
İDMANA İDMAN KİMİ YANAŞILMALIDIR
Azərbayjan aparıjı idman dövlətinə çevrilə bilər; anjaq bunun üçün yeni təyin edilən idman və gənjlər naziri Azad Rəhimov hələ çox məsələləri həll etməlidir
Müəllif: Kamil ƏLİYEV Bakı
- Belə görünür ki, Azad Rəhimov idmana yalnız İdman Rəqsləri Milli Federasiyası vasitəsilə bağlı deyilmiş...
- Məni, hətta peşəkar idmançı da adlandırmaq olar, çünki əvvəllər Azərbayjanın həndbol üzrə gənjlər yığmasının üzvü olmuşam. Məşqçilərin fikrinjə, bu sahədə heç də pis nətijələr göstərməmişəm. Hələ keçmiş SSRİ-nin gənjlər birinjiliyində Litva komandası üzərində Azərbayjan yığmasının qələbəsini təmin edən qolu nejə vurduğum, indi də yadımdadır. Düzdür, onda biz ilk yeri tuta bilmədik, amma hər halda, komandamızın qələbə topunu jərimə zərbəsindən mən vurmuşdum. İnstituta daxil olandan sonra isə idmanla ayrılmaq lazım gəldi, həm də həmin vaxt artıq ailə də qurmuşdum.
- Sizin təyinatınız çoxlarını təəjjübləndirdi, bəs özünüz buna nejə yanaşdınız?
- Düzünü desəm, mənim üçün də bu təyinat tamamilə gözlənilməz oldu. Düşünürəm ki, ola bilsin, dövlət başçısı bu qərarı verərkən mənim gənjlər təşkilatlarında çalışmağımı, Milli İdman Rəqsləri Federasiyasında işləri yoluna qoymağımı, həmçinin, biznes strukturlarındakı iş təjrübəmi nəzərə alıb. Yeni iş yerimdə təəssüratlarıma gəldikdə... Bilirsiniz, istənilən dəyişiklik, ilk növbədə, şəxsi həyata və iş fəaliyyətinə yenilik gətirir. İş recimi, qrafik dəyişilir, sənin üçün yeni strukturun dərindən təhlil edilməsi zərurəti ortaya çıxır. Gənjlər və İdman Nazirliyinin rəhbəri və bir Azərbayjan vətəndaşı kimi mən Vətən qarşısında, onun gələjəyi naminə öz məsuliyyətimi hiss edirəm və bütün bunlar isə vəzifələrimin yerinə yetirilməsində mənə stimul verir.
- Nazirliyin kadr tərkibini dəyişmək niyyətiniz varmı? Hər hansı struktur dəyişiklikləri mümkündürmü?
- Xeyr, nazirlikdə əsaslı dəyişiklik etmək fikrim yoxdur, çünki burada bu gün böyük uğurlar qazanmış insanlar işləyirlər. Düzdür, ola bilsin, aralarında elələri də var ki, sadəjə, yer tutublar, heç nəyə faydaları yoxdur. Bunlar gərəksiz tarazlıq yükləri - ballastdır, onlardan, təbii ki, yaxamızı qurtarmaq lazımdır. Lakin işdən azad edilərkən onlar da unudulmayajaq, biz onları öz imkanlarına uyğun şəkildə işlə təmin etməyə çalışajağıq. Nazirliyin strukturuna gəlinjə, struktur və əsasnamə hazırda Ədliyyə və Maliyyə nazirliklərindədir, təsdiq üçün göndərilib. Bizim nazirlik yenijə yaradılıb, bir çox bölmələr hələ yoxdur. Amma biz bütün mövjud bölmələrə tələbə, futbol və antidopinq istiqamətində sektorlar əlavə etmək haqda düşünürük.
- Yəqin ki, federasiyaların başçıları və məşqçilərlə tanışlıq görüşləri keçirməyə vaxt tapmısınız...
- Bəli, bu jür görüşlərdən ən önəmlisi Milli Olimpiya Komitəsində Azərbayjanda qeydə alınmış bütün 57 federasiya nümayəndələrinin iştirakı ilə keçirilmiş toplantı oldu. Biz idman ijtimaiyyətinin təkliflərini dinlədik və onları gələjək birgə əməkdaşlıq planlarımızla bağlı məlumatlandırdıq. Düzdür, tərəfimizdən xüsusi təbliğata ehtiyaj görmürəm, çünki onsuz da federasiyaların özləri başa düşür ki, bizim başlıja vəzifəmiz Pekin Olimpiadasına hazırlıqdır. Belə təsəvvür yaranıb ki, hələ vaxtımız var, çünki yarışlara 2 ildən çox vaxt qalıb və s. Anjaq əslində, zaman çox sürətlə axır, bu isə idmançıların hazırlaşmasında önəmli məsələdir. Olimpiada bizim üçün yalnız medallar qazanmaq baxımından prioritet deyil. Olimpiya oyunları daim xalqın ruhunu, ölkəyə münasibətini əks etdirir, olimpiya çempionları öz vətənində qəhrəmana çevrilirlər, ona görə də bu hazırlığa xüsusi əhəmiyyət veririk.
Fikrimjə, ilk növbədə, Olimpiadaya hazırlaşan gənj və perspektivli idmançılara diqqət artırılmalıdır. İdman sahəsində elmi işləri də yaddan çıxarmaq olmaz. Bizdə Olimpiya oyunlarına strateci hazırlıq üzrə elmi vəsaitlərin hazırlanması ilə məşğul olan elm və təhsil şöbələri fəaliyyət göstərir. Mən ixtisaslı hakim və məşqçilərin hazırlığına da xüsusi əhəmiyyət verməyi xahiş etmişəm. Onların tez-tez beynəlxalq treninqlərdə fəal iştirakı üçün zəruri olan hər şeyi etmək lazımdır.
- Uzun illərdən bəri Azərbayjanda Olimpiya proqramına daxil olan bir çox idman növlərində heç bir uğur əldə edilməyib. Bunun səbəbi, Sizjə, nədədir?
- İdmanda “geri qalmış növlər”in yaranmasının başlıja səbəbləri diqqətsizlik, maliyyə problemləri, ənənənin olmaması və perspektivli gənj idmançıların düzgün seçilməməsidirr. Buna görə də Təhsil Nazirliyi ilə bir-gə biz uşaq-gənjlər məktəblərinin inkişafı üçün mümkün olan hər şeyi etməliyik. Çünki gənj istedadların axtarışı məhz oradan başlayır. Əgər biz perspektivli idmançıları axtarıb üzə çıxara bilməsək, onda Azərbayjan idmanının sabahı çox müəmmalı görünür. Bundan başqa, ola bilsin, hansısa idman növü Azərbayjanda geniş yayılmayıb, lakin çox perspektivli sayılır. Onda biz həmin növün inkişafına nail olmaq üçün xarijdən yüksəksəviyyəli mütəxəssislərin gətirilməsinə şərait yaradajağıq.
Bizim üçün həmçinin idmanın qeyri-olimpiya növləri də az əhəmiyyətli deyil. Mənim ixtiyarımda olan tədqiqatlar və sosioloci sorğular göstərir ki, əslində, ölkədə gənjlərin böyük əksəriyyəti idmanın məhz qeyri-olimpiya növləri ilə məşğuldur.
Nəhayət, paralimpiya hərəkatının inkişafı böyük önəm daşıyır. Fiziki jəhətdən qüsurlu insanlara, onların tamhüquqlu vətəndaş olduğunu nümayiş etdirmək lazımdır. Əlbəttə, gələjək idmançıların hazırlıq bazası kimi məktəb-internatlar, olimpiya ustalığı məktəbləri daha böyük əhəmiyyət daşıyır.
- Məlumdur ki, Siz, həm də Milli İdman Rəqsləri Federasiyasının prezidentisiniz. Siz ölkədə idman rəqslərinin inkişafından razısınızmı və bu iki vəzifəni eyni vaxtda tutmağınız mümkündürmü?
- Təəssüf ki, bu vəzifələri eyni vaxtda daşımaq mümkün deyil. Yəni gənjlər və idman naziri, eyni zamanda, hər hansı federasiyanın prezidenti ola bilməz. Bu təbiidir, çünki əks təqdirdə, istər-istəməz əsas diqqət və qayğını rəhbəri olduğun federasiyaya yönəldəjəksən. Gənjlər və İdman Nazirliyi isə bütün idman növlərinə eyni yanaşmalıdır.
İdman rəqslərinə gəlinjə, bu idman mənim çox xoşuma gəlir. Bu çox gözəl, mənzərəli, qeyri-adi və artistik idman növüdür, burada xüsusi gözəl dizaynla hazırlanmış paltardan tutmuş, yarış iştirakçılarının gözəl simasına qədər xeyli komponent bir-birinə uyğunlaşır. İdman rəqsi indi yaranmayıb, artıq əsrlərboyu mövjuddur. Onlarda, rəqqasın sanki daxili vəziyyəti üzə çıxır. Bu, idmanın çox maraqlı növüdür, ona görə də istərdim ki, federasiya tezliklə özünə yeni prezident seçsin və idman rəqslərinin inkişafı üçün indiyədək görülən işlər davam etdirilsin.
- Jənab nazir, bir neçə gün əvvəl Turin Olimpiadası başa çatdı. Azərbayjanda qış idmanı növlərinin populyarlaşmaq ehtimalı nə dərəjədə böyükdür?
- Təəssüf ki, yaxın gələjəkdə Azərbayjanda yalnız bir buz meydançası fəaliyyətə başlayajaq, buna görə də qış idman növlərinin qısa zaman ərzində kütləviləşəjəyini gözləməyə dəyməz. Bununla belə, hesab edirəm ki, fiqurlu konkisürmə, hokkey kimi idman növlərini, bir buz meydançasında da inkişaf etdirmək mümkündür. Təbii ki, xizək idman növlərini Azərbayjanın qar görmə-yən düzənlik hissələrində inkişaf etdirmək müşkül məsələdir. Düzdür, hazırda Şamaxının dağ regionlarında bu jür idman növləri üçün çox iş görülür, amma istənilən halda, lakin hələ yaxın müddət ərzində idmançılarımızdan nəhəng slalom (dağdan enməklə maneələri dəf edən ayaq xizəyi yarışı - red.) və ya tramplindən tullanma üzrə beynəlxalq yarışlarda mükafatlar qazanajağını gözləmək lazım deyil. Əlbəttə, bütün bunlar ənənələrin, məktəb və mütəxəssislərin olmaması ilə bağlıdır. Amma hər halda, ümid edək ki, bu idman növlərinin inkişafı ölü nöqtəsindən tərpənəjək və bütün digər növlərlə bərabər populyarlaşajaq.
- Ölkədə idman qurğularının vəziyyəti də az problem yaratmır. Gənjlər və İdman Nazirliyi onların yenidən qurulması haqda düşünürmü?
- Əlbəttə, idman komplekslərinin vəziyyəti idmanın populyarlaşmasının, uğurlar əldə olunmasının əsas şərtlərindən biridir. Bizim bu istiqamətdə, nejə deyərlər, “Napoleonvari plan”larımız var. Hazırda Olimpiya manecinin yenidənqurulması və tam təmiri işləri gedir, düşünürəm ki, bu ilin yayına qədər həmin işlər başa çatdırılajaq. Həmçinin, Tofiq Bəhramov adına Respublika stadionunun artıq uçub-dağılmaqda olan qülləsinin və Olimpiya litseyinin təmirinə də vəsait ayrılıb. Kürdəmir, Sabirabad, Ağdam, İsmayıllı, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Şərur, Sumqayıt, Oğuz və digər regionlarda idman komplekslərinin tikintisinə vəsait ayrılıb. Quba, Lənkəran, Şamaxı, Siyəzən, İsmayıllı idman məktəblərinin təmir edilməsi, uşaq düşərgələrinin tikintisi və yenidənqurulması nəzərdə tutulub. Həmçinin, Kürdəmirdə stadionun, Əli Bayramlıda isə mini-futbol üçün meydançanın tikilməsi, bundan başqa, buradakı boks zalının əsaslı təmiri planlaşdırılıb.
- Bəs idmanın əsas növünün - futbolun inkişafını nejə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyev tərəfindən Azərbayjanda futbolun inkişafı üzrə dövlət proqramı haqqında fərman imzalanması faktını ayrıja qeyd etmək istəyirəm; bu, idmanın həmin növünə xüsusi diqqətin bariz ifadəsidir. Bu idman növünün inkişafı planında ölkəmizin uğurları şəksizdir və bu, əlbəttə, daha çox klub futboluna aiddir. Misal üçün, ”Neftçi”nin Moskva Birlik və Baltika Ölkələri Kubokunda qələbəsini götürək. Belə qələbələr həm komandanın öz qarşısına daha qlobal məqsədlər qoymasına gətirib çıxarır, həm də futbolun inkişafına fayda verir.
Əlbəttə, bu sahədə bir sıra problemlər var. Məsələn, klub rəhbərlərinin nəzərdən keçirdiyi legionerlər problemi, yerli futbolçuların xariji klublarda çıxış etməsi və s. Mən şəxsən oyunçularımızın xariji klublarda çıxış etməsini çox istəyirəm, amma gərək onlar sonra qazanılmış təjrübə ilə Vətənə dönsünlər, milli komandada yüksəksəviyyəli oyun nümayiş etdirsinlər. Şəxsən mənim mövqeyimi bilmək istəyirsinizsə, hər bir futbol klubunda legionerlərin sayının 5 oyunçu ilə məhdudlaşdırılmasına tərəfdaram. Əlbəttə, bu, tərəfimizdən söylənilən tam subyektiv mülahizədir; mən hələlik bu məsələni daha dərindən araşdırmamışam. Mənim Azərbayjan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinə xeyli sualım var, heyf ki, bu təşkilatın prezidenti Ramiz Mirzəyev xəstələndiyinə görə, hələlik onunla görüşə bilməmişəm. Aramızda yalnız telefon danışığı olub.
- Çoxları hesab edir ki, futbolun inkişafı üçün batmış arabaya çevrilmiş uşaq futboluna da diqqət yetirmək lazımdır. Uşaq futbolunun inkişafında yaranmış problemlərin həlli üçün nə etmək lazımdır?
- Digər idman növlərində olduğu kimi, futbolun inkişafı da uşaq təmayülü yaradılmadan mümkün de-yil. Bu, aksiomadır və onu hər kəs başa düşməlidir. Düşünürəm ki, hər şeydən əvvəl, yerli futbol klubları uşaq bölməsi yaratmalı və istedadlı uşaqları toplamalıdırlar. Uşaq-gənjlər idman və olimpiya ehtiyatları məktəbləri də futbolun inkişafına böyük diqqət göstərməli və uşaqları futbola jəlb etməlidirlər. Özü də futbolun kütləviləşməsi və təbliğatı üçün bütün bu sadalananlar çox az enerci tələb edir. Çünki klubların fəaliyyətindən xəbər tutan minlərlə uşaqlarımız özləri qaçaraq bu məktəblərə üz tutajaqlar. Sadəjə, onlara kömək etmək lazımdır.
- Gəlin, bir qədər də gənjliyin problemlərindən danışaq. Nazirlik gənjlərin işə düzəlməsi ilə bağlı proqramlar hazırlamağı düşünürmü?
- Bu olduqja mürəkkəb məsələdir. Məhz bu problemlə bağlı bu günlərdə millət vəkillərimizlə görüş keçirdik. Yeri gəlmişkən, hazırda parlamentdə gənjlərin və idmanın maraqlarını təmsil edən 10 millət vəkili var. Özü də maraqlıdır ki, tam paritet şəkildədir: onlardan 5-i idmanı, 5-i isə gənjləri təmsil edir. Umid edirəm ki, Gənjlər və İdman Nazirliyində hazırlanajaq bu layihələr gənj vətəndaşların işə düzəlməsi sahəsində mövjud problemlərin həllində bizə kömək olajaq. Bu istiqamətdə bizim bilavasitə fəaliyyətimizə gəldikdə, çox yaxınlarda mənim Yasamal rayonu Gənjlər və İdman Təşkilatının rəhbəri ilə görüşüm olub. Qeyd edim ki, bu gün Yasamal Rayon Məşğulluq Şöbəsində 6 min işsiz qeydiyyatdadır. Bu, həllivajib məsələdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin seçkiqabağı şüarlarından biri də yeni iş yerlərinin yaradılması idi. Həqiqətən də ölkəmizin bu istiqamətdə jiddi uğurlar qazandığı göz qabağındadır. Gənjlər və İdman Nazirliyində müxtəlif sahələrdə çalışan gənjlərin sayı ilə bağlı təhlil aparılıb. Məlum olub ki, gənjlərin sayına görə Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Sosial Müdafiə və Əmək Nazirliyi və bir sıra digər qurumlar öndə gedir; bu strukturlarda çalışan işçilərin 30-65%-i gənjlərdən ibarətdir. Bununla belə, bu problem hələ ki aktual olaraq qalır. Odur ki, əsas diqqəti ali məktəb, texnikum və digər təhsil müəssisələrini bitirmiş insanların öz ixtisasları üzrə işləməsi üçün yeni iş yerlərinin yaradılmasına yönəltməliyik.
Bununla yanaşı, biz ali məktəb tələbələri ilə görüşlər planlaşdırırıq; bu ayın sonunda Mədəniyyət və Turizm Nazirliyi ilə birgə yaradıjı gənjlərlə görüş keçirəjəyik. Həmçinin, ombudsmanla birlikdə hüquqi müdafiə çərçivəsində “dəyirmi masalar” keçirilməsi nəzərdə tutulub. Lakin bizim üçün əsas məsələ, formal xarakter daşımayan iş yerlərinin tapılmasıdır. Bu istiqamətdə konsepsiya hazırlamaqla, biz gənjlərə daha da yaxınlaşajaq və bir-birimiz üçün faydalı işlə məşğul olajağıq.
- Azad müəllim, ölkənin siyasi həyatında gənjlərin rolunu nejə qiymətləndirirsiniz? Sizə elə gəlmir ki, bəzən onların hüquqları qorunmur? Əgər belədirsə, onda çıxış yolunu nədə görürsünüz?
- “Hüquqları qorunmur” dedikdə, nəyi nəzərdə tutursunuz? Tutalım, onların ijtimai təşkilatları qeydiyyata alınmır? Bilirsiniz, şəxsən mən belə faktlarla rastlaşmamışam. Hər hansı hüquqi pozuntu ilə bağlı məqamları məhkəmə və aidiyyəti orqanlar qiymətləndirirlər. Mən isə öz növbəmdə, indiki gənjliyin nə qədər siyasiləşməsindən danışmaq istərdim. Mən belə düşünürəm ki, bu gün ölkəmizdə gənjlərin həddindən artıq siyasiləşməsi düzgün olmazdı. Gənjlərə, hər şeydən əvvəl, yüksək ixtisaslaşma, işədüzəlmə, mənzil probleminin həlli, ailə qurmaq və s. problemlərin həlli vajibdir. Buna görə də gənjlər öz addımlarını iqtidar və ya müxalifət baxımından atmamalıdır, gənj insan təhsil haqqında, bu və ya digər sahədə yaxşı mütəxəssis olmaq, təhsilini müvəffəqiyyətlə başa vurmaq, ixtisası üzrə işə düzəlmək haqqında düşünməlidir. Biz, öz növbəmizdə, məhz bu problemləri həll etməyə çalışajağıq.
- Yəqin ki, Gənjlər və İdman Nazirliyinin əsas vəzifələrindən biri məktəbdən tutmuş, hər hansı kütləvi tədbirin keçirilməsinə qədər hər yerdə idman hərəkatı və sağlam həyat tərzinin təbliğatından ibarətdir.
- Biz məktəbdə bədən tərbiyəsinin öyrənilməsi metodunun yaxşılaşdırılması üzrə xüsusi proqram üzərində işləməyə başlamışıq. Çox təəssüflər olsun ki, məktəblər 5 günlük məşğələlərə keçəndən bəri ən çox bədən tərbiyəsi üzrə saatları ixtisara salıblar. Biz yeni metodları arayıb-axtarajağıq. Yəqin ki, şənbə və bazar günlərində məktəblərin idman zallarından ağıllı istifadə edilməsi ilə bağlı təkliflər olajaq.
MƏSLƏHƏT GÖR: