
RUSIYA AZƏRBAYJANLILARIN GÖZÜ İLƏ
Prezident Putinin siyasəti Rusiya dövlətinin imijini azərbayjanlıların nəzərində qaldırır
Müəllif: “R+”un analitik qrupu
Rusiya Prezidenti Vladimir Putinin Azərbayjana səfəri, heç şübhəsiz, vajib siyasi hadisədir. Səfər müddətində iki ölkə arasında bir sıra sənədlər, o jümlədən iki ölkə prezidentinin imza atdığı birgə Bəyannamə imzalanıb. Bu sənədə görə, əvvəllər Azərbayjanla Rusiya arasında imzalanmış qarşılıqlı dostluq, əməkdaşlıq və birgə təhlükəsizliyə dair saziş, həmçinin, iqtisadiyyat, hərbi və hərbi-texniki sahələrdə birgə layihələri əks etdirən razılaşmalar qüvvədə qalıb.
Rusiya Prezidentinin Azərbayjana səfəri haqqında çox danışılıb və müxtəlif şərhlər verilib. “Region +” curnalı məsələyə bir qədər fərqli prizmadan yanaşmaq qərarına gəlib. Biz Rusiya-Azərbayjan münasibətlərinə analitiklər və politoloqların deyil, sadə azərbayjanlıların rəyi əsasında şərh etməyi məqsədəuyğun saydıq. Azərbayjan vətəndaşları Rusiyaya nejə yanaşırlar? Rusiya-Azərbayjan münasibətləri və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki rolu haqda azərbayjanlılar nə düşünürlər?
Bu suallara javab taqmaq məqsədilə “Rəy” («Mnenie») Monitorinq Mərkəzi “Region+”un sifarişi ilə ölkə vətəndaşları arasında rəy sorğusu keçirib. Fevralın 26-27-də Bakı, Sumqayıt, həmçinin daha 36 yaşayış məntəqəsində 1207 respondent arasında keçirilmiş sorğunun nətijələri kifayət qədər ziddiyyətlidir.
Məlum olub ki, rəyi soruşulanların böyük əksəriyyəti - 78,5 %-i - Rusiyaya “yaxşı” və “çox yaxşı” yanaşır. Rusiyaya pis yanaşanlar isə respondentlərin 15,4 %-ni təşkil edir (bax: diaqram 1).
Şimal qonşumuza belə münasibət onunla bağlıdır ki, rəyi soruşulanların 67,1%-i Rusiyanı Azərbayjanın strateci, iqtisadi və tijarət tərəfdaşı olan dost ölkə kimi qəbul edir. Eyni zamanda, respondentlərin 9,4 %-i bu fikirdədir ki, Rusiya regionda Azərbayjan üçün iqtisadi rəqibdir. Sorğuda iştirak edənlərin elə bir o qədəri də (9,3%) Rusiyanı Azərbayjan üçün düşmən ölkə hesab edir (bax: diaqram 2).
Vladimir Putinin Bakıya səfərinə gəlinjə, respondentlərin böyük əksəriyyəti (72,9%) bu fikirdədir ki, səfərin nətijələri yaxşı və çox yaxşıdır (bax: diaqram 3).
45,2% respondent əmindir ki, bu səfərdən sonra Rusiya-Azərbayjan münasibətləri müsbətə doğru dəyişəjək. 29,5% bu fikirdədir ki, ikitərəfli münasibətlər bu səfərdən sonra da dəyişməz qalajaq. Respondentlərin 6,8%-i isə belə düşünür ki, V.Putinin Bakıya son səfərindən sonra iki ölkə arasında münasibətlər mənfi istiqamətdə inkişaf edəjək. Nəhayət, respondentlərin 18,5%-i bu sualı javablandırmaqda çətinlik çəkib (bax: diaqram 4).
Beləliklə, çox maraqlı mənzərə alınır: Azərbayjan əhalisi Rusiyaya yaxşı yanaşır və ikitərəfli münasibətlərin səviyyəsindən razıdır.
Lakin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına münasibətdə, tamamilə fərqli mənzərə yaranır.
Məlum olub ki, rəyi soruşulanların yarıdan çoxu (54,4%) hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasında maraqlıdır. Rusiyanın problemin nizamlanmasında maraqlı olduğunu düşünənlər, respondentlərin jəmi 19,6%-ni təşkil edir (bax: diaqram 5).
Rəyi soruşulanların 46,7%-i əmindir ki, Ermənistan prezidenti Robert Koçaryan Rambuyedə keçirilmiş son danışıqlar zamanı görüşü məhz Rusiyanın təsiri altında yarımçıq tərk edib. Koçaryanın bu addımı könüllü şəkildə atdığına, respondentlərin jəmi 19,4%-i inanır, 33,9% isə bu suala javab verməkdə çətinlik çəkib (bax: diaqram 6).
Rusiyanın Dağlıq Qarabağ probleminə dair mövqeyinə bu jür yanaşmanı nəzərə alsaq, respondentlərin V.Putinlə R.Koçaryanın Moskvada planlaşdırılan görüşünə etimadsızlıq nümayiş etdirməsi, artıq o qədər də gözlənilməz deyil.
Belə ki, respondentlərin 43,4%-i əmindir ki, V.Putinin R.Koçaryanı Moskvaya məsləhətləşmələrə dəvət etmək niyyəti Dağlıq Qarabağ probleminin həllinə heç bir təsir göstərməyəjək. Amma digər tərəfdən, məsələyə nikbin yanaşanlar da az deyil - rəyi soruşulanların 31,9%-i bu fikirdədir ki, Moskva danışıqlarının sülh prosesinə müsbət təsiri olajaq (bax: diaqram 7).
Qeyd etmək lazımdır ki, Rusiyanın Dağlıq Qarabağ probleminin həlli prosesindəki mövqeyinə olan etimadsızlıq, ilk növbədə, Moskva ilə Yerevan arasındakı strateci müttəfiqliklə bağlıdır.
Təsadüfi deyil ki, “Rəy”in sorğusunda iştirak edənlərin 90%-i Rusiyanı Ermənistanın strateci, tijarət və iqtisadi tərəfdaşı hesab edir (bax: diaqram 8).
Beləliklə, sorğunun nətijələrindən məlum olur ki, bu gün Azərbayjan jəmiyyətinin nəzərində iki tamamilə fərqli Rusiya mövjuddur - bunlardan biri bizim üçün dost dövlət, yaxın iqtisadi tərəfdaş, digəri isə Dağlıq Qarabağ probleminin həllində maraqlı olmayan Yerevanın strateci müttəfiqi.
Bütün bunlara baxmayaraq, etiraf etməmək mümkün deyil ki, son illər Kremlin Azərbayjanla bağlı siyasətində jiddi dəyişikliklər müşahidə olunur. Rusiyada Vladimir Putinin hakimiyyətə gəlişindən sonra, “qarğılar»ın Kremlin Azərbayjana siyasətinə təsiri azalıb. Qeyd edək ki, azərbayjanlıların nəzərində Rusiyanın imijini zəiflədən də, məhz həmin “qarğılar” olub. 1994-jü il sentyabrın 20-də rusiyalı nazir Sergey Şafrannikin Bakıda “Əsrin müqaviləsi”nə imza atdığı vaxt, Moskvada digər nazirin (XİN başçısı Andrey Kozırev) bu müqaviləni qeyri-qanuni elan etdiyi vaxtlar hələ yaddaşlardan silinməyib.
Bu gün isə artıq Rusiya-Azərbayjan münasibətlərində praqmatizm və qarşılıqlı maraqlar əsas götürülür. Rusiyada artıq şübhə etmirlər ki, Azərbayjan yeritdiyi müstəqil xariji siyasəti heç vaxt dəyişməyəjək.
İndi isə ən vajib məsələ odur ki, Putin Rusiya hakimiyyətinin monolit olduğunu nümayiş etdirərək, “qarğılar”ın təsir imkanlarını minimuma endirsin. Sorğunun nətijələrindən də məlum olur ki, azərbayjanlıların bütövlükdən Rusiyaya müsbət yanaşmasına mane olan yeganə faktor, Moskvanın Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu və respondentlərin qeyri-obyektiv hesab etdiyi mövqedir. Moskvanın ədalətli mövqe nümayiş etdirəjəyi təqdirdə isə tam əminliklə söyləmək olajaq: artıq iki ölkə arasında heç bir problem qalmadı.
MƏSLƏHƏT GÖR: