15 Mart 2025

Şənbə, 02:57

ŞƏHSİ - QƏRƏZ

Qazaxıstanda baş vermiş ən qalmaqallı qətldə, hələlik siyasi motiv aşkar edilməyib

Müəllif:

01.03.2006

Qazaxıstanda ölkənin istiqlaliyyət qazanmasından bəri ən gurultulu sifarişli qətl baş verib. Bu işdə kimin əsas günahkar sayılajağı və bu jinayətin motivlərinin nejə olajağından asılı olmayaraq, açıq şəkildə görünür ki, bu hadisə ölkədə çox şeyləri aşkara çıxarıb, çox şeyləri dəyişib və dəyişməkdə davam edir

Fevralın son iki həftəsində hadisələr olduqja sürətlə inkişaf edib. Son illər demokratik müxalifət jəbhəsinə keçmiş dövlət xadimi Altınbek Sarsenbayulının qətl xəbəri yalnız fevralın 13-də məlum olub. Aydınlaşıb ki, siyasətçi, həmçinin, onu müşayiət edən sürüjü və jan-güdəni fevralın 11-i gejə saatlarında Almatının kənarındakı alma bağlarında baş verib. Mərhumun dostları dərhal baş verən hadisəni “siyasi qətl” adlandırıblar. Çünki onların fikrinjə, A.Sarsenbayulının həyatına son qoymaq üçün nə şəxsi, nə məişət, nə də maliyyə səbəbləri ola bilməzdi.

Həftə başa çatmamış ölkəni yeni bir xəbər sarsıtdı. Milli Təhlükəsizlik Komitəsinin (MTK) “Arıstan” xüsusitəyinatlı dəstəsinin (bu, sovet “Alfa”sını xatırladan dəstədir - red.) 5 döyüşçünü həbs olunub. Məlum olub ki, həbs olunan döyüşçülər siyasətçinin oğurlanması prosesində iştirak ediblər. Bu sensasiyalı məlumatdan dərhal son-ra, Qazaxıstan MTK-nın rəhbəri istefa ərizəsi yazdı və prezident istefanı dərhal qəbul etdi.

Fevralın 27-də isə daxili işlər naziri keçirdiyi mətbuat konfransında nəinki sui-qəsdçilərin, ijraçıların, təşkilatçıların, hətta jinayət sifarişçilərinin də adlarını açıqladı. Nazirin versiyasına görə, qətlin əsas və yeganə sifarişçisi parlament senatı aparatının rəhbəri Ercan Utemba-yevdir.

Jinayətin motivi haqda açıqlama isə çoxları üçün gözlənilməz oldu. Məlumata görə, söhbət siyasi qətldən yox, “davamlı şəxsi ədavət” səbəbindən törədilmiş jinayətdən gedir. DİN-in başçısı mətbuat konfransında bu ədavətin kökləri haqda ətraflı məlumat verdi. Beləliklə, parlament senatı aparatının rəhbəri ilə müxalifət liderinin münasibətləri, qəzetlərinin birində Utembayevlə bağlı dərj olunmuş tənqidi məqalədən sonra pozulub. Nazirin sözlərinə görə, bu məqalə Utembayevin siyasi karyerasına jiddi zərbə olub və o, opponentindən qisas almaq barədə düşünməyə başlayıb. Qeyd edək ki, söhbət hələ 2003-jü ildə A.Sarsenbayulunun qəzetlərdən birinə verdiyi müsahibədən gedir. Lakin həmin müsahibədə müxalifətçi, konkret olaraq, Utembayevin adını çəkməyib, sadəjə, “təkbaşına araq içməyi vərdiş etmiş” və “sərxoşluq ujbatından, hətta Rusiya prezidenti administrasiyasının rəhbəri ilə planlaşdırılmış görüşə gələ bilməmiş məmur”dan danışıb. DİN rəhbəri bildirir ki, ad çəkilməsə də, müsahibədə söhbət məhz Utemba-yevdən gedib.

Maraqlıdır ki, səhhətində problemlər yaranmış Utembayev Respublika Klinik Xəstəxanasında müalijə aldığı vaxt həbs olunub. Amma onun həbsinə baxmayaraq, ijtimai rəy parlament senatı aparatının rəhbərinin günahkar olduğunu birmənalı şəkildə qəbul etmir. Y.Utembayevi yaxından tanıyanlar deyirlər ki, o bu jür jinayəti təkbaşına planlaşdırmağa və reallaşdırmağa qadir deyil. Buna görə də müxalifət hesab edir ki, Utemba-yev, olsa-olsa, böyük bir zənjirin kiçik halqasıdır.

İstintaqın tələm-tələsik nətijə çıxarması və günahkarların adlarını açıqlaması da çoxlarına təəjjüblü görünür. Axı daxili işlər nazirinin özü də etiraf edir ki, hələ istintaqın ilkin mərhələsi gedir və üzləşmələr, dindirmələr təzə başlayıb. Elə isə istintaq niyə belə tələsir? Bu sual hələlik javabsız qalıb.

Qeyd edək ki, daxili işlər nazirinin açıqlamasından əvvəl müxalifət, hadisələrin məhz bu jür inkişaf edəjəyini proqnozlaşdırırdı. Müxalifətçilər bildirirdilər ki, istintaq əsl sifarişçinin adını gizli saxlaya və hadisəyə görə məsuliyyəti tamamilə başqa şəxslərin boynuna qoya bilər. Bununla yanaşı, bir çoxlarında istintaqın obyektiv aparılajağına ümid var idi. Və demək lazımdır ki, bunun üçün jiddi əsas da yaranmışdı: qətlin təhqiqatına ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) mütəxəssisləri də qoşulmuşdular. Məzuniyyətdən qayıtmış prezident Nursultan Nazarbayev isə dövlət telekanallarının efirində bununla bağlı xüsusi bəyanat vermişdi. O vəd etmişdi ki, bu jinayətin arxasında kimin durmasından, qətlin ijraçısının, təşkilatçısının və sifarişçisinin kimliyindən asılı olmayaraq, hamı məhkəmə qarşısında dayanajaq və ən ağır jəza alajaq. 

Utembayevin həbsindən dərhal sonra müxalifət senatın spikeri Nurtay Abikayevin istefasını tələb etdi. Onların fikrinjə, Utembayev məhz onun himayəsi altında olub və onun sayəsində yüksək vəzifələrə çəkilib. Buna görə, Abikayev bu hadisəyə görə məsuliyyətdən kənarda qalmamalıdır. Həmçinin, müxalifət nəzərə alıb ki, Konstitusiyaya görə, senat spikeri dövlətdə ikinji adam hesab olunur və prezident hər hansı səbəbdən səlahiyyətlərini ijra edə bilməsə, bu səlahiyyətlər məhz ona keçir. Odur ki, müxalifət bu jür yüksək postda “belə insan»ın qalmasını qeyri-mümkün hesab edib.

Spikerin özü hadisəyə görə məsuliyyət daşımadığını, jinayətin onun üçün də “şok” olduğunu bildirdi və istefa vermək niyyətində olmadığını vurğuladı. Buna baxma-yaraq, prezidentin martın 1-də xalqa mürajiəti zamanı, parlamentin zalında Senatın spikerinin kreslosu ənənəvi yerindən götürülmüşdü. Abıkayevin özünün zalda olmamasına gəlinjə, parlamentin mətbuat xidməti onun “müalijədə olduğunu” iddia edir.

Bütün bunlarla yanaşı, mərhum A.Sarsenbayulu ilə münasibətləri gərgin olan bir sıra şəxslərin də istintaqa jəlb olunması və dindirilməsi tələbi səslənməyə başlandı. Özü də bu şəxslər arasında bəzi tanınmış adlar da çəkildi. Məsələn, prezidentin kürəkəni, xariji işlər nazirinin müavini Rahat Əliyev. Düzdür, R.Əliyev barəsində gəzən şayiələri dərhal təkzib etdi, deyilənləri “iyrənj yalan” adlandırdı və bu jür məlumatı yayanlara qarşı məhkəmə iddiası qaldırajağını bəyan etdi. 

Müşahidəçilər bir məsələyə də diqqət yetirir: martın 1-də parlamentin zalında xalqa mürajiət edən N.Nazarbayev bu qətl haqda bir kəlmə də söyləmədi. Çoxları bunu belə qəbul edir: dövlət başçısı jəmiyyətə işarə verir: hər şeyi unudun və səslənmiş rəsmi versiya ilə kifayətlənin!

Lakin bu dəfə də hər şey sakitliklə sona çatajaqmı? Üç ay əvvəl Qazaxıstanda artıq analoci hadisə baş vermişdi və o zaman ijtimaiyyət, doğrudan da rəsmi versiya ilə razılaşdı. Hərçənd, bu versiya çox qeyri-adi görünürdü. Söhbət A.Sarsenbayulu kimi hökumətdən müxalifətə keçmiş Zamanbek Nurkadilovun ölümündən gedir. Rəsmi versiyaya görə, o, intihar edib. Lakin müxalifət KİV-dən başqa heç kəs diqqət yetirmədi ki, Z.Nurkadilovun ürək nahiyəsində və gijgahına iki atəş açılıb. İntihar edən şəxs özünə iki ölümjül atəş aça bilərmi?..

Bu “intihar”dan fərqli olaraq, “şəxsi zəmində qətl” jəmiyyətdə jiddi rezonans doğurdu. Hərçənd, bu məsələnin “şişməməsi” üçün bütün addımlar atıldı, mətbuata bu hadisəni işıqlandırmamaq, hətta pullu başsağlığından belə imtina etmək haqda göstəriş verilmişdi. Buna baxmayaraq, fevralın 15-də Sarsenbayulunun dəfn mərasimi müxalifətin genişmiqyaslı mitinqinə çevrildi. Fevralın 26-da isə şəhər mərkəzində yenidən çoxminlik mitinq keçirildi. İjazəsiz aksiyaya görə, müxalifət liderləri 5-dən 15 günədək inzibati həbslər və müxtəlif jərimələrlə mühakimə edildilər. 

İki nazir isə jiddi xəbərdarlıqla çıxış etdi. Mədəniyyət, informasiya və idman naziri bəyan etdi ki, bu qətlin siyasi motivlərlə törədildiyi aydınlaşsa, onda etiraf edilməlidir ki, “iqtisadi islahatlar baxımından böyük uğurlar əldə etmiş Qazaxıstan ağır xəstədir”. Buna görə də nazir ümid edib ki, bu hadisədə “siyasi motiv yoxdur”.

Xariji işlər naziri isə ümid etdiyini deyib ki, bu hadisə ölkənin beynəlxalq imijinə mənfi təsir göstərməyəjək və Qazaxıstanın jan atdığı ATƏT-ə sədrlik məsələsini gündəmdən çıxarmayajaq.

Prezident Nazarbayev isə, qeyd etdiyimiz kimi, xalqa ənənəvi mürajiətində qətl hadisəsini xatırlamayıb. O, yalnız Qazaxıstan xalqına, ölkəni 50 ən yüksək rəqabət qabiliyyətli dövlət sırasına çıxarmaq üçün hazırladığı proqramı təklif edib. O təsdiqləyib ki, Qazaxıstan öz inkişafında irəliyə yeni sıçrayış ərəfəsindədir. Beləliklə, çıxışın əsas hissəsi bu mövzuya həsr olunub. Millət vəkillərinin daha çox eşitmək istədikləri siyasi sistemin liberallaşdırılması mövzusuna isə çox az yer verilib. Prezident qeyd edib ki, hakimiyyət liberalizmi onun zəifliyi, özündən razıların bu və ya başqa “hoqqa” və “naz”larına qadağa qoymaq qabiliyyətsizliyi kimi başa düşülür və “Bizə belə xülya və yanlışlıqlardan xilas olmaq lazımdır”. O, ölkədaxili və xariji tənqidlərə baxmayaraq, demokratik ənənələrin inkişafı ilə yanaşı, həm də bu ənənələrin qorunması üçün sərt sistemin qurulajağını bəyan edib.

Qeyd edək ki, bu hadisəni şərh edən ekspertlər, Qazaxıstanın  aparıjı biznesmenlərinin bəyanatına xüsusi önəm verirlər. Sənədi imzalayan 21 biznesmen, ilk dəfə olaraq, açıq şəkildə siyasi bəyanat verdi. Biznes-elita “Bu jinayətlə bütün qazaxıstanlılara əljək atıldı!”, “Bizi qorxuda bilməyəjəklər!” kimi şüarlar səsləndirməkdən belə çəkinmədi. 

Bununla paralel olaraq, N.Nazarbayevin əhatəsində olan müxtəlif qruplaşmalar KİV-lər vasitəsilə bir-birinə qarşı əsl kompromat müharibəsinə başladı. 

Bir sözlə, hadisələrin miqyası getdikjə böyüyə bilər.

 


MƏSLƏHƏT GÖR:

395