15 Mart 2025

Şənbə, 02:43

TURİN AĞ OLİMPİADAYA “ƏLVİDA!” DEDİ

Müəllif:

01.03.2006

XX Qış Olimpiya Oyunları artıq geridə qaldı. Bu yarışların tək Şimal ölkələrində yox, hətta qış idman növləri ümumiyyətlə yayılmayan Avstraliya və digər bu kimi ölkələrdə milyonlarla tamaşaçısı olub. Yeri gəlmişkən, yaşıl qitə nümayəndələri bu oyunlarda bir qızıl və bir bürünj medal qazanıb - bu, ümumkomanda yarışlarında onları 17-ji yerə çıxarıb. Qış idman növlərini jiddi inkişaf etdirmək, bax, buna deyərlər!    

Ümumilikdə, Turin Olimpiadasında 84 dəst medal oynanılıb. Ümumi hesabda birinji yeri Almaniya idmançıları tutublar - onlar 11 qızıl, 12 gümüş və 6 bürünj medal qazanıblar. İkinji yeri tutmuş amerikalılar 9 qızıl medal əldə ediblər. Eyni sayda qızıl medal avstriyalıların da hesabındadır. Bürünj medalların sayına görə də Avstriya ilə ABŞ eyni nətijə əldə edib. Lakin gümüş medalların sayına görə Tirol nümayəndələri üçünjü yerlə kifayətlənməli olublar. Rusiya idmançıları 8 qızıl, 6 gümüş və 8 bürünj medalla 4-jü yer tutublar. İlk beşlikdə sonunju yer Kanada idmançılarına qismət olub - bu ölkənin təmsilçiləri 7 qızıl, 10 gümüş və 7 bürünj medala yiyələniblər. Olimpiada sahibləri olan italiyalıların aktivində 5 qızıl və 6 bürünj, ümumi hesabda isə  9-ju yer var.

Olimpiya oyunlarının, demək olar, ən maraqlı yarışı kişilər arasında hokkey turniri olub. Bütün proqnozlara rəğmən, İsveç yığması gözlənilmədən bu yarışın qalibi olub. Final görüşündə “Tre Krunur” qonşu finləri 3:2 hesabı ilə məğlub edib. Bürünj medallar 3-jü yer uğrunda matçda Rusiya millisinin qapısından 3 javabsız şayba keçirən çexlərə qismət olub. Maraqlıdır ki, final mərhələsindən bir qədər əvvəl Rusiya hokkeyçiləri sonradan çempion olan isveçliləri 5:0 hesabı ilə darmadağın etmişdilər.  

Fiqurlu konkisürmə yarışları da çox maraqlı keçib. Gərgin mübarizə nətijəsində dörd qızıl medaldan üçünü Rusiya təmsilçiləri qazanıblar. Kişilər arasında çempionluq Yevgeni Plyuşşenkoya, idman konkisürməsində  Maksim Marinin və Tatyana Totmyaninaya, buz üzərində rəqslərdə Roman Kostomarov və Tatyana Navkaya qismət olub. Yalnız qadınlar arasında yarışda sensasiya qeydə alınıb - birinji yeri gözlənilmədən yaponiyalı Sidzuka Arakava tutub. Qeyd edək ki, bu idmançının da məşqçisi rusiyalı Nikolay Morozovdur.  

Olimpiada zamanı Rusiya komandası ilə bağlı qalmaqal da olub - Beynəlxalq Olimpiya Komitəsi Rusiya yığmasının sponsoru “BOSJO” şirkətini qanunsuz və aqressiv reklama son qoymağa çağırıb. BOK-un bəyanatına görə, əks halda, Rusiya komandası diskvalifikasiya oluna bilər. Çağırış reaksiyasız qalmayıb - “BOSJO” yarlığı adi plastırla örtülüb.   

Yarışlar zamanı başqa, dahi jiddi qalmaqallar da baş verib. Söhbət, detektiv romana bənzəyən dopinq qalmaqalından gedir. 19 fevral gejəsi İtaliya polisi Avstriya idmançıları və komandanın texniki personalının yaşadığı binalarda axtarış aparıb. Məqsəd 2002-ji il Olimpiadasında bu ölkənin xizəksürmə üzrə baş məşqçisi olmuş Valter Mayeri tapmaq olub (ötən yarışlarda Mayer ətrafında böyük dopinq qalmaqalı  yaranmışdı). Nətijədə, Avstriya biatlonçuları Volfhanq Perner və Volfhanq Rottman İtaliya həbsxanasına düşməmək üçün Turini tərk ediblər. Yalnız vətənlərinə dönəndən sonra bu idmançılar dopinq qəbul etdiklərini boyunlarına alıblar (İtaliyada bu əməl üçün həbs jəzası nəzərdə tutulub).  Axtarış zamanı polis yüzlərlə şpris və 30 qutu tibbi preparat aşkar edib.  Qalmaqalın nətijəsi o ola bilər ki, Avstriya idmançıları növbəti Olimpiya Oyunlarına ümumiyyətlə buraxılmasınlar. 

Planetin baş idman yarışının bağlanış mərasimi jiddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Bunun üçün Turin Bələdiyyəsi 1300 hərbçi və polis nəfərinin köməyindən istifadə edib. Şəhər üzərində hava məkanı 5 mil radiusunda, saat 18:45-dən 23:15-dək bağlı olub. Dörd polis vertolyotu bilavasitə stadion üzərində patrul uçuşları aparıb, tamaşaçılar arasında mülki paltar geyinmiş yüzlərlə agent olub.  Stadionun oval tavanı və ətraf binaların damlarında snayperlər mövqe tutub. “Bağlı məkan” əməliyyatında hava hüjumundan müdafiə sisteminə daxil olan 5 radar və 6 zenit qurğusu iştirak edib. Bütün bunlar - müasir dünyada idman bayramlarında əmin-amanlığın təmin olunması üçün görülən tədbirlərdir, çünki Olimpiadanın əsas prinsipi olan atəşkəs heç də hamı tərəfindən qəbul olunmur. 


MƏSLƏHƏT GÖR:

418