15 Mart 2025

Şənbə, 01:45

BALAJA ÖLKƏ BÖYÜK AMERİKANI SATIN ALIR

Dünyanın ən kiçik ölkələrindən biri, prezident Buşun reytinqinin ən aşağı rekord göstərijiyə düşməsinə səbəb oldu

Müəllif:

01.03.2006

“Əgər Tanrı bizə öz ənamları ilə iltifat göstərmişsə, onda, ilk növbədə, Onun arzusu və xeyirxahlığı naminə, həmin sərvəti ölkənin yenidən qurulmasına və xalq üçün fayda yaradılmasına yönəltməliyik”.

Zaəd bin Sultan əl Nahayan

 

Biz bu kiçik məqalə ilə BƏƏ - Birləşmiş Ərəb Əmirliklərinə həsr edilən yazılar seriyasına başlamaq qərarını vermişik. Əsas məqsədimiz oxujularımıza bu ölkə haqqında ətraflı məlumat verməklə yanaşı, həm də bəzən BƏƏ ilə Azərbayjanın tarixi inkişaf yollarını müqayisə etmək, paralellər gətirmək, müqayisə etməkdir. 

Kim bilir, bəlkə də oxujular bundan özləri üçün müəyyən nətijələr çıxarajaqlar.

Ədalət naminə deyək ki, ilk baxışdan, Əmirliklər mövzusu çoxları üçün kifayət qədər maraqlı görünməyə bilər. Çünki BƏƏ azərbayjanlıların saysız-hesabsız səfər etdikləri çox az ölkələrdəndir. Bundan başqa, çoxlarına elə gələ bilər ki, bizim ölkələrimiz arasında axı hansı paralellər ola bilər? Azərbayjan Avropaya inteqrasiya olunur, biz öz həyatımızı demokratik prinsiplər əsasında qururuq. Orada isə səhrada və planetin ən mürəkkəb geopolitik regionunda yerləşən islam dövləti mövjuddur. 

Lakin bununla belə, biz, elmi dildə desək, “müqayisəli analizə” jəhd göstərəjəyik. Xalqımızın belə bir atalar misalı var: ”Qızıma deyirəm, gəlinim eşitsin”. Biz də düşünürük ki, tijarət, turizm, tikinti və digər sahələrin mütəxəssisləri sözügedən ölkədə yaşananları, hazırda baş verənləri və gələjəkdə baş verəjək hadisələri diqqətlə izləyəjəklər. Biz bu ölkənin tarixi, siyasəti və ijtimai həyatı haqqında danışmağa çalışajağıq.

İlk məqaləni BƏƏ dövlətinin yaranma tarixinə həsr edəjəyik. Lakin önjə maraqlı bir fakt üzərində durmaq istərdik. Bu fakt BƏƏ-nin əhəmiyyəti və dünyadakı proseslərə təsir imkanlarını qabarıq şəkildə göstərir. 

Söhbət Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Ports World” şirkətinin beynəlxalq liman operatoru P&O-nu ələ keçirməsi ilə bağlı ABŞ-da baş verən qalmaqaldan gedir. Bu operatoru da ələ keçirməklə, ərəblər dünyanın bir çox ölkələrində, o jümlədən Birləşmiş Ştatlarda da xeyli liman terminallarını, faktik olaraq, nəzarətə götürür.

Bu hadisə ABŞ-dakı siyasi proseslərə o dərəjədə təsir göstərib ki, hətta prezident Jorj Buş reytinqinin əhəmiyyətli hissəsini itirib. Fevralın sonunda JBS News telekanalının sifarişi ilə keçirilmiş rəy sorğusunun nətijələri məhz bunu göstərir. “Siz ölkə prezidenti kimi Jorj Buşu vəzifəsinin öhdəsindən gəlmiş hesab edirsinizmi?” sualına javab olaraq amerikalıların yalnız 34%-i müsbət javab verib. Məlum olub ki, fevral ərzində prezidentin reytinqi 8%-ə enib. Bu, J.Buşun bütün idarəçilik tarixi ərzində ən aşağı göstərijisidir.

Ağ ev başçısının iqtisadi sahədəki fəaliyyətindən rəyi soruşulanların 60%-i narazılıq bildirib və yalnız 32% bu siyasəti müdafiə edib.

Sorğunun nətijələrinin analizi sübut edib ki, prezidentin reytinqinin belə aşağı səviyyəyə enməsi, Birləşmiş Ərəb Əmirlikləri ilə baş vermiş “liman qalmaqalı” ilə birbaşa əlaqəlidir. Xatırladaq ki, ərəb şirkətinin ABŞ-ın şərq sahilindəki 6 iri limanda liman terminallarını idarə edəjəyi məlum olan kimi, Konqres Buşdan həmin sazişə qadağan qoymağı tələb edərək, güjlü təbliğat kampaniyasına başlayıb. Konqresmenlərin fikrinjə, strateci əhəmiyyətli infrastruktur obyektlərinin BƏƏ-nin nəzarətinə verilməsi, ABŞ-ın milli təhlükəsizliyinə böyük zərbədir. Lakin J.Buş ijtimai rəylə hesablaşmayaraq, bu razılaşmaya müdaxilə etməkdən imtina edib. Sorğu zamanı isə məlum olub ki, rəyi soruşulan ABŞ vətəndaşlarının 70%-i “Dubai Ports World” şirkəti ilə sazişin ləğv olunmasına tərəfdardır və respondentlərin yalnız 21%-i bunu əhəmiyyətli problem saymır.

Beləliklə, dünya xəritəsinin xırda nöqtələrindən olan BƏƏ, dünya səhnəsində əsas oyunçulardan biri olan ölkənin prezidentinin reytinqinin düşməsinə səbəb olub. 

BƏƏ yalnız ABŞ-da deyil, Yer kürəsinin  digər nöqtələrində də proseslərə belə təsir imkanlarına görə özünün iqtisadi möjüzəsinə borjludur; elə bunun sayəsində bu gün planetimizin bütün guşələrindən BƏƏ-yə daxil olan əmirliklərdən birinə, dünya tijarətinin mərkəzi adlanan Dubaya gəlməyi arzulayırlar. Lakin qeyd edək ki, BƏƏ-nin dövlət qurujuluğu və indiki mütərəqqi dövlətçiliyə çevrilməsi heç də asan başa gəlməyib.

Beləliklə, BƏƏ-yə həsr olunmuş ilk məqalədə, bu dövlətin yaranma tarixi və həmçinin bəzi Dubay möjüzələrindən bəhs olunur.

 

İstiqlaliyyətin qazanılması

Hər şeydən əvvəl, Əmirliklərin yaranma tarixinə qısa səyahət edək. Ona görə qısa ki BƏƏ dövlətinin öz tarixi çox qısadır. 1971-ji il dekabrın 2-də Ərəb Əmirliklərinin yarandığını elan edən 7 əmirliyin Dubayda keçirilmiş konfransından jəmi-jümlətanı 35 il keçir. BƏƏ-nin prezidenti, Əbu-Dabi hakimi şeyx Zaəd bin Sultan əl Nahayan seçilib. Bu məqaləyə giriş kimi yuxarıda verilmiş sözlər  məhz ona aiddir. Etiraf etmək lazımdır ki, o, söylədiyini həyata keçirməyə və inkişaf yoluna çıxarmağa nail olub.

Hələ buna qədər, 1835-ji ildən başlayaraq, əmirlərlə Böyük Britaniya arasında dənizdə sülh barədə müvəqqəti razılaşma imzalanıb. Bu sənədlə Pirat sahili (ingilislər Əmirliklərin ərazisini belə adlandırırdılar) “Müqaviləli Oman” adını aldı və faktik olaraq Londonun protektoratına çevrildi. İngilislər 100 ildən artıq “Müqaviləli Oman”ın müdafiə, xariji siyasət və təbii ehtiyatlarını tam nəzarətdə saxladı və Fars körfəzinin ən məşhur möjüzələrindən sayılan  “balıq gözü” adlanan mirvari tijarətinə sahib çıxdı. Lakin “balıq gözü”ndən gələn gəlir əbədi olmadı. İkinji Dünya müharibəsi ərəfəsində və müharibə zamanı dünya bazarına süni yapon mirvarisinin çıxarılması ilə, “Pirat sahili”ndi iqtisadi böhran başladı. İtkilərin miqyasını hesablamaq üçün, yalnız bir fakta nəzər yetirmək kifayətdir: 1925-ji ildə buradan yığılan mirvariyə görə 15 milyon funt-sterlinq əldə edildiyi halda, 1946-jı ildə bu rəqəm jəmi... 250 min funta endi.

Ölkədə vəziyyət yalnız ötən əsrin 50-ji illərində - neftin çıxarılması və  sənaye istehsalı başlayandan sonra müsbətə doğru dəyişməyə başladı. Bu zaman ərəb bəylikləri - əmirlikləri hələ əvvəlki kimi ingilis protektoratı altında qalsalar da, böhrandan çıxmağa başladılar. Bu vəziyyət 1964-jü ilədək sürdü. Həmin ildən Ərəb Dövlətləri Liqası britaniyalıların protektoratına qarşı çıxdı. Uzunsürən mübahisələrdən sonra, Ərəb Dövlətləri Liqası Fars körfəzi xalqlarının tam istiqlaliyyət hüququnu bəyan etdi. Mühafizəkarları əvəz etmiş İngiltərə Leyborist hökuməti irəli sürülmüş tələblərin ədalətli olması ilə razılaşdı və 1968-ji ildə Böyük Britaniya öz qoşunlarını regiondan çıxarmaq barədə niyyətini açıqladı - “böyük qardaş” keçmiş müstəmləkəsinə tam müstəqillik verdi.

Beləliklə, 1971-ji ilin 2 dekabrı Birləşmiş Ərəb Əmirlikləri Federasi-yasının yarandığı gün elan edildi.

 


MƏSLƏHƏT GÖR:

452