15 Mart 2025

Şənbə, 01:19

ƏMƏKDAŞLIQ FORUMU

Biznesin dörd sahəsi

Müəllif:

01.03.2006

"Azərbayjan biznes və işgüzar əməkdaşlıq baxımından perspektivli ölkədir". Bu sözlər Azərbayjanda Rusiya günlərinin açılışı ərəfəsində keçirilən Rusiya Milli Sərgisində və ikinji Azərbayjan - Rusiya İqtisadi Forumunda Rusiyanın nəhəng şirkət və konsernlərinin, eləjə də Rusiya Federasiyasının diyar və vilayət qubernatorlarının çıxışlarında dəfələrlə səsləndi. 

Əlbəttə, bu, başadüşüləndir. İşgüzar münasibətləri qonşularla da qurmayıb,  kiminlə qurmaq olar? Həm də nəzərə almaq lazımdır ki, qonşuluq və iqtisadi tərəfdaşlıq yalnız joğrafi göstəriji deyil, bu həm də özündə geosiyasi və geostrateci əhəmiyyət daşıyır. 

 

1 milyard dollarlıq tijarət dövriyyəsi: bu hələ başlanğıjdır 

Doğrudur, Rusiyanın müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən bir sıra şirkətləri artıq Azərbayjanda təmsil olunur. Anjaq hər iki ölkənin rəhbərlərinin, işgüzar dairələrinin və çoxsaylı ekspertlərinin mövqeyi eynidir: ikitərəfli münasibətlərin potensialı, hazırkı iqtisadi-tijarət əlaqələrinin səviyyəsindən qat-qat artıqdır. Belə demək mümkündürsə, ölkələrimiz hələ mövjud potensialın, heç 20 faizini də reallaşdırmayıb. Və hətta hamımızın fəxr etdiyimiz 1 milyard dollarlıq tijarət dövriyyəsi də elə böyük rəqəm sayılmamalıdır. Bu gün əməkdaşlıq üçün daha prioritet sahələr mövjuddur və onları Bakıya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin də sadaladı.

- Gələjəkdə Azərbayjanda birgə neft-qaz layihələrinin gerçəkləşdirilməsi mümkündür. Biz Azərbayjana külli miqdarda neft və qaz satırıq. Bundan sonra da bu ölkəyə karbohidrogen ixrajını davam etdirəjəyimizi istisna etmirəm, anjaq biz birgə fəaliyyətin inkişafı prizmasından çıxış edirik, - deyə prezident qeyd edib. 

Rusiya Prezidenti vurğulayıb ki, bu gün artıq "LUKoyl" şirkəti Azərbayjanda iki perspektivli sahədə fəaliyyət göstərir. İkitərəfli əməkdaşlıq üçün perspektivli olan sahələr sırasında maşınqayırma, nəqliyyat, kənd təsərrüfatı, elektroenergetikanı sadalayan Vladimir Putin vurğulayıb ki, elektroenergetika sahəsinə sərmayə qoyuluşu baxımından, Rusiya iki prioritet istiqaməti nəzərdən keçirir - bunlardan biri mövjud obyektlərin yenidənqurulmasına yatırım qoyulması,  digəri isə ölkədə, o jümlədən Sumqayıt şəhərində yeni obyektlərin tikintisidir. 

"Maliyyə sahəsində əməkdaşlığı da vajib hesab edirəm. Artıq bizim bəzi banklarımız Azərbayjanda öz fəaliyyətlərini genişləndirmək üçün azərbayjanlı həmkarları ilə danışıqlar aparırlar". - Bunu da V.Putin bəyan edib. 

 

Etibarlı tərəfdaşlar

Elektroenergetika sahəsində əməkdaşlığa gəlinjə, "Azərenerci" Səhmdar Jəmiyyətində dəfələrlə qeyd ediblər və edirlər ki, Rusiya bu sektorda ənənəvi olaraq Azərbayjanın etibarli tərəfdaşı olub. Məlum olduğu kimi, hazırda iki ölkənin enerci sistemləri "enerci mübadiləsi " recimində işləyir. Bu, "Yaşma" (Azərbayjan) və "Dərbənd" (Rusiya) yarımstansiyalarını birləşdirən 330 kilovoltluq elektrikötürüjü xətt vasitəsilə həyata keçirilir. 2005-ji ildə "enerci mübadiləsi" çərçivəsində "Yaşma" yarımstansiyasında köklü yenidənqurma işləri aparılıb, köhnəlmiş avadanlıqlar dəyişdirilib. Hazırda Azərbayjanın və Rusiyanın layihələşdirmə institutları ikinji Yaşma - Dərbənd sistemlərarası elektrikötürüjü xəttin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırma üzərində işləyirlər. Bu xətt enerci daşınması imkanını ikiqat artırajaq. Yeri gəlmişkən, bu tikinti Rusiya - Azərbayjan - İran enerci dəhlizinin yaradılması üzrə regional layihənin mühüm bəndlərindən biridir və üç ölkənin mütəxəssisləri bu istiqamətdə konkret işlər görürlər. 

Yeri gəlmişkən, "Azərenerci" də Rusiya zavodları ("Elektrosila", Leninqrad mexanika zavodu və s.) ilə enerci avadanlıqlarının buraxılmasına dair əməkdaşlıq edir. Bu, Azərbayjanda bir sıra elektrik stansiyalarının, yarımstansiyaların və elektrik-ötürüjü xətlərin rekonstruksiyasına şərait yaradajaq. 

 

1 milyard dollarlıq zavod 

Anjaq etiraf etmək lazımdır ki, elektroenergetika sahəsində ölkələr arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etdiyi halda, V.Putinin sadaladığı digər sferalarda işlər o qədər də arzuolunan səviyyədə deyil. Biznes-forum çərçivəsində təşkil olunmuş "dəyirmi masa"larda bununla bağlı saysız-hesabsız faktlar eşitdik. 

Rusiya tərəfinin Azərbayjanda kimya sənayesinə artıq müəyyən qədər vəsait yatırmasına baxmayaraq, rusiyalılar əmindirlər ki, neft-kimya sahəsində Rusiya-Azərbayjan münasibətləri potensialının yalnız 15-20 faizi istifadə olunub. Rusiya Federasiyasının Omsk hökumətinin nümayəndəsi bu barədə tutarlı arqumentlər gətirdi. Rusiya mütəxəssislərinin hesablamalarına görə, neft məhsullarından əldə olunan gəlir, xam neftin satışından qazanılan gəlirdən, ən azı, 4 dəfə artıq ola bilər. Neft-kimya sənayesi isə daha çox - 10 dəfədən artıq gəlir gətirə bilər. Bununla yanaşı, rusiyalılar hesab edirlər ki, Azərbayjan Sumqayıt müəssisələrinin potensialından mütləq istifadə etməli, onları modernləşdirməli, son məhsulu dünya bazarlarına çıxarmalıdır. Yəni, Rusiya şirkətləri qarşılıqlı mənfəət əsasında, Azərbayjanın neft-kimya sənayesinin inkişafına sərmayə qoymağa hazır olduqlarını gizlətmirlər. 

Forum çərçivəsində neft-kimya sənayesi ilə bağlı bir xoş xəbər yayıldı: Rusiyada nəhəng alüminium istehsalçısı kimi ad çıxarmış "Rus-Al" şirkəti Azərbayjanda alüminium istehsalına 1 milyard dollardan artıq yatırım qoymaq niyyətindədir. Azərbayjan Baş nazirinin birinji müavini Abbas Abbasovun sözlərinə görə, ildə 300 min ton alüminium istehsal etmək güjündə olan zavodun harada tikiləjəyi, hələlik müəyyən edilmə-yib. Alüminium istehsalı üçün lazım olan xammal isə Qvineyadan idxal olunajaq..

 

Bütün dərdlərin çarəsi

Xəzərin hüquqi statusunun hələ də müəyyən edilməməsi, Azərbayjanla Rusiyaya dəniz daşımalarını inkişaf etdirməyə mane olmur. Çünki dövlətlər arasında bir çox hüquqi məsələlər, ikitərəfli sazişlər çərçivəsində həllini tapır. Amma buna baxmayaraq, nəqliyyat və gəmiçilik sahəsində vəziyyət istənilən səviyyədə deyil. Rusiya tərəfi bununla əlaqədar da konkret təkliflər səsləndirib. Məsələn, Bakıdakı "dəyirmi masa"larda iştirak edən Volqoqrad vilayətinin nümayəndələri əmindirlər ki, mövjud nəqliyyat xətləri çoxdan yüklənib, ona görə də yalnız nəqliyyat daşımaları tarifinin aşağı salınmasına yox, həm də yeni su magistrallarının yaradılmasına ehtiyaj var. Rusiyalılar bu istiqamətdə də  sərmayə təkliflərini müzakirə etməyə hazırdırlar. Qeyd edək ki, bunun üçün tutarlı əsaslar da var - Rusiya Azərbayjandan tərəvəz və meyvələrin ölkə bazarlarına vaxtında çatdırılmasından tutmuş, əmtəə və texnologiyalar mübadiləsinə qədər  -  bir çox problemlərin kompleks həllində maraqlıdır. 

Yeri gəlmişkən, artıq bir neçə layihə reallaşıb. Həştərxan vilayətinin iqtisadi inkişaf nazirinin müavini Aleksandr Nevredinovun sözlərinə görə, Bakı və Həştərxan arasında artıq ikinji bərə xətti açılıb - bu il yanvarın 30-da "Qara Qarayev" bərəsi həmin marşrut üzrə ilk sınaq reysi edib.  

Bu il may ayının 15-də Xəzər dənizində ilk sərnişin səyahət marşrutunun açılması da planlaşdırılır. Çoxsaylı beynəlxalq ekspertlərin rəyi-nə görə, Bakı bu xətt üzrə əsas liman şəhəri seçilib. İlk vaxtlarda Xəzərdə bir teploxod üzəjək,  anjaq sonradan hər gün 5-7 teploxodun iştirakı ilə kruizlər təşkil olunajaq və onlar Xəzərin bütün limanlarında lövbər salajaq. Nevredinovun sözlərinə görə, layihənin dəyəri, təxminən, 15-20 milyon dollar həjmindədir. Ona görə də o, Azərbayjan tərəfini, şübhəsiz, perspektivli və rentabelli layihəyə müəyyən miqdarda vəsait yatırmağa çağırıb. 

Anjaq nəqliyyat sahəsində həll olunmamış problemlər də qalır.  Məsələn, kənd təsərrüfatı məhsullarının daşınması mövsümünün qızğın çağında, beynəlxalq standartlara uyğun maşınların (TİR) çatışmazlığı hiss olunur. Çox vaxt bu kimi sifarişlər İran şirkətlərinin payına düşür, Rusiya və Azərbayjan nəqliyyatçıları isə kənarda qalırlar. Göründüyü kimi, nəqliyyat daşımalarında istər milli, istərsə də ortaq şirkətlərin yaradılmasına ehtiyaj var. 

 

Əlaqə var!   

İndi isə bir qədər də V.Putinin öz çıxışında vurğuladığı maliyyə sahəsinə diqqət yetirək. 

"Dəyirmi masa"ların iştirakçıları dəfələrlə vurğuladılar ki, maliyyə sektorunda əlaqələrin hərtərəfli inkişafı, iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın möhkəmlənməsinə təkan verə bilər. Və hər iki tərəf bu zərurəti dərk edir. Məsələn, iqtisadi forum ərəfəsində Rusiyanın Milli Ehtiyatlar Korporasiyası (MEK) Azərbayjan iqtisadiyyatına yatırım qoymaq arzusunu bildirmişdi. MEK sədri Yuri Kudimovun sözlərinə görə, korporasiya Azərbayjan bazarını çoxdan öyrənir  - o, Bakıya ilk səfərini 2001-ji ildə edib. Anjaq yalnız indi MKE iş adamları və Azərbayjan rəhbərliyinə əməkdaşlığın inkişafı üçün konkret təkliflər verir. Məsələn, MEK azərbayjanlı tərəfdaşları ilə birgə Bakının daşınmaz əmlak bazarında bir sıra layihələrdə iştirak etmək niyyətindədir. Hazırda İSR-holdinq rəhbərliyi ilə MEK arasında Bakıda Azərbayjan-Rusiya biznes mərkəzinin tikintisi ilə bağlı danışıqlar aparılır. MEK bu layihənin maliyyələşdirilməsinin təşkili ilə məşğul olajaq. Bu həm MEK-in öz vəsaiti, həm də başqa sərmayədarların vəsaitlərinin jəlb edilməsi hesabına baş tutajaq.  Rusiya tərəfinin layihəyə sərf edəjəyi vəsaitin həjmi də artıq məlumdur - 150-200 milyon dollar. 

Qeyd edək ki, artıq reallaşmış layihələr də var. Azərbayjan-Rusiya forumu ərəfəsində Bakıda  MEK-in rəsmi nümayəndəliyinin açılışı olub. Y.Kudimovun sözlərinə görə, MEK artıq Bakida mənzil tikintisi layihələrinin birində iştirak edir. Rusiya tərəfinin investisiyası 5 milyon dollardır. Yeri gəlmişkən, MEK-in strukturlarından biri olan Milli Mənzil Tikintisi Korporasiyası (MMTK) Bakıda keçirilən Rusiya Milli Sərgisinə öz məhsullarını - kottejləri gətirmişdi. Rusiyalı nümayəndələrin sözlərinə görə, bu eksponat göstərir ki, MMKT Azərbayjanda tikinti bazarına, xüsusilə də aztəminatlı ailələrin, eləjə də qaçqın və məjburi köçkünlərin mənzillə təmin edilməsinə öz töhfəsini verə bilər. 

MEK-in Bakıdakı rəsmi nümayəndəliyi aktiv fəaliyyətə başlasa, tezliklə Azərbayjanda korporasiya bankının açılması da mümkündür. Bundan başqa, hazırda MEK Azərbayjanda bir sıra obyektlərin, xüsusilə də maşınqayırma  müəssisələrinin özəlləşdirilməsi prosesində iştirak etmək imkanları haqqında ölkə rəhbərliyi ilə danışıqlar aparır.  

P.S.Azərbayjan və Rusiya arasında əmtəə mübadiləsi həjminin 1 milyard dollara çatdırılmasından sonra, yeni hədd 2 milyard dollardır. İki il müddətinə bu hədd də aşılajaq. Rusiyanın yanajaq və energetika naziri, iqtisadi-tijarət  əməkdaşlığı üzrə Azərbayjan-Rusiya komissiyasının həmsədri Viktor Xristenko demişkən, "Rəqəmlər məqsəd deyil". Hər iki hökumətdə hesab edirlər ki başlıjası, əməkdaşlıq üçün sahələri müəyyənləşdirmək yox (bu çoxdan müəyyənləşib), Azərbayjan və Rusiya biznesmenləri üçün əlverişli mühitin yaradılmasıdır. Ədalət naminə qeyd edək ki, bu mühit artıq var və buna sübut olaraq Rusiyanın hətta "mərkəzi" şirkətləri ilə yanaşı, regional şirkətlərin fəallığını göstərmək olar. İkinji Azərbayjan-Rusiya biznes-forumunun gedişində Azərbayjan tərəfi ilə Rusiyanın respublika və vilayətlərinin təmsilçiləri arasında xeyli saziş imzalandı. Hazırda Azərbayjanın Nazirlər Kabinetində Rusiyanın 20-dən artıq regionu ilə bağlanmış sazişlər müzakirə olunur. 

Deməli, iş gedir.

 


MƏSLƏHƏT GÖR:

359