Müəllif: Fasim ƏLİZADƏ Bakı
Azərbaycanın bank sektoru fevralda keçirilən milli valyutanın devalvasiyasından sonra ağır dövrünü yaşayır. Vəziyyət "devalvasiyanın ikinci dalğası"nın mümkünlüyü haqda müxtəlif şayiələr zəminində dərinləşir. Bu isə açıq şəkildə əhalinin nə milli valyutaya, nə də ölkədə fəaliyyət göstərən banklara etibarını artırır.
Bu mənada xüsusilə anlamaq lazımdır ki, ölkənin bank sektorunda son aylar hansı müsbət və mənfi tendensiyalar cərəyan edir. Unutmaq lazım deyil ki, bank sistemi milli iqtisadiyyatın müxtəlif sektorlarının dinamik artımına yol açan və onlara yönələn pul cərəyanlarının axdığı "qan damarları" rolunu oynayır. Müvafiq olaraq "arteriyaların tıxanması" milli iqtisadiyyatın artım templərinə son dərəcə mənfi təsir göstərə bilər.
Uzun müddət ərzində bank sektorunda artım tempi ikimənalı göstəriciyə malik idi. Tənzimləyici - Azərbaycan Mərkəzi Bankı (AMB) son illər 20-26% həddində bu qədər sürətli artımı "soyutmaq" üçün dəfərlərlə addımlar atıb. AMB-nin təşvişi təsadüfi deyildi. Axı bu dərəcədə nəzərə çarpan artım ev təsərrüfatı kreditləşməsinin (avtomobil və daşınmaz əmlak almaq üçün istehlak krediti) artması hesabına baş verib. Həmin seqmentin payı 2015-ci ilin yanvarına ayrılan kreditlərin ümumi həcminin maksimal həddinə - 44%-a çatmışdı. Bununla bərabər, kreditləşmənin artımı ilə yanaşı, vaxtı keçən kreditlərin də payının çoxalması müşahidə edilirdi. Və məlum idi ki, fövqəladə hal baş verəcəyi təqdirdə bank sektorunun vəziyyəti heç də asan olmayacaq.
Vəziyyətin gərginliyini AMB-nin statistikası da göstərir: fevral ayından əmanətlərin dollarlaşmaya tərəf meyil göstərməsi ilə, bank sistemindən depozitlərin axını izlənilir. İyul ayının nəticələrinə əsasən, fiziki şəxslərin əmanətləri 7,6 mlrd. manat təşkil edib, fevralın sonuna isə bu göstərici 7,93 mlrd. dollar olub.
Bununla yanaşı, əgər 2014-cü ilin iyulunda əmanətlərin 63%-i manat, 37%-i isə valyuta depozitlərin hesabına düşürdüsə, artıq bir ildən sonra bu rəqəmlər müvafiq olaraq 28 və 27% təşkil edir.
Lakin AMB-nin nəzərəçarpan uğuru banklara yardıma yönəlmiş kompleks tədbirlərin keçirilməsi nəticəsində vaxtı keçmiş kreditlərin həcminin azalması oldu.
İyulun nəticələrinə görə, Azərbaycanın bank sistemində vaxtı keçmiş kreditlərin səviyyəsi əvvəlki aylarla müqayisədə 0,2% azalmış, ayrılan kreditlərin ümumi həcminin 6,4%-ni təşkil edib. Qeyd edək ki, ilin əvvəlindən vaxtı keçmiş kreditlərin payı dəyişməz olaraq artıb.
Xatırlatmaq lazımdır ki, vaxtı keçmiş kreditlərin həcminin azalması əhalinin və işgüzar dairələrin ölkənin bank sisteminin sabitləşməsinə və sağalmasına olan əminliyi yüksəltməlidir.
Ev təsərrüfatı kreditlərinin verilməsi şərtlərinə dair AMB-nin banklardan tələblərinin sərtləşdirilməsi, əlbəttə ki, ayrılan kreditlərin həcminin azalmasına gətirib çıxardı. Milli valyutanın devalvasiyası anından bank kreditləşməsinin həcmi fevralda 20,697 mlrd. manatdan cari ilin iyul ayında 20,187 mlrd. manata düşüb.
2015-ci ilin fevralı ilə müqayisədə ev təsərrüfatı kreditlərinin həcmi iyulda 646 mln. manat və ya 7,7% azalaraq, 7,77 mlrd. manat təşkil edib. Bununla da, ev təsərrüfatı üçün kreditlərinin xüsusi çəkisi fevral ayı ilə müqayisədə iyulda 43%-dan 38-a düşüb.
Müvafiq olaraq, bu dövr ərzində real sektorun kreditləşməsinin həcmi artıb, bununla yanaşı, artım bütün sahələrə - kənd təsərrüfatı, nəqliyyat, energetika, sənayeyə toxunub.
Eyni zamanda nağdsız hesablaşmalarla olan vəziyyət də pisləşdi. 2015-ci ilin iyul ayının nəticlərinə görə, quraşdırılan bankomatların sayı 18 ədəd azalıb. Həmçinin ilin əvvəlindən ödəniş kartlarının sayı - 6 mln. ədəd azalıb.
Cari ilin iyul ayında kart sahiblərinin nağd pullarının çıxarılmasının növbəti gurultusu müşahidə olundu. Bu milli valyutanın ikinci devalvasiya dalğası haqda güclənmiş şayiələrlə bağlıdır. Nəticədə 2015-ci ilin iyul ayında ödəniş kartları üzrə əməliyyatların rekord sayı qeydə alınıb: 1,124 mlrd. manat məbləğində 7, 359 mln. əməliyyat. Bununla belə, əməliyyatların bütün məbləğinin 80%-ı nağd çıxarılan vəsaitin payına düşüb.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycan banklarının böhrana tab gətirmək imkanlarına əminliyini nəzərə alsaq, əhalinin banklara olan inamsızlığını şişirdilmiş hesab etmək olar.
"Biz düşünürük ki, bəzi bankların kapitallaşması, ehtimal ki, ortamüddətli perspektivdə kreditlər üzrə itkilərin artması ilə əlaqədar təzyiqlər hiss ediləcək. Lakin agentliyin reytinq verdiyi Azərbaycan banklarının böyük əksəriyyəti, təsəvvür edildiyi kimi, kifayət qədər kapitala malikdirlər ki, ekstremal ssenari zamanı manatın məzənnəsi 40% düşsə belə, devalvasiyanın birbaşa təsirinə tab gətirə bilərlər", - " Fitch Ratings" qeyd edir.
Qeyd olunanlarla bərabər," Fitch Ratings"in ekspertləri öz hesabatlarında iqtisadiyyatın bank sektorunda çətinliklərin təkcə cari ildə deyil, gələcək ildə də olacağına işarə edirlər.
"2015-ci ildə bank sektorunda kreditləşmənin sıfır artımı, habelə kreditlərə olan zəif tələbat, 2016-cı ildə də davam edə bilər. Xarici valyutada olan kredit portfeli üzrə əlavə dəyərdən düşmə, əksər borcalanların valyuta gəlirlərinə çıxışlarının olmaması ilə bağlıdır. Milli valyutada likvidliyə olan potensial təzyiqi azaltmaq üçün, AMB 2015-ci ilin əvvəlindən manatın qarşılığında dollar alaraq, banklara yardım edir. Bəzi banklar açıq valyuta mövqelərinə dair tənzimləyici tələbləri pozublar. Amma onlar buna Mərkəzi Bankın requlyativ şəkildə göz yumması nəticəsində yol veriblər", - "Fitch Ratings" agentliyi məlumat verir.
Bununla da, Azərbaycanın bank sektorunda vəziyyət kritiki deyil, mürəkkəb olaraq qalır. AMB-nin bank bazarının tənzimləyicisi çətin vəziyyətdə olan banklara kömək edir, möhkəmlik ehtiyatı isə hətta "devalvasiyanın ikinci dalğasına" belə tab gətirməyə imkan verir.
MƏSLƏHƏT GÖR: