Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Bu gün İKT sektorunu haqlı olaraq Azərbaycanın qeyri-neft iqtisadiyyatının daha intensiv inkişaf edən sahəsi hesab etmək olar. Bu sahə artıq çoxdan ölkənin sənaye artımının prioritet vektoru qismində qeyd edilib. Təəccüblü deyil ki, 20 il ərzində Bakıda keçirilən telekommunikasiya sərgiləri aparıcı beynəlxalq təşkilatların və İT-şirkətlərin son dərəcə diqqətini özünə cəlb ediblər. Ötən həftə baş tutan "BakuTel-2015" bunun daha bir sübutudur.
Azərbaycanın İKT sektorunun yüksək inkişaf dinamikası dəfələrlə beynəlxalq reytinq agentliklərinin çoxsaylı hesabatları, o cümlədən BMT-nin, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya İqtisadi Forumunun (WEF) və daha nüfuzlu profil təşkilat - Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) tədqiqatlarında təsdiq olunub. Belə ki, ITU-nun ekspertləri hesab edirlər ki, İT-sektorunun inkişaf səviyyəsinə görə Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr sırasında layiqli yerini tutur. Təəccüblü deyil ki, ölkə son 5-7 il ərzində İKT sahəsində yüksək nəticələrə nail olan dünyanın daha dinamik inkişaf edən ölkələrinin onluğuna daxil edilib. Təxminən, bir il əvvəl Telekommunikasiya İttifaqı öz növbəsində Azərbaycanın ərazisi, demək olar ki, tamamilə 3G mobil rabitə texnologiyaları ilə əhatə olunan 40 dövlətin sırasına daxil edib. Azərbaycan fiksasiya olunmuş genişzolaqlı internetin inkişaf səviyyəsi üzrə 189 ölkə arasında öz mövqeyini 6 bənd yaxşılaşdırıb və 52-ci yeri tutub. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) sentyabr ayında dərc olunmuş "Genişzolaqlı rabitənin vəziyyəti-2015" adlı hesabatında deyilir. Bu yaxınlarda Azərbaycan ITU-nun "İnformasiya cəmiyyyətinin ölçülməsi-2015" hesabatında İKT-nin inkişaf indeksinə görə 67-ci yeri tutub. Ölkə 2013-cü illə müqayisədə mövqeyini 3 və 2010-cu illə müqayisədə isə 9 bənd yaxşılaşdırıb.
"Azərbaycan artıq çoxdan İKT sferasında daha dinamik şəkildə inkişaf edən ölkələrin sırasına aid edilir. Ölkəmizdə informasiya cəmiyyətinin əsasları formalaşıb: "Elektron hökumət" portalı fəaliyyət göstərir, genişzolaqlı internet şəbəkəsi var, rəqəmsal televiziya yayımı təmin edilib, "Azerspace-1" və "Azersky" peyklərinin orbitə çıxması ilə ölkə dünya kosmik ailəsinə qoşulub. Dövlət başçısının qeyd etdiyi kimi, ölkədə həmçinin yüksək texnologiya parkı və biznes -inkubatorlar yaradılır, dövlət fondları innovasiya start-up layihələrə dəstək göstərirlər. Azərbaycan BMT-nin dəstəklədiyi "Trans-Avrasiya Böyük İnformasiya Magistralı" (TASİM) beynəlxalq meqalayihənin təşəbbüskarı rolunda çıxış edir və "Avropa - Yaxın Şərq İnformasiya Magistralı" (EPEG) uğurla reallaşdırılan layihənin fəal iştirakçısıdır.
Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadənin sözlərinə görə, "BakuTel"in ənənəyə çevrilən forumları davamlı biznes-kontaktların qurulduğu, təcrübə mübadiləsinin təmin olunduğu, habelə bizim ölkəmizlə yaxından tanışlıq üçün imkan təqdim edən beynəlxalq meydanlara çevriliblər. R. Quluzadə xüsusi olaraq vurğulayıb ki, son illər ərzində ölkə kosmik sənaye sahəsində regionun aparıcı dövləti statusunu qazanıb.
Təqdirəlayiqdir ki, "BakuTel - 2015" sərgisinin açılış mərasiminə həsr olunmuş mühüm beynəlxalq tədbir də kosmosun istismarı ilə bağlı idi. Sərgi çərçivəsində Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC-nin pavilyonunda ölkənin ikinci telekommunikasiya peyki "Azerspace-2"nin buraxılmasına dair Fransanın "Airanespace" şirkəti ilə imzalanma mərasimi olub. İkinci telekommunikasiya peykinin 2017-ci ildə orbitə çıxarılması nəzərdə tutulub. Qeyd edək ki, imzalanma mərasimində Prezident İlham Əliyev də iştirak edib.
Ümumilikdə "İteca Caspian" şirkətinin "BakuExpo Centre" beynəlxalq sərgi kompleksində təşkil etdiyi "BakuTel-2015" forumu bir daha təsdiq etdi ki, qlobal böhran şərtlərində dünyanın aparıcı İT-şirkətləri Azərbaycanda informasiya texnologiyalarının inkişafına maraqlarını itirməyiblər. Builki sərgidə dünyanın 21 ölkəsindən 203 şirkət iştirak edirdi. Onların böyük əksəriyyəti forumun daimi iştirakçılarıdırlar. Ənənəyə əsasən ekspozisiyanın böyük hissəsini sərginin əcnəbi iştirakçıları tuturdular. Bu dəfə Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa, Macarıstan, Yaponiya və və digər ölkələrdən, təxminən, 140 şirkət ziyarətçilərin diqqətinə təkcə Azərbaycan deyil, eləcə də bütün Xəzəryanı region üçün innovasiya proqramları, habelə İKT sahəsində eksklüziv məhsullar və xidmətlər təqdim ediblər.
Lakin ölkəyə maraq İT-avadanlıq və ya softver həllərin reallaşdırılması sferası ilə məhdudlaşmır. Dünyanın aparıcı şirkətləri Azərbaycanda istehsal layihələrini lokallaşdırmağa hazır olduqlarını göstərirlər. Belə ki, cari ilin yaz aylarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "KÜR" Mingəçevir müəssisəsinin bazasında Yüksək Texnologiyalar Parkının (YTP) filialını yaratmaq qərarına gəlib. 1,3 ha sahədə infrastruktur, elmi və istehsal obyektləri, həmçinin təcrübə-konstruktor işləri üçün biznes-inkubator yerləşdiriləcək. Mingəçevir kompüter zavodunun statusunun dəyişməsinə görə onun rebrendinqi keçirilib: "KÜR" müəssisəsi "Hi-Tech İnvest" şirkəti olub. Yeni şirkət texnoparkın istehsal obyektlərində kompüter avadanlıqlarının buraxılış həcmini artırmağı planlaşdırır və İT-sferada dünyanın aparıcı vendorları müqavilə imzalayıb.
"BakuTel - 2015"də iştirak edən "Hi-Tech" şirkəti öz planlarını açıqlayıb. Şirkət gələn ilin fevral ayında Tayvanın "Acer" şirkətinin personal kompüter-monoblokları və noutbuklarının, habelə Amerikanın "İntel" şirkətinin prosessor və çiplərinin seriya istehsalına başlayacaq. Birinci mərhələdə istehsalın lokallaşmasının səviyyəsi 50% təşkil edəcək və şirkət vergi və gömrük güzəştləri hesabına istehsal xərclərinin azalacağına və zaman keçdikcə Mingəçevir YTP-də yığılan texnikanın postsovet məkanının bazarlarına ixracını təşkil edə biləcəyini düşünür.
Göstərilən nümunə heç də yeganə deyil: telekommunikasiya sərgisinin gedişində aparıcı çinli istehsalçı - "HUAWEI" şirkəti Azərbaycanda smartfonların istehsalı üzrə birgə müəssisənin yaradılması imkanlarını da istisna etməyib.
Cari ildə sərginin debütantları eksponentlərin ümumi sayının 15%-ni təşkil ediblər: onların sırasında "AVAYA", "Google" korporasiyası, Kasper laboratoriyası və digər aparıcı dünya şirkətlərini sadalamaq olar. Sərgidə təqdim olunan 2015-ci ilin əsas trendləri - yeni nəsil İT həllər, milli genişzolaqlı internet həlləri, 4-5G mobil texnologiyalar, optik lifli və bulud texnologiyaları üzrə xidmətlər, elektron hökumət, informasiya təhlükəsizliyi. Ziyarətçilərin marağını kabel televiziyasının xidmətlərinə məsafədən qoşulma və 200-dən yuxarı kanalı izləmək üçün portativ qurğular, sıfırdan Call-mərkəzlərin, məlumat bazaları və ofisdə zəruri olan proqram və şəbəkələrin yaradılması, kiberhücumlar, spamdan təhlükəsizliyi təmin edən və uşaqları arzuolunmaz şəbəkə kontentindən mühafizə edən yeni texnologiyalar cəlb edib. Ekspozisiyanın daha çox maraq doğuran hissəsi mobil rabitə operatorlarının müxtəlif mobil əlavələri və qacetləri olub. Belə ki, mobil operatorlardan biri "Wi-Fi Calling" səs çağırışlarının ən yeni texnologiyasını tətbiq etmək niyyətindədir: nisbətən ucuz xidmət mobil rabitə abunəçilərinə smartfonu internet vasitəsi ilə operatorun şəbəkəsinə qoşarkən səsli xidmətlər təqdim edəcək. Digər mobil şirkət istifadəçilərinə 120 TV kanala çıxış təqdim edir, habelə routerin - sürətli interneti kompüter, planşet və digər qurğularla paylayanın funksiyalarını icra edən - Wi-Fi DATA - kart (avtomobilin enerji qidalandırıcısına qoşmaq mümkündür və s.) portativ qurğusunu hazırlayıb. Hər üç mobil operator üçün ümumi trend GSM ənənəvi standartının tədricən LTE 4 texnologiyası və perspektivli 5-ci nəsil ilə əvəzlənməsi olub. Şirkətlər paytaxtın LTE şəbəkəsinin inkişafına investisiyaları genişləndirir və eyni zamanda regionlarda 4G xidmətlərinin tətbiqinə hazırlaşırlar. Paralel olaraq bazarın bütün iştirakçıları genişzolaqlı şəbəkə xidmətlərinin tariflərini azaldırlar: bu gün mobil internet-trafikin həcmi daim artır və artıq göstərilən əməliyyat xərclərinin bütün həcminin 50%-nə yaxınlaşıb. Bu sahədə rəqabət kifayət qədər yüksəkdir, çünki daha çox abunəçi dünya şəbəkəsinə sürətli, keyfiyyətli və hər yerdə əlçatan çıxışını təmin etmək bacarığını rəhbər tutaraq, mobil operator seçir.
Bir sözlə, əvvəlki illərdə olduğu kimi, "BakuTel - 2015" İKT sahəsində gələcək perspektivli layihələr üçün təməl qoyur.
MƏSLƏHƏT GÖR: