
BAKIDAN FİDE SEÇKİLƏRİNƏ DOĞRU
Kalmıkiya Respublikasının Prezidenti və planetin baş “şahmatçısı” Kirsan İlümcinov Azərbayjana niyə gəlmişdi?
Müəllif: Kamil ƏLİYEV Bakı
Azərbayjanda Rusiya ilinin açılışı Şimal qonşumuzun müxtəlif sahələrdəki “ulduzları”nın Bakıya təşrifi ilə əlamətdardır. Onların arasında tez-tez qonağımız olan Kalmıkiya Respublikasının Prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Kirsan İlümcinovu ayrıja qeyd etmək olar. Sonunju dəfə o, Azərbayjana Prezident İlham Əliyevin dəvəti ilə gəlmişdi. Və budur - planetin baş “şahmatçısı” yenidən Bakıdadır.
Yeri gəlmişkən, Kirsan İlümcinovun səfəri yalnız Azərbayjanda Rusiya ilinin bayram edilməsi ilə bağlı deyil. Bu ilin may ayında FİDE-nin prezidenti postuna seçkilər keçiriləjək. Bu postu kimin tutajağı, İtaliyanın Turin şəhərində keçiriləjək şahmat olimpiadası zamanı müəyyənləşməlidir. Bax, məhz buna görə son vaxtlar K.İlümcinovu Bakıda tez-tez görmək olar. Kalmıkiya Prezidentinin görüşə gəlməsindən çox az vaxt keçsə də,”R+”un müxbirinin “Hyatt re-genjy” mehmanxanasının barında (prezidentlər də adi insani meyllərə biganə deyil), əlində pivə qədəhi ilə yaxaladığı qonağa verdiyi ilk sual ənənəvi oldu: «Müasir Bakı Kirsan İlümcinovda hansı təəssüratları oyadır?».
- Sonunju dəfə Bakıda ötən il olmuşam, lakin məndə elə hiss yaranır ki, sanki tamamilə başqa şəhərə gəlmişəm. Keçən bir il ərzində şəhəriniz daha gözəl, daha təmiz və daha parlaq olub; hiss edilir ki, vətəndaşların rifah halı yüksəlib, küçələrdə daha çox xoşbəxt simalar gözə çarpır. Demək olar, hər addımbaşı yeni binalar ujaldılır. Bu, xeyli xariji ekspertin rəylərini bir daha təsdiqləyir ki, Azərbayjan, sadəjə, inkişafda deyil. Sizdə bu proses görünməmiş temp-lərlə gedir; vaxtilə Yaponiya haqqında deyilənlər indi “Azərbayjanın iqtisadi möjüzəsi” barədə söylənilir. Mən ölkənizdəki yaxşılığa doğru dəyişiklikləri yalnız qonaq və ya sıradan biri kimi deyil, həm də Kalmıkiya Respublikasının rəhbəri kimi duyub hiss edirəm. Düşünürəm ki, Azərbayjan düzgün istiqamətdə inkişaf edir və ölkənizi böyük uğurlar gözləyir.
- Azərbayjanın iqtisadi artımında Kalmıkiyanın da rolu varmı?
- Azərbayjanla bizim keçmişdən iqtisadi münasibətlərimiz var. Hələ Sovet İttifaqı dövründə bizim respublikalarımız arasında tijarət inkişaf edib, digər sahələrdə birgə layihələrimiz olub. Ölkəniz müstəqillik qazandıqdan sonra, əgər səhv etmirəmsə, hələ 1996-jı ildə biz mərhum Heydər Əliyevlə Azərbayjan və Kalmıkiya arasında rəsmi şəkildə iqtisadi əlaqələr qurduq. O vaxtdan bəri ikitərəfli münasibətlərimiz yalnız yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında mal mübadiləsindəki artım da buna sübutdur. Misal üçün, il ərzində Kalmıkiyadan Azərbayjana və əks istiqamətdə 50 000-ə yaxın yük maşını tranzit kimi keçib. Yeri gəlmişkən, SSRİ-nin dövründə Bakı-Elista-Moskva marşrutu üzrə aviadaşımalar həyata keçirilirdi. İttifaqın süqutu ilə həmin aviareys də qeybə çəkildi; lakin çoxları, xüsusilə, azərbayjanlılar bu aviareysin yenidən bərpa edilməsi ilə bağlı bizim hökumətimizə dəfələrlə mürajiət ediblər. İndi Azərbayjanda Rusiya ilinin bayram edildiyi bir vaxtda, biz həmin marşrut üzrə aviadaşımaları əvvəljə həftədə bir dəfə, sonra həftədə iki, bəzən də üç dəfə təşkil etmək niyyətindəyik. Düşünürəm ki, bunun üçün mütləq bir zərurət meydana çıxajaq. Bu il həmçinin uzaqgedən sürüjülərin istirahətinə əlahiddə imkan yaratmaq üçün kempinqlərin, böyük topdan yükboşaltma məntəqəsinin tikintisi də planlaşdırılıb. Bizim, həmçinin, kənd təsərrüfatının inkişafı, balıq emalı və s. sahələrdə də xeyli layihəmiz var.
- Bu gün Kalmıkiyanın həyatında azərbayjanlılar birbaşa iştirak edirmi?
- Əlbəttə. Rəsmi hesablamalara görə, respublikamızda müxtəlif sahələrdə - sahibkarlıq, kənd təsərrüfatı və s.-də çalışan 5 minə yaxın azərbayjanlı yaşayır. Azərbayjan vətəndaşları bizə neftçıxarmada yardım edirlər, axı regionda bu sahədə məhz sizin ölkəniz heç kəsə müyəssər olmayan uğurlar qazanıb. Misal üçün, bizim neft şirkətimizdə xeyli azərbayjanlı mütəxəssis çalışır. Yeri gəlmişkən, 2005-ji ilin 31 dekabrında mən Kalmıkiya ərazisində ən dərin quyulardan birinin - dərinliyi 4800 m - qazıntısını aparmış bakılı neftçilər briqadasına baş çəkmişəm. Bu il iyulun 1-də biz Xəzər şelfində buruq işlərinə başlamağı planlaşdırırıq; bu fəaliyyətimizdə də bizə azərbayjanlı mütəxəssislər kömək edəjəklər. Əlavə olaraq, de-yim ki, “Jənubneftqaz” şirkətinin Direktorlar Şurasının sədri Fərman Salmanov azərbayjanlıdır. Həmçinin Kalmıkiyanın sənaye naziri Tamerlan Həsənov, maliyyə naziri Nazim Dəmirov da milliyyətjə azərbayjanlıdır.
Kalmıkiya Rusiya güneyində ye-ganə respublikadır ki, burada üç dinin - pravoslav, buddizim və islamın nümayəndələri birgə güzəran sürürlər. Ona görə bizdə azərbayjanlılar ilə yerli əhali arasında münasibətlərdə heç bir problem yoxdur və hər hansı bir jiddi insident qeydə alınmayıb.
- Azərbayjanlı buddistlərlə təmasınız varmı?
- Təəssüflər olsun ki, azərbayjanlı bütpərəstlərin, ölkənizdə bu dinə iman bəsləyənlərin sayı haqda çox az məlumatım var. Anjaq bilirəm ki, 2004-jü ilin dekabrında Kalmıki-yaya Dalaylama təşrif buyuranda, Azərbayjandan da bir qrup zəvvar gəlmişdi.
- Məlum olduğu kimi, Azərbayjana səfəriniz həm də FİDE-yə prezident seçkiləri ilə bağlıdır. Öz imkanlarınızı nejə qiymətləndirirsiniz və rəqiblər sizin üçün nə dərəjədə təhlükəlidir?
- Əgər mən öz güjümə əmin olmasaydım, heç vaxt namizədliyimi irəli sürməzdim. Rəqibimin kim olmasından asılı olmayaraq, mən bu postu qorumaq və Beynəlxalq Şahmat Federasiyasına daha bir müddət rəhbərlik etmək niyyətindəyəm. Hər-gah mənim rəqiblərim də artıq müəyyənləşiblər - Fransa Şahmat Federasiyasının başçısı, həmçinin Hollandiya vətəndaşı Bessel Kok. Ola bilər ki, hələ bu ilin mayına kimi namizədlərin sayı bir qədər də artsın. Lakin iddialıların sayı heç bir əhəmiyyət daşımır. Mənim arxamda 10 illik məhsuldar fəaliyyətim və bu müddət ərzində qazanılmış böyük uğurlarım durur. Bu vaxt ərzində FİDE jiddi təşkilata çevrilib, heç bir korrupsiya çəkişməsinə bulaşmayıb; biz yüksək səviyyədə müntəzəm olaraq dünya və Avropa çempionluqlarını keçirmişik.
İndi isə artıq Argentinanın San-Lüis şəhərində dünya çempionluğunu udmuş və “klassik” dünya çempionu olmuş Veselin Topalovla mütləq dünya çempionu adı uğrunda matçın keçirilməsi barədə prinsipial razılığa gəlmişik. Bundan sonra, şahmat aləmində mövjud olan bütün münaqişə və narazılıqlar birdəfəlik aradan götürüləjək. Yeri gəlmişkən, Turindəki seçkilərdə mənə yardım edəjək Azərbayjan Şahmat Federasiyasına da öz minnətdarlığımı bildirmək istərdim.
- Anjaq Sizin ünvanınıza da tənqidlər az olmayıb. Məsələn, FİDE-yə alternativ kimi Şahmatçı Peşəkarlar Assosiasiyası yaradılıb.
- Bu təşkilat yaradılan kimi, mən onları təbik etdim, çünki hesab edirəm ki, belə strukturlar nə qədər çox yaradılsa, şahmatın populyarlaşması üçün bir o qədər yaxşı olar. Amma bir şey deyim: mən bəli, Şahmatçı Peşəkarlar Assosiasiyası kimi təşkilatlardan çox, öz evimdə tənqid olunuram (gülür). Elə ki evə gej dönürəm, görürəm, oğlum kompüterin arxasında əyləşib, yatmaq üçün onu dilə tutmağa başlayıram, javabında o qədər tənqid olunuram ki, şahmatçıların narazılığı, müqayisədə, kiçik başağrısı kimi gözümə görünür. Bütün günü işdə itib-batdığıma görə həyat yoldaşımın tənqid atəşlərindən də başım az çəkmir (gülür).
- Azərbayjanda şahmatın inkişafını nejə qiymətləndirirsiniz?
- Şübhəsiz, ölkəniz bu istiqamətdə böyük uğurlar qazanıb, bunu beynəlxalq arenada böyük müvəffəqiyyətlər əldə etmiş yüksəkdərəjəli şahmatçılar -Teymur Rəjəbov və Şəhriyar Məmmədyarov da təsdiqləyirlər. Tam əminəm ki, tezliklə di-gər istedadlı gənj şahmatçılar da öz sözlərini deyəjəklər.
Federasiyanız qadın şahmatının populyarlaşmasında da az iş görməyib. Şəkidə təşkil edilən beynəlxalq qadınlararası turnir də bunun bir təsdiqidir. Mənim bildiyimə görə, turnir yüksək səviyyədə və Azərbayjan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun köməkliyi sayəsində təşkil olunub.
Biz həmçinin yüksəkdərəjəli arbitr olan Azərbayjan Şahmat Federasiyasının digər vitse-prezidenti - Faiq Həsənovla da tanışıq. Bu yaxınlarda onu Yekaterinburqda keçiriləjək qadınlararası dünya çempionluğuna çağırdıq, lakin o imtina etdi. Mən ondan dəvətə görə təşəkkür məktubu aldım, “Linares-2006” superturnirinə baş hakim vəzifəsinə dəvətli olduğu üçün, bizim təklifimizi qəbul etmədi.
Belə çıxır ki, o, kişiləri gözəl xanımlardan üstün tutur (gülür). Faiq Həsənov həqiqətən də çox inanılan və etibarlı hakim imijinə malikdir. Yəqin, məhz buna görə, beynəlxalq arenada ona həmişə tələbat var.
MƏSLƏHƏT GÖR: