəm. Nə qədər ki mən buradayam, əməkdaşlığın intensivləşməsi və dostluq əlaqələrinin daha da dərinləşməsi üçün əlimdən gələni əsirgəməyəjəm. Bunu da tam əminliklə qeyd etmək istərdim ki, Azərbayjanda vəzifəmin ijraatına başlayandan bəri, məndən əvvəl gələn səfirlərin etdiyindən daha çoxunu etməyə nail olmuşam.
MƏSLƏHƏT GÖR: