24 Dekabr 2024

Çərşənbə axşamı, 16:37

KÜÇƏ AKTYORLARI DA OLSUN

Gələcəyin tamaşaları necə olmalıdır - Britaniyanın "Qlobus" Şekspir Teatrının Bakı səhnəsindəki "Hamlet" tamaşası bu suala cavab axtarır

Müəllif:

13.10.2015

Bakıda məşhur "Qlobus" Şekspir Teatrının (London) quruluş versiyasında "Hamlet" tamaşası. Şəhərin mədəni həyatında kifayət qədər nəzərəçarpan hadisədir, xatırladaq ki, bundan əvvəl Milli Akademik Dram Teatrı Mədəniyyət və Turizm Nazirliyi, "British Council"un dəstəyi ilə bu mövsümdə ilk premyerasını da təqdim edib. 

 

"Qlobus" teatrı barədə

Teatrın ilk binası Londonda 1599-cu ildə açılıb. Amma 14 ildən sonra nasazlıq nəticəsində bu bina "VIII Henrix" tamaşası zamanı yanıb. Yanmış binanı yerinə yenisi tikilib. O, 1642-ci ilə qədər mövcud olub, sonradan isə sökülüb və onun yeri 1989-cu ilə qədər, qədim tikilinin təməli Park Stritdə avtomobil dayanacağı altında aşkar edilənə qədər itmiş sayılıb. Üçüncü - "Qlobus" teatrının yeni binasının həyatı 1997-ci ildə başlayıb. İndi o, "Qlobus" Şekspir Teatrı adlanır (Stratfor Eyvon şəhərindəki Britaniya Şekspir kral teatrı ilə səhv salmayın) və onu bədii rəhbəri Domenik Dromquldur. Teatrın repertuarı Uilyam Şekspirin pyeslərindən ibarətdir. Bu, memorial deyil, canlı müasir teatrdır. İngilis aktyoru, modernizm dövrünün teatr və opera rejissoru teatr yaradıcılığında simvolizmin iri nümayəndəsi Edvard Qordon Kreqin bir vaxtlar arzuladığı həmin teatrdır.

 

Qordon Kreq və Stanislavski

Onları cismani "materializm"dən ayrılmağa və "böyük ülvi hisslər" səviyyəsinə qalxmağı bacaran yüksək səviyyəli aktyor barədə arzular birləşdirirdi. Bir də - quruluş ideyasını əks etdirə biləcək ideal bədii formanın axtarışı. Kreq səhnə məkanının yaradılmasına arxitektura yanaşması təklif edir. Yəni aktyorun hərəkətli və iri bədəni hərəkətdə olan və həcmli dekorasiyalar-şirmalar ilə uyğunlaşdırılmalıdır, bu da əhvali-ruhiyyələrin sonsuz sayda variantlarını əldə etməyə imkan verirdi. Bütün bunlar da hərəkət üçün lazım olan mühiti yaratmalı idi. Hər ikisi anlayırdı ki, teatr işi artıq radikal dəyişikliklər tələb edir (bu zaman 1907-ci il idi və Qordon Moskvada "Hamlet"i səhnələşdirirdi). Stanislavski də teatr dekorasiyalarının hadisə yerinin deyil, pyesin ruhunun necə əks etdirilməsi problemini həll edən, bədii ifadəliliyin yeni vasitələrinin axtarışı ilə məşğul idi. 

Kreqin bu istiqamətdə axtarışları artıq nəticə verirdi. Kreq güman edirdi ki, ideal aktyor ancaq aktyor-marionet ola bilər. Lakin rejissor-kuklaçının iplərdən dartdığı marionet deyil, süjetin peripetiyalar əsasında emosiyalara qapılan marionet. Əsərin təsiri altında qəlbində yaranan marionet. Məhz o, aktyor bədəninin, ağlının və qəlbinin sahibidir. Stanislavski isə güman edirdi ki, bütün bunlar roldakı materialın məntiqlə diqqətli və ətraflı araşdırılması nəticəsində mümkündür. O, hesab edirdi ki, "rolun ruhu" araşdırmanın əsasında təsadüfən yaranmış emosiya deyil, ətraflı psixoloji araşdırma olmalıdır. Bədii prosesə müxtəlif yanaşmaya baxmayaraq, hər iki ustad anlayırdı ki, XX əsrin əvvəlində teatr işində vəziyyət dəyişikliklər tələb edir.

Q. Kreqin "Teatr yaradıcılığı barədə" kitabından: "İndiki teatrda zəhmətkeşlərin qəhrəman tayfasından əsər-əlamət qalmayıb; hər yerdə tənəzzül hökm sürür, həm əqli, həm də fiziki. Başqa cür də ola bilərmi? Bu tənəzzülü, bütün teatr işçilərinin teatrda vəziyyətin əvvəllər heç vaxt bu qədər yaxşı olması və teatrın indi inkişafının ən yüksək nöqtəsinə çatması barədə müntəzəm bəyanatlardan başqa - heç nə bu qədər büruzə vermir". Müasir teatrda da bu baş vermirmi? Həmin problemlər bizi də narahat etmirmi?

 

"Hamlet" üzərində iş barədə

"Hamlet" üzərində iş Kreq ilə Bədii teatr arasında ziddiyyətləri müəyyənləşdirdi: Stanislavskinin sistemi Kreqin tələblərinə çox uyğun deyildi, Kreqin ruh və materiya arasında mübarizəsinin mərkəzində olan, vaxt və məkandan kənarda parlaq faciə barədə arzular Bədii teatr tərəfindən mənimsənilməyib. Lakin birgə yaradıcı axtarışlar, mübahisələr və ziddiyyətlər oyun teatrı adlanan sahədə teatr eksperimentlərinə yol açan nəticələr veriblər.

 

Oyun teatrı barədə 

Oyun teatrı nədir? Bu, Rusiyada hələ XX əsrin ikinci yarısında müasir teatrda yaranan istiqamətdir. Kökləri isə antik teatra, del artenin italyan komediyasına (maskalar komediyası - improvizasiya üsulu ilə yaradılan İtaliyanın milli (meydan) teatrın növü), məşhur Rusiya faciə aktyoru Vasili Karatıqinin (1802-1853) axtarışlarına gedir. XX əsrin əvvəlində oyun teatrının elementləri Mixail Çexov, Aleksandr Tahirov, Vsevolod Meyerhold, Yevgeni Vaxtanqov, Sandro Axmeteli, Mariya Knebelin araşdırmalar və axtarışlarında...

Müstəqil istiqamət kimi oyun teatrı daha parlaq canlanmanı Anatoli Vasilyevin ("Dramatik yaradıcılığın məktəbi" teatrında) və onun tələbələri Boris Yuxananov, İqor Yatsko, Aleksandr Oqarev və digərlərin praktiki axtarışlarında əldə edib. Oyun teatrı aktyorun tapşırığı anlaması və hazırlaması, əsərin mətnləri ilə işdə, hadisənin strukturu, müəllif-dramaturq, personaj-xarakter və s. kimi əsas anlayışların dərk edilməsi üçün yanaşmasında psixoloji realizm teatrından fərqlənir. Haqlı olmayaraq rejissor maraqlarının kölgəsində qalan oyun teatrı güclü potensiala malikdir. O, inkişaf edir, o, tamaşaçıya maraqlıdır, onun arxasında perspektivli gələcək var. Oyun teatrı - bir çox bugünkü problemlərin həlli üçün xilasedici dairə olan biləcək gələcək günün teatrıdır.

 

Tamaşa barədə

Tamaşa "Qlobus" Şekspir Teatrı truppasındakı aktyorların bir-birinin ardınca səhnəyə çıxması və bizə onlarla birgə cənab Şekspirin "Hamlet" adlı pyesini oynamağı təklif edirlər. Hekayə dünya kimi köhnədir və aktyorlar əmindirlər ki, biz pyesin bütün peripetiyaları barədə yaxşı xəbərdarıq. Onlar bizim bu hekayədə kim olduğumuzu və onun nəyə görə başqa cür deyil, bu cür hərəkət etdiyini bilirlər. 

Lakin onlar süjetin öz oyun versiyasını təklif edirlər. Və bizə yeni fikirləri və yenidən yaşanılan hisslərin duyğularını almaqla, onlarla birgə onun peripetiyaları üzrə uçmağı təklif edirlər. Onlar meydan aktyorları kimi özləri oynayırlar, özləri oxuyurlar, rəqs edirlər və dabanları ilə ritm yaradırlar. Sanki publikaya vəd edirlər ki, hekayə darıxdırıcı və qorxunc olmayacaq. "Biz, sadəcə, elə mənzərə yaradırıq ki, bütün bunlar həqiqətdir", - onlar bu cür oxuyurlar və biz bununla həvəslə razılaşırıq. Və artıq qaradərili aktyor bizə Hamleti, əlində skripkanı tutan qadın isə Ofeliyanı təqdim edir. Gözlərimiz önündə paltar dəyişmə prosesi baş verir: məsələn, plaş kimi kostyumun bir detalı peyda olur və qarşımızda artıq Şekspir teatrının aktyoru və meydan aktyoru deyil, Klavdi adlı personaj peyda olur. Ya da Poloni. Və yaxud Qertruda. Ona görə Qildensternin və xadimə Korneliyanın rolunu qaradərili qadının oynaması bizə tamamilə özünü doğrultmuş hiss olur! Xüsusi nə var ki? Bunlar "lord kamerqerin qulluqçuları" deyil, sadəcə, "köçəri" artistlərdir. Və onlar oyun teatrının şərtlik çərçivələrində del arte komediyasında maskaları təqdim etdiyi kimi, personajları təqdim etməyi özlərinə sığışdıra bilərlər. Realistik teatrın qanuni şərtlikləri çərçivələrdən məhrum olan oyun teatrının mövcud olma sistemi bu cür improvizasiyaya icazə verir. Demək lazımdır ki, bu improvizasiya aktyorlar tərəfindən qurulan pantomima kimi tamaşaçının çox xoşuna gəlir! Şekspir teatrının aktyorları eyni onların qəhrəmanları kimi -kralın qətlə yetirilməsi səhnəsinin canlandırılması üçün qəsrə dəvət edilən avara artistlər, bu səhnəni ustadcasına oynayırlar! Jest, plastika, mimika - və artıq Klavdiyinin yaramazlığı barədə bütün süjet yaranıb. Tamaşa psixologizmlərlə yüklənməyib, lakin bununla belə o, ilustrasiyalıqdan da azaddır! Aktyorun qeyri-səmimiliyi ilə yanaşı olan, pyesin seçilmiş materiala qarşı rejissor mövqeyinin qeyri-aydın olmasından və aktyorların işlənmiş ştamplara görə tamaşaçıda ürəksıxıntısı yaradan həmin illüstrativlik. Hətta Hamletin "ölüm, ya olum?" uzun monoloqu tamaşada oyun teatrı olmalıdır - fikri kimi qəbul olunurdu. Və o, artıq bu gün olmalıdır. Çünki teatr uzun müddətdir insan həyatını təkrarlayırdı. Teatrın əvvəl rejissor, sonradan aktyor dövrlərindən sonra prodüserlər dövrü başlayıb. Lakin o, da özünü doğrultmadı. Görünür, teatr özü bəşəriyyətin müəyyən edəcəyi yola çıxmalıdır. O, isə çox tez-tez geriyə baxır, köklərə müraciət edir. Çox güman ki, sivilizasiyanın bütün nailiyyətlərini kənara qoyaraq, bəşəriyyət özü və ibtidai kökləri barədə həqiqəti tapmağa çalışacaq. Kim bilir...

 

Epiloq

Londonun "Qlobus" Şekspir Teatrı 2014-cü ilin aprelin 23-dən dünya boyu səyahət edir və Amerikada, Avropada, Asiyada, Afrikada, Avstraliyada tamaşaçılara dünya dramaturgiyasının klassiki Uilyam Şekspirin ölməz əsərlərini təqdim edir. Dünya boyu tur 2016-cı ilin aprelin 23-də bitəcək. Layihənin məqsədi bütün ölkələr və bir çox xalqlara Şekspirin şənləndirməklə, fikri, emosiyanı və hissləri oyatmaqla, bütün dünya ilə incəsənətin universal dili ilə danışa bilməsini göstərməkdir. "Globe to Globe Hamlet" layihəsi, məncə, artıq özünü bu gün təsdiqləyib. O, dünyaya bir çoxlarının dərk edilməsi və bir çoxları tərəfindən qəbul edilməklə qəlblərə daxil olub.



MƏSLƏHƏT GÖR:

553