Müəllif: Valentina REZNİKOVA Bakı
S.Vurğun adına Rus Dram Teatrının kollektivi doğum gününə orijinal hədiyyə alıb. Bu, G.A.Tovstoqanov adına Böyük Dram Teatrının (BDT) "Dayının yuxusu" tamaşası olub. Tamaşanın quruluşunu bu il teatrın 100 illiyini qeyd etdiyi Georgi Aleksandroviçin varisi - Temur Çxeidze həyata keçirib. Bu nəhəng layihə RF Mədəniyyət və Turizm Nazirliyi yanında Qastrol Fəaliyyəti Mərkəzi sayəsində mümkün olub. İki gün ərzində bakılılar və şəhərin qonaqları Sankt Peterburq aktyorlarının yaradıcılığından zövq alıblar. Qeyd ediblər ki, məhz BDT rus teatr məktəbinin psixologizm ənənələrinin qoruyucusudur və tamaşaçıya məhz bu cür teatrın lazım olduğunun bariz nümunəsidir: canlı, emosional, realistik. Məhz bu barədə tamaşanın antraktında Rus Dram Teatrının foyesində gəzərkən, tamaşaçılar bir-birinə deyirdilər.
Bədii obraz
Səhnənin qəribə şəkildə yığılmış və cansız yelkənlərə bənzəyən səma mavisi rəngdə olan kulislərin ənginliyində həyat asta-asta uzanıb gedirdiı: sadə, yekrəng, darıxdırıcı... Hətta madam Moskalyovanın (SSRİ xalq artisti, Rusiya dövlət mükafatı laureatı Alisa Freyndlix) evində kəfkirli nəhəng yerüstü saat da insanlardan fərqli olan əla həyat sürürdü. Kəfkirin rəqsi qəribə idi: rəvan - ağır və zəif. Zaman bu evdə sanki onun sakinlərinə və onların ehtiraslarına fikir vermədən, baş verənlərin hesabını aparır. Zaman Çxeidzenin tamaşasında (rəssam Emil Kapelüş) sakit, ehtirassız nəzər salan personaja çevrilir. Madam Moskaleva, onun əri Afanasi (Rusiyanın Əməkdar artisti Yevgeni Çudakov), gözəllər gözəli - qızı Zinaida (Polina Tolstun), Mordasovo şəhərciyinin xanımları, knyaz K. (SSRİ Xalq Artisti, dövlət mükafatı laureatı Oleq Basilaşvili) özünü onun bacısı oğlu kimi təqdim edən Pavel Mozqlyakov (Kiril Jandarov) - onların hər biri ora-bura qaçır, vurxunurlar. Boş şeylərlə başlarını qatırlar və hamısı özlərini vacib işlə məşgul olduğunu hesab edir. Vaxt isə tələsmədən növbəti gününə başlayır. Və yalnız tamaşanın finalında yerüstü saat özündən sonra gəlinlik fatasının izini saxlayaraq, yavaşca yuxarıya qalxacaq: Zina ilk ehtiraslı məhəbbətini itirərək, nəhayət ki, ərə gedəcək! Lakin zaman onun üçün ədəbi dayanacaq. Lakin biz Dostoyevskinin "döyüşlərdə yaralanmış, iki ulduzu və boynunda ağ xaçı olan ciddi general" adlandırdığı ərini görməyəcəyik. "Möhtəşəm bəyaz paltarda və brilyantlarla, məğrur və özündənrazı", ballarda "yalnız general"larla rəqs edən Zinanı da görməyəcəyik. Bu səhifələri Temur Çxeidze lakonik, lakin ifadəli-həqiqi səhnə mizanında əks etdirir. Polina Tolstunun Zinası xoşbəxtlikdən yan keçərək, qaranlıq səkiboyu gedir və sanki keçmişlə-gələcək arasında olduğu kimi, onun kandarında dayanır. Lakin elə ki, yerüstü saat yuxarıya qalxıb, özündən sonra fatanın hava qazının süd yolunu qoyaraq və madam Moskalyovanın ayaqları önünə üfürülmüş yelkən-kulislər düşərkən, Zina, bir qədər donub-qalaraq qıvraq əlləri yuxarıya qaldıracaq və suvenir mağazasındakı rəqs edən balaca balerinaya oxşayacaq. Bundan sonra üzü heç nə ifadə etməyən, soyuq gözəlliyin maskasına çevriləcək. O, öz soyuq gözəlliyi ilə valeh edəcək, uzun ömür sürəcək. Amma sevgisi qəlbləri isitməyəcək. Gözəl mexaniki kukla...
Tamaşa barədə
Beləliklə, Temur Çxeidzenin "Dayının yuxusu" tamaşası nə barədədir? Knyaz K., yoxsa gözəl Zina adlı xanım barədə? Və dayının yuxusu nə barədədir? Qaytarılması mümkün olmayanlar barədədir. Olan və artıq olmayacaqlar barədə. Keçmişlə-gələcək arasında həmin hədd bax, budur. İndiki ola bilməyən incə hədd. Knyazın - çünki artıq heç nəyi qaytarmaq mümkün deyil - yaddaşını, cavanlığını, xoşbəxtliyini, sevinc və harmoniya hissini. Zinanın - çünki itirilmiş məhəbbəti qaytarmaq mümkünsüzdü. Məhəbbət daha olmayacaq. Onun yerinə - ona lazım olmayan insanlarla dolmuş boş qlamur məkan...
Antrakt zamanı insanlar coşğun təəssüratlarını bölüşürdülər. Bakılılar bu incəsənət bayramını zalda oturan RDT və bu tamaşada oynayan BDT artistləri ilə birgə bölüşürdülər.
Alisa Freyndlix
Moskalyova Mariya Aleksandrovna - unikal aktrisanın yaratdığı xarakterlərdən biridir. Onun qadın qəhrəmanının problemi nədir? Axı, bu əyalət xanımının Mordasovo quberniya şəhərinin "birinci xanım" reputasiyası var! Onun gözdən pərdə asmaq, kəskin söz, acı töhmət və ya məharətlə yayılan qeybətlə rəqibini "öldürmək" üçün misilsiz bacarığı var! Ona nifrət edirlər, lakin onunla hesablaşırlar! Amma bircə qızını yaddaşını itirən qoca knyaza ərə verməyə cəhd göstərməklə, nə üçün bu qədər vurnuxur? Varlanmaq üçün? Həyatın qalan illərini rahatlıq və həzz içində yaşamaq üçün? Hər şey o qədər də asan deyil. Uzun müddət elə gəlir ki, Alisa Freyndlixin Moskalyovası, sadəcə, "yuxarılar"a çıxmağa can atan mənfəətpərəst, əyalət xanımıdır. O deyinir və dayanmadan hər kəsin zəhləsini aparır: xadimənin, mülkədarın, ərinin, qızının... Və yalnız finala yaxın onun nə üçün belə birisi olduğunu anlayırıq. Zina zamanların ayrılma həddinə və orada dayanıb-durarkən, artist monoloqa başlayır. Orada nə canfəşanlıq, nə sevmədiyi kişi ilə uzun ömür yaşamağa məhkum edilmiş qadının ağrısı var. Lakin yalnız dünya və eyni zamanda, özü ilə mübarizə aparmaqla daxilində boğmaq mümkün olan həmin çarəsizliyin aşkar anlayışı olacaq. Və Çexovun "Üç bacı"sından ərinə xəyanət etməsinin səbəbini peşmanlıqla izah edən Maşa yada düşür. Freyndlixin qadın qəhrəmanı heç nəyin peşmanlığını çəkmir. Əksinə. O, həyatını qəhrəmanlığa bərabər hesab edir. Çünki sevmədiyin kəslə yaşamaq - hər gün könüllü işgəncəyə getmək və ondan sonra sağ qalmaq kimi bir şeydir.
Oleq Basilaşvili
Aktyorun interpretasiyasında olan knyaz K. - zaman sərhədlərini itirmiş, qocalmış, hər kəsə inanan uşaqdır. Buna görə də o, indiki zamanı keçmişlə qarışdırır. O, sanki hər dəfə nə isə çox-çox vacib olan bir şeyi xatırlamağa çalışdığı kimi yaşayır! Şəhərlilər isə onu qocalara xas əqli zəiflikdən əziyyət çəkən, zahirən "yay üzərində ölünü" xatırladan ağa kimi qəbul edirlər. Lakin Polina Tolstunun Zinası şərti olaraq qəribə-büllur səslə özünü müşayiət edərək, qəribə romans oxuyandan sonra, knyaz təsadüfən sevildiyi və sevdiyi uşaqlıq dövrünü, cavanlığın möcüzəvi vaxtlarını xatırladı. Hər şeyin həmahəng olduğu dövrü! Qız oxuduqca, knyaz hər şeyi xatırladı və özünə indiki dövrdə sahib çıxdı. Zaman kateqoriyası düşmən siyahısından çıxdı.
Polina Tolstun
Gənc aktrisa BDT truppasında gənc aktrisalar arasında inamla aparıcı yer tutub; onun işi səmimiliyi və peşəkarlığı ilə zalı özünə valeh edib. Polina Tolstunun Zinası qeyri-adi gənc qadındır. Onun hər şeyə öz baxışı və fikri var. Ona görə də madam Moskalyovaya vəziyyətə böyük intellektual səy göstərməli olur ki, qızı üçün əmin və nüfuzlu görünsün. Vəziyyət isə sadə deyil: kasıb cavan müəllim Vasya (Sergey Qaliç) qısqanclıq zəminində qadının ona ünvanlanmış sevgi ismarışını açaraq, qadını ictimaiyyət arasında rüsvay edir. Zina sürətlə inkişaf edən vərəm xəstəliyindən ölən sevgilisini bu hərəkətlərə vadar edən motivləri anlayır. Hətta qoca, lakin varlı knyaza ərə gedərək Vasyanı xaricdə müalicə edə biləcəyi barədə anasına inanaraq, onu xilas etmək istəyir! Aktrisa anası tərəfindən məharətlə qurulmuş tələyə düşən Zinanı oynayır. O anlayır ki, bu, tələdir, lakin qəlbinin bir hissəsi bunun mümkün olduğuna inanmağa hələ də hazırdır. Kompromis uzun çəkməyəcək. O, özü və anasının bağışlamasını xahiş edərək, knyaz qarşısında peşmanlıq çəkəcək. Yalnız Vasya öləndən sonra, o, hissiyyatsız gözəl kuklaya çevriləcək.
Kiril Jandarov
Onun qəhrəmanı təsadüfən çətin vəziyyətə düşən knyaz K.-nı aşkar edən və Mordasovo şəhər ictimaiyyətində özünü onun bacısı oğlu kimi təqdim etməyə qərar verən Pavel Mozqlyakov adlı əyalət məmurudur. Kirili öz qəhrəmanını kifayət qədər prinsipsiz, zəmanədən geri qalmayan biri kimi oynayır: o, cəmiyyətdə qəbul olunduğu kimi "sürünürdü, kef çəkirdi", gözdən pərdə asırdı və özünə kifayət qədər hörmətcil birisi kimi görünürdü. O, əqli cəhətdən xırda, heç nəyə yararlı olmayan, heç nəyi bacarmayan adam kimi görünür. Və hətta əyalətdən olan gözəlçə Zinaya qarşı məhəbbəti də onu dəyişmir. Hisslər onu ucaltmır, əksinə, onu daha da gözəgörünməz və xırda addımlara çəkir. Madam Moskalyovanın qızını knyazla kompromisə getməyə məcbur edən söhbətini dinləyib, eşitdiklərini bütün əyalət qeybətcillərinə danışıb!
Mariya Lavrova
Rusiyanın Əməkdar artisti, Dövlət Mükafatı laureatı. O, Moskalyovanın uzaq qohumu olan müftəxoru oynayır. Qəhrəmanın prioritetlərini düzgün müəyyənləşdirməklə oynayır: hər bir xidmətin öz qiyməti var. Ona görə də onun Nastasya Petrovnası da rüşvətini zəhmət çəkdiyinə görə götürür və vicdan əzabı çəkmədən məlumatını sızdırır: bu həyatda hər şeyin qiyməti var! Onun hərəkətlərində müftəxorun təminatlı qocalığı ilə bağlı hər şeyə bəraət qazandırır: knyaz K. ilə nikah etmək! İndi də onun hər bir hərəkəti və rəftarı - madam Moskalyovaya müftəxor "titul"undan qurtulmaq imkanının əlindən alınmasına görə kiçik qısasıdır!
Yevgeni Çudakov
Rusiyanın Əməkdar artisti. O, Mariya Aleksandrovna Moskalyovanın əri - Afanasi Matveyeviçi oynayır. O, aktyorun təfsir edilməsində həyat yoldaşının marionetinə çevrilib. Təcrübəsi olan marionetə. Hər halda, bu marionetin özünün ləyaqət hissi var. Aktyor Afanasinin bu cür davranış tərzini qalmaqaldan qaçmaq üçün ən yaxşı variant - susmaqla bəraət qazandırır. Lakin Afanasi Matveyeviç vəziyyəti faciələşdirmir. O, bunun üzərində qalxmağa, həyat yoldaşının ədəbsiz-diktator davranış üslubuna məzəli anlaşılmazlıq kimi istehza etməyə çalışır.
Yelena Popova
Rusiyanın Əməkdar artisti. O, polkovnik qadın Sofya Petrovnanı oynayır. Tənha, dostlarının da diqqətindən məhrum olmuş dul qadın azacıq içir. O, ziyarətləri də ancaq içmək məqsədi ilə edir. Çayı içmək üçün yox. "Çay artıq içmişəm!" - çağırışla, hiddətlənib deyərdi. Və dörd qədər "nalivka" içərək, tələb olunan məlumatı çıxaran madam Moskalyovaya Natalya Petrovnanın yanında kifayət qədər çox qalan knyaz barədə bütün "xəbərləri" danışacaq! Polkovnikin ölümündən sonra onun bütün ömrü və mənası Mordasovo əyalət şəhərinin "xəbər"lərinin tapılmasında və yenidən danışmaqdan ibarətdir. O, yalnız belə lazımlı ola bilər. Tənhalıq, inciklik içki ilə unudulur. Lakin bu da itirilmiş həyatın mənası ilə bağlı olan həmin ağrını unutdura bilməz.
Tamaşada klassik rus ədəbiyyatına çoxlu sayda sitat istinadları var. Dostoyevskinin qəhrəmanları məhz klassik rus ədəbiyyatının qəhrəmanları ilə səsləşirlər. Bu, həm Çexovun "Üç bacı" və Puşkinin "Yevgeni Onegin"i, Qoqolun "Müfəttiş" və "Evlənmə"si, Ostrovskinin "Cehizsiz qızı"dır! Mövzuların, motivlərin bu ədəbi laylaşması Dostoyevskinin zəmanənin insanı barədə mövzusunu yalnız gücləndirir. Peterburqun aktyorları XIX əsrin ortalarının tarixini çox müasir və vaxtında teatr səhnəsinə çıxarılmış problemə çevirərək, öz qəhrəmanlarını məharətlə oynayırlar. Teymur Çxeidze bu tamaşanı 2008-ci ildə qoyub, lakin 7 il sonra bu gün də o, öz yeniliyini və aktuallığını itirməyib. Bununla belə, BDT kimi teatr üçün 7 il o qədər də böyük müddət deyil. Bu kollektivin tarixi güclü, ustalıqla və peşəkarlıqla qurulmuş tamaşaların daha da uzunömürlü həyatı barədə məlumatlar saxlayır; məsələn, G.Tovstonaqovun "Meşşan" tamaşası 25 il ərzində qoyulub və köhnəlməyib. Aktyorlar yaşa dolaraq, dəyişilirdilər, amma tamaşa isə yaşayırdı! Burada sirr rus psixoloji teatr məktəbindədir. Bir də klassik teatr sənətinin ənənələrini qoruyub-saxlamaq qabiliyyəti: həyat və məhəbbət kimi əbədi, sonsuz!
MƏSLƏHƏT GÖR: