24 Noyabr 2024

Bazar, 13:35

DEVALVASİYANIN TƏRS ÜZÜ

Manatın ucuzlaşması, qiymətlərin kəskin artmasının qarşısı alınması şərtilə, özəl sektor üçün yeni imkanlar yaradır

Müəllif:

12.01.2016

2015-ci ildə manatın ikiqat devalvasiyası, təbii ki, əhalinin gəlirlərinə və istehlak qiymətlərinə mənfi təsir göstərib. Bununla bərabər, qiymətlərin süni artırılmasının qarşısını almağa cəhd göstərməklə, hökumət əsas diqqətini məhz qiymətlərin üzərinə cəmləşdirib. Və buna çox hallarda müvəffəq olur. 

Məhz manatın faktiki məzənnəsi ilə inflyasiyanın məqbul çərçivələrdə saxlanılması simbiozu qeyri-neft sektorunun inkişafı üçün yeni perspektivlər yarada bilər. Və bu halda indiki itkilər və çətinliklər gələcək rifah nöqteyi-nəzərdən kifayət qədər haqlı ola bilər.

İlk növbədə, söhbət turizm sektorunun inkişafından gedir. Devalvasiya faktiki olaraq Bakını dünyanın ən bahalı şəhərlər sırasından çıxarmalıdır.

Xarici turistlərin respublikaya cəlb edilməsinin vacib imkanlarından biri daşınmaz əmlakın icarəyə götürülməsidir. Cari ildə manatın kəskin devalvasiyası Bakıda daşınmaz əmlakın qiymətini 80-85% azaldaraq, bir kvadratmetr üçün 800-900$ səviyyəsinə çatdıra bilər. 

Dollar ekvivalentində icarəhaqqı, təxminən, 50% düşə bilər. 

Qeyd etmək lazımdır ki, daşınmaz əmlakın manatda qiyməti və icarəhaqqı dəyişilməz qalır, lakin turistlər üçün məhz bu valyuta ekvivalenti vacibdir. Əlbəttə, daşınmaz əmlakın sahibləri devalvasiyanı nəzərə alaraq qiyməti valyutada müəyyən edə bilərlər, lakin əhalinin alıcılıq qabiliyyətinin düşməsi qiymətlərin aşağı salınmasının vacibliyini göstərir.

Daşınmaz əmlak bazarından fərqli olaraq, istehlak bazarında qiymətlərin dəyişməsi ilə bağlı vəziyyət nəzərəçarpacaq dərəcədə fərqlənir. Fərq hətta qeyri-ərzaq məhsulları ilə müqayisədə ərzaq bazarında da qiymətlərin artmasında hiss olunur.

Bu gün ölkənin ərzaq bazarında dollarla olan qiymətlər praktiki olaraq qonşu ölkələrdə ərzaq məhsullarına olan qiymətlərlə eyni olub. Hökumət 50% səviyyəsində milli valyutanın devalvasiya dalğasında qiymətlərin artmasından yan keçə bilib, hərçənd 30%-lik artımın da əhali üçün ağrısız keçdiyini demək çətindir.

Hazırda dollar ekvivalentdə gəlir normalarını qorumağa çalışan işgüzar dairələr tərəfindən qiymətlərin süni artımının qarşısını almaq vacibdir. Sahibkarların bu sinfindən olan nümayəndələrlə mübarizəni İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları aparmalıdır. Hazırlanmış tədbirlər planında müvafiq qurumların nümayəndələri birgə tədbirlər zamanı təsərrüfat subyektləri tərəfindən qiymətlərin süni artırılması və malların çatışmazlıq faktlarını aşkar etməli, habelə qanunu pozanları inzibati, mülki və cinayət məsuliyyətinə cəlb etməlidirlər. 

Bu, əhalinin ümumi kütləsi ilə müqayisədə milli valyuta devalvasiyası fonunda gəlirlərinin azalması ilə razılaşmayan sahibkarların əleyhinə mühüm bir arqumentdir. Lakin qeyd olunan tədbirlər idxal olunan mallara qiymətlərinə mühüm dərəcədə təsir edən gömrük tənzimləmə və inhisarların ləğv edilməsi sahəsində islahatlar olmadan istehlak bazarında uzunmüddətli təsirə malik olmayacaq. Burada əsas addım sahibkarlara idxal olunan malları "Elektron hökumət" portalından istifadə edərək bilavasitə bəyan etmək imkanıdır. 

Bununla da, malın gömrük rəsmiləşdirməsi zamanı insan amili kifayət qədər azalacaq, inhisar sövdələşmə imkanının aradan qaldırılması rəqabətliyinin inkişafına və qiymətlərin azalmasına imkan yaradacaq. İlk növbədə, bu, qeyri-ərzaq məhsulları qrupuna aiddir. Yerli istehsalat olmadığından, təəssüf ki, məhsulların məhz bu qrupu qiymətlərin kəskin artmasına meyillidir. 

Ticarət obyektlərinin sahibləri qiymətlərin artması ilə manatın devalvasiyası arasında birbaşa əlaqənin olduğunu qeyd edirlər - qeyd olunan məhsullar valyuta ilə alınır və ona görə də onlar devalvasiyaya uyğun olaraq qiyməti qaldırmalıdırlar. Yəni bu gün ən böyük artım məhz qeyri-ərzaq malları seqmentində müşahidə olunur.

Daha bir nikbin məqam "Azərbaycan Hava Yolları"nın elan etdiyi aviabiletlərə qiymətlərin ucuzlaşmasıdır. Xüsusi ilə Moskva, Dubay, İstanbul və Antalyaya olan ucuzqiymətli istiqamətlərə biletlərin dəyəri 89 avro təşkil edəcək (10 avro səviyyəsində azalma).

Milli valyutanın avro ilə müqayisədə məzənnəsinin dəyişməsi ilə əlaqədar Azal-da da bir çox istiqamətlər üzrə (Rusiya, Ukrayna, Türkiyə, İran, Qazaxıstan və s.) qiymətlərə yenidən baxılır.

Bütün bu tədbirlər real olaraq turizm sektorunu canlandıra bilər, çünki ölkədə turist obyektlərinə və qidalanma sahəsində korrektləşdirilmiş qiymətlərlə ideal şərtlər yaradılır. Turizm biznesinin inkişafı iqtisadiyyatının qeyri-neft sektorunda vəziyyəti nəzərəçarpacaq dərəcədə canlandıra və yeni iş yerlərinn açılmasına şərait yarada bilər.

Devalvasiya şəraitində milli iqtisadiyyatın effektivliyinin artmasına ölkə ərazisində yük daşımaları da təsir edir. Azərbaycan rəhbərliyi nəqliyyat sektorunda struktur islahatlar apardı, qısa müddət ərzində yük daşımalarının tarifləri aşağı salındı, gömrük prosedurları sadələşdirildi. Bu arada, Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizi yaxın zamanlarda Ukrayna da qoşula bilər.

TRASECA dəhlizi vasitəsi ilə yük axınının artım templərini qoruyub saxlanılsa, Azərbaycan nəqliyyatçılarının gəlirləri indiki 300-350 mln. $-dan ildə 2 mlrd. $-a qədər arta bilər.

Müəyyən dərəcədə buna geosiyasi vəziyyət də təsir edir, xüsusi ilə RF ilə Türkiyə arasında əlaqələrin pisləşməsi və Ukrayna yüklərinin Rusiya ərazisi ilə tranzit daşımalarının blokadası. Nəticədə, Türkiyə və Ukrayna yükgöndərənləri Mərkəzi Asiya və Çinə yük daşımalarda fəal şəkildə Azərbaycan marşrutundan istifadə edirlər. 

Lakin TRASECA dəhlizi təkcə Azərbaycandan keçmir və ilk növbədə, Türkiyədən olan yüklər cənubdan - İran və sonradan Türkmənistan, Qazaxıstan və Çin vasitəsi ilə keçə bilərlər. 

Və yük göndərənlərin cənub istiqamətə getməmələri üçün Azərbaycan da gürcü tərəfdaşları ilə maksimal dərəcədə sərfəli şərait yaratmalıdır. Hazırda Azərbaycan hökumətinin neftin qiymətinin aşağı düşməsi davam edən trenddə daha səmərəli çalışa bildiyini təsdiqləmək üçün ən münasib zamandır. 

Əsas da odur ki, böhranın bütün mənfi dərsləri nəzərə alınsın, yəni neft qiymətinin artmasının növbəti dövründə (gec-tezi, lakin qiymətlər artacaq) neft-qaz sektorundan olan gəlirlər büdcədə kiçik paya sahib olsunlar.



MƏSLƏHƏT GÖR:

600