
“ÇAMADAN OVQATLI ÖLKƏ”
Müəllif: NURANİ Bakı
Qədim erməni nağılları davam edir... Bu dəfə ermənilər dünyanın informasiya məkanında “yüksək sürətlə inkişaf edən Ermənistan iqtisadiyyatı” haqqında mif formalaşdırmağa jəhd göstərirlər
“Qış yuxusu”
Ermənistanda qış, ənənəvi olaraq, siyasi sakitlik mövsümü sayılır. Parlament tətilə buraxılıb, seçkilərə hələ çox qalır, siyasi partiyalar bekardır. “Məxməri inqilab ” vədləri isə ən yaxşı halda, ajı gülüş, ən pis halda, şəfqətli ahçəkmələr, köks-ötürmələr yaradır. Hətta Rambuye danışıqları belə, gözlənilən siyasi fəallığa səbəb olmadı.
Yaranmış vəziyyət analitikləri əsla təəjjübləndirmir. Çoxlarının zənn etdiyi kimi, Ermənistan da di-gər keçmiş sovet ölkələrində olduğu kimi, “boyatımı” mərəzinə yoluxub: burada da partiya strukturları bir şərait üçün yaradılıb, partiyalar isə tamamilə fərqli şəraitdə fəaliyyət göstərməli olur. Ermənistanın siyasi partiyalarının əksəriyyəti sovet sisteminin dağılması, “demokratikləşmə”, müstəqillik və s., həmçinin, “Qarabağ hərəkatı”nın güjlü basqısı altında, qısaja desək, Azərbayjana qarşı təjavüzün dalğasında yaranıb. İndi isə belə çıxır ki, Ermənistan guya öz müstəqilliyini qazanıb, demokratikləşmə tam güjü ilə gedir, Qarabağ münaqişəsi isə elə mərhələyə qədəm qoyub ki, burada artıq siyasi partiyalar heç bir rol oynamır... Hərçənd, Ermənistanda siyasi partiyalar arasında mütəmadi olaraq “atışmalar” qeydə alınır, amma əslində, əvvəlki kimi, kütləvi siyasi hərəkat yoxdur. Ona görə də artıq siyasi səhnədə əksəriyyətin müdafiə edəjəyi çağırışlara, şüarlara da rast gəlinmir: hətta «müxalifətçilər»in Ermənistanda “məxməri inqilab” (KİV-lər bunu “ərik inqilabı” adlandırırdılar) etmək vədləri belə əhalinin laqeydliyi ilə üzləşdi və heç bir əks-səda doğurmadı.
Analitiklər hesab edirlər ki, yaranmış bu siyasi durğunluq, ölkədəki iqtisadi durğunluğun göstərijisidir. Doğrudan da, məntiqə görə, artıq siyasi partiyalar “Qarabağ”, “demokratiya” şüarlarından yavaş-yavaş uzaqlaşaraq, müasir dövrdə müstəqil dövlətin qarşısında duran digər problemlərə yönəlməli idi; məsələn: vergilər, iqtisadi proqramlar və s. və i.a.
Bu durğunluq fonunda yalnız “Daşnaksütyün” az-çox fəal görünür: bu partiyanın “Nikoil Aqbalyan” adlanan tələbə ittifaqı mütəmadi olaraq səs-küylü və aqressiv təşəbbüslərlə çıxış edir. Gah Javaxetiya ermənilərinə yardım çağırışları ilə “sərgilər” təşkil edirlər, gah da “Julfada erməni qəbiristanlığının” dağıdılmasına görə Azərbayjanın ünvanına ittihamlar səsləndirərək «dəyirmi masa»lar keçirir.
Əslində isə siyasi janlanma və yeni şüarlar üçün vajib olan əsas məsələ ölkədə iqtisadi həyatın janlanması, jəmiyyətin yeni strukturlarının formalaşmasıdır ki, buna da müasir Ermənistanda rast gəlinmir. Ölkə üçün əsas ümid işığı isə hələ də Metsamor AES, ujuz İran benzini, az-çox gəlir mənbəyi isə hələ də Yerevan konyak zavodu ilə “Ermənistan” mehmanxanası sayılır.
Sözün qısası, Ermənistanın siyasət aləmində hava çatışmır...
Qara və bəyaz rəqəmlər
Bütün bunlara baxmayaraq, Yerevanda hələ də ümid edirlər ki, yaxın gələjəkdə hər şey dəyişəjək. Burada bütün mənbələrdən gümrah və müxtəlif statistik rəqəmlər eşidilməkdədir. Məsələn, Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Arsen Kazaryan Qaraçiçəkdə (indiki-Saxkadzjr) keçirmiş forumda sevinjək halda bəyan edir ki, “Ermənistanda münbit biznes-mühit yaradılıb!”. Bundan başqa, Kazaryan ölkənin “iqtisadi perspektivləri”nə də ümidlə baxıb deyir: «Sadəjə, ölkə iqtisadiyyatı, o jümlədən sənayeyə sərmayələr qoyulmalıdır, erməni müəssisələrinin modernləşməsi və istehsal həjmini artırması üçün vəsait tələb olunur və s.»…
Kazaryanın fikrinjə, xariji investisiyalar üçün, ilk növbədə, emal və yeyinti bölmələri, həmçinin, yüngül sənaye, kiçik SES-lərin tikintisi, tikinti daşlarının istehsalı jəlbediji görünür: “Ermənistanda münbit biznes-mühit yaradılıb və artıq rentabelliyi də, yüksək satış qabiliyyətini də təmin etmək olar” . Kazaryan buna əmindir və ümumiyyətlə onun fikrinjə, erməni sahibkarlar, vergilərin artmasına baxmayaraq, uğurla çalışmaqdadırlar.
Ermənistan tijarət və iqtisadi inkişaf nazirinin müavini Tiqran Davtyan öz növbəsində iddia edir ki, “Ermənistanda xariji kapitalın müxtəlif pay bölgüsü üzrə 3 mindən yuxarı şirkət çalışır. Onlardan 500-ü Rusiya , 5-i İran, 600-ü isə Avropa ölkələrinə məxsusdur”.
Nazir müavini həmçinin deyir ki, ötən il Ermənistan iqtisadiyyatına xariji investisiya qoyuluşunun həjmi 500 mln dollardan yuxarı olub, o jümlədən, 250 mln dollar birbaşa investisiya şəklində, 100 mln dollar “portfellər” qaydasında, 150 mln dollardan çox isə bank sahəsinə qoyulub. Daxili investisiyanın səviyyəsi, Davtyanın fikrinjə, 500 mln dollara çatıb.
Göründüyü kimi, artıq ermənilər səs-küylü statistik rəqəmlərlə “superqədim tarixi”, “xristian kökləri”ndən heç də az lovğalanmırlar. Bir tərəfdən, sərmayədarların qonşu Azərbayjana açıq marağı, digər tərəfdən, ölkədə korrupsiyanın, iqtisadi asılılığın və s. açıq-aşkar tənqidi fonunda ermənilərin yeganə ümidi “yaxşı statistik göstərijilər”ə qalıb.
Lakin hadisələrə dərindən nəzər yetirmək kifayətdir ki, səslənən rəqəmlərin nə qədər uydurma və saxta olduğunu dəqiqləşdirəsən. Armen Kazaryanın özü də etiraf etməyə məjbur olub ki, erməni iqtisadiyyatında “kölgə bölmə”nin payı 45%-dən yuxarıdır. Davtyan isə çətinilklə də olsa etiraf edir: «Ermənistan iqtisadiyyatına qoyulan sərmayənin əsası “etnik investisiya”dır, yəni bu, xarijdəki erməni diasporunun “pul kisələri” hesabına mümkün olub. Diasporun maliyyə potensialı isə, Ermənistanda gözlənildiyindən çox-çox aşağı imiş.
Real statistika nə deyir?
Problem ondadır ki, münbit makroiqtisadi göstərijilərlə investisiya jəlbedijiliyi - qarşılıqlı əlaqəli anlayışlardır, amma hər halda, eyniyyət də təşkil etmir. Çünki potensial sərmayədar üçün əsas jəlbediji amil vergilərin aşağı olmasından çox, ölkənin təbii ehtiyatları, inkişaf etmiş infrastrukturu və ən əsası, xariji bazarla fiziki təmasın mümkünlüyüdür.
Ermənistanın problemləri də, bax, elə buradan başlayır.
Azərbayjanla davamlı müharibə, Türkiyə ilə sərhəddə tranzitin olmaması, üstəlik, daşnakların gürjülərlə yeni münaqişə ojağı yaratmaq jəhdi - bütün bunlar sərmayədarları “barıt çəlləyi”ni xatırladan ölkəyə kapital qoymaqdan çəkindirir.
“Çamadan əhval-ruhiyyəsi”nın erməni variantı
ATƏT-in Yerevan ofisinin rəhbəri, səfir Vladimir Pryaxin bununla bağlı “fikirləşmək üçün daha jiddi məlumatlar” təqdim etmişdir. Erməni seçijilərin hədsiz dərəjədə passivliyini şərh edərək Pryaxin bildirib ki, ortasəviyyəli erməni ailəsinin büdjəsi, əsasən, xarijdən gətirilən yardımlar hesabına formalaşır: “Bəlkə də, buna görə, vətəndaşların yarısını ölkədə baş verənlər qətiyyən maraqlandırmır ”.
Əslində, son 3 ildə Ermənistanı 116 mindən 147 minədək vətəndaş tərk edib.
Bu o deməkdir ki, Ermənistanda hər 10 vətəndaşdan biri miqrasi-yaya jan atır. Hər 6 kişidən biri iş tapmaq üçün xarijə üz tutub. “Günəşə bənzəyən Yerevan sürətlə boşalır. Halbuki hər gün rayonlardan paytaxta yüzlərlə insan üz tutur». - Bir neçə il əvvəl erməni curnalisti Naira Ovsepyan belə gileylənirdi.
- «Yerevanlılardan kimsə Rusiyaya, kimsə daha uzaqlara köçüblər, kəndçilər isə Rusiyaya və ya uzaqlara start götürmək üçün, əlverişli olsun deyə, Yerevana yığışırlar. Təxmini hesablamalara görə, indi ölkədə 1,8 milyondan 2 milyon nəfərədək adam qalıb. Halbuki vaxt var idi, şəhər əhalisinin sayı 3 milyonu ötürdü. Xarijə getmək çox çətinləşib - Ermənistandan Tbilisini keçməklə Moskvaya, Pyatiqorsk, Vladiqavqaza sərnişin daşıyan avtobusların yarısı yolda xarab olur, yarısının benzini qurtarır və sərnişinlər yarıyolda düşməli olurlar. Amma bütün bu çətinliklərə rəğmən, adamlar elə hey köçürlər. Yalnız ona görə yox ki, Ermənistanda iş tapmaq qeyri-mümkündür. Həm də ona görə ki, işləyib ailəni dolandırmaq çox çətindir. Sanki artıq bu ölkənin nəfəsi gedib-gəlmir”…
İşğal olunmuş ərazilər: vəziyyət fəlakət həddinə yaxınlaşır
Ermənistanın iqtisadi vəziyyətini əksər analitiklər “ağır” adlandırırsa, Azərbayjanın işğal altında olan ərazilərdəki durum, lap fəlakəti xatırladır. Rambuye danışıqları ərəfəsində Fransanın məşhur “Liberation” qəzeti Xankəndidəki vəziyyəti belə təsvir edirdi: “Sovet dövründən qalmış çoxmərtəbəli binaların balkonlarından çəkilmiş paltar ipləri, burada həyatın sakit məjraya düşdüyünü göstərir. Amma səfalət əvvəlkitək qalır. Bəzi təmir edilmiş binalarda isə bayraqlar asılıb: bunlar Ermənistandan savayı dünyada heç bir dövlətin tanımaq istəmədiyi respublikaların nazirlikləridir”. Fransız curnalisti yazır ki, Dağlıq Qarabağ “müstəqilliyini” elan etdikdən sonra 15 il keçib və indi Qarabağ dalana dirənib. Burada güzəran çox ağırdır və həddindən artıq ziddiyyətlidir. Jırtdan respublika (137 min sakini var) öz istiqlaliyyətini nümayiş etdirir: onun öz prezidenti, Baş naziri, 33 nəfərdən ibarət parlamenti, hökuməti, bayrağı var. O, xarijilərdən Ermənistan vizasına əlavə olunmuş gəliş vizası tələb edir. Lakin onun sakinlərində Qarabağ pasportları yoxdur, çünki onunla heç yerə getmək olmur: hamıda Ermənistan pasportu var və Ermənistan isə öz çağırışçılarını “Qarabağ ordusu”nda xidmət etməyə göndərir. Qeyri-sabit vəziyyət, millətçilik və ətraf mühitdən tam təjridolma, buradakı bir dəstə siyasətçi-biznesmen üçün göydəndüşmədir. “Stepanakert”in (Xankəndi - red.) mərkəzində 300 yerlik, yunan-Roma üslubunda tikilmiş, sütunlu, gözəl bir restoran bu yaxınlarda istifadəyə verilib: burada “qara kostyum geyinmiş “yeni burcualar” nahar edirlər. “Baxin, Qarabağda inkişaf var: biz konyak içirik!» - restoranın gülərüzlü sahibi, 43 yaşlı Emil Ayrapentyan zarafatlaşır. Sual yarana bilər ki, o bu pulları haradan əldə edib? Javab çox qısadır: “Belə deyək də... mən lazımi vaxtda lazım olan yerdə olmuşam ”.
“Stepanakert”in (Xankəndi - red.) mərkəzi bazarında səfalət daha çox hiss olunur: Yerevandan gətirilmiş bir neçə dəstə kök, soğan, portağal və narıngi. Bütün bunlar Ermənistana nisbətən bahadır. Nənələr küçələri süpürür, yaxud əl açıb dilənirlər: onların pensiyası ayda jəmi 10-20 yevro təşkil edir. Siqaret və konfet satan 48 yaşlı Anya, çoxları kimi, etiraf edir ki, güzəranı düzəlmir ki, düzəlmir. “Bazarda 30 min dram (55 yevro) aylıq maaş alıram. Qızımın təhsilini davam etdirməsi üçün institut 450 dollar tələb edir. Pulu verməsəm, onu heç imtahana da buraxmazlar. Biz artıq özümüzə otaq belə kirayə edə bilmirik: bir neçə gün bu qohumun, sonra da o biri qohumun evində yaşayırıq”.
Burada arzuolunan “siyasi sabitliyi” sərt hərbi-işğal recimi təmin edir və istənilən narazılıq dərhal zorla söndürülür. Amma bütün bunlar miqrasiya şiddətinin qarşısını, çətin ki, ala bilsin; qarabağlıların “bəyan etdikləri” 137 min sakin yalnız kağız üzərindədir, reallıqda isə burada 50-60 min nəfərdən çox adam yaşamır.
Bu gün hadisələrin nejə inkişaf edəjəyini qabaqjadan söyləmək çətindir. Lakin aydın görünür ki, belə bir vəziyyət əbədi hökm sürə bilməz; yalnız ona ümid qalır ki, gej-tez Ermənistanda da sağlam düşünjə qalib gəlməlidir.
Amma bu sağlam düşünjəyə gəlib çatana qədər istər Ermənistan, istərsə də bütün region daha nələr çəkəjək?
Bax, əsas sual da elə budur.
MƏSLƏHƏT GÖR: