24 Dekabr 2024

Çərşənbə axşamı, 17:46

TEATRA ÜMİDLƏ

Aydın TalıbzadƏ: "Ümid edirəm ki, ölkəmizdə dövlətin teatrlardan üz döndərəcəyi gün olmayacaq"

Müəllif:

08.12.2015

Bəzən teatr sənətinin bizim xalqın mənəviyyatına uyğun olmadığı barədə fikirlər eşitməli oluruq. Guya qədimdə belə bir şey heç vaxt olmayıb və ona görə də genetik yaddaşa düşməyib. Odur ki, buna incəsənət növünə kimi maraq çox böyük deyil. Bu, insana toxunur. Çünki oyun teatrının tamaşasının rüşeymlərini xalqın uzaq keçmişində görmək olar. Lakin bu barədə artıq bir neçə kitab yazılıb, məhz buna görə də həmin mövzunu inkişaf etdirməyəcəyik. Reallığa - teatrın hazırkı zamanına nəzər yetirəcəyik. Təkcə Bakı şəhərində 16 teatr (STD açıq eksperimental səhnəsi, ÜNS yaradıcılıq səhnəsi və uşaq teatrı nəzərə alınmaqla) mövcuddur. Gördüyümüz kimi, səhnə kifayət qədər cəlbedicidir. Çünki bu qədər teatr səhnələrin sayının olması bakılıların incəsənətin bu növünə marağından xəbər verir. Lakin teatr - canlı orqanizmdir. O, zamanla birgə yaşayır və inkişaf edir. O, inqilablar və müharibələr olanda da heç vaxt mövcudluğunu dayandırmırdı. O, hətta dəyişikliklər dövrlərində də sağ qalmağı bacarırdı. Çinlilər isə məlum olduğu kimi, iddia edirlər ki, dəyişiklik dövründən pis heç nə ola bilməz. Bizim teatrlar bu mərhələni də keçiblər. İndi - axtarışlar və təşəkkül dövrüdür. Teatr keçmiş və gələcək arasında yolunu seçərək, sanki bir qədər özünü itirib. Mövzunun dərinliyinə getməyərək, biz müasir milli teatr barədə təəssüratlara dair bir neçə rəvan suallar verərək, eskiz səhnəni yaratmaq qərarına gəldik. Bizim həmsöhbətimiz - teatr sahəsində aparıcı yerli mütəxəssislərdən biri, fəlsəfə və incəsənətşünaslıq doktoru, professor Aydın TALIBZADƏDİR. O, "İslam dünyasında teatr və teatrallıq", "Mehdinin müəmması və ya teatrda konseptual Hamletizm", "Ustad və ayna" kitablarının müəllifidir. Öz dövründə o, Azərbaycan dilinə rusiyalı və sovet filosofu Yakov Qolosovkerin "Mif məntiqi" adlı araşdırmanı tərcümə edib. Teatr barədə çoxsaylı məqalələrin, Nizaminin poemasında yeddi gözəl haqda yeni orijinal ideyanın müəllifi və nəhayət, sadəcə biganə olmayan insan, biganə olmayan teatr tənqidçisi, maraqlı həmsöhbətdir.

- Teatr barədə yeni qanun özəl teatr kollektivləri yaratmağa imkan verir. Bu gün ölkəmizdə nə qədər alternativ teatr var?

- Ölkədə ancaq bir qeyri-dövlət teatrı var - "Oda". Türk dilindən tərcümədə - otaq deməkdir. Adına baxanda ehtimal edə bilərik ki, o, həqiqətən də, otaq teatrı kimi fəaliyyət göstərir. Lakin onun nə dərəcədə alternativ olmasını sizə deyə bilmərəm. Təəssüf ki, obyektiv səbəblərə görə hələ də bu teatrda ola bilməmişəm. Lakin yaxın zamanlarda niyyətimi həyata keçirməyi planlaşdırıram. Azərbaycanda ancaq bir qeyri-dövlət teatrının olması sizi şoka salmasın. Bizi Polşa, Rusiya və ya Gürcüstanla müqayisə etməyin. Orada alternativ teatrlar həmişə sağ qalırdı. Bu əsasən andeqraund kimi eksperimental teatrlardır ki, cəmiyyətin ənənəvi mədəniyyətinə qarşı insurqent (ingilis dilindən "üsyankar") kimi çıxış edərək, teatr sənətinə tamamilə nə isə yeni bir şey gətirməyə çalışırlar.

- Sizcə, bu cür teatrlar niyə məhz həmin ölkələrdə yaranıb?

- Sadaladığım ölkələrdə bir növ teatra yoluxmuş mühit mövcuddur: hamısı bir növ elektrikləşib, yeni tamaşaya və ya yeni teatr dalğasına köklənib. Bizdə, təəssüf ki, belə bir şey yoxdur. Ona görə də, avanqard teatrın kassanın hesabına sağ qalması, demək olar ki, mümkün deyil.

- Vaqif İbrahim oğlu Həsənovun "YUĞ" teatrı necə?

- Vaqif Həsənoğlunun 70-80-ci illərdə öz teatrının olması barədə mənə dedikləri yaxşı yadımdadır. Lakin 80-ci illərin sonlarında özünün "YUĞ" teatrını açmaq fürsəti düşən kimi, o, təbii ki, maddi məsələlərə görə bu teatr dövlət teatrı olması üçün hər şey etdi. Halbuki bu, Vaqif özü idi: Azərbaycan teatrının müasir mifi. Təsəvvür edin: bunu Vaqif özü bacarmadısa, gənc, ixtisaslaşmamış rejissorlar bunun öhdəsindən necə gələrlər? Çox ümid edirəm ki, ölkəmizdə dövlətin teatrlardan üz döndərdiyi gün olmayacaq.

- Ölkəmizin hansı teatrları incəsənət və tamaşaçıya maraqlı istiqamətdə inkişaf edir?

- Nə isə asan bir şey soruşun. "İnkişaf istiqaməti" - çox gözəl səslənən xülasədir. Lakin birbaşa cavabdan yan keçəcəyəm və uzun danışmayacağam. Teatrda proses kimi inkişaf həmin anda baş verir ki, peşəkar minimumu ən yüksək həddində çatır. Peşəkar minimum olmadan, başqa sözlə, ideal təlimsiz və məktəbsiz teatr inkişaf edə bilmir. Lakin gözəl odur ki, Azərbaycan teatrının bütün rəhbərləri bundan agahdırlar və bu problemi aşmaq, zəif cərəyan edən teatr prosesinə həyat verməyə çoxlu səy göstərirlər. 

- Necə?

- İş orasındadır ki, Azərbaycanın bütün əsas teatrları, teatr inertliyinin öhdəsindən istənilən metodlar və üsullarla gəlməyə çalışırlar. Bununla yanaşı, onlar çox vaxt dəvət olunan rejissorların, metodistlərin və lektorların xidmətlərinə müraciət edərək, pilot proqramlardan istifadə edirlər. Azərbaycanın teatr xadimləri qarşısında dayanan əsas məsələ, bugünkü tamaşaçı ilə sərbəst, açıqcasına aydın, etimad dialoquna daxil olmaq üçün Azərbaycan teatrlarını müasirlik darvazaları qarşısına gətirməkdən ibarətdir.

- Teatrşünaslar iddia edirlər ki, "aktyor" və "rejissor" teatrının əvəzində indi "prodüsser" teatrı gəlib. Bu barədə nə düşünürsünüz?

- Tamamilə razıyam. Marketoloqlar əmindirlər ki, yaxşı təşkilatçılıq olduqda onlar tamaşanı sata biləcəklər və satmalıdırlar. Bununla yanaşı, tamaşa tamaşaçı-alıcının sevimli inqrediyentlərindən ibarət olmalıdır. Lakin bu artıq tamaşa deyil, performans, şoudur. Bunu isə çətin ki, böyük incəsənət kimi nəzərdən keçirmək olar. Bu isə məni teatrda cəlb etmir.

- Bakı teatrlarından hansını daha çox ziyarət edirsiz?

- Milli dram, GTT-ni, daha az, dəvət alanda - Rus dram, mütəmadi olaraq Pantomima teatrını.

- Sizdə müəyyən aktyorların və ya rejissorların yaradıcılığına peşəkar bağlılıqlar varmı?

- Heç bir.

- Azərbaycan teatr sənəti mövcudluğunun 143-cü mövsümünə qədəm qoyub. Sizcə, professional kimi son üç ildə sizə güclü təsir edən hər hansı tamaşanı çəkə bilərsinizmi?

- Güclü təsir - böyük səslənir. Sadəcə, bəzən hətta sıravi, lakin savadlı tamaşa görəndə sevinirəm. GTT-də "Gözəllik kraliçası", "Konnemaradan olan kəllə", "Kimsəsiz Qərb" öz quruluş mədəniyyəti ilə mənə təsir göstərməyi bacarıblar. Rejissorluğuna görə Milli Dram Teatrının "Misyö İbrahim və Quranın gülləri" tamaşasını professional uğur kimi hesab edirəm. Öz-özlüyündə həmin teatrın "Ağa Məhəmməd şah Qacar" tamaşası da yaxşı idi.

- Yaxın zamanlarda teatr orbitində bacarıqlı gənc teatr rejissorlarının, rəssamların yeni adlarının yaranacağına ümid edə bilərikmi?

- "Ümid - mənim yer kompasımdır, uğur isə...". Düşünürəm ki, ifamda Paxmutovanın məşhur mahnısını məndən eşitmək istəməyəcəksiniz... Bunun əvəzində - kiçik gülümsəyən smayliklər... Ümid edəcəyik.


MƏSLƏHƏT GÖR:

566