24 Dekabr 2024

Çərşənbə axşamı, 04:45

DƏMİR XARAKTERLİ ZİYALI

Akif MƏLİKOV: "Evdə bir kişi olar, elə teatrda da bir rəhbər"

Müəllif:

12.01.2016

"Te­atr - həy­at mək­tə­bi­dir" - Azər­baycan Döv­lət Aka­de­mik Ba­let və Ope­ra Te­a­t­rı­nın di­rek­to­ru, Azər­bayca­nın əmək­dar incə­sə­nət xa­di­mi Akif Mə­li­kov be­lə dey­ir. Həy­a­tı­nın 28 ili­ni o, öl­kə­nin əsas mu­si­qi te­a­t­rı­nın rəh­bər­liy­i­nə həsr edib. Onun 10 ili­ni isə pa­ra­lel ola­raq Azər­baycan Döv­lət Fi­lar­mo­niy­a­sı­na rəh­bər­lik edib. Dey­ir­lər ki, 28 rə­qə­mi tam Gin­ne­sin Re­kor­d­lar Ki­ta­bı üçündür. Be­lə ki, in­di­ki di­rek­to­ra qə­dər rəh­bər­lik sa­hə­sin­də bir çox ad­lı-san­lı mə­də­niyyət xa­dim­lə­ri öz güclə­ri­ni sı­nayıb­lar, la­kin heç kim çox qal­mayıb.

Axı, te­atr - təkcə səh­nə­də baş ve­rən­lər dey­il - kol­lek­tiv əməy­in ye­kun nə­ticə­si­dir.

Pər­də ar­xa­sın­da qa­lan əsas isə - di­ri­jo­run qu­ru­luş­çu- re­jis­sor və ar­tist­lər­lə, işıq­çı­lar­la və səh­nə iş­çi­lə­ri ilə işi­dir. Te­atr ağır və zəh­mət­li iş tə­ləb edir. "R+"la söh­bə­tin­də Akif Mə­li­kov te­a­t­rın həy­a­tın­dan, premye­ra­lar­dan, an­şlaq­lar­dan və öz ai­lə­sin­dən da­nı­şıb.

- Akif Tu­ran oğlu, uşaq­lığı­nız, mək­təb il­lə­rin­dən bəhs edin...

- Mən Ba­kı­da, 1 May küçə­sin­də doğul­mu­şam. İn­diy­ə­dək yad­da­şım­da uşaq­lıq rəsmlə­ri - fi­lar­mo­niya və Sa­bi­rin hey­kə­li qar­şı­sın­da­kı fon­tan­lar qa­lıb. İl­bə­il Ba­kı da­ha da gö­zəl­lə­şir və müa­sir­lə­şir, la­kin köh­nə şə­hər uşaq­lığın unu­dul­maz tə­əssürat­la­rı­nı sax­layıb. Evi­miz­də mu­si­qi ilə mə­şğ­ul olan yox idi, mə­ni isə kör­pə­lik­dən pi­a­ni­no özünə çə­kir­di. Əv­vəl sa­dəcə kla­viş­lə­ri ba­sır­dım, so­nra isə mu­si­qi­li ob­raz­la­rı cız­mağa baş­la­dım. 5 ya­şım­da mə­ni Bülbül adı­na is­te­dad­lı uşaq­lar üçün mu­si­qi mək­tə­bi­nin for­te­pi­a­no üzrə pe­da­qo­ji təcrübə sin­fi­nə gə­tir­di­lər. Təh­si­li­mi Azər­baycan Döv­lət Kon­ser­va­to­riy­a­sın­da gö­zəl pe­da­qoq, pro­fes­sor May­or Ra­fa­e­lo­viç Bren­ne­rin sin­fin­də da­vam et­dir­dim. Dey­im ki, ümid ya­ra­dır­dım, böyük mu­si­qi­çi karye­ra­sı vəd edi­lir­di. La­kin bi­rinci si­nif­dən baş­lay­a­raq, böyük hə­vəs­lə icti­mai iş­lər­lə mə­şğ­ul olur­dum. Ar­tıq 22 ya­şım­da Ba­kı şə­hə­ri Su­ra­xa­nı ray­o­nu Kom­so­mol Ko­mi­tə­si­nin bi­rinci ka­ti­bi və­zi­fə­si­nə təy­in olun­dum. Mos­k­va­da MK ÜİLKGİ ya­nın­da Ali kom­so­mol mək­tə­bi­ni fər­q­lən­mə ilə bi­ti­rə­rək da­ha bir si­y­a­­si təh­sil al­dım. İki ali - mu­si­qi və si­y­a­si təh­si­lim var­dı. Am­ma mu­si­qi­ni heç vaxt tərk et­mə­mi­şəm.

- Ta­ma­şa­nın nümay­i­şi­nə necə ha­zır­la­şır­sı­nız?

- Te­a­t­ra olan mə­həb­bə­tim mə­ni tam gücümlə iş­lə­məyə məcbur edir. Hər bir de­tal - de­ko­ra­siya və kostyum­la­rın və­ziyyə­ti, işığın həll edil­mə­si mühümdür. Ta­ma­şa­çı­nın ta­ma­şa­nı qa­v­raya bil­mə­si bütün bun­lar­dan ası­lı­dır. Ta­ma­şaya ol­duqca öcəş­kəncə­si­nə ya­na­şı­ram, la­kin unut­mu­ram ki, səh­nə­də - öz se­vinclə­ri və kə­dər­lə­ri olan can­lı in­san­lar­dır. Və səh­nə on­la­ra öz­lə­ri­nə inan­mağa kö­mək edir, bu isə böyük xoş­bəx­tlik­dir. Biz yüksək sə­viyyə­li ta­ma­şa­lar qoy­u­ruq. Mütə­ma­di an­şlaq­lar, ta­ma­şa­çı­nın böyük uğu­ru bun­dan xə­bər ve­rir. Bu, in­sa­nı çox se­vin­di­rir.

- Bu gün ta­ma­şa­çı­nız kim­dir?

- Bi­zim te­a­t­rı­mız ən çox ziy­a­rət edi­lən­lər­dən bi­ri­dir. Onun re­pu­ta­siy­a­­sı­nı - nüfuz­lu, şöh­rət­li te­a­t­rı vi­ra­nə­lik­dən qal­dır­ma­lı ol­duq. Biz yüksək pe­şə­kar­lığa ma­lik ar­tist­lə­ri də­vət et­məyə baş­la­dıq. Bun­lar Ye­le­na Ob­raztso­va, Ma­riya Biy­e­şu, Vi­rg­i­li­us No­rey­ko, Vla­dis­lav Pyav­ko, ha­be­lə ba­let ar­tist­lə­ri - rəh­mət­lik Maya Pli­set­skaya, Ni­na Se­mi­zo­ro­va, Na­dej­da Pav­lo­va, Qa­li­na Me­zent­so­va, Vya­çes­lav Qor­dey­ev­dir. On­la­rın çı­xış­la­rın­da, bir qay­da ola­raq, zal dop­do­lu olar­dı. An­şlaq­lar pra­ti­ki ola­raq müntə­zəm xa­rak­ter al­mağa baş­la­dı, yer­li və xa­rici mət­bu­at­da nik­bin rəy­lər ya­ran­dı. Bu­nun­la be­lə, səh­nə­nin ta­nın­mış sə­nət­kar­la­rı­nın çı­xış­la­rı us­tad-dərslə­ri fun­k­siy­a­sı­nı da ye­ri­nə ye­ti­rir­di. Də­vət edi­lən di­ri­jor­lar or­ke­s­t­ran­t­la­rın ye­ni bi­lik­lə­ri­nin ər­səyə gəl­mə­si­nə im­kan ya­ra­dır­dı­lar, həm də ifa­çı­la­rın da mə­su­liyyə­ti ar­tır­dı. De­ko­ra­siya və kostyum­la­ra böyük diq­qət ay­rı­lır­dı. Mə­də­niyyət Na­zir­liy­i­nin də­s­təyi ilə on­lar ta­ma­mi­lə ye­ni­lən­di­lər. Ta­ma­şa­çı­la­rın sı­ra­sın­da bütün mövsüm üçün pre­stij­li yer­lə­ri bron­laş­dı­ran bir çox sə­fir­lik­lər, xa­rici fir­ma­lar var. Baş­qa cür bi­zim te­a­t­rı həm də dip­lo­ma­tik kor­pus te­a­t­rı ad­lan­dı­rır­lar. Bi­zə müxtə­lif yaş­da və pe­şə sa­hi­bi olan in­san­lar, ha­be­lə pen­siy­a­çı­lar və də­vət­na­mə tə­q­dim et­diy­i­­miz xo­reo­qra­fiya mək­tə­bin­də təh­sil alan­lar gə­lir­lər. On­lar - te­a­t­rı­mı­zın do­stla­rı­dır­lar. Biz­də mək­tə­bin tə­lə­bə­lə­ri ilə pe­şə­kar­la­rın çı­xış­la­rı­nın ənə­nə­si ya­ra­nıb. Bu şə­kil­də on­la­ra əsl səh­­nə­ni hiss et­mək im­ka­nı ve­ri­rik.

- Son il­lər ər­zin­də te­a­t­rın sim­fo­nik or­ke­s­t­ri­nin ifa sə­viyyə­si yüksə­lib, bu nə ilə bağlı­dır?

- Biz­də teat­rın baş di­ri­jo­ru, pro­fes­sor, Azər­bayca­nın xalq ar­ti­s­ti Ca­van­şir Cə­fə­rov, Azər­bayca­nın xalq ar­ti­s­ti Yal­çın Adı­g­ö­zə­lov, bey­nəl­xalq müsa­bi­qə­lə­rin la­u­re­a­tı Eyyub Qu­liy­ev ki­mi gö­zəl di­ri­jor­lar iş­ləy­ir­lər. Te­atr or­ke­s­t­ri hər il Ba­va­riy­a­da pre­stij­li bey­nəl­xalq ope­ra fe­s­ti­va­lın­da çı­xış edir. Re­per­tu­a­ra mütləq şə­kil­də azər­baycan­lı müəl­li­f­lə­rin əsər­lə­ri­ni da­xil edi­rik, bu­nun­la da, mil­li aka­de­mik mə­də­niyyə­ti təb­liğ edi­rik. 2014-cü il qa­s­t­rol­lar və premye­ra­lar­la yad­da qa­lıb. Ta­ri­xin­də ilk də­fə bi­zim ba­let te­a­t­rı­mız Mos­k­va­da Böyük Te­a­t­rın səh­­nə­sin­də çı­xış edib. "Ley­li və Məc­­nun", "Don Ki­xot", Qa­ra Qa­ray­e­­vin "Yed­di gö­zəl", Fi­k­rət Əmi­ro­vun "1001 gecə", Po­lad Bülbüloğlu­nun "Eşq və ölüm" ba­let­lə­ri­ni nümay­iş et­di­rib­lər. Uğur bi­zi bu ya­xın­lar­da Sankt-Pe­ter­burq və Minsk te­atrla­rı­na olan qa­s­t­rol­lar­da da müşay­i­ət edib. La­kin ta­ma­şa­la­rın lay­iq­li pe­şə­kar­lığı­na na­il ol­maq üçün nə­sil­lə­rin dəy­iş­diril­mə­si la­zım idi. Bu çox ağrı­lı, la­kin son də­rəcə vacib idi. Nə­ticə­də, te­atr MDB və Türkiy­ə­nin bir sı­ra məş­hur te­atrla­rı ilə əmək­daş­lıq edir. Bu cür pe­şə­kar əla­qə­lə­rin fay­da­sı çox­dur. Sək­kiz prey­me­ra olub. Niy­a­zi­nin mu­si­qi­si əsa­sın­da "Rast" ba­le­ti­nin, ilk də­fə qoy­u­lan Ca­ko­mo Puç­çi­ni­nin "Plaş" ope­ra­sı­nın premye­ra­sı re­al­laş­dı­rı­lıb. Not­lar Al­ma­niy­a­dan gə­ti­ri­lib, ba­le­tin qoy­ul­ma­sın­da isə məş­hur al­man re­jis­so­ru Lüdviq Ba­u­man və Ba­va­riy­a­da İmmlinsk ope­ra fe­s­ti­va­lı­nın bə­dii rəh­bə­ri Kor­ne­liya fon Kerssen­brofk iş­ti­rak edib­lər. Azər­baycan­lı vo­ka­list­lər tap­şı­rığın öh­də­sin­dən şə­rə­f­lə gə­lib­lər. As­tor Pyatstso­la­nın "Se­vgi tan­qo­su" ba­le­ti­nin qoy­ul­ma­sı üçün Ru­siy­a­nın xalq ar­ti­s­ti Liya Sa­bi­to­va­nı də­vət et­dik. Uşaq­la­rı Ok­tay Zülfüqa­ro­vun "Sehrli al­ma" ba­le­ti ilə se­vin­dir­dik, hə­m­çi­nin Pye­t­ro Ma­s­ka­nin "Kən­d­li şə­rə­fi" ope­ra­sı da səs­lə­nib. Azər­bayca­nın xalq ar­ti­s­ti Po­lad Bülbüloğlu­nun 70 il­liyi müna­si­bə­ti­lə onun "Eşq və ölüm" ba­le­ti­ni tə­q­dim et­dik. Gə­lən il üçün də xey­li plan­lar var. Çay­kov­ski­nin "Pik da­ma­sı", Ver­di­nin "Bal ma­s­ka­rad" ope­ra­la­rı, o cümlə­dən Əş­rəf Ab­ba­so­vun "Qa­raca qız" və Çay­kov­ski­nin "Fran­çe­s­ko da Ri­mi­ni" ba­le­ti nümay­iş olu­nacaq. Uk­ray­na­nın xalq ar­ti­s­ti Ol­qa Na­qor­naya (so­pra­no), Be­la­ru­sun xalq ar­ti­s­ti Vla­di­mir Qro­mov (ba­ri­ton), hə­m­çi­nin ba­le­ri­na, Be­la­ru­sun xalq ar­ti­s­ti Ol­qa Qay­ko bi­zə qo­naq gəl­mə­li­dir­lər. Bun­dan baş­qa, "To­s­ka" ope­ra­sın­da çı­xış et­mək üçün Türkiy­ə­dən müğən­ni Də­niz Etim (so­pra­no) də gə­ləcək.

- Han­sı ta­ma­şa­lar da­ha çox po­pulyar­dır?

- Bi­zim 60-dan ar­tıq ta­ma­şa­dan iba­rət ge­niş re­per­tu­a­rı­mız var. Biz hər il Üzey­ir Hacı­bəy­o­vun "Ley­li və Məcnun" ope­ra­sı­nı qoy­saq da, ona ye­nə də tə­lə­bat var. Di­ri­jor­luğu xor­mey­ster, Azər­bayca­nın əmək­dar incə­sə­nət xa­di­mi Se­vil Hacıy­e­va həy­a­ta ke­çi­rir. Hə­m­çi­nin Qa­ra Qa­ray­e­vin "Yed­di gö­zəl" və Fi­k­rət Əmi­ro­vun "1001 gecə" ba­let­lə­ri­nə də tə­lə­bat duy­u­lur.

- Rəh­bər ol­maq si­zin üçün nə de­mək­dir? Düşünmək, qiy­mət­lən­dir­mək, te­atr həy­a­tı­nın bütün incə­lik­lə­ri­nə, xır­da­lıq­la­rı­na diq­qət ye­tir­mək, yox­sa kon­kret, bə­zən sərt təd­bir­lə­rin tə­rəf­da­rı­sı­nız?

- Fər­q­li olur. Müəl­li­fin ya­zı tər­zi nə­zə­rə alın­maq şər­ti­lə bə­s­tə­kar Mu­sa Mir­zəy­e­və hə­va­lə et­diy­im rəh­mət­lik Fir­kət Əmi­ro­vun "Ni­za­mi" ba­le­ti­nin bit­mə­miş par­ti­tu­ra­sı­nı hət­ta ya­zıb bi­tir­mə­li ol­dum. Te­at­rda in­t­ri­qa və de­di-qo­du­la­rın çox­luğun­dan isə da­nış­mağa dəy­məz. On­la­rın qar­şı­sı­nı al­maq və kol­lek­ti­vi bir­ləş­dir­mək za­ma­nı ye­tiş­di. Böyük te­atr kol­lek­ti­vi­nin uğur­lu rəh­bə­ri ol­maq üçün təş­ki­lat­çı­lıq baca­rıq­la­rı, ünsiyyətc­il, yüksək mə­də­niyyət, də­mir ira­də və mə­tin xa­rak­te­rə ma­lik ol­maq zə­ru­ri­dir. Am­ma müna­si­bət­lər­də mə­də­ni­lik də ol­ma­lı­dır. Çə­tin­lik on­dan iba­rət­dir ki, ar­tist­lər - emo­si­o­nal, çox vaxt ul­duz xə­s­tə­liy­i­nə mə­ruz qa­lan in­san­lar­dır­lar. On­la­rın şəx­si am­bi­siy­a­­la­rı isə ümu­mi işə ma­ne ola bi­lər. Ona gö­rə də bütün or­qa­niz­min ahə­ng­­dar və sin­xron ol­ma­sı­na na­il ol­maq asan dey­il. Bu, kadr ar­xa­sın­da qa­lan di­rek­tor­dan zəh­mət­li və ağır iş tə­ləb edir. Bi­zim gör­kəm­li ar­tist­lə­ri­miz müəyyən vaxtda, bir qay­da ola­raq, öz­lə­ri­nə və ta­ma­şa­çıya eh­ti­ram gö­s­tə­rə­rək, öz­lə­ri səh­nə­dən ge­dir­lər. La­kin bə­zən bu cür qə­rar­la­rı ver­mək üçün tə­kid­lə tö­v­siyə et­mə­li olu­ram. Nə­ticə isə incik­lik olur. Hə­m­çi­nin qeyd et­mək is­təy­i­rəm ki, bu gün te­at­rda çox­lu is­te­dad­lı, gənc per­spek­tiv­li ba­le­ri­na və vo­kal­çı­lar ça­lı­şır­lar - on­lar­dan yaz­maq la­zım­dır, mən­dən yox. Mə­sə­lən, bir nö­m­rə­li ba­le­ri­na Ni­g­ar İb­ra­hi­mo­va, ba­le­tin ar­tist­lə­ri Ay­an Ey­va­zo­va və Ti­mur Odu­şev, ha­­be­lə re­s­pub­li­ka­nın əmək­dar ar­ti­s­ti, müğən­ni Afaq Ab­ba­so­va və baş­qa­la­rı.

- Te­atr həy­a­tı göz­lə­nil­məz­lik­lər­lə do­lu­dur. Han­sı ma­raq­lı ha­di­sə­lə­ri xa­tır­laya bi­lər­si­niz?

- Bə­li, əl­bət­tə, olub. Mə­sə­lən, "Ko­roğlu" ope­ra­sın­da baş qəh­rə­man səh­nəyə at­la gə­lir. La­kin hə­min gün bi­­zim atı­mız xə­s­tə­lən­di və cı­dır mey­­­da­nın­dan əvə­zi­nə baş­qa­sı­nı yol­la­dı­lar. De­di­lər ki, sa­kit və ita­ət­kar at­dır. Düzdür, ar­tist ariy­a­sı­nın kul­mi­na­siy­a­­sı­na çat­ma­mış, əv­vəl­də hər şey yağ ki­mi ge­dir­di. At hürkdü və at­lı­nı ye­rə çırp­dı. Hey­va­nı sa­kit­ləş­dir­di­lər, am­ma baş qəh­rə­man qə­ti su­rət­də so­na qə­dər atın üzə­rin­də çı­xış et­mək­dən im­ti­na et­di. O, öz par­tiy­a­sı­nı piy­a­da ob­raz­da ta­mam­la­dı. La­kin xoş­­bəx­tlik­dən, hər şey yax­şı bit­di. İkinci ha­di­sə pi­şik­lə bağlı­dır. "Ai­də" ope­ra­sın­da son epi­zod­da Ai­də və Ra­da­mes­lə zir­zə­mi­də vi­da­la­şar­kən, səh­nəyə do­lu pi­şik çıx­dı. O, qəh­rə­man­la­rın qar­şı­sın­da əy­ləş­di və on­la­rı din­lə­məyə baş­la­dı. Be­lə de­sək, me­lo­man idi. So­nra or­kestr ifa­çı­la­rı əy­lə­şən ye­rə ya­xın­laş­dı və diq­qət­lə mu­si­qi­çi­lə­ri nə­zər­dən ke­çir­di - za­lı isə qəh­qə­hə bürüdü. Təci­li ola­raq pər­də­lə­ri sal­dıq, ən ma­raq­lı­sı isə tə­sadüfən pər­də­lər qal­xan­da səh­nə­də Ra­da­mes­lə Ai­də­nin pi­şiy­in ar­xa­sınca qa­ç­ma­la­rı idi. Bu da zal­da ye­ni­dən şən can­lan­maya sə­bəb ol­du. Fi­lar­mo­niy­a­da iş­ləy­ər­kən mə­nə da­hi Mstis­lav Ro­s­t­ro­po­viç­lə ünsiyyət­də ol­maq nə­sib olub. O, məş­qlər ara­sın­da fa­si­lə­lər za­ma­nı ka­bi­ne­ti­mə da­xil ol­du və çay ma­sa­sı ar­xa­sın­da incə lə­ti­fə da­nış­dı: "Bir di­ri­jor­dan so­ru­şur­lar ki, or­ke­s­t­rin­də niyə heç qa­dın yox­dur? - Çünki gö­zəl­lər mu­si­qi­çi­lə­rin diq­qə­ti­ni yayın­dı­rır­lar, çir­kin­lər isə mə­nim - on­lar­dan qor­xu­ram".

- For­te­pi­a­no ar­xa­sın­da mu­si­qi çal­mağı se­vir­si­niz­mi?

- Bu­nun üçün bə­li, vax­tım olan­da se­vi­rəm. Öz in­ter­p­re­ta­siy­am­da se­vim­li Azər­baycan xalq mah­nı­la­rı­nı çal­mağı se­vi­rəm. Hət­ta bu mah­nı­lar­dan iba­rət disk yaz­mağı ar­zu­layı­ram...

- Ai­lə­niz­dən da­nı­şın, uşaq­la­rı­nız si­zin yo­lu­nu­zu da­vam et­di­rir­lər­mi?

- Ai­lə­miz­də pe­şə se­ç­mək hüqu­qu ki­mi xəl­və­ti bir ənə­nə mö­vcud­dur. Mən və hər­bi sa­hə­ni se­çən qar­da­şım­la be­lə idi. İki qı­zım­la da be­lə ol­du. Nər­mi­nə və Sə­bi­rə bey­nəl­xalq əla­qə­lər və neft sek­to­ru sa­hə­sin­də­ki iş­lə­ri ilə el­mi fə­a­liyyət­lə­ri­ni müvəf­fə­qiyyət­lə uyğun­laş­dı­rır­lar. Am­ma ən əsa­sı on­lar öl­kəyə fay­da gə­ti­rə bi­lən şəx­siyyət­lər ki­mi böyüyüblər. Nə­və­lə­rim­lə də be­lə olacaq. İn­di ba­laca­dır­lar - üç oğlan və bir qız (lap anam ki­mi­dir, xa­rak­ter­lə­ri də ey­ni­dir). Böyük nə­vəm Maq­sud­la ara­mız­da xüsu­si sə­mi­mi bağlı­lıq var. Ba­laca­lar Mu­rad ye­məyi, Fər­had isə səs-küy sal­mağı se­vir. On­lar han­sı pe­şə­ni se­çəcək­lər? Se­çim öz əl­lə­rin­də­dir. Əsas - öz işi­nin pe­şə­ka­rı və bir qə­dər də fa­na­tı ol­ma­q­dır. O za­man is­tə­ni­lən işin xoş­bəx­tliyi olacaq. Əmi­nəm ki, on­lar özgə dər­də, cə­miyyət və Və­tə­nin prob­lem­lə­ri­nə bi­g­a­nə qal­may­an in­san­lar ki­mi böyü­yəcək­lər. Axı, mə­nim üçün də ai­lə və Və­tən - va­hid an­layış­dır.

Ziy­a­lı şəx­sin və­zi­fə­si hər za­man Və­tə­nin ya­nın­da ol­maq və onun­la bağlı olan pro­ses­lər­də fə­al rol oy­na­ma­q­dır. Siy­a­sət­lə mə­şğ­ul dey­i­ləm, la­kin cə­miyyə­ti na­ra­hat edən mə­sə­lə­lər­lə bağlı fi­kir bil­dir­məyi və­tən­da­şın borcu he­sab edi­rəm. Dar pe­şə­kar çər­çi­vəyə qa­pıl­maq ol­maz, öl­kə­də baş ve­rən pro­ses­lər­dən kə­nar­da day­an­maq ol­maz, la­qeyd ya­naş­maq ol­maz. Yax­şı, möh­kəm ai­ləm var, xoş­bəxt ər, ata və ba­bay­am. Bun­lar mə­nim tə­səl­lim­dir. Mən­dən so­ru­şan­da ki, "zö­vcə­niz te­a­t­rın gənc, gö­zəl ak­tri­sa­la­rı­na si­zi qıs­qan­mır?" ca­vab ve­ri­rəm - həy­at yol­da­şım sa­rı­dan bəx­­tim gə­ti­rib, bi­rinci on il dey­il ki, bir­lik­dəy­ik və eti­bar mə­nim üçün çox vaci­b­dir. Müəyyən vax­ta qə­dər sə­mi­mi ola­raq düşünürdüm ki, öz qız­la­rım­dan baş­qa heç ki­mi da­ha çox is­təyə bil­mə­rəm. Am­ma nə­və­lə­rim ol­du, on­la­ra böyük mə­həb­bət bəs­ləy­i­­rəm. Son­suz se­vg­i­ni bəxş et­diy­in kəs tə­rə­fin­dən se­vil­mək­dən böyük xoş­bəx­tlik yox­dur. İkinci qı­zım dünyaya gə­lən­də, mə­nə tə­s­kin­lik ve­rə­rək de­di­lər: "Ev­də bir ki­şi olar!" Ra­zıy­am! Te­at­rda­kı ki­mi - rəh­bər bir olar!



MƏSLƏHƏT GÖR:

546