15 Mart 2025

Şənbə, 01:19

ŞOSTAKOVİÇ ULDUZU

Fevralın 20-dən 26-dək Bakıda Şostakoviçin yubileyinə həsr edilmiş beynəlxalq festival keçirilib

Müəllif:

01.03.2006

İnsan fizika ilə injəsənəti birləşdirərək musiqini yaradıb. Amma yox!

Musiqi kəşf edilənə qədər də mövjud idi. İlk bəstəkar Tanrının özüdür və onun tərəfindən yaradılan təbiətdir. İnsan isə sonradan bu ustalığı mənimsəyərək, səslər çıxarmağı öyrənib və bu səslərdən ejazkar gözəgörünməz naxışlar toxuyub. Ağılları, ürəkləri və ruhu həyəjana gətirib...

Belə həyəjan doğuranlardan biri də Dimitri Şostakoviç idi. Onun, əsasən, 15 müəzzəm fəlsəfədən - dramatik simfoniyadan ibarət yaradıjılığı bu gün də dünyanın ən yaxşı orkestrlərinin repertuarını “qidalandırır”. Bu il məşhur bəstəkarın anadan olmasının 100 ili tamamlanır və özlüyündə aydındır ki, bu tarix bütün dünyada geniş qeyd ediləjək. 

 

Azərbayjandan başlandı

Fevralın 20-dən 26-dək paytaxtda Azərbayjan Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə Heydər Əliyev Fondunun təşəbbüsünə əsasən təşkil olunmuş Şostakoviçin yubileyinə həsr edilən beynəlxalq festival keçirildi. Erkən yaz Bakısı bir neçə gün ərzində həlim və jılğın, janlı, nəfəsli, həyatın bütün həqiqətlərini özünə çəkmiş simfonik musiqinin sədalarına dalırdı. 

Desək ki, publika yaradılmış imkana görə sevinj içində idi, azdır. Ona görə ki, bizim tamaşaçı üçün belə musiqi ziyafəti, aj Volqa ətrafında qara kürü kimi bir şeydir. «Narzan» içməkdən əldən düşən klassikasevərlər joşğunluqla Mstislav Rostropoviçin rəhbərliyi altında orkestrin ifasına diqqət kəsilmişdilər. Görkəmli musiqiçi festivalın birinji şəxslərindən idi və hər münasib məqamdan istifadə edərək, doğma şəhərinə gəldiyi üçün sevindiyini nəzərə çatdırırdı. Yeri gəlmişkən, onun sözlərinə görə, bu şəhəri bəstəkarın özü də çox sevib.

Pult arxasında dayanan Ros-tropoviçin özü bir neçə konsertə, o jümlədən yekun konsertə “diricorluq” etdi. Həmin final konserti fevralın 26-da - bazar günü Dövlət Filarmoniyasında keçirildi və Üzeyir Hajıbəyov adına Azərbayjan Dövlət Simfonik Orkestri burada Şostakoviçin Beşinji və Doqquzunju simfoniyalarını ifa etdi.

Festivalda həmçinin Qalina Vişnevskayanın Opera Mahnı Mərkəzi, Rusiya Dövlət  Akademik Simfonik Orkestri, Borodina adına, Şostakoviç adına kvartetlərin və d. ifaçılar iştrak edirdilər. Opera Mahnı Mərkəzinin ifaçıları iki vokal tsikli - Natalya Livitinanın ifasında Qalina Vişnevska-yaya həsr edilmiş, Saşa Çornın şerlərinə “Satiralar”ı və İrina Dobrovskaya, Olqa Alekseyeva və Oleq Dolqovun səsləndirdikləri “Yəhudi xalq poeziyası”ndan tsiklini nümayiş etdirdilər. 

Təşkilatçılar yalnız audioeffektlə kifayətlənmədilər; vizual hissəyə - Qalina Vişnevskayanın özünün baş rolda çıxış etdiyi “Katerina İzmaylova” (1966) film-operasına da baxış keçirdilər... 

Festival sona çatdı, amma Şostakoviç ili yenijə başlayır. Bütün bu il ərzində isə dünyanın hər yerində yubiley tədbirlərinin parlaq qığıljımları şəfəq salajaq. Onsuz da bəstəkarın populyar musiqisi bütün bu aylarda daha gur və tez-tez səslənəjək. Onun 15 simfoni-yasına daha çox “pay düşəjək”. Məşhur Litva diricoru Maris Yansons onun 15 simfoniyasının səs yazısını elə uğurla həyata keçirib ki, bu tsiklə görə nüfuzlu “Qremma” musiqi mükafatına layiq görülüb.

İl ərzində bu əsərlərə ən məşhur bəstəkarlar dönə-dönə mürajiət edəjəklər. 

Yeri gəlmişkən, bu il Şostakoviçdən yaşlı olan daha bir Ümumdünya şöhrətli yubiley bayramı keçiriləjək. Bu, böyük Amadey Motsartdır. Elə isə, klassikasevərləri yalnız təbrik etmək olar - mahnı tədbirləri başdan aşır. 

Muzalar xor ilə oxuyajaqlar, təki silahlar sussun.

 


MƏSLƏHƏT GÖR:

438